yaxın olmuşdur,
buna baxmayaraq, yüksək enliklərdə iqlim xeyli mülayim və ya isti olmuş, temperatur
dəyişkənliyi mövsümlər üzrə az olmuşdur. Mezozoyda rütubətlənmə şəraiti kontinentlərdə, ehtimal ki,
müasir epoxa ilə müqayisədə daha yekrəng olmuş, həm də rütubət çatışmazlığı və izafi rütubətlik
zonaları mövcud olmuşdur. Təbaşir dövrünün sonunda isti iqlim zonası azalmış, quru iqlim şəraiti
vilayəti isə genişlənmişdir. Kaynozoy erasına keçid dövründə iqlimdə nəzərə çarpacaq dəyişiklik baş
verməmişdir. Üçüncü dövrün ikinci yarısında (oliqosenin ortalarında) soyuqlaşma prosesinin inkişafı
başlanmışdır, bu proses mülayim, xüsusən yüksək enliklərdə daha çox nəzərə çarpmışdır. Bu vaxtdan
etibarən yüksək enliklərdə tədricən yeni iqlim zonası
genişlənir, burada meteoroloji rejim mülayim
zonadakı müasir iqlim şəraitini xatırladır. Bu zonada havanın temperaturu qışda sıfırdan aşağı enir, bu
isə mövsümi qar örtüyünün əmələ gəlməsinə imkan yaradır. Eyni zamanda okeandan uzaq rayonlarda
iqlimin kontinentallığı artır. Soyuqlaşma prosesi müntəzəm olmayıb, ayrı-ayrı epoxalarda istiləşmə baş
vermişdir, lakin bu termik zonallığın ümumi güclənmə meylini dəyişməmiş, yuxarı enliklərdə
temperaturun aşağı düşməsinə səbəb olmuşdur. Bu proses pliosendə güclənmiş, bu zaman ehtimal ki,
oliqosendə Antarktidada kontinental buzlaşmanın genişlənməsi baş vermişdir və indi də mövcuddur.
Pliosendə iqlimin müasir dövrdəkinə nisbətən isti olmasına baxmayaraq, o, mezozoya və üçüncü dövrün
birinci yarısına nisbətən müasir iqlim şəraitinə daha oxşar olmuşdur. Pleystosenin iqlim şəraiti.
Pleyctosenin iqlimi özündən əvvəlki mezozoy və üçüncü dövrün iqlimindən kəskin fərqlənir. Pleyctosen
1,6-2,0 mln. il əvvəl başlanmışdır, bu zaman üçüncü dövrün sonunda baş verən soyuqlaşma mülayim
və yüksək enliklərdə güclənmiş, bu isə böyük kontinental buzlaşmanın inkişafına səbəb olmuşdur. Belə
buzlaşmaların sayı və tarixi təxmini məlumdur. XIX əsrdə Alpda aparılan tədqiqatlar dörd əsas Avropa
buzlaşmalarını (Qyuns, Mindel, Riss və Vüyrm) ayırmağa imkan verdi. Sonralar aydın olmuşdur ki, bu
buzlaşmaların hər biri bir neçə mərhələyə ayrılır, onların arasında buzlaqlar geri çəkilmişdir. Ehtimal
ki, buzlaşmanın inkişafı və geri çəkilməsi pleystosenin ümumi müddətinin az hissəsini təşkil etmişdir,
nisbətən isti buzlaqlararası epoxalar daha uzun müddətli olmuş və bu zaman kontinentlərdə buzlaqlar
yoxa çıxaraq yalnız dağ rayonlarında və yüksək en dairələrində qalmışdır.
Müəyyən edilmişdir ki,
Avropa, Asiya və Şimali Amerikada buz örtüklərinin hücumu və geri çəkilməsi qismən sinxron (eyni
zamanda) olmuşdur. Buzlaşma epoxasında kontinentlərdə buz örtüyü yerini dəyişərək daha rütubətli
dəniz iqlimi olan rayonlara çatmışdır. Şimali Asiyanın nisbətən quru iqlimində buzlaşma çox az sahə
tutmuşdur. Daha güclü buzlaşma zamanı kontinental buz örtüyü şimal yarım kürəsində orta hesabla 570
ş.e.d.-nə, ayrıayrı rayonlarda hətta 400 ş.e.d.-nə çatmışdır. Kontinental buz örtüyünün qalınlığı buzlağın
çox hissəsində 100 metr, bəzi vilayətlərdə isə bir kilometrə çatmışdır. Şübhəsiz, kontinental
buzlaşmanın inkişafı zamanı dəniz qütb buzlarının sərhədi də daha aşağı en dairələrinə enmişdir. Bu,
planetimizdə dami buz örtüyünün sahəsini xeyli artırmışdır. Buzlaqların hər dəfə hücumu zamanı
buzlaqla əhatə olunmayan dağ rayonlarında qar xətti yüz metrə, bəzən bir kilometrə qədər aşağı
enmişdir. Bununla yanaşı, buzlaşma epoxalarında daima donuş torpaqların sahəsi də xeyli çoxalmışdır.
Buzlaşmanın inkişafı zamanı daim donuşluq daha aşağı en dairələrinə keçmiş, bu məsafə bəzən min
kilometrə çatmışdır. Buzlaşma epoxalarının xarakterik xüsusiyyətləri böyük kontinental buzlaqların
inkişafı, Dünya okeanının indikinə nisbətən 100-150 m aşağı düşməsi olmuşdur. İsti buzlaqlararası
epoxalarda okeanın səviyyəsi bir neçə on metrlərlə qalxmışdır. Buzlaşma epoxalarının iqlimi Yer
kürəsinin bütün rayonlarında havanın temperaturunun xeyli aşağı
düşməsi ilə səciyyələnmişdir,
temperaturun belə aşağı düşməsi indikinə nisbətən orta hesabla bir neçə dərəcə fərqli olmuş və en dairəsi
artdıqca yüksəlmişdir. İsti buzlaqlararası epoxalarda havanın temperaturu indikindən isti olmuşdur.
Holosenin iqlim şəraiti. Holosen iqlimin dəyişməsi tarixində nisbətən qısa bir epizod (hadisə) dördüncü
buzlaşmanın sonunda baş vermişdir. Bu vaxt ərzində iqlim şəraitində bir neçə nəzərə çarpacaq
tərəddüdlər olmuşdur. Son vürum buzlaşması bizim dövrümüzdən 20 min il əvvəl baş vermiş, bir neçə
min il ərzində bu buzlaşma xeyli dərəcədə dağılmışdır. Ardıcıl (sonrakı) gələn epoxa şimal
yarımkürəsinin mülayim və yüksək en dairələrində nisbətən soyuq və rütubətli iqlimi ilə
səciyyələnmişdir. Bizim dövrümüzdən təxminən 12 min il əvvəl xeyli istiləşmə baş vermiş (Allered
epoxası) və o, tezliklə soyuqlaşma ilə əvəz olunmuşdur. Sonralar yenidən istiləşmə bərpa olunmuş və
Avropa və Şimali
Amerikada son iri buzlaşma, zamanımızdan 5-7 min il əvvəl yoxa çıxmışdır. Bu
epoxada buzlaşmadan sonrakı istiləşmə maksimuma çatır. Güman edilir ki, bizim dövrdən 6 və 7 min
illər arasında şimal yarımkürəsində havanın temperaturu indikindən təxminən 1-30 artıq olmuşdur. Bu
zaman ehtimal ki, atmosfer dövranında müəyyən dəyişikliklər olmuşdur. Qütb buzlarının şimala doğru
yerləşməsi ilə bərabər, buzlaşma eyni zamanda subtropik qurşağın daha yüksək en dairələrinə keçmişdir,
bu isə Avropa, Asiya və Şimali Amerikanın bir sıra vilayətlərində quraqlıq zonanın genişlənməsinə
gətirib çıxardı. Eyni zamanda aşağı en dairələrinin müasir səhralarında yağıntıların miqdarı artdı. Həmin
epoxada Saxaranın iqlimi nisbətən rütubətli olmuş, bu isə burada zəngin flora və faunanın
mövcudluğuna şərait yaratmışdır. Sonralar soyuqlaşmaya doğru meyl üstünlük təşkil etmiş, bu hal,
bizim eramızdan əvvəl birinci minillikdə xüsusilə nəzərə çarpacaq dərəcədə olmuşdur. Termik rejimin
dəyişilməsi ilə yanaşı olaraq yağıntıların rejimi də dəyişərək müasir vəziyyətindəkinə yaxınlaşmışdır.
Eramızın birinci minilliyinin sonu və ikinci minilliyin əvvəlində xeyli istiləşmə baş verir, bu vaxt qütb
buzları yüksək en dairələrinə doğru geri çəkilməyə başladı. XIII əsrdən
başlayaraq XVII əsrin
başlanğıcında maksimuma çatan soyuqlaşma dağ buzlaqlarının genişlənməsi ilə müşayiət olunur,
bununla əlaqədar, bu dövr bəzən kiçik buzlaq epoxası adlandırılır. Sonralar növbəti istiləşmə və
buzlaqların geri çəkilməsi başlandı. XVIII və XIX əsrlərin iqlim şəraiti müasir dövrünkündən nisbətən
az fərqlənir.
Dostları ilə paylaş: