Ekologiya imtahan Suallar


Heyvanlar aləmi və onun mühafizəsi



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə58/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   52   53   54   55   56   57   58   59   60
Ekologiya

Heyvanlar aləmi və onun mühafizəsi
Dənizdə yaşayan heyvanlar üçün qitələr, qitələrdə yaşayanlar üçün isə dənizlər keçilməz coğrafi 
sədlərdir. İlk su heyvanı (xərçəng, balıq və s.) quruya çıxarıldıqda tələf olur,ilk quru heyvanları isə 
(kərtənkələ, quş, ceyran və s.) suyun altında uzun müddət qala bilməz. Soyuq iqlimdə yaşayan ağ ayı və 
pinqvin mülayim və isti iqlimə dözə bilmir. Eyni coğrafi ərazi daxilində hər bir bioloji növ özünün 
təkamül prosesində müəyyən yaşama şəraitinə uyğunlaşmışdır. Elə bir növ yoxdur ki, o hər cür ekoloji 
şəraitdə yaşaya bilsin. Ağacdələn, sincab və s. meşə heyvanı səhrada yaşaya bilməz, dəvə və sünbülqıran 
kimi səhra heyvanı da meşədə ola bilməz. Ceyran düzənlik heyvanıdır, o, dağda bərk qaçıb özünü qoruya 
bilmir. Amma dağ keçisi üçün sıldırım qayalıqlar ən yaxşı yaşama yeridir. Hər bir heyvanın davranışı 
başqasından fərqli olur. Onlar özünəməxsus təbii komplekslər (birliklər) əmələ gətirməyə cəhd edir. Hər 
kompleksdə olan heyvanlar öz aralarında cütləşib nəsil verir. İllər keçir, növün daxilində müxtəliflik 
çoxalır.Deməli, heyvanların yayılması təbiətdəki coğrafi sədlərdən, konkret ekoloji şəraitdən və növü 
təşkil edən fərdlərin müxtəlifliyindən asılıdır. Bioloji növün yaşaması üçün əlverişsiz olan şərait onun 
yayılmasını məhdudlaşdırır. Hər növün olduğu yeri xəritədə xüsusi xətlə dövrəyə alsaq, həmin növün 
yayılma sahəsi alınar. Növün yayılma sahəsinə onun arealı deyilir. Hər bir növ özünəməxsus areal 
daxilində formalaşır.Bitki və heyvanların təbii qruplaşmaları. Botanikadan bilirsiniz ki, təbiətdə bitkilər 
xüsusi təbii qruplar əmələ gətirir, hər bir qrup müəyyən bitki növlərindən ibarət olur. Lakin təbiətdə 
bitkilər tək yaşaya bilməz. Onlar fotosintez edib üzvi maddələr hazırlayır, heyvanlar onun hesabına 
yaşayır. Bitkiyeyən heyvanları da başqa heyvanlar yeyib dolanır. Deməli, bitkilər birbaşa və dolayı 
yollarla bütün heyvanların yaşaması üçün əvəzedilməzdir. Bundan başqa bitkilər heyvanların sığınacaq 
yeridir. Heyvanlar bitkilərin arasında soyuqdan və qızmar istidən qorunur, yırtıcılardan gizlənir, yuva 
tikib nəsil verir. Arı, kəpənək və kiçik quşlar bitkilərin çarpaz tozlanmasında iştirak edir. Bir sıra 
heyvanlar bitkilərin toxumunu yayır. Deməli, bitki heyvana, heyvan da bitkiyə lazımdır. Onların 


arasındakı əlaqələlərə görə təbii qrupları formalaşır. Ona görə hər hansı heyvan növü öz arealının hər 
yerində deyil, başqa növlərlə xüsusi qruplaşmalar əmələ gətirdiyi yerlərdə yaşaya bilir. Məsələn, qonur 
qurbağa və cəld kərtənkələnin arealı, demək olar ki, eynidir. Lakin onların təbii qrupları ayrı olduğu 
üçün heç vaxt birlikdə təsadüf edilmir. Qurbağa rütubətli və kölgə yerlərdə, kərtənkələ isə quru sahələrdə 
olur. Qurbağa nəm yerlərdəki ağcaqanadları, hünüləri və başqa cücüləri, kərtənkələ isə quru sahədə olan 
böcəkləri yeyir. Ona görə qurbağa və kərtənkələ hər ikisi cücüyeyən olmasına baxmayaraq, onların 
arasında qida rəqabəti yoxdur və ya zəifdir. Təbiətdə canlıların ətraf mühitlə və öz aralarında əlaqəyə 
girib əmələ gətirdiyi təbii qrup tutduğu sahəsinə və yaşamasına görə vəhdət təşkil edir. Çəmənlik, meşə, 
kolluq və bu kimi sahələrin hər birinin canlı qrupu sıx əlaqədə yaşayır. Yaşıl çəmənlikdə yazda arılar 
çiçəklərdən şirə (nektar) və tozcuq toplayır.Kəpənəklər çiçəyin şirəsini sorur, bitkilər üzərində yumurta 
qoyur. Onlardan çıxan tırtıllar bitkilərin yaşıl hissələri ilə qidalanır. Kəpənəkləri və onların tırtıllarını öz 
növbəsində quşlar və başqa cücüyeyən heyvanlar yeyir. Bitkilərin quruyub yerə tökülmüş çürüntüsünü 
soxulcanlar yeyir. Soxulcanı da qara-toyuq kimi quşlar tapıb yeyir. Xatırlayın ki, soxulcanlar torpağın 
qurucusudur. Misallardan aydın olur ki, havada uçan quşlar qida zənciri vasitəsilə torpaqda yaşayan 
canlılardan asılı olur (soxulcan-çəmən bitkiləri-tırtıl-kəpənək-quş). Canlıların təbii birliklərində olan 
növlər bir-birinin sayını müəyyən balansda (müvazinətdə) saxlayır. Məsələn, çəmənlikdə cücülər 
azalanda quşlar kifayət qədər qida tapa bilmir, onların balası ac qalıb tələf olur. Quş olmayanda cücülər 
yaxşı şəraitə düşüb tez çoxalır. Belələiklə çəmənlikdə cücülərin və quşların sayı həmişə çoxalıb-
azalmaqla müəyyən səviyyədə qalır. Cəmiyyətin inkişaf tarixinin ilk vaxtlarında insan təbii qüvvələrdən 
çox asılı olmuşdur. O vaxt adamlar böyük çətinliklə meşələri qırıb özlərinə əkin sahəsi təmizləyir və 
yırtıcı heyvanlardan qorunmağa çalışırdılar. Ona görə insanın təbiətə təsiri az idi. Yer üzərində əhalinin 
artması, ovçuluq, balıqçılıq, Kənd təsərrüfatı və sənayenin inkişafı nəticəsində insanın təbiətə təsiri 
durmadan çoxalmışdır. İqtisadiyyatın təbiətə təsiri texniki tərəqqi vasitəsilə qat-qat gücləndi, 
planetimizin siması kökündən dəyişdi. İndi ilkin təbii sahələr az qalıbdır. İnsanın başqa canlılara təsiri 
iki yolla olur: birbaşa tələf etməklə və yaşama yerini dəyişdirməklə. Canlıların təbii birliklərində 
yaşayan növlərdən birini tələf etdikdə, başqa növlərin də həyatı pozulur. Məsələn, çəmənlikdə torpaq 
arılarının yuvasını dağıtdıqda həmin arılar ilə tozlanan bitkilər toxum verə bilmir və tədricən 
azalır.Bitkinin hesabına yaşayan cücülər yoxa çıxır, nəticədə, həşəratyeyən quşlar da azalır. Belə 
çəmənlikdə ot seyrəlir və qurumağa başlayır, torpaqda soxulcan azalır, çəmənlik tamam kasıblaşır, onun 
yerini bir neçə növ tikanlı koldan (mal yeməyən) ibarət bitkilər tutur. Bunu kəndlərin ətrafında, mal-
qara örüşlərində və yolların kənarında görmək çətin deyildir. Kənd təsərrüfatı və meşə bitkilərinin 
ziyanvericilərinə və xəstəliklərinə qarşı zəhərli kimyəvi maddələrlə mübarizə aparılması heyvanlar 
aləminə güclü təsir edir. Zəhərli kimyəvi maddələrdən istifadə edərkən səhlənkarlığa yol verilməsi və 
qayda-qanunun pozulması halları canlıların birliklərinə, son nəticədə insanın özünə boyük ziyan vurur. 
Sənaye tullantıları ətraf mühiti, yəni havanı, suyu və torpağı çirkləndirib yararsız edir, bəzən ölü bölgə 
əmələ gəlir ki, həmin yerlər səhradan da kasıb olur.Heyvanların və bitkilərin təbii birliklərinin pozulması 
halları heç də hər yerdə həmişə zərurətdən irəli gəlmir. Ov heyvanlarının təbii ehtiyatının tükəməsi çox 
yerdə onların vəhşicəsinə (elmsiz, plansız) ovlanmasının nəticəsidir. Dünyada çoxlu quşun və məməli 
heyvanın nəslinin kəsilməsi qorxusu yaranmışdır (1000 növə qədər).Əvvəlcə özünü təbiətdən qorumağa 
çalışan, sonra təbiət üzərində qələbə çalıb onu korlamış olan insan indi təbiəti qorumağa məcburdur.Əks 
halda təbiət insandan qisas ala bilər. Təbii komplekslərin pozulması insanı ərzaqsız qoymaqla 
kifayətlənmir. Milyon illərdə təkamülün sınağından çıxmış təbii kompleksləri insan pozanda bulaqlar 
və çaylar quruyur, onların yerində qısamüddətli dağıdıcı sellər əmələ gəlir, göllər və dənizlər dayazlaşır, 
meşələr və çəmənliklər quruyur, hər yeri toz basır, gözlənilməz xəstəliklər aləmi bürüyür. Ona görə 
təbiətin qorunmasında bütün dünya əhalisi iştirak edir.Təbiətin qorunması ondan istifadə edilməsini 
dayandırmaq deyildir. Təbiət ondan istifadə edilərkən qorunur, yalnız qoruqlarda olan təbii birliklərin 
istifadəsi müəyyən müddət dayandırılır. Heyvanlar aləminin qorunması qarşısında bir neçə əsas vəzifə 
durur: insanın maddi və mənəvi həyatında heyvanların faydasını daimi saxlamaq; insanın heyvanlara 
birbaşa və dolayı yollarla zərərli təsirini aradan qaldırmaq; təbii birlikləri qoruyub saxlamaq üçün həyata 
keçirilən tədbirlərdə ardıcıllıq yaratmaq, heyvanlar aləminin qorunmasında elmin və beynəlxalq 
əməkdaşlığın fəal iştirakını təmin etmək. İnsan üçün hal-hazırki əhəmiyyətindən asılı olmayaraq heç bir 
heyvan növünün nəslini tamam kəsməyə icazə verilmir. 1999-cu ildə "Azərbaycanda heyvanlar aləmi" 
haqqında Qanun qəbul edilmişdir. Həmin qanunun əsas tələbi respublikada heyvanlar aləminin 
müxtəlifliyini qoruyub saxlamaqdır. Bu, o deməkdir ki, heç bir növün nəslinin kəsilməsinə yol vermək 
olmaz.Heyvanlardan ağıllı istifadə edəndə onların ehtiyatı heç vaxt tükənmir. Məsələn, təbiətdə vəhşi 


toyuq ildə bir dəfə 12-14 yumurta qoyub kürt düşür. Amma insan onu məcbur edir ki, gündə bir yumurta 
versin. Deməli, insan toyuğun daxili imkanlarını üzə çıxarmağa nail olur. Beləcə bütün heyyanları çox 
məhsuldar etmək olar. Bunun üçün elmin düzgün tətbiqi lazımdır. Elmi əsası olan ovçuluq təsərrüfatları 
heyvanlardan istifadə etməkdə və onların qorunmasında gələcəyi yaxşı olan tədbirlərdən biridir. Lakin 
nəsli kəsilmək qorxusu yaranmış növlərə münasibət tamam başqadır. Belə növlərin ovlanması qadağan 
edilir, onlar süni şəiraitdə artırılıb təbiətə buraxılır, Qırmızı kitaba daxil edilir, yaşama yerləri 
yaxşılaşdırılır təbii vəziyyəti haqqında əhaliyə məlumat verilir. Qırmızı kitab beynəlxalq, ölkə və 
vilayətlər üzrə olur. Beynəlxalq qırmızı kitaba düşmüş növ hansı ölkədə varsa, onun Qırmızı kitabına 
mütləq daxil edilir. Öİkənin Qırmızı Kitabına düşmüş növ hansı vilayətdə yaşayırsa, onların da Qırmızı 
Kitabına daxil edilir. Qırmızı Kitaba elə növlər daxil edilir ki , təbiətdə sayı azaldığı üçün öz-özünü 
saxlaya bilmir. Kiçik bir ərazidə qalan və ya sayı durmadan azalan növlər də Qırmızı Kitaba daxil edilir. 
Heyvanlar aləminin müxtəlifliyini saxlamaq üçün qoruqların rolu çox böyükdür. Azərbaycanda 16 
qoruq və 18 yasaqlıq yaradılmışdır. Qoruqda heç bir təsərrüfat işləri görməyə icazə verilmir.Heyvanların 
qorunması nəticəsində yüzlərlə növün nəslinin kəsilməsi qorxusu aradan qaldırılmış, bir sıra növün təbii 
ehtiyatı bərpa edilib, yenidən səmərəli istifadə olunur: sığır, sayqak, dəniz pişiyi, norka və s. Təbiətin, 
o cümlədən heyyanların qorunmasında məktəblilərin öhdəsinə böyük işlər düşür. Məktəblinin təbiətə 
münasibəti başqalarına nümunə olmalıdır. Onda hər yerdə, xüsusən Azərbaycan kimi isti diyarda çox 
ehtiyatlı olmaq lazımdır. Təbiətdə yanğın çox zərərli hadisədir. Təbiətdə gəzərkən qışqırmaq və ya 
musiqi alətlərindən istifadə etmək səs-küy əmələ gətirib heyvanları qorxudur, onların normal yaşayışını 
pozur. Təbiətin öz səsi ən yaxşı musiqidir. Gəzintiyə çıxarkən təmizliyə əməl edilməsi vacib şərtdir. 
Sahəyə atılan şüşə qabların sınıqları gec-tez hər hansı bir nəfərin və ya heyvanın ayağını kəsməlidir. 
Məktəbin həyətində və cavan bağlarda quş evcikləri asmaq və quşları qışda yemləmək üçün yem 
təknəcikləri qoymaq məktəblinin müqəddəs borcudur.Təbiət hamıya məxsusdur, hamımızın birgə 
evimizdir, onu hamımız qoruyub,mühafizə etməliyik. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə