Ekologiya imtahan Suallar


Ekoloji siyasətin əsas istiqamətləri



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə60/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   52   53   54   55   56   57   58   59   60
Ekologiya

Ekoloji siyasətin əsas istiqamətləri
Son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin, 
xüsusən sənayenin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə mənfi təsirinin artması və təbii 
sərvətlərin həddindən artıq istismarı ilə nəticələnmişdir. Ekoloji tarazlığın qorunub saxlanılması, təbii 
ehtiyatlardan səmərəli istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi qlobal 
problemə çevrilmişdir.Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı 
işlərin görülməsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkənin uzunmüddətli 
inkişaf strategiyasının mühüm tərkib hissəsidir.Azərbaycan Respublikasının ekoloji siyasətinin əsas 


mahiyyəti insanların ekoloji təmiz mühitdə yaşamasını təmin etmək məqsədilə ekosistemlərin 
qorunması, təbii sərvətlərdən səmərəli istifadə olunması ilə dayanıqlı inkişafın təmin edilməsi, ətraf 
mühitə minimal zərərli təsir, onun ilkin vəziyyətinin bərpası və qorunmasından ibarətdir.Ətraf mühitin 
mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə istiqamətində “Dünyamızın transformasiyası: 2030-cu 
ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü 
illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Su ehtiyatlarından səmərəli istifadənin təmin 
edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”, “Yerin təkinin geoloji öyrənilməsinə və 
mineral-xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı” və digər 
proqramlar çərçivəsində tədbirlər həyata keçirilir.Bununla yanaşı, “Azərbaycan 2030: sosial-iqtisadi 
inkişafa dair Milli Prioritetlər” sənədinin “2022-2026-cı illərə dair sosial-iqtisadi inkişaf 
Strategiyası”nın aidiyyəti bölməsinin (məqsəd 5.1-yüksək keyfiyyətli ekoloji mühit), "Azərbaycan 
Respublikasında meşələrin mühafizəsi və davamlı inkişafına dair 2022-2030-cu illər üçün Dövlət 
Proqramı”nın və “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın layihələri 
hazırlanmışdır. Eyni zamanda, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində atmosfer havasına və 
su obyektlərinə çirkləndirici maddələrin atılmasına, habelə tullantıların yerləşdirilməsinə görə ödəmə 
normativlərinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, suların dövlət uçotunun və yerin 
təkindən istifadənin norma və qaydalarının təkmilləşdirilməsi, hüquqi bazanın möhkəmləndirilməsi 
məqsədilə addımlar atılır. Təmiz ekoloji mühitin yaradılması istiqamətində su ehtiyatlarından səmərəli 
istifadə, Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi, tullantıların idarə olunması, iqlim dəyişmələrinin 
mənfi təsirlərinin azaldılması, müşahidə və monitorinq sistemlərinin modernləşdirilməsi, atmosfer 
havasının mühafizəsi, biomüxtəlifliyin qorunması, ekoturizmin və akvakulturanın inkişafı, meşə 
örtüyünün, yaşıllıqların mühafizəsi və artırılması, çirklənmiş ərazilərin bərpası, torpaq ehtiyatlarının 
münbitliyinin artırılması, mineral-xammal bazasının genişləndirilməsi və təbii sərvətlərdən səmərəli 
istifadə, ekoloji təfəkkürün artırılması əsas prioritet istiqamətlərdəndir.2022-2025-ci illər üçün ekoloji 
siyasətin əsas istiqamətləri və hər bir istiqamət üzrə həyata keçiriləcək tədbirlər: 
1.
tullantıların, o cümlədən polietilen və plastik qablaşdırma materiallarının idarə olunmasında 
mütərəqqi üsullardan istifadə, istehsalçıların genişləndirilmiş məsuliyyəti prinsipinin tətbiqi; 
2.
faydalı qazıntıların hasilatı prosesində müvafiq qanunvericiliyin tələblərinin icrasına nəzarətin 
gücləndirilməsi; 
3.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Sazişindən irəli gələn 
öhdəliklərin yerinə yetirilməsi üçün aidiyyəti dövlət qurumları tərəfindən istilik effekti yaradan 
qaz tullantılarının azaldılması üzrə tədbirlərin görülməsi; 
4.
atmosfer havasının mühafizəsi, o cümlədən avtomobil parkının yenilənməsi və ekoloji təmiz 
nəqliyyatdan istifadənin genişləndirilməsi, yaşıllıqların artırılması və mühafizəsi; 
5.
iqtisadiyyatın bütün sahələrinin inkişafı prosesində ətraf mühitin mühafizəsi tələblərinin ön 
plana çəkilməsi; 
6.
biomüxtəlifliyin mühafizəsi və xüsusi mühafizə olunan təbiət ərazilərinin infrastrukturunun 
inkişafı; 
7.
ekoturizmin inkişafı; 
8.
istehsal müəssisələrində aztullantılı və tullantısız qabaqcıl ekoloji dost texnologiyalarından 
istifadənin genişləndirilməsi; və s.
Missiya
Əsas missiya insanların ekoloji təmiz mühitdə yaşamasını təmin etmək məqsədilə 
ekosistemlərin qorunması, təbii sərvətlərdən səmərəli istifadə olunması ilə dayanıqlı inkişafın təmin 
edilməsi, ətraf mühitə minimal zərərli təsir, onun ilkin vəziyyətinin bərpası və qorunmasından ibarətdir. 
2025-ci il üçün strateji baxışı ölkə ərazisində ətraf mühitlə bağlı mövcud problemlərin həll olunması ilə 
ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühit komponentlərinin mühafizə edilməsi, əhalinin təbii 
ekoloji mühitdə yaşamaq hüququnun təmin edilməsi və təbii sərvətlərdən səmərəli istifadə olunmasına 


nail 
olmaqdır. 
Ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması üçün iqtisadi və insan potensialının müasir üsullarla idarə 
edilməsi, indiki və gələcək nəsillərin rifahının yaxşılaşdırılmasını təmin edən, stimullaşdıran iqtisadi 
modellərin, texnologiyaların istifadəsi, insanın həyat fəaliyyətini təmin edə biləcək ekosistemlərin, 
xüsusilə biomüxtəlifliyin qorunub saxlanılması vəzifə olaraq qarşıya qoyulmuşdur. Qısamüddətli və 
ortamüddətli iqtisadi, ekoloji və sosial nəticələr və ehtimal edilən fəsadlar nəzərə alınmaqla qərarların 
qəbul edilməsi və bu prosesdə alternativ variantların nəzərə alınması, ətraf mühit sahəsində qərarlar 
hazırlanarkən bütün maraqlı tərəflərin cəlb edilməsi, ətraf mühitin hər hansı komponentinin bərpa 
olunmayan dərəcədə pozulmasına səbəb ola biləcək fəaliyyətin qarşısının alınması əsas prinsiplər kimi 
qəbul edilmişdir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi və effektiv idarə 
olunmasına nail olmaq, ekoturizmi inkişaf etdirərək ölkəyə turist axınını stimullaşdırmaq, nadir və nəsli 
kəsilməkdə olan flora və fauna növlərinin mühafizəsi və gələcək nəsillərə çatdırılması əsas 
məqsədlərdən hesab olunur. Ölkə əhalisinin təhlükəsiz balıq mənşəli məhsullara tələbatının əsasən yerli 
məhsullar hesabına ödənilməsi, ixrac imkanlarının yaranması, balıqçılıq üzrə idarəetmə sisteminin 
təkmilləşdirilməsi, su və torpaq resurslarının daha səmərəli istifadəsinin təmin edilməsi, balıq yemi 
istehsalının və balıq emalı sənayesinin inkişaf etdirilməsi, kənd əhalisinin məşğulluq səviyyəsinin 
yüksəldilməsi üçün balıqçılığın inkişafının stimullaşdırılması və davamlı fəaliyyətinə nail olmaq 
nəzərdə 
tutulur. 
Su ehtiyatlarının səmərəli idarə olunması, sudan qənaətlə istifadə edilməsi, itkilərin miniumuma 
endirilməsi, su ehtiyatlarının çirklənməsinin qarşısının alınması qarşıya qoyulmuş əsas 
hədəflərdəndir.Ölkədə əhalinin, onun əmlakının və iqtisadiyyatın ayrı-ayrı sahələrinin hidrometeoroloji 
təhlükəsizliyinin təmin edilməsi, təhlükəli hava hadisələri və iqlim dəyişikliklərinin mənfi təsirlərinin 
azaldılması, ətraf mühitin vəziyyətinin monitorinqinin müasir üsullarla aparılması və ekoloji vəziyyətlə 
bağlı dəqiq məlumatların əldə olunması istiqamətində tədbirlərin əhəmiyyətinin artırılması qarşıya 
məqsəd 
kimi 
qoyulmuşdur. 
Ətraf mühitin çirklənmə səviyyəsinin kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi və 
bununla bağlı operativ tədbirlərin görülməsi ətraf mühitin mühafizəsində əsas amildir. Bununla bağlı 
bütün ölkə boyu ətraf mühit komponentlərinin çirklənmə vəziyyəti üzərində daimi monitorinq nəzarəti 
sisteminin qurulması məqsədilə regionlarda ekoloji laboratoriyalar yaradılır. Yeni meşələrin salınması, 
ağackəsmə hallarının aradan qaldırılması, meşə resurslarından səmərəli istifadə etməklə yerli əhalinin 
meşə və ərzaq məhsullarına olan tələbatının ödənilməsi, yeni iş yerlərinin açılması, sahibkarlara 
əlverişli şəraitin yaradılması və investisiyaların cəlb olunması məqsədilə meşə fondu torpaqlarında 
aqromeşə massivlərinin yaradılması, torpaqların kənd təsərrüfatı məqsədli və turizm fəaliyyəti ilə bağlı 
icarəyə verilməsi nəzərdə tutulur. Strateji əhəmiyyətli mineral-xammal növlərinin 
müəyyənləşdirilməsi, geoloji-axtarış prosedurlarının təkmilləşdirilməsi sayəsində onların ehtiyatlarının 
artırılmasına nail olunacaq və eləcə də, respublika ərazisində bu günə qədər qiymətləndirilmiş strateji 
xammal ehtiyatlarının səmərəli istifadə perspektivləri müəyyənləşdiriləcəkdir.Bərpa olunmayan 
mineral-xammal ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə mövcud ehtiyatların 
BMT çərçivə təsnifatına uyğun olaraq yenidən geoloji-iqtisadi qiymətləndirilməsi mühüm addım 
olacaqdır. Bərpa olunan mineral-xammal ehtiyatlarının kortəbii istismarının ətraf mühitə kifayət 
dərəcədə mənfi təsir göstərdiyi hallarda isə həmin xammal üzrə qalıq ehtiyatların geoloji təftişi, 
alternatıv xammal mənbələrinin müəyyənləşdirilməsi və axtarışı ön plana çəkiləcəkdir.Qarabağ və 
onun ətrafındakı rayonların uzun müddət işğal altında saxlanılması nəticəsində həmin ərazilərdə bioloji 
müxtəlifliyə, o cümlədən flora və fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər 
vurulmuş, ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, əhalinin sudan qəsdən məhrum 
edilməsi, qiymətli ağac növləri ilə zəngin meşələr, eləcə də təbiət abidələri, ümumilikdə yeraltı və 
yerüstü təbii sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulmuşdur. Vətən 
müharibəsində ölkəmizin qazandığı qələbə sayəsində işğaldan azad edilmiş ərazilərimizin bərpası işləri 
çərçivəsində bu ərazilərdə təbii ehtiyatların və ətraf mühitin mövcud vəziyyəti araşdırılacaq, məhv 
edilmiş ekosistemlərin bərpası üzrə proqramlar icra ediləcək, üzərində nəzarət bərpa edilmiş təbii 
resursların ölkə iqtisadiyyatına reinteqrasiyası sahəsində aidiyyəti üzrə tədbirlər icra ediləcəkdir. 


 
 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə