Ekologiya imtahan Suallar



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə37/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   33   34   35   36   37   38   39   40   ...   60
Ekologiya

Fotokimyəvi duman 
Sənaye müəssisələrindən və əsasən avtomobillərdən atmosferə buraxılan azot oksidləri, karbon qazı, 
kükürd qazı, qurğuşun birləşmələri, toz və his havada toplanaraq dumanla birləşir, insana və bütün canlı 
orqanizmlərə öldürücü təsir göstərən «fotokimyəvi duman» və ya «smoq» adlanan qarışıq əmələ gətirir.
Smoqun əsas səbəbi avtomobillərin iş zamanı buraxdıqdarı qazlardır. Hazırda dünyada daxili yanacaq 
mühərrikli avtomobillərdə il ərzində 2 mlrd. tondan artıq neft yanacağı işlədilir. Avtomobil mühərrikləri 
ilə şəhər havasına 25%-dən artıq CO2, 65% karbohidrogenlər və 30% azot oksidləri atılır. Yüngül 
avtomobillər hər km-də 10 qrama qədər azot oksidi ayırır. Smoqun tərkibinin ən təhlükəli birləşməsi 
azot oksidləri sayılır. Azot oksidləri – monooksid NO və dioksid NO2 bütün yanacaq növlərinin 
yandırılması zamanı yaranır və insanın sağlamlığına xüsusilə təhlükəlidir. Atmosferə buraxılan azot 
oksidləri tullantılarının əsas mənbəyi daxili yanacaq mühərrikləri, nəqliyyat, aviasiya, İES-lər, 
sənayenin metallurgiya və digər sahələri hesab olunur. Əgər 1967-ci ildə dünyada hər il havaya 53 mln 
ton azot oksidi ayrılırdısa, 1995-ci ildə bu rəqəm 130 mln ton təşkil etmişdir. İki cür smoq ayrılır: • 
duman və qaz tullantılarının qarışığı olan sıx duman; • yüksək konsentrasiyalı zəhərli qazların və 
aerozolların yaratdığı örtük. 1930-cu illərdən başlayaraq ABŞ-ın Los-Anceles şəhəri üzərində ilin isti 


vaxtlarında «smoq», yəni 70% nəmliyi olan duman görünməyə başladı. Bu hadisə «fotokimyəvi duman» 
adlandırıldı. Belə ki, «smoqun» əmələ gəlməsi üçün günəş şüası lazımdır. Bu şüalar avtomobillərin 
havaya buraxdığı karbon və azot oksidi qarışığından mürəkkəb fotokimyəvi çevrilmələr, maddələr 
yaradır. Belə maddələr öz zəhərlilik dərəcəsinə görə atmosferdə olan digər çirkləndirici maddələrdən 
dəfələrlə yüksək olur. Fotokimyəvi duman pis qoxuya malik olub görünüşü kəskin aşağı salır, adamların 
gözləri, burun və boğaz qişalarını xəstələndirir, boğulma, ağciyər və bronx asma xəstəliyini 
kəskinləşdirir. Fotokimyəvi duman bitkiləri də zədələyir, əvvəlcə yarpaqlar gümüşü və ya mis rəngini 
alır, sonra isə solur. Fotokimyəvi dumanlar metalları korroziyaya uğradır, rezin və sintetik rənglərin 
çatlamasına səbəb olur, paltarı korlayır, nəqliyyatın işinə maneçilik törədir. Səhər saatlarında havada 
çoxlu miqdarda işlənmiş qazlar toplanır, günortaya yaxın fotokimyəvi duman əmələ gəlir. Günün 2-ci 
yarısında istiliyin artması nəticəsində inversiya zəifləyir, «smoq» yuxaryıa doğru qalxır. Hazırda 
dünyanın bir sıra böyük şəhərlərində – Nyu-York, Çikaqo, Boston, Tokio, Milan və başqalarında da 
fotokimyəvi duman əmələ gəlir. Bu əsasən avtomobillərin həddən çox olması ilə bağlıdır. Məs: bütün 
dünyanın yollarında 300 mln-dan artıq avtomobil hərəkət edir. Los-Ancelesin havasını 3,0 mln, Parisin 
havasını 1 mln-a qədər avtomobil çirkləndirir. Belə şəhərlərdə avtomobillərin buraxdığı qazların 
dərəcəsi 90%-ə qalxır. «Smoq» hadisəsi acı nəticələr vermişdir. London şəhərində sıx dumanlar 1948, 
52, 56, 57 və 1962-ci illərdə qeydə alınmışdır. 1952-ci il dekabrın 5-9 arasında Londonun üzərində 
dayanan «smoqdan» 4 mindən çox adam ölmüşdür. İngiltərə mütəxəssisləri müəyyən etmişlər ki, bu 
qarışığın tərkibiində bir neçə yüz ton tüstü və sulfat anhidridi olmuşdur. Bu səbəbdən 1956-cı ilin 
yanvarında Nyu-York şəhərinin üzərində 26 saat qalan «smoq» nəticəsində 400-ə yaxın adam zəhərlənib 
ölmüşdür. Zəhərli qazların miqdarı (kükürd anhidridi, azot oksidləri, aldehidlər, xlorlu 
karbohidrogenlər) havada adi haldakından 5-6 dəfə çox olmuşdur. Smoqun ən zərərli 
komponentlərindən biri də ozon sayılır. İri şəhərlərdə smoq əmələ gələn zaman onun təbii 
konsentrasiyası (1

10-8) 10 dəfə və daha çox artır. Ozon burada insanın ağ ciyərlərinə və selikli 
qişalarına, həmçinin bitki örtüyünə mənfi təsir göstərir. Fotokimyəvi dumanın əmələ gəlməsinin 
qarşısını almaq üçün atmosferin avtomobil nəqliyyatı tərəfindən çirklənməsinə qarşı aşağıdakı tədbirlər 
həyata keçirilir: • Tullantıların zəhərlilik dərəcəliyinin qiymətləndirilməsi. Hazırda dünyada 
avtomobillərin havaya buraxdığı tullantıların normaya uyğun miqdarı 3 əsas standartla tənzimlənir. 
1993-cü ildə təsdiq olunmuş Avropa beynəlxalq standartı bütün Avropa dövlətlərində fəaliyyət göstərir, 
həm də bütün dünyada etibarlıdır. Daha sərt Amerika standartı son vaxtlar nəzarət üsulunu 
sadələşdirmək üçün onu Avropa standartı ilə birləşdirmək nəzərdə tutulur. Yaponiyada işləyən ən ciddi 
standart, həmçinin bütün dünyada etibarlıdır. Rusiyada hələ indiyə qədər fəaliyyət göstərən 1978-ci ilin 
ekoloji təhlükəsizlik standartı dünya tələblərindən 15 il geridə qalır. • Daxili yanma mühərriklərinin 
təkmilləşdirilməsi. Bu məqsədlə Avropa və ABŞ-ın qabaqcıl firmaları az yanacaq işlədən və havaya az 
zərərli qaz buraxan yeni avtomobillər buraxır. • Avtomobil benzininin keyfiyyətinin artırılması. Bu 
məqsədlə tərkibində etil spirti, qurğuşun və ətraf mühit üçün zərərli olmayan benzin növləri aşkar edilir. 
• Neytrallaşdırıcılar. Avtomobillərin qaz tullantısı yollarında neytrallaşdırıcılar avtonəqliyyat tərəfindən 
buraxılan toksik maddələrin miqdarını azaldır. Bu sahədə yüksək nailiyyətlər əldə edilmişdir. • Dizel 
yanacağı. Dizel mühərriki benzin mühərrikinə nisbətən 20-30% az yanacaq işlədir. Dizel yanacağı ilə 
işləyən avtomobillərdə işlənmiş qazların zəhərlilik dərəcəsi xeyli az, yəni komponentlərin cəminə görə 
benzin mühərriklərinə nisbətən təxminən üç dəfə az olur. • Qazla işləyən avtomobillər. Avtomobillərin 
qaz yanacağına keçməsi atmosferə kanserogen maddərin atılmasını 100 dəfəyə qədər azalmasına şərait 
yaradır. Neft tullantılarına çəkilən xərc də azalır: hər min ədəd qaz balonlu avtomobillər: yük daşıyanlar 
ildə 12 min ton, taksimator avtomobilləri 6 min ton, sərnişin daşıyan avtobuslar 30 min ton neftə qənaət 
edir. Təbii qaz maşınlar üçün əla yanacaq sayılaraq hava ilə yaxşı qarışır, o, mühərrikdə tam yanır, 
bunun nəticəsində işlənmiş qazlarda zərərli maddələrin miqdarı azalır. • Elektromobillər havanı 
çirkləndirmir, qızdırmır, həm də o qədər də səs-küylü deyil. • Yanacağın alternativ növləri. 
Tədqiqatların nəticələrinə əsasən avtomobillərdə benzin, qaz deyil, ekoloji təmiz yeni yanacaq növləri 
təklif olunur. • Ekoloji vəziyyəti yaxşılaşdırmaq üçün avtomobil hərəkətinin təşkili. İri şəhərlərdə 
tıxacları azaltmaq məqsədilə yeraltı yollar, şaxələnmiş yeraltı tunellər, yerüstü körpülər, şəhərin 


girəcəyində iri yük maşınları üçün xüsusi terminallar yaradılır, çoxmərtəbəli qarajların, avtomobil 
estakadalarının tikilməsi tövsiyə olunur. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə