Ekologiya imtahan Suallar



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə57/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   52   53   54   55   56   57   58   59   60
Ekologiya

Dərman bitkilər
insan tibb və baytarlıq praktikasında lazım olan olduqca müxtəlif dərman maddələrini bitkilərdən əldə 
etmişlər. Dərman bitkilərindən hələ 3000 il əvvəl Qədim Assuriyada, Misirdə, Hindistanda, Çində, 
Tibetdə, 1900-cü illərin əvvəllərində isə İranda, Yunanıstanda və Romada; orta əsrlərdə ərəb 
ölkələrində, Orta Asiyada, Cənubi Qafqazda, Avropa ölkələrində istifadə edilmişdir. Dərman 
bitkilərinin müalicəvi xassəsi onların tərkibindəki fizioloji təsiredici fəal maddələrin (alkaloidlər, 
qlikozidlər, flavonoidlər, vitaminlər, aşı maddələri, kumarinlər, efir yağları və bir sıra turşular, 
mikroelementlər, fermentlər) olması ilə əlaqədardır. Dərman bitkilərinin xüsusi qrupunu antibiotiklər 
(fitonsidlər) əmələ gətirən bitkilər təşkil edir. Dərman bitkilərini tədarük edərkən bitkinin növünü, hansı 
hissələrini yığmağı, onların tərkibində olan maddələrin ən çox toplanma vaxtını bilmək vacibdir. 
Dərmanların çox hissəsi bitki mənşəlidir. Müasir dünya bazarında 1000-dən artıq dərman bitkisi növünə 
müraciət olunur. İnkişaf etməkdə olan ölkələrin əhalisinin 80%-ə qədəri əsasən yabanı dərman 
bitkilərinin və digər bitkilərin köməyi ilə sağlamlıqlarının qayğısına qalırlar. Dünyada təyin olunmuş və 
təyin olunmamış dərmanların yarıya qədərinin tərkibində vəhşi (yabanı) orqanizmlərdən alınan 
inqridiyentlər vardır. Bu inqridiyentlərin dörddə biri yalnız tropik meşələrdə rəst gəlinən bitkilərdən 
alınır. 1960-cı ildə leykemiya xəstəliyinə tutulan beş uşaqdan yalnız birinin sağalmaq ehtimalı var idisə, 
hazırda belə ehtimal beş uşaqdan dördü üçündür. Bu, tərkibində müəyyən aktiv maddələr olan dərman 
preparatları ilə müalicənin köməyi ilə mümkün olmuşdur. Bu preparat Madaqaskarın tropik meşələrində 
aşkar olunan Rosy per Winkle bitkisindən alınır. N.A.Krasilovun (1992) fikrincə, bitkilərin zəngin növ 
tərkibindən yalnız çox az hissəsi praktiki məqsədlərlə istifadə edilir. Belə ki, ali bitkilərin dünya 
florasının 30 min növündən daimi yalnız 2500-dən istifadə olunur. Təsərrüfat əhəmiyyətli bitkilər 
arasında sayına görə xammad kimi toplanan dərman bitkiləri birinci yeri tutur. Dərman prepatarları 
çeşidlərinin 30%-dən çoxu bitkilərdən alınır, bu bitkilərin də yarısından çoxu təbii şəraitdən toplanır, az 
bir hissəsi təsərrüfatlarda becərilir. Ürək-damar sistemi xəstəlikləri zamanı işlədilən dərmanların 80-
90%-i bitkilərdən alınır. Bə dərmanların əksəriyyəti sintetik dərmanlara nisbətən az zəhərli olub, kənar 


təsirə malik deyil. Azərbaycanda farmakopeyaya daxil edilən 100-dək növdən əlavə bir çox dərman 
bitkisi məlumdur. Respublikamızın florasında xalq təbabətində işlənən 800-ə qədər dərman bitkisi 
aşkara çıxarılmışdır. Bu bitkilərdən dazı, itburnu, bağayarpağı, damotu, gicitkan, yemişan, boymadərən, 
qatırquyruğu, andız, cökə, murdarça və s. toplanır, azvay, nanə və s. təsərrüfatlarda toplanır. Dərman 
bitkilərinin bir çoxunu meşə ağac və kolları təşkil edir. Onlardan sallaq tozağac, ürəkyarpaq cökə, 
xırdayarpaq cökə, adi palıd, qozağacı, adi şam, qızılağac, sibir ağşamı, adi quşarmudu, qaragilə, qara 
qarağat, mərcangilə, qara qovaq, zirinc, keçi söyüdü, meşə alması, moruq, böyürtkən və bir çox 
başqalarını göstərmək olar. Meşələrimizdə bitən bəzi ağac cinslərinin müalicəvi əhəmiyyətini qeyd 
edək. - Görkəmli təbib Abu-Əli-Sina əsərlərində həmişə qozu qüvvətli qida və müalicəvi xarakter 
daşıyan bitki kimi təbliğ edirdi. Son vaxtlar qoz ağacının müxtəlif hissələrindən və meyvəsindən xalq 
təbabətində və elmi təbabətdə daha geniş istifadə edilir. Yarpağı böyük müalicəvi əhəmiyyətə malik 
olub, tərkibində çoxlu «C» vitamini, həmçinin «B», «P» və «A» provitamini, boyayıcı və aşılayıcı 
maddələr, tanin, efir yağı (0,012-0,029%), inulin, qlikozid, flavonid, inozit, yuqlon və mineral duzlar 
vardır. Dünyanın müxtəlif ölkələrində xalq təbabətində qozun yarpığını dəmləyərək ondan mədə-
bağırsaq, həmçinin dəri xəstəliklərinin müalicəsində istifadə edilir. Qozun yetişməmiş qozalarının yaşıl 
qabığı «C» vitamini ilə çox zəngindir. Sütül meyvələrin tərkibində olan C vitamininin miqdarına görə 
hətta limon, itburnu və qara qarağatdan da üstündür. Odur ki, ondan C vitamini almaq və mürəbbə 
bişirmək üçün istifadə olunur. Qozun yarpaqları iriləşdikcə tərkibində «C» vitamininin miqdarı artır, 
vegetasiyanın ortasında (iyulda) maksimuma çataraq yaş çəkisi 2000 milliqram faiz təşkil edir, sonra 
azalmağa başlayır. Sentyabr-oktaybrda vitaminin miqdarı maksimumun altıda birini təşkil edir.
A.K.Qerqelejiuyaya (1938) görə qozun yetişməmiş meyvəsində C vitamininin miqdarı 
(Moldaviya) 3036 milliqram faiz, meyvəyanlığında isə (avqustda) 831 milliqram faiz təşkil edir. Qozun 
yetişməmiş meyvəsindən alınan askorbin turşusunun konsentratı tünd-qəhvəyi rəngli olub qoz 
yarpığının ətrini verən, bir qədər büzücü xassəli mayedir. Onun tərkibində 1,0-2,0 faiz askorbin turşusu, 
1-3 faiz tanin, 2,3-2,9 faiz üzvi turşular olub, həmçinin dəmir və kükürd (kalsium-fosfat şəklində) də 
qeyd edilir. Tərkibində 1,0 faiz askorbin turşusu olan konsentrat xroniki mədə pozğunluğu olan uşaqlara 
verildikdə (gündə 12 qram ekstrat) xəstələrin vəziyyəti 2-3 gündən sonra yaxşılaşır. Alimlərin bir qrupu 
(Qerqelejiuya (1938), Bezzubov və b.) qozun yetişməmiş meyvələrindən konsentrat almağı düzgün 
hesab etmirlər, onlar bu məqsədlə qozun yarpağından istifadə olunmasını daha çox məqsədəuyğün 
sayırlar. Qozun yarpağı, gövdəsinin qabığı və budaqlarından alınan cövhər və ya ekstrakt xalq 
təbabətində mədəbağırsaq pozğunluğu, yanıq və dəri xəstəliklərinin müalicəsində geniş istifadə olunur. 
Bu məqsədlə xırda doğranmış qurudulmuş 1-2 çay qaşığı qoz yarpağını bir stəkan (200 qram) qaynanmış 
suda dəmləmək, soyuduqdan sonra süzmək və hər gün 3-4 dəfə yarım stəkan içmək lazımdır. Qozun 
yarpağından hazırlanan həlim dəri xəstəliklərini (sızanaq, irinli səpgi, dəmrov, ekzema) müalicə etmək 
üçün istifadə olunur. Bu məqsədlə 4-5 xörək qaşığı qoz yarpağı 0,5 litr suda 15 dəqiqə qaynadılır. Alınan 
həlimlə dərinin xəstə hissəsi yuyulur, isladılır və ya vanna edilir. Ağız, boğaz iltihabında, dişin əti 
yumşaldıqda və yaxud diş tərpəndikdə ağız nahiyəsini yaxalamaq üçün bir stəkan cövhər hazırlanır.
Qoz yarpağı yaranı sağaltmaq xassəsinə malikdir. Bunun üçün ev şəraitində yaraya sürtmək üçün 
yarpağın ovuntusundan məlhəm hazırlamaq olar. Bu məqsədlə qozun quru yarpağının ovuntusundan 15 
qram götürülür, ona 100 qram günəbaxan yağı qatılır, 7 gün keçdikdən sonra həmin qarışıq su 
hamamında 30 dəqiqə qaynadılır. Sonra ona 15 qram mum əlavə edilir və soyuyana qədər qarışdırılır.
Xalq təbabətində sıraca (xərazir) və raxit xəstəliklərinin müalicəsində də qoz yarpağından geniş istifadə 
edilir (Zemlinski, 1958). Qoz ağacının kökünün qabığı yaxşı işlətmə dərmanı hesab edilir. Qoz ləpəsi 
və yağı qədim vaxtlardan bəri xalq təbabətində özünəməxsus yer tapmışdır. Döyülmüş qoz ləpəsindən 
zəhər əleyhinə, onun əncirlə qarışığından isə həzmi yaxşılaşdırmaq üçün istifadə edilirdi. Üyüdülmüş 
qoz qabığı ən yaxşı qankəsici hesab edilirdi, yandırılmış qoz qabığını isə yara və xoraların üzərinə 
səpirdilər. Dəyirmi və lentşəkilli qurdları qovub çıxarmaq üçün qoz ləpəsini səhər acqarına yemək 
lazımdır. Soliteri (yastı qurd) qovmaq üçün isə 30-60 qram qoz yağını şəraba qatıb qəbul etməlidir. Qoz 
yağı sidikdaş xəstəliyi üçün çox faydalıdır. Göz konyuktivi xəstəliyi zamanı hər gün gözə bir neçə damcı 
qoz yağı damızdırmaq kifayətdir. Bu yağ qulaq iltihabı zamanı da kara gəlir. Ondan həm də işlətmə 
dərmanı kimi, yanığa və gecsağalan yaralara sürtmək üçün də istifadə edilir. Adi qozdan alınan 


preparatı, məlhəm və su-spirt məhlulu şəklində (kompress, yaxalama) dəri vərəmi xəstəliyinin, həmçinin 
stafilakok və strepmokok bakteriyaları ilə zədələnmiş dərinin müalicə olunmasında istifadə edilir. Qoz 
ləpəsi yağ, zülal və amin turşuları ilə zəngin olduğundan tez həzm olunur. Xəstələr üzərində aparılan 
klinik müşahidələrdə müəyyən edilmişdir ki, qoz ləpəsi mədə seksiyasına faydalı təsir göstərərək onu 
normaya salır. Yüksək mədə turşuluğu olan xəstələr 50 qram ləpəni 10 gün müddətində qəbul edərsə, 
turşuluq normaya düşür. Müşahidələr göstərmişdir ki, 25, 50, 75 və 100 qram qoz ləpəsini bir dəfəyə 
yedikdə də turşuluq aşağı düşür. Göstərilən miqdarda ləpəni aşağı mədə turşuluğu olan xəstələr qəbul 
etdikdə əksinə, turşuluq qalxaraq normaya düşür. Qoz ləpəsi mədə fəaliyyəti pozğunluğunu və mədənin 
ağrısını zəiflədir. İngiltərədə qoz ləpəsindən şəkər diabeti və ateroskleroz, Çində isə böyrək daşı 
xəstəliklərinin müalicəsində istifadə edilir. Adi qozun ləpəsinin tərkibində 58-77 faiz yağ, 12-25 faiz 
zülal, 5-25 faiz karbohidratlar, 0,3 milliqram askorbin turşusu vardır. Odur ki, qozun ləpəsi yüksək 
kaloriyə malik olub həmin miqdarda mal ətinin kalorisindən 7 dəfə artıqdır. 1 kiloqram qoz ləpəsinin 
6120 kilokalori qidalığı vardır və ya onun verdiyi kalorinin miqdarı 7 kiloqram kartofun və ya 15 
kiloqram südün, yaxud 1 kiloqram mal əti və 2 kiloqram buğda çörəyinin birlikdə verdiyi kaloriyə 
bərabərdir. Məhz buna görə də İ.V.Miçurin adi qozun meyvəsini «gələcəyin çörəyi» kimi də 
qiymətləndirmişdir. K.Y.Sialkovski isə qoz ağacını gələcəyin bitkisi, bəzi alimlər isə həyat ağacı 
adlandırmışdır. Qozun ləpəsindən əldə edilən yağ çox qiymətli və keyfiyyətli olub yeyinti, ətriyyat və 
lakboyaq sənayesində istifadə olunur. Bütün bunlarla yanaşı, qoz ağacının yarpaqlarının buraxdığı ətirli 
efirli maddələr sağlam hava şəraiti yaradaraq mühüm müalicəvi əhəmiyyətə malikdir. Yuxarıda 
deyilənlər göstərir ki, qoz ağacı respublikamızda bitən əksər ağaclardan gəlirli və insan üçün çox 
faydalıdır. Odur ki, onun meşələrini və bağlarını artırmaq günün vacib problemi hesab edilməlidir. - 
Cökə ağacının çiçəkləri bir sıra müalicəvi xassələrə malik olub əczaçılıqda və xalq təbabətində geniş 
işlədilir. Ağac çiçək açdığı dövrdə onun çiçəklərini toplayır, qurudur və müalicə məqsədilə dəmləyib 
içirlər. Cökənin çiçəkləri olduqca xoşətirli, fitonsid xassəlidir. Tərkibində efir yağı (0,05 faiz), mum, 
şəkər, aşılayıcı turşular, qlükozid, zülal və sarı piqmentə təsadüf edilir. Cökə çiçəyi bir sıra dərman 
preparatlarının və bəzi markalı likörlərin tərkibinə daxil edilir. Ətriyyat sənayesində ondan efir yağı 
alınır, onun tərkibində olan fonezol odekolon və duxilərin ətrini saxlayır. Bu qiymətli xüsusiyyətlərinə 
görə cökənin çiçəkləri aptek idarələri tərəfindən tədarük olunur. Qabıqdan təmizlənmiş cökə 
toxumunun tərkibində 33 faiz badam yağı tamını verən qiymətli, qidalı yağ olur. Fiziki xassəsinə görə 
xörək yağı sayılır. Bu yağ təbabətdə də çox qiymətlidir. - Saqqızağacın meyvəsi yeməlidir. Qovrulmuş 
halda istifadə olunur. Məişətdə fındığı, qozu və badamı əvəz edir. Xalq təbabətində qədimdən işlənir. 
Zəngilan rayonunun Vejnəli, Bartaz və digər kəndlərində saqqızağacının meyvəsindən şorba bişirirlər. 
Burada bu meyvəyə çəttəquş deyirlər. El arasında əhalinin qədimdən işlətdiyi «Bir dağarcıq çəttəquşum 
var, elə bil bir küpə yağım var» məsəli saqqızağacı meyvəsinin qiymətli olduğunu bir daha təsdiq edir. 
Vejnəlinin qocaman sakinləri deyirlər ki, indiyədək bu kənddə heç kəs mədə və bağırsaq ağrısından 
şikayət etməmişdir, səbəbi də çəttəquş meyvəsi yeməyimizdir. Talış zonasında da saqqızağac 
meyvəsinin qabığını qaynadıb ondan alınan maye ilə mədə xəstəliklərini, Ərəbistanda isə meyvəsinin 
yağı ilə ciyər xəstəliyini müalicə edirlər. Məlum olduğu kimi, orqanizmin həyat fəaliyyəti və maddələr 
mübadiləsinin normal getməsi üçün vitaminlərin olduqca böyük əhəmiyyəti vardır. İnsan və heyvanlar 
vitamini bilavasitə bitkilərdən və dolayı yolla heyvan məhsullarından alır. Vitaminlərlə, xüsusən «C» 
vitamini ilə zəngin olan bitkilər: itburnu meyvəsi (4500 mq%-ə qədər) qoz (3000 mq%-ə qədər), 
çaytikanı (300-500 mq%-ə qədər), quşarmudu (220 mq%), çiyələk (120-200 mq%). Ali bitkilərin demək 
olar ki, hamısında «A» provitamini olan karotin vardır. Qırmızı və sarı meyvələr, yerkökü karotin ilə 
daha zəngindir. Yeməli göbələklər «PP» vitamini, taxıl bitkiləri toxumunun rüşeymi «B1», «B2», eləcə 
də «PP» vitamininin təmiz preparatlarını istehsal etmək üçün itburnu meyvəsindən, konsentratlarını 
hazırlamaq üçün isə qozdan (yetişməmiş halda), qırmızı istiotdan, qarağat, çay tikanı və s. bitkilərin 
meyvəsindən istifadə edilir. Bitkilərin hamısında D provitamini olan sterinlər var. «E» vitamini 
konsentratı buğda dəninin rüşeymindən alınır. Kələm, ispanaq, adi şabalıd yarpağında, kök, balqabaq, 
quşarmudu, pomidorda çoxlu «K» vitamini, itburnu və sitrus bitkilərinin meyvəsində isə «P» vitamini 
olur. Müxtəlif vitaminlərə insanın gündəlik tələbatı müxtəlifdir. 19.6 saylı cədvəldə ayrı-ayrı 
vitaminlərin meyvə və tərəvəzlərdə miqdarı və insanın onlara gündəlik tələbatı verilir. Cədvəldən 


göründüyü kimi, insan orqanizminin ən çox «C» vitamininə, sonra isə «PP» və «B3» vitamininə ehtiyacı 
vardır. Bitki məhsulları ilə səmərəli qidalanmaq üzrə bəzi tövsiyələr Sağlamlığı möhkəmlətmək üçün 
meyvə və tərəvəzlərlə daha çox qidalanmaq, heyvan mənşəli qidadan isə az istifadə etmək məsləhətdir. 
Uzun və sağlam ömür sürmək üçün bitki məhsullarından səmərəli istifadə edildikdə aşağıdakı 12 
məsləhətə riayət etmək lazımdır: 1. Sutkalıq menyuya narıncı rəngli istənilən meyvə daxil edilməlidir, 
bu meyvələrin tərkibində orqanizm üçün faydalı olan betakarotin olub onkoloji və ürək xəstəlikləri 
riskini azaldır. 2. Masa üstündə hər gün tərkibində «C» vitamini olan meyvə və tərəvəz olmalıdır. Bu, 
ilk növbədə şəkər diabeti xəstələrinə aiddir, İtaliya alimlərinin tədqiqatlarına görə gündəlik doza 1000 
mq «C» vitamini insulin hormonunun hazırlanmasını gücləndirir. 3. Pomidor dadlı olmaqla yanaşı, 
tərkibində yüksək miqdarda likopin olduğundan müalicəvi xassəyə malikdir. Pomidordan gündəlik 
istifadə olunması yoğun bağırsaq, ağız boşluğu, mədədə xərçəngin əmələ gəlməsinin xeyli qarşısını alır, 
belə ki, xərçəng toxumalarının inkişafına səbəb olan nitrozaminlərin təsirini neytrallaşdırır. Müəyyən 
edilmişdir ki, kifayət qədər pomidor yeyən şəxslər, ondan imtina edənlərdən daha enerjili və hərəkətli 
olurlar. 4. Meyvəni çiy halda yemək lazımdır. 5. Ərik qaxı (qaysı qurusu) və kişmiş yemək faydalıdır. 
Onlar sağlamlığı möhkəmlədir, insana güc və enerji verir, belə ki, tərkibində olan kalium ürək 
əzələlərinin işini yaxşılaşdırır. 6. Meyvə şirələrinin tərkibində süddəki qədər zülal, yağ, bir çox 
mikroelementlər olmayıb kaloriyasız olsalar da çox faydalı sayılır. Qeyd etməliyik ki, meyvə şirələri 
qidanı əvəz edə bilməz, bəzən uşaqlara həddən çox şirə verirlər. Lakin uşaqlar üçün gündə bir stəkan 
meyvə şirəsi kifayətdir. 7. Gün ərzində iki meyvə yeməyindən istifadə olunmalıdır. Belə baxdıqda bu 
real görünmür, əslində isə çox sadədir. məsələn, səhər sıyığına (kaşa) banan qatmaq və gün ərzində bir 
ədəd portağal yedikdə meyvədən istifadənin gündəlik norması təmin olunur. 8. Çiy halında tərəvəz 
insanda xoş əhval yaradır, dərini təzələyir, zərif qədd-qamət əmələ gətirir, tərkibində çoxlu miqdarda 
sellüloz olduğu üçün mədə və bağırsaqda əngəli aradan qaldırır. Bu, xüsusən oturaq həyat tərzi 
keçirənlər üçün vacib olub, kökəlmə və qəbizliyə qarşı vasitədir. 9. Soğan və sarımsaq düzgün 
qidalanmadıqda həzm yolunda çürümənin qarşısını almaqda və qripin kütləvi yayılması dövründə 
mühüm rola malikdir. 10. Meyvəni yeməkdən yarım saat qabaq, acqarına və çörəksiz yemək 
məsləhətdir. 11. Duzdan az istifadə etmək (gündə 6 qram – bir çay qaşığı) lazımdır. 12. Alkoqoldan 
istifadənin ziyansız dozası, gündə 20 qram təmiz spirtdən, təxminən bir bokal şərabdan ibarət olmalıdır. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə