Ekologiya imtahan Suallar


Nitrat və nitritlərin insan sağlamlığına təsiri



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə51/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   47   48   49   50   51   52   53   54   ...   60
Ekologiya

Nitrat və nitritlərin insan sağlamlığına təsiri
Hazırda dünya əhalisinin əksəriyyəti gübrələr tətbiq etməklə, becərilən kənd təsərrüfatı bitkilərindən 
qida (ərzaq) kimi istifadə edir. Hazırda adambaşına ildə 23 kq-a yaxın gübrə istehsal edilir və bütün 
gübrələrin yarısı azot gübrələrinin payına düşür. Azot elementi bitkinin böyüməsinə stimul yaradır, 


onun meyvəsinin (toxumunun) keyfiyyətinə, tərkibində olan zülalın miqdarına təsir göstərir. Azotun 
böyük ehtiyatı atmosferdə mövcuddur. Fasiləsiz olaraq azot bu təbii «anbardan» göy-yaşıl yosunlar və 
paxlalı bitkilərin köklərində yaşayan xüsusi bakteriyalar tərəfindən mənimsənilir. Tərkibində azot 
birləşmələri olan üzvi və mineral gübrələr torpaqda nitratlara (azot turşusunun duzları) çevrilərək, su ilə 
birlikdə bitkiyə daxil olur. Kök sistemi, budaqlar, yarpaqlar və meyvələrdə nitratlar fermentlərin təsiri 
ilə amoniumun ionu NH+ 4-ə qədər bərpa olunur və amin turşusunun əsasına təşəkkül tapır, sonra isə 
zülallara çevrilir, yəni mineral azot zərərsiz üzvi azota – təbii birləşmənin komponentinə çevrilir. Gübrə 
həddindən artıq daxil olduqda isə bitki onu mənimsəyə bilmədiyindən nitratlar meyvələrdə toplanır və 
insanlar ondan istifadə edir. Nitratlar və nitritlər (azot turşusunun duzları) bir çox qida məhsullarının (o 
cümlədən hisə verilmiş donuz əti, vetçina, bəzi pendir və balıq çeşidləri) hazırlanmasında və 
konserviləşdirilməsində istifadə olunur. Nitratların mənfi təsiri haqqında ilk dəfə XX əsrin 70-ci 
illərində Özbəkistanda söhbətlər yarandı, burada qarpız bitkisinə həddindən artıq amonium selitrası 
verildiyindən, qarpızdan kütləvi olaraq, mədə-bağırsağın zəhərlənmə hadisələri baş verdi. Dünya 
elmində nitrat haqqında çoxdan məlumat var idi. Hazırda nitratların insan və kənd təsərrüfatı heyvanları 
üçün yüksək toksikliyə malik olması hamıya məlumdur. 1. Nitratlar nitratreduktaz fermentinin təsiri ilə 
nitritlərə kimi bərpa olunur, bu da qanın hemoqlabini ilə qarşılıqlı əlaqəyə girərək, ondakı ikivalentli 
dəmiri üçvalentli dəmirə oksidləşdirir. Bunun nəticəsində methemoqlobin maddəsi əmələ gəlir. Onun 
oksigenə dözümü olmadığından orqanizmin hüceyrə və toxumalarının normal tənəffüsü pozulur 
(toxuma hipoksiyası), nəticədə süd turşusu, xolestrin toplanır və zülalların miqdarı kəskin azalır. 
Methemoqlobinin qanda miqdarı 10%-ə çatdıqda əlamətsiz sianoz xəstəliyi müşahidə edilir, 2050% 
olduqda bu xəstəlik kəskinləşir: oksigen çatışmazlığı, baş ağrısı, zəiflik, ürək döyüntüsü, huşun itirilməsi 
müşahidə olunur. Methemoqlobinin miqdarının 50%-i keçməsi ölümlə nəticələnir. 2. Nitratlar xüsusən 
südəmər uşaqlar üçün təhlükəlidir, belə ki, onlarda ferment əsası natamamdır və methemoqlobinin 
hemoqlobinə bərpa olunması zəif gedir. 3. Nitratlar patogen (zərərli) bağırsaq mikroflorasının 
inkişafına səbəb olur, bu isə insan orqanizminə zəhərli maddələr – toksinlər ayırır, nəticədə toksikasiya, 
yəni orqanizmin zəhərlənməsi baş verir. Nitratla zəhərlənmənin əsas əlamətləri bunlardır: • dırnaq, üz, 
dodaq və görünən selikli qişaların göyərməsi; ürək bulanması, qusma, qarında ağrı; • ishal (çox vaxt 
qanlı), qaraciyərin böyüməsi, göz ağının saralması; • baş ağrısı, yorğunluq, yuxuculluq, iş qabiliyyətinin 
azalması; • təngənəfəslik, güclü ürək döyüntüsü (huşun itirilməsinə qədər); • çox zəhərləndikdə ölümlə 
nəticələnir. 4. Nitratlar, bir çox fermentlərin tərkibində olan, hormonları stimullaşdıran və maddələr 
mübadiləsinin bütün növlərinə təsir göstərən vitaminlərin miqdarını qidada azaldır. 5. Nitratlar uzun 
müddət insan orqanizminə daxil olduqda (hətta kiçik dozalarda), yodun miqdarını azaldır və qalxanvari 
vəzin böyüməsinə səbəb olur. 6. Nitratların mədə-bağırsaq yollarında xərçəng şişlərinin əmələ 
gəlməsinə yüksək dərəcədə təsir göstərməsi müəyyən edilmişdir. 7. Nitratlar damarların kəskin 
genişlənməsinə səbəb olur, nəticədə qan təzyiqi aşağı düşür. Qeyd etmək lazımdır ki, nitratların özü 
deyil, müəyyən şəraitdə çevrildikləri nitritlər insan orqanizminə zərər yetirir. Çilidə mədədə xərçəng 
xəstəliklərinin digər regionlarla müqayisədə çox olmasını, bu ölkənin torpağında təbii nitratların yüksək 
olması ilə də izah edirlər. Alimlərin fikrincə, insan orqanizmində nitratlar digər nitrobirləşmələrə, daha 
çox nitroaminlərə də çevrilir. Nitroaminlər bədxassəli şişlərin əmələ gəlməsinə səbəb olur və onkoloji 
xəstəliklərin 70-80%-i onunla əlaqədardır. İnsan gün ərzində 150-200 mq dozaya nisbətən asan dözür;
500 mq – yol verilən doza hesab olunur; gündə 600 mq böyük adamlar üçün toksik təsir göstərir, 
südəmər uşaq üçün isə hətta 10 mq nitrat güclü zəhərlənməyə səbəb ola bilər. Orqanizmə daxil olan 
nitratların miqdarını qiymətləndirərək, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ürəkdamar və onkoloji 
xəstəliklərin profilaktikası üçün hər gün 500 qram, yəni ildə 180 kq tərəvəz və meyvədən istifadə 
olunmasını tövsiyə edir. Nitratların insan orqanizminə daxil olma yolları İnsan orqanizminə nitratlar 
müxtəlif yollarla düşür: 1) Qida məhsulları ilə: a) bitki mənşəli; b) heyvan mənşəli; 2) İçməli su ilə; 3) 
Dərman preparatları ilə. İnsan orqanizminə nitratların əsas kütləsi konservlər və təzə tərəvəzlərlə 
nitratların gündəlik miqdarının 4080%-i daxil olur. Nitratlar az miqdarda çörək-bulka məmulatları və 
meyvələr vasitəsilə insan orqanizminə düşür; süd məhsullarının payına isə 1% (10-100 mq/l) düşür.
Nitratların bir hissəsi insan orqanizminin özündə maddələr mübadiləsi zamanı əmələ gələ bilər. Nitratlar 
insan orqanizminə həmçinin su ilə də daxil olur, bu isə insanın normal həyatı üçün əsas şərait sayılır. 


Mövcud xəstəliklərin 70-80%-i çirklənmiş içməli su ilə əlaqədar baş verir və insanın ömrünü 30% 
qısaldır. ÜST-nin məlumatına əsasən bu səbəbdən Yer üzərində 2 mlrd.-dan artıq adam xəstələnir, 
onlardan 3,5 milyonu dünyasını dəyişir (onların 90%-ni 5 yaşa çatmamış uşaqlar təşkil edir). Yeraltı 
içməli sularda 200 mq/l nitratlar olur, bu isə artezian quyularının suyundakından xeyli azdır. Yeraltı 
sulara nitratlar tarlalardan müxtəlif kimyəvi gübrələrlə (nitrat, ammonium) və bu gübrələri istehsal edən 
kimyəvi müəssisələrin tullantıları ilə daxil olur. Nitratlar qrunt sularının, həm də artezian quyularının 
sularının tərkibində olur. Şəhər əhalisinin içdiyi suyun tərkibində nitratların miqdarı 20 mq/l, kənd 
yerlərinin adamlarınınkında isə 20-80 mq/l olur. Heyvan qidasında (məhsulunda) da nitratlar 
mövcuddur. Balıq və ət məhsullarının təbii halda tərkibində nitratlar az (ətdə - 2-25 mq/kq, balıqda – 2-
15 mq/kq) olur. İstifadə xassələrini yaxşılaşdırmaq və uzun müddət saxlamaq məqsədilə onlara (əsasən 
kolbas məmulatları) nitrat və nitritlər əlavə edilir. Alabişmiş hisə verilmiş kolbasda nitritlərin miqdarı 
150 mq/kq, bişirilmiş kolbasda isə 50-60 mq/kq təşkil edir. İnsanın orqanizminə nitratlar həmçinin tütün 
vasitəsilə daxil olur. Bəzi tütün sortlarının 100 qram quru maddəsinə 500 mq nitrat düşür. Bitkilərdə 
nitratların miqdarı və toplanması Bitkilərdə nitratların mövcudluğu normal hadisədir, lakin onların izafi 
miqdarda olması arzu olunmazdır, belə ki, yuxarıda qeyd edildiyi kimi nitratlar insan və kənd təsərrüfatı 
heyvanları üçün yüksək toksikliyə malik dir. Nitratlar əsasən köklərdə, kökümeyvələrdə, budaqlarda, 
tumurcuqlarda, iri damarlı yarpaqlarda toplanır, meyvələrdə isə onların miqdarı az olur. Nitratlar 
yetişməmiş meyvələrdə yetişmişlərə nisbətən çox olur. Müxtəlif kənd təsərrüfatı bitkilərində nitratlar ən 
çox kahı (xüsusən istixanada becərilən), turp, cəfəri, yeməli çuğundur, kələm, yer kökü və şüyüdün 
tərkibində olur. Bütün tərəvəz və meyvələrdə nitratlar ən çox onların qabığında olur. Tərəvəz, meyvə 
və toxumlar nitratları toplamağına görə üç qrupa bölünür: 1) Yüksək miqdarda (5000 mq/kq yaş kütlə): 
kahı, keşniş, çuğundur, şüyüd, yarpaq kələm, turp, yaşıl soğan, yemiş, qarpız; 2) Orta miqdarda (300-
600 mq/kq yaş kütlə): gül kələm, balqabaq, yerkökü, xiyar, qatıqotu; 3) Aşağı miqdar (10-80 mq/kq yaş 
kütlə : noxud, turşəng, kartof, pomidor, meyvə və giləmeyvələr, lobya, şalğamaoxşar soğan. Mineral 
gübrələr üzvi gübrələrlə əvəz olunduqda (peyin, torf və b.) bitkilərdə nitratların miqdarı azalır, bu 
gübrələr tədricən parçalanaraq, bitki tərəfindən mənimsənilir. Üzvi gübrələr kələm, kök, çuğundur, 
cəfəri, kartof və keşnişə müsbət təsir göstərir. Kimyəvi gübrələrdən səmərəsiz istifadə olunduqda onların 
yüksək dozası nitratların yüksək miqdarda (xüsusən yeyilən kökümeyvəlilərdə) toplanmasına səbəb 
olur. Ammonium gübrələri ilə müqayisədə nitrat gübrələrindən istifadə edildikdə nitratların miqdarı 
daha çox artır. Bitkilərdə nitratların miqdarı torpağın xassələrindən də asılıdır. Torpaq humusla və 
ümumi azotla nə qədər çox zəngin olarsa, o qədər də çox kökumeyvəlilərdə nitratlar toplanar. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə