Ekologiya imtahan Suallar



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə36/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   32   33   34   35   36   37   38   39   ...   60
Ekologiya

Dəniz ekosistemləri 
Dəniz mühitinin xüsusiyyətləri və faktorları Məlum olduğu kimi, dəniz mühiti Yer kürəsinin 70%-dən 
çox hissəsini tutur. Okean olduqca böyük dərinliyə malikdir. Onun bütün sahələrində həyat mövcuddur, 
lakin materiklərə və adalara yaxın yerlərdə o daha zəngindir. Okeanda praktiki olaraq abiotik sahə 
yoxdur, buna baxmayaraq heyvanların hərəkət etməsi üçün temperatur, duzluluq, dərinlik maneə ola 
bilər. Daima fəaliyyətdə olan küləklər (passatlar) nəticəsində okean və dənizlərdə güclü axınlar 
(qolfstrim – isti, kaliforniya – soyuq və s.) hesabına suyun daim sirkulyasiyası baş verir, bu isə 
okeanların dərinliklərində də oksigen çatışmazlığının qarşısını alır. Dünya okeanında ən məhsuldar sahə 
apvellinq hesab olunur. Dik materik yamaclarından küləklər suyu kənara (uzağa) apararaq daim onu 
qarışdırdığı yerdə, okeanın dərinliyindən soyuq suların qalxması prosesi apvellinq adlanır, onun əvəzinə 
dərinlikdən biogenlərlə zənginləşmiş su qalxır. Estuarilərin suları kənardan biogenlərin gətirilməsi 
hesabına yüksək məhsuldar və zəngin olur. Y. Odum (1975) bu hadisəni autvellinq adlandırmışdır. Sahil 
zonasında Ay və Günəşin cazibə qüvvəsinin əmələ gətirdiyi qabarmaların rolu böyükdür. Onlar 
qruplaşmaların həyatında nəzərə çarpan dövrlüyə («bioloji saatlar») səbəb olur. Okeanın orta duzluluğu 
35 q/l təşkil edir. Onların 25%-i natrium-xlorun payına düşür, qalan duzlar – kalsium, maqnezium və 
kalium (sulfat, karbonat, bromid və b.), onlarca digər elementlər 1%-dən də azdır. Dəniz su hövzələri 
üçün sabit qələvi mühiti (pH=8,2) səciyyəvidir, lakin duzların və duzluluq dərəcəsinin nisbəti dəyişir. 
Sahil zonasında çay mənsəblərinin az duzlu körfəzlərinin suyunda duzluluq dərəcəsi azalaraq ilin 
mövsümləri üzrə kəskin dəyişir. Ona görə də sahil zonasında evriqal (mühitin duzluluğuna və kimyəvi 
tərkibinin çox dəyişməsinə dözən), açıq okeanda isə stenoqal (suda duzluluğun artıb-azalmasına 
dözməyən) orqanizmlər (heyvanlar) məskunlaşır. Biogen elementlər – dəniz mühitində mühüm 
limitləşdirici faktor olub suyun milyard hissəsindən bir neçəsini təşkil edir. Biogen elementlər 
orqanizmlər tərəfindən tez tutulub praktiki olaraq heterotrof zonaya (bioloji dövrana) çatmadan onların 
trofik zəncirinə düşür. Deməli, biogen elementlərin aşağı konsentrasiyası onların ümumi defisiti demək 


deyildir. Dənizin dərinliyi dəniz biotasını ayıran əsas faktor hesab olunur. Dəniz ekosistemlərinin 
xarakteristikası Kontinental şelf sahəsi, neritik sahə Kontinental şelf sahəsi 200 m dərinliklə 
məhdudlaşır, bütün okeanın 8%-ni təşkil edir (29 mln. km2) və okeanda faunistik baxımdan ən zəngin 
hesab olunur. Qidalanma mühitinə görə olduqca zəngindir. Bentos faunasının sürfələri hesabına 
plankton yemi də zəngindir. Yeyilməyən sürfələr substrata çökərək ya epifauna (bərkimiş, yapışmış), 
yaxud da infauna (basdırılmış) əmələ gətirir. Apvellinq sahələri kontinentin qərb səhra sahilləri boyu 
yerləşir. Onlar adalarda yaşayan balıq və quşlarla zəngindir. Lakin küləyin istiqaməti dəyişdikdə 
planktonun «çiçəkləməsi» kəskin azalır və oksigensiz şəraitin inkişafı nəticəsində (evtrofikasiya) 
balıqların kütləvi qırılması baş verir. Limanlar – sahilyanı yarımqapalı su hövzələridir, onlar şirinsulu 
və dəniz ekosistemləri arasında ekoton kimi özünü göstərir. Limanlar adətən litoral zonaya daxil olur və 
qabarma-çəkilmələrə məruz qalır. Limanlar yüksək məhsuldar olur. Onlar biogen maddələrin «tələsi» 
hesab olunur. Bütün il ərzində avtotroflar – makrofitlər (bataqlıq və dəniz otları, yosunlar), dib yosunları, 
fitoplankton aktiv olur. Onlar cavan (körpə) balıqların yemləmə yeridir. Dəniz məhsulları kompleksi ilə 
zəngindir (balıqlar, krab, krevet, istridyə və b.). Limanlar insanın təsərrüfat fəaliyyəti altına düşdükdə 
su mühitinin çirklənməsi nəticəsində məhsuldarlığını itirir. Okean sahəsi (ərazisi) – açıq okeanın evfotik 
zonası olub biogen elementlərlə kasatdır. Ona görə də sahil zona ilə müqayisədə fauna ilə də çox 
kasatdır. Arktika və Antarktika zonaları nisbətən məhsuldardır, belə ki, isti dənizlərdən soyuq dənizlərə 
keçiddə planktonun sıxlığı artır, balıq və kitəbənzər fauna burada xeyli zəngin olur. Pelagik sahənin 
qida zəncirində fitoplankton enerjisinin ilkin mənbəyi – produsenti hesab edilir. İri heyvanlar, ilk 
növbədə balıqlar burada əsasən ikinci (törəmə) konsument olub zooplanktonla qidalanır. Zooplankton 
üçün fitoplankton, həmçinin molyuskların plankton sürfələri produsent sayılır. Dərinlik artdıqca 
faunanın növ müxtəlifliyi azalır, buna baxmayaraq praktiki olaraq produsentlərin olmadığı abissal 
zonada balıqların müxtəlifliyi yüksəkdir, burada balıqlar əcayib forma alır, onların iri ağızları və dartılan 
(uzanan) qarınları olur. Bu, tamamilə qaranlıqda istənilən ölçüdə olan qidanı udmağa uyğunlaşmaq 
üçündür. Müxtəliflik isə uzun geoloji dövrlər ərzində abissal zonada stabil şəraitin olması ilə 
əlaqədardır, bu isə təkamülü ləngitmiş və uzaq geoloji epoxalardan bəri çoxlu növlər saxlanıb qalmışdır. 
Okeanın dərin rift zonasının ekosistemləri - 3000 m və daha çox dərinliklərdə, başdan-başa qaranlıqda 
yerləşir, burada fotosintez prosesi mümkün deyildir, yeraltı isti sular və zəhərli metalların 
konsentrasiyası vardır; burada canlı orqanizmlər borucuqlarda yaşayan giqant qurdlardan (poqonofor), 
iri ikilaylı molyusklar, krevetlər, krablar və bir neçə balıq növündən ibarətdir. Burada molyusklarla 
simbioz halında yaşayan hidrogensulfid bakteriyaları prosudent kimi çıxış edir. Yırtıcılardan krabları, 
qarınayaqlı molyuskları və bəzi balıqları göstərmək olar. Okean planetimizdə həyatın beşiyi hesab 
edilir. 3 milyard il bundan əvvəl okeanda həyatın peyda olması biosferin formalaşmasının başlanğıcını 
qoydu. Yer səthinin 70%-ni tutaraq okean hazırda da materik ekosistemləri ilə birlikdə Yerin müasir 
biosferinin bütövlüyünü (vəhdətini) təyin edir. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə