Ekologiya imtahan Suallar


İnsanın bioloji müxtəlifliyə təsiri



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə55/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   52   53   54   55   56   57   58   59   60
Ekologiya

İnsanın bioloji müxtəlifliyə təsiri
Arxeoloji qazıntılar göstərir ki, Yerin tarixində həyat başlanandan bəri beş dəfə bioloji növlərin 
möhtəşəm məhv olması baş vermişdir. Hər dəfə belə hadisə planetimizdə təkamülün tənəzzülü və 
həyatın yoxsullaşması ilə nəticələnmişdir. Bu hadisələrin sonuncusu 65 mln il əvvəl, Yerin asteroidlə 
toqquşması zamanı baş vermişdir. Bu vaxt Yerin atmosferinə olduqca çoxlu miqdarda toz və daş 
qırıntıları atılmışdır. Bunun nəticəsində XVI fəsildə qeyd edildiyi kimi başlayan kəskin soyuqlaşma 
dinozavrların məhvinə və o zaman mövcud olan canlıların beşdə birinin yoxa çıxmasına səbəb olmuşdur.
Bioloji zənginliyin bərpa olunması üçün hər dəfə təxminən 10 mln il vaxt lazım olmuşdur. Hazırda biz 
növlərin möhtəşəm məhv olmasının altıncı mərhələsində yaşayırıq. Əvvəlki beş təbii kataklizmlərin 
(məhvedici çevrilişlər) yaratdığı məhv olma hadisəsindən fərqli olaraq növlərin bugünkü məhv olmasını 
insan özü yaradır. Yerin uzun müddətli tarixində ilk dəfə olaraq bir növün canlı orqanizmi digər növlərin 
bir çox canlı orqanizmlərini məhv etmək dərəcəsinə gətirib çıxarmışdır. Yer üzərində BM-in itməsi 
əsasən yaşayış mühitinin dağılması, təbii landşaftların parçalanması (fraqmentasiyası) və dəyişməsi, 
kənd təsərrüfatı və bioloji resursların hədsiz istismarı, ətraf mühitin çirklənməsi, introduksiya olunmuş 
bitki və heyvan növlərinin gətirilməsi, nəzarətsiz ov, əhalinin miqrasiyasının yüksəlməsi, beynəlxalq 
ticarətin və turizmin artması və digər səbəblərin nəticəsidir. BM-yə meşədən əlavə istifadə növləri 
(meyvə, giləmeyvə və dərman bitkilərinin toplanması, mal-qara otarılması, ot biçini və s.) də təsir 
göstərir. Nizamlanmayan ov nəticəsində növmüxtəlifliyi azala bilər, hətta ayrı-ayrı populyasiyalar 
sıradan çıxar, gen müxtəlifliyi kasatlaşar. Dərman bitkilərinin icazəsiz, nizama salınmadan toplanması 
onların fitosenozda sayını azaldır, fitosenoz kasatlaşır, hətta populyasiyanın yoxa çıxması baş verə bilər. 
Nizama salınmamış rekreasiya da BM-ə mənfi təsir göstərir. Məsələn, taptanma nəticəsində biosenoz, 
hətta landşaft daxilində bəzi növlər sıradan çıxa bilər. BM-ə göstərilən təsir növlərindən ən təhlükəlisi 
təbii yşayış yerlərinin dağıdılması hesab olunur. Bu baxımdan tropik meşələrin yandırılması, məhv 
edilməsini xüsusi qeyd etmək lazımdır. Məsələn, Amazonkanın tropik meşələrini yandırmaqla biz, 
planetimizin möhtəşəm genetik xəzinəsini yandırmış oluruq. BM-in müasir azalma sürəti təbii azalma 
sürətini təxminən min dəfə keçir, bu əsasən rütubətli tropik meşələrin intensiv qırılması və yanması 
nəticəsində baş verir. Məsələn, Madaqaskarda nadir faunanın 90%-i Himalay dağlarının ətəklərində və 
Yeni Kaledoniyada (bitkilərin 83%-i endemik təşkil edir) rütubətli tropik meşələr məhv edilmişdir. 
Meşələrin məhv edilməsi ilə çay. bataqlıq, dağ, səhra ekosistemləri də dağılır (pozulur) və onların BM-
i fasiləsiz azalır. Tropik meşələrin məhv edilməsi indiki tempdə (il ərzində məhv edilən meşələrin sahəsi 
İsveçrənin sahəsini 4 dəfə keçir) qalarsa, 2015-ci ilə qədər 4-8%, 2040-cı ilə qədər isə 35% növün 
sıradan çıxması gözlənilir. Mütəxəssislərin fikrincə belə halda 25 il ərzində Yer üzərində mövcud olan 
növlərin 15%-i məhv edilə bilər. Ayrı-ayrı növlərin düşünülməmiş iqlimləşdirilməsi ekosistemin 
keyfiyyətinin dəyişməsinə səbəb olur, belə ki, iqlimə uyğunlaşdırılan növ yeni yerdə özünün təbii 


düşmənlərini tapmayaraq intensiv artır və digər növləri sıradan çıxarır. Belə halda iqlimləşdirmə BM-i 
azaldır. «Bioloji müxtəlifliyin qlobal qiymətləndirilməsi»nə (Global Biodivercity Assessment, UNEP, 
1995) görə 30000-dən çox heyvan və bitki növünün məhv olma təhlükəsi yaranmışdır. İndiki yüzillik 
ərzində məməli heyvan növlərinin məhv olma sürəti geoloji keçmişdə qeyd olunan maksimum məhv 
olma sürətindən 40 dəfə yüksəkdir. Son 400 ildə 484 heyvan və 654 bitki növü sıradan çıxmışdır. 2000-
ci ildə Beynəlxalq təbiəti və təbii resursları Mühafizə Şurası (BTMŞ) məhv olma təhlükəsi altında olan 
heyvan və bitki növlərinin yeni Qırmızı Kitabını nəşr etmişdir. Kitabın məlumatı göstərir ki, bütün 
şöbələrdə «ciddi təhlükə» altında olan növlərin sayı artmışdır. Belə ki, 2000-ci ildə məməlilər arasında 
ciddi təhlükəyə məruz qalan növlərin sayı 19 olmuşdur, 1996-cı ildə isə bu, 13 idi. 2000-ci ildə Qırmızı 
Kitaba düşən şirinsu tısbağalarının sayı 10-dan 24-ə qalxdı. Təhlükə altında olan quş növlərinin sayı 
1996-cı ildə 168-dən 2000-ci ildə 182-yə yüksəldi. Ətraf mühitin vəziyyətinin pisləşməsi ilə əlaqədar 
bu meyl getdikcə güclənir. Məməlilər haqqında onu demək olar ki, 600 məlum məməli növündən (insan 
istisna olmaqla) təqribən hamısı risk zonasında yerləşir. BTMŞ-ə görə bu növlərin demək olar ki, yarısı 
məhv olmaq təhlükəsi altındadır. Məməlilərin təxminən 79 növü Braziliyada yaşayır, burada təbii 
mühitin pozulması xüsusi təhlükə sayılır. Ov etmək də bir çox məməli üçün təhlükəlidir. Bu, xüsusilə 
Qərbi və Mərkəzi Afrika üçün daha xarakterikdir. Belə ki, burada əhalinin ərzaqla təmin olunması 
fasiləsiz olaraq pisləşir, nəticədə bazarda «vəhşi ət», yəni meymun əti satışı geniş vüsət alır. Konqo 
Demokratik Respublikasının əsasən meşə cəngəlliklərində yaşayan şimpanze meymununun sayı 1980-
ci ildə 100000 fərd təşkil edirdi, 1990-cı ildə onların sayı 10000-ə qədər azaldı, hazırda onların yalnız 
3000-i qalmışdır. Elmə məlum olan 9946 quş növünün hazırda 70%-nin sayının azalması gözlənilir, 
onlardan 1183 növ ən yaxın zamanda həqiqətən məhv olmaq təhlükəsi altındadır. Ehtimal ki, balıqlar 
ən böyük təhlükə altındadır, təxminən bütün balıq növlərinin (çay və dənizdəki) hazırda üçdə biri tam 
məhv olmaq təhlükəsi üzrədir. Planet miqyasında bu problemin əsas səbəbi balıqların yaşamaq 
mühitinin pisləşməsi sayılır. Bu, suyun çirklənməsi və çay və digər şirin sulu ekosistemlərin suyundan 
təsərrüfat məqsədləri üçün hədsiz istifadəsi kimi təzahür olunur. Yüksək qiymətli balıq növlərini də 
məhv olmaq təhlükəsi gözləyir. Belə ki, Xəzər dənizində ən qiymətli kürü verən məşhur nərə balığı 
1970-ci ilin axırında 22000 tondan, 1990-cı ilin sonunda 1100 tona enmişdir. Bunun səbəbi bu balığın 
həddindən artıq tutulması (çoxusu da gizli, qanunsuz yolla) hesab olunur. Bitki və heyvanat aləminə 
antropogen təsir canlı materiyanın təşkilinin bütün səviyyələrində baş verir: 1. Molekulyar – genetik 
səviyyədə. Bu təsir hüceyrə sisteminin struktur-fəaliyyət sisteminə, genetik sistemlərə, biomembranlara, 
zülal-ferment sistemlərinə təsiri kimi təzahür olunur, çirkləndirici maddələrin transformasiyası və 
biodeqradasiyası kimi özünü göstərir. 2. Ontogenetik səviyyədə. Bu təsir embriogenezin 
dəyişməsində, böyümə və çoxalma proseslərinin pozulmasında, çoxalmada, xəstəliklərdə və s. təzahür 
olunur. 3. Populyasiya - növ səviyyəsində. Bu təsir yaşama yerinin dağılması, sənayenin intensiv 
inkiaşfı, introduksiya olunmuş növlərin təsiri, məqsədyönlü və təsadüfi məhv etmək nəticəsində ayrı-
ayrı növlərin populyasiyalarının sayının azalması və ya tamamilə sıradan çıxması, yaxud növlərin 
bütövlüklə məhv olması kimi təzahür olunur. 4. Biogeosenotik (ekosistem) və biosfer səviyyələrində 
təsir biogeosenozun (ekosistemin) strukturunun dəyişməsi, növarası və qida əlaqələrinin və növlər 
arasında balansın pozulması, ilkin məhsuldarlığın dəyişməsi, biogeosenozun tamamilə məhv olması 
kimi təzahür olunur. Rusiya Federasiyasının ərazisində XX əsrin sonunda texnogen və digər təsirlər 
nəticəsində zonal, qurşaq, introzonal və digər təbii ekosistemlərin bitki örtüyü geniş sahələrdə praktiki 
olaraq tamamilə məhv edilmiş və ya aqrosenozlarla əvəz olunmuşdur. Yerdə qalan bitki qruplaşmaları 
dərindən transformasiyaya məruz qalaraq, tundra, meşə, bozqır, çəmən, bataqlıq və digər bitki tiplərinin 
antropogen seriyaları ilə əvəz olunmuşdur. Bioloji resursların gücdən düşməsi (kasatlaşması) və bu 
səbəbdən bioloji müxtəlifliyin azalması XX əsrin sonunda bütün dünyada «partlayış» xarakteri almışdır. 
Bazar iqtisadiyyatı sisteminə keçməklə əlaqədar təbiətin deqradasiyası daha da güclənmişdir. Bunu 
nəzərə alaraq resursdan istifadə normasına (RİN) əməl olunması vacibdir. N.F.Reymersə (1990) görə 
bu göstərici istehsal olunan Yer və dəniz heyvanlarının populyasiyaları, onurğasızlar, göbələk, 
giləmeyvə və digər bioresursların elmi hesablanmış limiti hesab olunur. RİN – resursların öz-özünü 
bərpa etməsini və onlardan tədricən istifadə olunmasını təmin edir, başqa sözlə RİN-ə spesifik keyfiyyət-
kəmiyyət göstəricisi kimi baxmaq olar. Onun tətbiqi populyasiya və ekosistemin strukturunun 


pozulmasının qarşısını alır, fəaliyyətinə şərait yaradır. Şübhəsiz, RİN bu və ya digər bioloji resursun 
sosialiqtisadi baxımdan rejimi sayılır. Genetik biomüxtəlifliyi saxlamağın vacibliyi əsasən aşağıdakı 
səbəblərdən irəli gəlir: • İlk öncə – etik səbəb, zərərli və xoşagəlməz olmasından asılı olmayaraq bütün 
növlərin yaşamağa haqqı vardır. Bu müddəa (tezis) BMT Baş Assambleyinin qəbul etdiyi «Təbiətin 
ümumdünya xəritəsi»ndə yazılmışdır. • Təbiətlə, onun gözəlliyi və müxtəlifliyi ilə zövq almaq da 
yüksək qiymətə layiqdir, lakin bu qiymətin miqdar göstəricisi yoxdur. • Müxtəliflik – həyat forması 
təkamülünün əsası hesab olunur. Növ və genetik müxtəlifliyin aşağı düşməsi Yer üzərində həyat 
formasını, bununla da onun gələcək təkmilləşməsini qırır (pozur). • Bioloji müxtəlifliyin qorunub 
saxlanması ciddi iqtisadi fayda kəsb edir, belə ki: 1) yabanı canlı təbiət ev bitki və heyvanlarının 
seleksiyası üçün mənbə, həmçinin genetik rezervuar (ehtiyat) olub sortların yeniləşməsi və davamlığını 
saxlamaq üçün vacibdir; 2) yabanı təbiət dərmanların mənbəyidir – dərmanların 25-40%-i özündə təbii 
bioloji komponent saxlayır. BM-in növ səviyyəsində qorunması bahalı və çətin yoldur, bu yalnız ayrı-
ayrı növlər üçün mümkün olub Yerdəki həyatın bütün zənginliklərinin qorunmasını təmin etmir. Odur 
ki, BM-in qorunması strategiyasının əsas istiqaməti ekosistem səviyyəsində elə aparılmalıdır ki, 
ekosistemlərin planlı şəkildə idarə olunması BM-in üç iyeararxik səviyyədə qorunmasını təmin etsin. 
BM-in ekosistem səviyyəsində qorunmasının ən effektiv və nisbətən qənaətli (faydalı) üsulu qorunan 
ərazilər (qoruqlar, yasaqlıqlar, mlli parklar və s.) hesab olunur. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə