Ekologiya imtahan Suallar


Azərbaycanda bioloji müxtəlifliyin qorunması problemi



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə56/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   52   53   54   55   56   57   58   59   60
Ekologiya

Azərbaycanda bioloji müxtəlifliyin qorunması problemi 
Bioloji müxtəlifliyinə görə Azərbaycan dünyada özünəməxsus görkəmli yerlərdən birini tutub, burada 
zəngin bitki və heyvan növləri cəmlənmişdir. Müasir Azərbaycan faunası 18000 canlıdan ibarət olub 
məməlilərin 97 növünü əhatə edir, bunlar 7 dəstəyə, 22 ailəyə və 39 cinsə daxildir. Təkcə onurğalılar 
faunamızda 700 növlə təmsil olunmuşdur (Yusifov, 2002) «Qırmızı Kitab»a yarasaların 3, yırtıcıların 7 
və dırnaqlıların 4 növü daxil edilmişdir. Azərbaycanın Qırmızı kitabına daxil edilən məməlilərdən 
ceyran, bəbir, sarıma (safsar), zolaqlı kaftar və vaşağı göstərmək olar. Respublikanın quş faunası 357 
növ və yarımnövü əhatə edən 17 dəstəni təmsil edir. Qırmızı kitaba 9 dəstəyə aid olan 36 növ daxil 
edilmişdir: yırtıcıların 11, toyuqkimilərin 5, yastıdimdiklərin 4, göyərçinkimilərin 1, durnakimilərin 4, 
sərçəkimilərin 3, leyləkkimilərin 3, kürəkayaqlıların 2 növü. Adları Qırmızı kitaba salınmış quşlardan 
sultan toyuğu, turac, çöl qartalı, talış qırqovulu, şahin. qəşəng dovdaq, ağquyruq qartal, qu quşu, 
qıvrımlələk qutan, qırmızıdöş qaz, ərsindimdik, mərmər cürə və s. göstərmək olar. Azərbaycanın su 
hövzələrində balıqların 10 dəstəyə, 16 ailəyə aid olan 100-ə yaxın növ və yarımnövü yaşayır. Onların 
üçdə biri ancaq dəniz həyat tərzi keçirir, qalan hissəsi isə şirin su hövzələrində yaşayır. Azərbaycanın 
Qırmızı kitabına 5 növ daxil edilmişdir: qızılxallı, ilanbalığı, poru, qılıncbalıq və dəniz sıfı, amfibiya və 
reptillərin 67 növ və yarımnövü respublikamızda yaşayır. Qırmızı kitaba 13 növ və yarımnöv daxil 
edilmişdir. Onlardan kiçik asiya gürzəsi, eskulap ilanı, adi triton, qafqaz xaçlıçası, girdəbaş yovşanlıq 
kərtənkələsi, aralıq dənizi tısbağasını göstərmək olar. Azərbaycanın həşəratlar aləmi son dərəcə zəngin 
olub 25 minə yaxın növü əhatə edir. Qırmızı kitaba 40 növ pulcuqlu qanadlılar, sərtqanadlılar və 
pərdəqanadlılar dəstəsinin nümayəndələri daxil edilmişdir. Adı Azərbaycanın «Qırmızı kitabı»na 
salınmış kəpənəklərdən şərqi aleksandra yelkincəyi, şəfəqsaçan, talış brameyası, avronina sarıcası, 
apollon, tamara alacası, nurduman apollonu, alp sarıcası, kəlləşəkilli haf, alp satiri, iri tənək hafı, talış 
məxməri kəpənəyi, kürd sarıcası, ioniya bərqvuranı və hilatanı; əsl arı və böcəklərdən isə porçinski 
zolaqlı arı, dağıstan zolaqlı arı, Mlokoseviç zolaqlı arı, fars zolaqlı arı, alp rozaliyası, Skovits uzunbığı, 
qırmızı talış qaçağanı, qafqaz ilbizyeyən fısqırdanı, qəşəng böcək, fərat çapağanı, Solomon qızılböcəyi 
və palıd diserkasını göstərmək olar. Tədqiqatçıların məlumatına görə respublikamızın florasında 4200 
bitki növü məlumdur, onun 370-i Azərbaycanın endem bitkilərinə aiddir («Azərbaycan florası» 1950-
1961). Azərbaycan Respublikası ərazisində demək olar ki, bitki örtüyünün bütün tiplərinə – qədim 
meşə borealı, səhra, kserofit, bozqır, Qafqaz və adventiv bitki örtüyünə təsadüf edilir. Qədim meşə 
borealı florasına Talışda, Kiçik və Böyük Qafqaz dağlarında, kserofil və Qafqaz bitki tiplərinə və sırf 
boreal bitki tipinə isə respublikamızın bütün bölgələrində təsadüf edilir. Səhra bitki örtüyü əsasən Kür-
Araz ovalığı və Abşeron yarımadası üçün səciyyəvidir. Göstərilən bitki tipləri bir çox bitki qruplaşmaları 
əmələ gətirir. Azərbaycanın ayrı-ayrı coğrafi landşaft bölgələrinin flora zənginliyi müxtəlifdir. 


Naxçıvan MR-in ərazisi bitki növləri ilə daha zəngindir. Buranın bitki növləri respublika florasının 43%-
ni təşkil edir. Quba-Qusar dağ massivinin bitki növləri floramızdakı bitki növlərinin 40%-ni, Kiçik 
Qafqazın mərkəzi dağlıq hissəsi 34,5%-ni, Böyük Qafqazın şərq massivi 29,4%-ni, Talışın dağlıq hissəsi 
27%-ni təşkil edir. Kiçik Qafqazın şimal yamacında bitki növləri nisbətən azdır. Kiçik Qafqazın dağlıq 
hissəsinin aşağı dağətəyi massivi, Böyük Qafqazın dağlıq massivinin qərb hissəsi, Kür-Araz ovalığı 
florası orta dərəcədə (23-26%) bitki növləri ilə zəngindir. Kür düzənliyi, Abşeron yarımadası, Qobustan, 
Samur-Dəvəçi florasında bitki növləri azdır (Prilipko, 1966). Respublika ərazisində 865-dən artıq şibyə, 
500-ə qədər mamır növü vardır. Azərbaycanın yabanı dendroflorasında 460-a yaxın ağac və kol növünə 
təsadüf olunur ki, bu da respublika florasındakı bitki növlərinin 11%-ni təşkil edir. Onların 70-i endem 
növü olub respublikamızdan kənarda bitmir. Azərbaycan florasında üçüncü dövrə aid olan relikt ağac 
və kollar bitir. Onlardan eldar şamı, dəmirağac, ipək akasiyası, xəzərlələyi və b. göstərmək olar. Nadir 
və kökü kəsilmək təhlükəsi altında olan bir çox ağac və kol növləri Azərbaycanın Qırmızı kitabına daxil 
edilmişdir. Onlara ipək akasiyası, Xəzər lələyi, budaqlı danaya, dəmirağac, qarmaqvari şam, aptek 
dəfnəgilası, hirkan ənciri, qanadmeyvə yalanqoz, adi şabalıd, radde tozağacı, sarı rododendron, qafqaz 
rododendronu aiddir. Azərbaycan florasına müxtəlif dərman, efiryağlı, dekorativ, meyvə, texniki və 
digər faydalı bitkilər daxildir. Təəssüflə qeyd etmək lazımdır ki, insanın uzunmüddətli düşünülməz 
təsərrüfat fəaliyyəti nəticəsində respublikamızın bitki örtüyünün bioloji müxtəlifliyi deqradasiyaya 
məruz qalmış, dəyişilmiş, kasatlaşmış, azalmış, bəzən məhv edilmişdir. Bitki örtüyünün bioloji 
müxtəlifliyinin pozulması və ya məhv edilməsi ilə əlaqədar respublikamızın bəzi regionlarında müasir 
bitki örtüyünün BM-i müasir iqlimə uyğun gəlmir. Bunu aşağıdakı misallarla izah etməyə çalışaq. Kiçik 
Qafqazın şimal yamacında vaxtilə məhsuldar iberiya palıdı meşələri yayılan aşağı dağ-meşə qurşağının 
yerində hazırda çox yerdə kserofil qaratikan kolu üstünlük təşkil edən müxtəlif şiblək qruplaşmaları 
formalaşmışdır. Bunun əsas səbəbi oradakı palıdlıqların məhv edilməsi, ərazinin kənd təsərrüfatı 
bitkiləri altında və örüş kimi istifadə olunmasıdır (şəkil 19.3, 19.4). Meşəsizləşdirilmiş ərazilər 
yamacların baxarından və meylliyindən asılı olaraq bu və ya digər dərəcədə eroziyaya uğramışdır. Belə 
sahələrdə antropogen təzyiq dayandırılarsa, ilkin BM-in bərpası prosesi konkret sahədə BM-in pozulma 
dərəcəsindən, onun fiziki-coğrafi yerləşməsindən (dəniz səviyyəsindən yüksəkliyindən, yamacın cəhəti 
və dikliyindən), torpağın pozulma dərəcəsindən və s.-dən asılıdır.Məs. meşəsizləşdirilmiş dik 
yamaclarda palıd meşələrinin yerində formalaşan ikinci dərəcəli ağac cinslərindən (əsasən dəmirqara) 
ibarət ağaclıqarı mal-qaradan mühafizə etmək yolu ilə tədricən ilkin palıd meşəsini bərpa etmək olsa da, 
onun BM-ni olduğu kimi qaytarmaq mümkün deyildir. Qaratikan üstünlük təşkil edən güclü dərəcədə 
eroziyaya məruz qalmış sahələrdə biosenoz (bitki növləri, heyvanat aləmi, mikroorqanizmlər) tamamilə 
pozulduğundan, biotop (torpaq) itirildiyindən ilkin BM-i (məhsuldar palıd meşələrini) bərpa etmək 
qeyri-mümkündür. Belə sahələrdə yerli ağac növlərinin əkini yaxşı nəticə vermir, burada mövcud 
biotopa uyğun ağac növlərinin (eldar şamı, Krım şamı, saqqızağac, ardıc, söyüdyarpaq armud) 
becərilməsi məqsədə uyğundur. Meşə ekosistemlərinin BM-nin intensiv deqradasiyası və məhv 
edilməsi respublikamızın bütün düzən regionlarında Kür-Araz ovalığı, Samur-Dəvəçi düzənliyi, Qanıx-
Həftaran vadisi və Lənkəran ovalığında baş vermişdir. Bu ərazilərdə meşələr məhv edilərək kənd 
təsərrüfatı sahələri və meyvə bağları (aqrosenozlar) və ya seliteb landşaftlarla əvəz olunmuşdur (şəkil 
19.5). Respublikanın bütün dağ sistemlərinin yüksək dağlıq zonasında subalp meşələri məhv edilmiş, 
ora uzunmüddətli intensiv yay otlaqları kimi istifadə olunduğundan meşənin yuxarı sərhədi 400-1000 
m aşağı salınmış, nəticədə burada üstünlük təşkil edən tozağac, şərq palıdı və trautvetter ağcaqayını 
ağaclıqlarının BM tamamilə məhv edilmişdir. Onların BM-in antropogen seriyalarına yalnız dik qayalı 
yamaclarda təsadüf etmək olar (şəkil 19.6). Qoruqlar, yasaqlıqlar və milli parklar bioloji müxtəlifiyin 
qorunmasında mühüm rol oynayır. Lakin təəssüflə qeyd etmək lazımdır ki, respublikamızdakı xüsusi 
mühafizə olunan ərazilərdə təbii ehtiyatlar lazımi səviyyədə qorunmur. Qoruq, Milli park və yasaqlıq 
ərazilərində qanunsuz kəsilən ağaclara tez-tez rast gəlinir. Göygöl, Zaqatala, İlisu, İsmayıllı 
qoruqlarında meşənin yuxarı sərhədi yay otlaqları kimi istifadə olunur. Qarayazı, Türyançay, Pirqulu 
qoruqlarında, həmçinin şəhər, qəsəbəətrafı yaşıl zonalarda, Yalama Milli Parkı meşə sahəsində isə 
ilboyu mal-qara otarılır. Bunun nəticəsində meşə ekosistemlərinin bioloji müxtəlifliyi bu və ya digər 
dərəcədə deqradasiyaya uğramışdır. Vəhşi heyvanların yaşayış yerlərinin transformasiyası əsasən meşə 


örtüynün məhv edilməsi, meşə ekosistemlərinin BM-nin deqradasiyası və aqrosenozlarla əvəz edilməsi 
ilə əlaqədardır. Belə yerlərdə heyvanat aləminin BM-nin deqradasiyası onların yaşayış yerlərinin 
(stasiyalarının) – yuvalarının, qışlama və çoxalma yerlərinin azalması ilə bağlıdır. Fermer 
təsərrüfatlarının artması ilə əlaqədar şum sahələrinin genişlənməsi müşahidə olunur. Bu zaman heyvanat 
aləminin sonuncu qoruyucu stasiyaları yoxa çıxır, gəmiricilər, həşəratlar artır, onların (ziyanvericilərin) 
«partlayışı» nəticəsində kənd təsərrüfatı və meşə təsərrüfatına böyük ziyan dəyir. Azərbaycan 
Respublikasında BM-in qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı 
Azərbaycan Respublikasının Prezidentinin 2006-cı il 24 mart tarixli Sərəncamı ilə təsdiq edilmişdir. 
Bura aşağıdakılar daxildir: biomüxtəlifliyin qorunmasına yönəldilmiş bütün beynəlxalq konvensiyalara 
və digər ölkələrarası və regional müqavilələrə qoşulmaq; • bioloji müxtəlifliyin əhəmiyyətli 
komponentlərinin müəyyənləşdirilməsi və onların qorunması üçün əlavə tədbirlərin hazırlanması və 
həyata keçirilməsi; xüsusi mühafizə olunan ərazilərdə müxtəlif qoruma statusuna malik olan bitki və 
heyvanat aləminin bərpası üçün müvafiq şəraitin yaradılması; • nadir və kökü kəsilmək təhlükəsi olan 
bitki və heyvan növlərinin siyahısının dəqiqləşdirilməsi, onların genofondunun qorunmasının təmin 
edilməsi və onları xüsusi qorunan təbii ərazilərdə, nəbatat bağlarında, zooloji parklarda saxlanılması 
üçün şəraitin yaradılması; • Azərbaycan Respublikasının Qırmızı Kitabının ikinci nəşrinin təşkili. İri 
şəhərlərdə yeni nəbatat bağlarının yaradılması; biomüxtəliflik üçün təhlükənin və bunun nəticəsində ilk 
növbədə təsir atlına düşə biləcək təbii bitki və heyvan növlərinin proqnozlaşdırılması; • Zəngin BM-yə 
malik olan ekosistemlərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi; • Kənd təsərrüfatı bitkilərinin və 
heyvan növlərinin vəziyyətinin qiymətləndirilməsi və qorunması; • BM-in qorunması üzrə elmi 
tədqiqatların aparılması; • BM-in inkişafının təşkilinin təmin edilməsi üçün torpaqların 
yaxşılaşdırılması, səmərəli istifadəsi və mühafizəsi; Xüsusi mühafizə olunan təbiət ərazilərinin 
genişləndirilməsi; • Meşələrin BM-nin qorunması və səmərəli istifadəsi; • Nadir və məhv olmaq 
təhlükəsinə məruz qalmış bitki və heyvan növlərinin öz təbii məskənlərindən kənarda (ex-situ şəraitində) 
qorunması və bərpası; • Əhalinin ekoloji maarifləndirilməsi və təhsil səviyyəsinin artırılması. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə