Ekologiya imtahan Suallar



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə54/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   50   51   52   53   54   55   56   57   ...   60
Ekologiya

Bioloji müxtəliflik
Dünyanın bioloji müxtəlifliyi (BM) və ya canlı orqanizmlərin müxtəlifliyi ekoloji, genetik, sosial, 
iqtisadi, elmi, tədris, mədəni, rekreasiya və estetik baxımdan böyük əhəmiyyət kəsb edir. BM biosferin 
təkamül həyatiliyinin təmin olunması sisteminin saxlanması üçün mühüm hesab edilir. BM-in 
saxlanması və dayanıqlı istifadəsi Yer əhalisinin daima artan bir sıra tələbatının (ərzaq, dərman vasitələri 
və s.) təmin edilməsi üçün xüsusilə vacib sayılır. BM ətraf mühitin vəziyyətini və ekosistemin 
dayanlıqlığını qiymətləndirən ən obyektiv amillərdən biridir. BM planetimizdəki bütün həyat 
formalarının birliyi olub, bununla da onu Günəş sisteminin digər planetlərindən fərqləndirir. BM özündə 
heyvan, bitki və orqanizm növlərini, ekosistemləri, landşaftları və onlarda gedən prosesləri cəmləşdirir. 
BM-də üç iyerarxik kateqoriya (səviyyə) ayrılır: 1) növ müxtəlifliyi; 2) genetik müxtəliflik; 3) 
ekosistemin müxtəlifliyi, yəni yaşayış yerinin, biotik qruplaşmaların və biosferdə gedən ekoloji 
proseslərin müxtəlifliyi. Növ müxtəlifliyi – konkret ərazidə növlərin sayı və onların fərdlərinin 
ratslaşma dərəcəsini əks etdirir. Alfa, beta və qamma müxtəliflik ayrılır. Alfa müxtəliflik – müəyyən 
biotada (ekosistemdə) növlərin sayı, beta müxtəliflik – müəyyən vilayətin bütün biotalarında növlərin 
sayı, qamma müxtəliflik alfa və beta müxtəlifliklərini birləşdirən göstəricidir. Növmüxtəlifliyinin 
göstəricisi növlərin sayı ilə onların xüsusi qiyməti (miqdar, biokütlə, məhsuldarlıq) arasında olan nisbət 
və ya növlərin sayının vahid sahəyə nisbəti hesab olunur. Növlər növün arealının bir hissəsini tutan 
yarımnövlərə bölünür. Bir-birinə yaxın növlər cinslərdə, cinslər fəsilələrdə, fəsilələr dəstələrdə 
(heyvanlar üçün) və ya sıralarda (bitkilər üçün), dəstələr və ya sıralar siniflərdə, siniflər isə tiplərdə 
(şöbələr) birləşir. Növlərin saxlanmasının başlıca vəzifəsi onların inventarizasiyası (siyahıya alınması), 
ikinci vəzifəsi isə əhəmiyyətinə görə bərpası və saxlanmasıdır. Yer üzərində növ müxtəlifliyinin sayı 
hələ indiyə qədər ayrı-ayrı tədqiqatçılar tərəfindən müxtəlif göstərilir. Bitki və xordalı heyvan növlərinin 
80-90%-i, digər qalan taksonların isə yarıdan da az növləri təsvir olunmuşdur. Müxtəlif müəlliflər 
tərəfindən növlərin ümumi sayı 3,6 və 112 mln arasında olduğu göstərilir. Bu qədər böyük fərqin olması 
əsasən həşərat növlərinin sayının 2-dən 100 mln arasında qiymətləndirilməsidir. BM-ə daha etibarlı 
qiymət 1500 mütəxəssisin iştirakı ilə 1995-ci ildə YUNEP tərəfindən verilməsidir. Bu qiymətə əsasən 
növlərin ən ehtimal sayı 13-15 mln təşkil edir, onun yalnız 1,75 mln növ, yəni 13%-dən azı təsvir 
edilmişdir. Genetik müxtəliflik olduqca böyük olub növlər arasında genlərin variasiyaları deməkdir. 
Genetik baxımdan növün dəyəri (əhəmiyyəti) onun digər növlərdən nə dərəcədə seçilməsi ilə təyin 
olunur (əsasən taksonomik xüsusiyyətlərinə görə). Hər hansı bir növün populyasiyası öz arealı daxilində 
qalmaqla yanaşı, ona həm də yeni yaşama şəraitində rast gəlinir və müxtəlif ekoloji sığınacaqlara 
yiyələnərək çoxalması üçün müxtəlif yerlərdən istifadə edir. Bu zaman ekoloji müxtəliflik baş verir. 
Belə halda, məsələn, bitkilərdə çiçəkləmə, heyvanlarda isə cütləşmə vaxtı uyğun gəlmir. Seçilmə 
nəticəsində populyasiyanın genetik tərkibi dəyişir, bir neçə nəsildən sonra belə dəyişkənlik yeni növlərin 
əmələ gəlməsinə səbəb ola bilər. Növlərin müəyyən qədər dar diapazonda fəaliyyət göstərməyə 
uyğunlaşmasına baxmayaraq növün populyasiyası çox vaxt subpopulyasiya və ya ekotiplərə (çox vaxt 


bir sıra fasiləsiz iqlim, edafik, senotik dəyişmələr daxilində bitki və heyvanların ekoloji irqlər və 
növdəyişkənliyi) bölünür. Ekotiplərin populyasiya strukturunun daha müfəssəl (dəqiq) analizinə 
keçməsi, kiçik lokal populyasiyalar daxilində dəyişiklik ayırmağa imkan yaradır. Belə dəyişkənlik 
polimorfizm adlanır. Polimorfizm bir növ daxilində xarici görünüşünə görə kəskin fərqlənən və keçid 
formaları olmayan fərdlərdir. Belə formalar ikidirsə, bu hadisə dimorfizm adlanır. Bir və ya müxtəlif 
populyasiyadan olan fərdlərin xarici görünüşündəki fərdlər də polimorfizmə daxildir. Eyni yaşama 
şəraitində iki və daha müxtəlif növ formalarının mövcudluğu genetik polimorfizmdir. Populyasiya daxili 
polimorfizm çox hallarda təbii seçmə ilə saxlanılır. - Bioloji müxtəlifliyin ən yüksək iyerarxik 
səviyyəsi ekosistem və ya landşaft biomüxtəlifliyi saylıır. Dünyanın və kontinentlərin kiçik miqyaslı 
zonal landşaft tipləri xəritəsi bioloji müxtəlifliyin yüksək iyerarxik səviyyəsini əks etdirir. Aşağıdakı 
landşaftlar ən yüksək növ müxtəlifliyi ilə fərqlənir (azalan cərgə üzrə): mülayim qurşağın rütubətli 
ekvator meşələri, karollov rifləri, quru tropik meşələr, mülayim qurşağın rütubətli meşələri, okean 
adaları, Aralıq dənizi iqlimi landşaftları, meşəsiz landşaftlar (savanna, bozqır). Rütubətli ekvator 
meşələri daha zəngindir: məsələn, İndoneziyada 200 ha meşədə ağac növlərinin sayı Şimali Amerikanın 
bütün tropikdən kənar ərazisində bitən ağac növlərinin sayı qədərdir. Karollov rifləri də yüksək 
növmüxtəlifliyi ilə seçilir. 1996-cı ildə Bonn Universitetində (Almaniya) «Qlobal biomüxtəliflik» 
xəritəsi tərtib olunmuşdur. Bu xəritəyə əsasən fitomüxtəliflik ekosferdə fundamental rol oynayıb quru 
ekosistemlərinin bioloji müxtəlifliyini müəyyənləşdirir. Dünyada ali bitkilərin ümumi sayı 400 min olub 
bioməhsuldarlıq və biomüxtəliflik baxımından dominantlıq edir. Onlardan 20 min növü konsument və 
redusent orqanizmlər olub üzvi maddələrin sərf edilməsini və parçalanmasını təmin edir. Orta hesabla 
bir borulu bitki növü təxminən 66 heyvan, göbələk və bakteriya növünün həyatını təmin edir. «Qlobal 
biomüxtəliflik» xəritəsi BM-in 2 əsas qlobal qanunauyğunluğunu əks etdirir: 1. Biomüxtəliflik 
dərəcəsinin zonal landşaft zonalarından aydın surətdə asılılığı: rütubətli ekvator və tropik meşələrdə 
fitomüxtəliflik dərəcəsi ən yüksək olub 10000 km2 sahədə 3000-5000 növ, tayqa və qarışıq meşələr 
zonasında 500 növ, tundra və səhra zonalarında isə 200 növdən az təşkil edir. Yerdə qalan zonal landşaft 
tipləri fito və biomüxtəlifliyə görə qanunauyğun şəkildə aralıq qiymət daşıyır. 2. Bir sıra tropik və 
subtropik rayonların spesifik təbii şəraiti – relyefin, torpağın, iqlimin çox müxtəlifliyi, həmçinin bu 
ərazilərin tarixi inkişafı ilə əlaqədar təbii vəziyyətin kəskin dəyişməsi zamanı növlər üçün sığınacaq 
(refuqium) rolunu oynaması da xəritədə əks olunur. Bunun nəticəsində biomüxtəlifliyin maksimum 
qlobal mərkəzi və digər yüksək biomüxtəliflik mərkəzləri qeyd olunur. Fitomüxtəliflik xəritəsinin 
müəllifləri 6 maksimum qlomüxtəliflik mərkəzləri ayırır. Hər mərkəzdə 10000 km2 sahədə 5000 növdən 
çox borulu bitki növü mövcuddur: 1. Çoko (Kosta Rika); 2. Tropik Şərqi And 3. Atlantikyanı Braziliya; 
4. Şərqi Himalay (Çində Yunan əyaləti); 5. Şimali Borneo; 6. Yeni Qvineya. Qlobal mərkəzlərdən başqa 
16 yüksək biomüxtəliflik mərkəzləri (10000 km2 sahədə 3000 və çox növ) ayrılır, bunların da daxilində 
«ləkələr» şəklində ən yüksək biomüxtəlifliyə rast gəlinir. Yüksək biomüxtəliflik mərkəzlərinə Aralıq 
dənizi ətrafı (o cümlədən Qafqaz), Tyanşan-Pamir-Alay, Şərqi Afrika rift vadisi, Kap mərkəzi 
(Afrikanın cənubu), Madakaskar, Qvian dağlığı və b. aiddir. Struktur müxtəlifliyi Müasir 
beogeosenozların regional səviyyədə tərkibi və strukturu – konkret biotanın formalaşması tarixi, iqlim 
xüsusiyyətləri, ekotopun spesifikliyi, həmçinin antropogen təsirlər və faciəli xarakterli təbii hadisələr 
(yanğın, tufan və s.) ilə müəyyən edilir. Fito -, zoo - , həmçinin mikogen (göbələk) mozaiki 
(müxtəlifliyi), antropogen şəraitdən əvvəlki ilə və abiotik pozulmaların mozaikliyi (müxtəlifliyi) ilə 
birgə ərazinin müxtəlif sahələrinin formalaşmasını təyin edir. Bu, öz növbəsində bioloji müxtəlifliyin 
bütün (qamma) uyğunluqlarının mövcudluğuna səbəb olur. Struktur müxtəlifliyin xüsusiyyətlərini bitki 
obyektlərinin misalında yaxşı izləmək olar. Məlum olduğu kimi, bitki örtüyünün mozaikliyinin 
(müxtəlifliyinin) elementlərindən biri klimaks qruplaşması və ya inkişafının son mərhələsində nisbi 
stabil, dayanıqlı vəziyyətində olan bitki qruplaşması hesab olunur. Burada tədqiqat rayonu üçün 
xarakterik olan canlı örtüyün (bitki örtüyünün) bütün elementlərinin və ya suksessiya mozaikliyinin 
(müxtəlifliyinin) mövcudluğu, həmin ərazinin biomüxtəlifliyinin zəruriliyi kimi baxılır. Klimaks növ 
suksessiya qruplaşmalarına daxil olduqca müxtəliflik artır. Həm də sukssesiya növləri klimaks növlərlə 
heç də sıxışdırılmır və onlarla birgə mürəkkəb sistem yaradaraq dinamik tarazlıq vəziyyətində olur. Belə 
ki, suksessiya komponentlərinin inkişafı ilə bərabər klimaks komponentlərinin də nisbətən yüksək 


səviyyəsi saxlanılır. Tarazlığın monoklimaks istiqamətində qarışması ilə əlaqədar suksessiya növlərinin 
sıradan çıxması nəticəsində qruplaşmanın müxtəlifliyi bir qədər azalır (sadələşir). Struktur müxtəlifliyi 
obyektiv olaraq ekosistemin müxtəlifliyi ilə əlaqədar olub, müxtəlif tipləri, bitmə şəraitini, 
qruplaşmaları və ekoloji prosesləri özündə əks etdirir. BM-in öyrənilməsində flora və faunanın 
zənginliyinin müəyyən edilməsi. onlara uyğun taksonomik xarakteristikasının aşkar edilməsi üzrə 
ümumi metodlardan geniş istifadə olunur. Hazırda müasir kompüter məlumat-analitik sistemi (İAS) 
işlənib hazırlanmışdır, bu, struktur xüsusiyyətləri və suksessiya mərhələlərinin keçidlərini nəzərə alaraq 
bitki örtüyünün BM-nin qiymətləndirilməsinə imkan yaradır (L.Q.Xanin, 1997). Bu sistemlə BM-in 
struktur-funksional və növ təyini, bitki növlərinin senotik, populyasiya, ekoloji və digər 
məlumatlarından, geobotaniki, taksasiya və digər təsvirlər bazasından istifadə etməklə aparılır. Bioloji 
müxtəlifliyin qorunub saxlanmasında mühüm vasitə – xüsusi mühafizə olunan təbii ərazilər (XMTƏ) 
hesab olunur. XMTƏ- tipik və nadir təbii landşaftları, heyvan və bitki aləmi müxtəlifliklərini, təbii və 
mədəni irsi qoruyub saxlamaq məqsədilə ayırırlar. Müasir beynəlxalq təsnifata 10 XMTƏ kateqoriyası 
daxildir (Sokolov, və b., 1997): • Ciddi rejimli təbii elmi rezervatlar; • Milli parklar; • Təbiət abidələri, 
diqqətəlayiq (maraqlı) təbiət obyektləri; • Təbiəti mühafizə təyinatlı rezervatlar, təbiətin idarə olunan 
rezervatları, vəhşi təbiətin sığınacaqları; • Mühafizə olunan landşaftlar; • Resursqoruyucu rezervatlar; • 
Antropoloji rezervatlar; • Resursqoruyucu ərazilər və çoxməqsədli istifadə əraziləri; • Biosfer 
rezervatları; • Dünya irsli (təbii) yerlər; Azərbaycanda XMTƏ-nin aşağıdakı kateqoriyaları ayrılır. • 
Dövlət təbii qoruqları; • Milli parklar; • Təbii parklar; • Dövlət təbii yasaqlıqları; • Dendroloji parklar 
və Botanika bağı; Müalicəvi – sağlamlıq yerləri və kurortlar. 19.3.1.Bioloji müxtəlifliyin ekoloji və 
iqtisadi əhəmiyyəti BM-in qorunub saxlanmasına getdikcə daha çox diqqət ayrılır. Bu problem müasir 
dünyada ən mühüm problemlərdən biri hesab olunur və müntəzəm olaraq böyük qayğı tələb edir. Bitki, 
heyvan və mikroorqanizmlərin BM-i bəşəriyyətin yaşaması üçün əsaslı mühüm faktordur. BM – həyatın 
təminat sistemini formalaşdıran ərzaq və digər resursların mənbəyi kimi əvəzolunmaz rol oynamış, 
oynayır və oynayacaqdır. Məlum olduğu kimi, BM-in böyük hissəsi təbii ekosistemlərdə cəmləşmişdir 
və onların mövcudluğu yüksək dərəcədə daxili müxtəlifliklərindən asılıdır. Vəhşi faunanın və yabanı 
floranın növ və genetik müxtəlifliyinin, nadir və tükənməkdə olan heyvan və bitki növlərinin qorunub 
saxlanması təbiətdən səmərəli istifadənin əsas vəzifələrindən biri olub, onun həlli üçün ayrıayrı 
ölkələrdə mühüm sənədlər, qərarlar qəbul edilir. Nadir və məhv olmaq təhlükəsi olan bitki və heyvan 
növlərinin qorunmasını gücləndirmək məqsədilə «Qırmızı Kitab» tərtib olunur və bu növlər o Kitaba 
salınır. «Bioloji müxtəliflik» proqramı hazırlanaraq ora üç layihə daxil edilmişdir: • bioloji müxtəlifliyin 
inventarizasiyası; • bioloji müxtəlifliyin monitorinqi və qorunub saxlanması; • bioloji müxtəlifliyin 
komponentlərindən dayanıqlı istifadə. Bioloji müxtəlifliyin effektli qorunub saxlanmasını təmin etmək
məqsədilə vəhşi təbiət fondu çərçivəsində qoruq və Milli parkların inkişaf strategiyası hazırlanır. Bir 
çox nəsillərin təkamülü nəticəsində yaranan və yalnız özünə xas olan xassələri ilə birlikdə itirilən hər 
hansı bir növ yalnız elm üçün deyil, həm də praktika üçün itki sayılır. Bu itki həm də ona görə böyük 
itki hesab edilir ki, bir sıra yabanı bitkilərin faydalı xassələri haqqında çox şey hələ indiyə qədər 
naməlum olaraq qalır. Məsələn, M.Q.Baxromeyevanın (1988) məlumatına görə adi bitki sayılan böyük 
dəmrovotunun tərkibində olan maddə bioloji obyektləri rəngləmək üçün boyaq kimi işlənə bilər və o, 
xassələrinə görə indiyə kimi məlum olan analoqlarından (eritrozin, primulin və b.) üstün sayılır; 
şehduran bitkisindən aminlər sinfinə aid alınan maddədən ziyanverici həşəratlara qarşı mübarizə vasitəsi 
kimi istifadə oluna bilər. ABŞ-da xassəsinə görə neftə yaxın olan maddə almaq üçün yararlı bitki 
axtarışı aparılır. Məlum olmuşdur ki, neft karbohidrogenlərinə yaxın olan karbohidrogenlər iki südləyən 
bitki növünün (Euphorlia lathyris və E.tarucelli) tərkibində vardır. Türkiyədə tapılan yabanı buğdanın 
hibridləşdirilməsi ilə dörd pas xəstəliyinə qarşı buğda sortları yaradılmışdır. Madaqaskarda barvinq 
bənövşəsinin tapılan yabanı növündən alınan preparatlar şişə qarşı təsirə malikdir. Genofondun 
itirilməsi bioloji növlərin yox olması ilə əlaqədar olub, təsərrüfat üçün ziyandır, belə ki, nəticədə onun 
effektivliyinin potensialını aşağı salır. Qeyd etməliyik ki, aşkar edilən hər bir nadir və ya məhv olmaq 
təhlükəsi olan növün səmərəli istifadəsi və mühafizəsinin «öz» sistemini hazırlamaq lazımdır. Bu, ilk 
növbədə endem (yalnız bir coğrafi rayonda rast gəlinən) növlərə aiddir. Biosfer resurslarının insan 
tərəfindən istifadəsi təxminən 40%-ə çatmışdır və bu tələbat durmadan artır. Bu prosesin qlobal 


miqyasda nizamlanması vacib məsələ hesab olunur. Qeyd etmək lazımdır ki, hazırda insanların rifahını 
yaxşılaşdırmaq və ətraf mühitin mühafizəsini gücləndirmək üçün bioloji resurslardan kənd 
təsərrüfatında və səhiyyədə istifadə sahəsində yüksək iqtisadi nəticələri təsdiqedici müsbət təcrübələr 
vardır. M.Kitinq (1993) bioloji müxtəliflikdən sosial-iqtisadi gəlir əldə etmək üzrə dəlillər gətirir: • 
ABŞ-ın ümumi milli məhsulunun 4,5%-ə qədəri (təxminən ildə 87 mlrd. dollar) yabanı bitkilər və vəhşi 
heyvanların hesabına əldə edilir. • Efiopiya arpasının bir geni, kaliforniya arpasının bütün məhsulunu 
sarı karlik virusundan mühafizə edərək ildə 160 mln. dollar qazanc götürülür. • Qarğıdalıya qohumluğu 
olan qədim Meksika yabanı bitkisinin qarğıdalının müasir sortları ilə çarpazlaşdırılmasından, dünyanın 
fermerləri ildə 4,4 mlrd. dollar qənaət etmiş olar. • Dünyada yabanı bitkilərdən hazırlanan dərmanların 
və təbii məhsulların dəyəri ildə 40 mlrd. dollar təşkil edir. Asiyada XX əsrin 70-ci illəri genetik 
yaxşılaşdırma buğda istehsalını ildə 2 mlrd., çəltiyinkini isə 1,5 mlrd. dollar artırdı; belə nəticələr bu 
dənli bitkilərin alçaqboylu sortlarının yaradılması və istifadəsi sayəsində əldə edilmişdir. Şübhəsiz ki
hazırda genetik müxtəlifliklərin hamısından deyil, onların az bir hissəsindən istifadə edilir. Hazırda 
bioloji resusrların əhəmiyyətinin qiymətləndirilməsinə hələlik əsasən onların qorunub saxlanması 
nöqteyi-nəzərindən baxılır. Xüsusi mühafizə olunan təbii ərazilərin (XMTƏ) səmərəli şəbəkəsinin 
yaradılması bu mühüm vəzifənin mümkün həlli üsulu hesab edilir. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə