Ekologiya imtahan Suallar


Təbii otlaqların vəziyyəti



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə53/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   49   50   51   52   53   54   55   56   ...   60
Ekologiya

Təbii otlaqların vəziyyəti
Quru səthinin onda bir hissəsini əkin sahələri tutur, lakin təbii otlaqların ərazisi əkin sahələrindən iki 
dəfə artıqdır. Otlaqlar əsasən ya quru əraziləri, ya çox dik yamacları, yaxud da əkinçilik üçün yararsız, 
münbit olmayan əraziləri tutur. Yer səthinin beşdə bir hissəsini tutan bu otlaq sahələrində 3,3 mlrd. baş 
iri buynuzlu mal-qara, qoyun və keçi otarılır (cədvəl 19.2). Bu gövşəyən heyvanlar mürəkkəb həzm 
sisteminə malik olub, kobud yemləri ətə və südə çevirməyə imkan yaradır. Mövcud məlumatlara əsasən 
planetimizdə 180 mln adam öz ev təsərrüfatında yaşayışını təmin etmək üçün mal-qara saxlayır. Bir sıra 
Afrika ölkələrinin iqtisadiyyatı maldarlıqdan olduqca asılı olub, əhalisini həm ərzaqla, həm də işlə təmin 
edir. Yaxın Şərq, Mərkəzi Asiya (Monqolustan daxil olmaqla), şimal-qərbi Çin və Hindistanın bir çox 
rayonlarının əhalisi də dünyada daha çoxlu miqdarda gövşəyən heyvanlar saxlayaraq, onlardan süd, ət 
və yanacaq almaqla yanaşı, həm də çəkici iş qüvvəsi kimi istifadə edirlər. Dünyanın digər hissələrində 
otlaqlardan iribuynuzlu mal-qara təsərrüfatları altında istifadə olunur. Avstraliyada torpaqların əksər 
hissəsi otlaqlar altında olub, qoyunların miqdarı 117 mln təşkil edir. Bu, dünyada ən böyük sürü hesab 
olunub, hər sakinə altı baş qoyun düşür. Argentina, Braziliya, Meksika və Uruqvayın iqtisadiyyatı 
əsasən iribuynuzlu mal-qara saxlamaq istiqamətində inkişaf edir, bunun üçün də əsas rasion ot sayılır. 
Şimali Amerikanın Böyük düzlərində taxıl üçün yararsız sahələr də iri buynuzlu mal-qara üçün otlaq 
kimi istifadə olunur. Gövşəyən heyvanlar, insanlar üçün ət və süd verməklə yanaşı, həm də dəri və yun 
mənbəyidir. Dəri və yun məmulatlarının istehsalı milyonlarla insanların yaşaması üçün gəlir mənbəyi 
sayılır. Lakin bu sahələr də onlara xammal verən otlaqlardan asılıdır. Digər regionların otlaqlarının 
vəziyyətinin pisləşməsi haqqında məlumat az olsa da, Afrikanın misalından aydın olur ki, mal-qaranın 
miqdarı ilə əhalinin sayının nisbəti uyğun gəlir. 1950-ci ildə 238 mln Afrika əhalisinin 273 mln baş ev 
mal-qarası olmuşdur. 2000-ci ildə isə burada 794 mln əhali 680 mln ev mal-qarasına malikdir. Bu 
kontinentdə daima taxılın çatışmazlığı hiss olunur, odur ki, burada olan 230 mln baş iribuynuzlu mal-
qara, 241 mln qoyun və 209 mln keçi seyrək otları didməklə yarpaq və zoğlarla qidalanır, mövcud ot 
örtüyü onların yemlənməsi üçün iki dəfə azlıq edir. İran Yaxın Şərqin ən sıx əhalili ölkəsi olub, 70 mln 
əhali yaşayır və burada otlaqlar hədsiz yüklənir. Burada iri buynuzlu mal-qaranın sayı 8 mln baş, qoyun 
və keçilərin sayı isə 81 mln baş hesablanır və onlar əfsanəvi xalça toxuculuğunun mənbəyi (xammalı) 
hesab olunur. Lakin ölkədə qoyun və keçilərin miqdarı insanın sayını keçdiyindən (insanlar əsasən 
qoyun əti ilə qidalanır) otlaqlar mal-qaranı yemlə təmin edə bilmir və deqradasiyaya uğrayır. Çində də 
belə problem mövcuddur, ölkənin şimal-qərbində 1978-ci ilin iqtisadi reformasından sonra ev mal-
qarasının miqdarı xeyli artmışdır və hazırda onlar üçün otlaq çatışmır. Məsələn, Qonq vilayətində yerli 
otlaqlar hesablamaya görə 3,7 mln qoyunu yemlə təmin etməyə qadirdir, lakin 1998-ci ilin sonunda 
onların sayı 5,5 mln-a çatmışdır, bu isə otlaqların imkanından xeyli çoxdur. Bunun nəticəsində ot örtüyü 
kasatlaşır, seyrəlir, nəticədə otlaqlar səhraya çevrilir. Hazırda bütün inkişaf etməkdə olan ölkələrdə mal-
qaranın yemə olan tələbatı mövcud otlaqların dayanıqlı ehtiyatından yüksəkdir. Hindistanda 2000-ci il 
üçün lazım olan yemin miqdarı 700 mln ton olduğu halda, mövcud otlaqlar yalnız 540 mln ton yem 
verməyə qadirdir. Hindistanın torpaqdan istifadə Milli şurası xəbər verir ki, Radcastan və Karnataka 
ştatlarında yüksək dərəcədə pozulmuş kənd təsərrüfatı sahələrində heyvandarlığın yemə olan tələbatı 
yalnız 50-60% ödənilir, bu isə mal-qaranın məhsuldarlığını aşağı salır. Otlaqlardan hədsiz istifadə 
edilməsi ilə əlaqədar torpağın gücdən düşməsi iqtisadiyyata böyük ziyan vurur. Otlaqların 
deqradasiyasının (tapdanmasının) ilk mərhələlərində torpağın məhsuldarlığının artırılmasına xərclər 
çoxalır. Deqradasiya prosesləri davam etdirildikdə bitki örtüyü dağılır, bu isə torpağın eroziyasına səbəb 
olaraq tam yararsız hala salır. Yerin quraqlıq regionlarının BMT tərəfindən qiymətləndirilməsi göstərdi 
ki, otlaqların deqradasiyası ilə əlaqədar mal-qaranın məhsuldarlığının aşağı düşməsi nəticəsində 1990-
cı ildə ümumi itkinin miqdarı 23 mlrd dolları keçmişdir 1968-ci ildə Kaliforniya (Santa-Barbara) 
Universitetinin əməkdaşı Qarrett Xardin (Garrett Hardin) Science məcmuəsində «Otlaqların faciəsi» 


(«The Tragedy of the Commons») adlı məqalə dərc etdirir. Xardın ictimai otlaqları misal gətirərək 
göstərir ki, yerli maldarlar otlaqdan istədiyi kimi istifadə edir. Hər bir maldar digərləri ilə razılaşmadan 
sürüsünü artıraraq öz güzaranını yaxşılaşdırmağa çalışır. Beləliklə, o, sürüsünün sayını çoxaldaraq əlavə 
gəlir əldə edir, otlağın gücdən düşməsi isə ona az təsir göstərir. Lakin müəyyən vaxt keçdikdən sonra 
ictimai otlaqlarda heyvan sürülərinin artması və hədsiz otarma otlağı gücdən salır, dağıdır və bu zaman 
maldarları fəlakət «yaxalayır». Otarma nəticəsində çəmən və bozqır qruplaşmalarının dəyişməsi otlaq 
diqressiyası (deqradasiyası) adlanır. Heyvanın növündən, sayından, otarma müddətindən asılı olaraq 
otlağa müxtəlif təsir göstərir. Otarma iki cür təsir göstərir: bilavasitə ot örtüyünə – bitkinin yeyilməsi 
və dırnaqları ilə qırılması; torpaq rejiminin dəyişməsi vasitəsilə. Otarma zamanı adətən torpaq bərkiyir, 
cənub rayonlarında bu zaman kapilyarlar vasitəsilə suyun səthə çıxaraq buxarlanması nəticəsində 
torpağın düzlaşması baş verir. Qumlu torpaqlarda çim örtüyünün dağılması nəticəsində külək eroziyası 
güclənir. Dağ yamaclarında torpağın bərkiməsi və ot örtüyünün dağılması nəticəsində səthi və yarğan 
eroziyası baş verir. Bütün bu neqativ proseslər otlaqlarda mal-qaranın sistemsiz və həddən artıq 
otarılması ilə əlaqədardır. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə