Ekologiya imtahan Suallar


Meşə örtüyünün ətraf mühitə təsiri



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə52/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   48   49   50   51   52   53   54   55   ...   60
Ekologiya

Meşə örtüyünün ətraf mühitə təsiri
Meşə ətraf təbii mühitin tərkib hissəsi olub onun inkişafında və mühafizəsində mühüm rol oynayır. 
Ekoloji sistem kimi meşə müxtəlif funksiya daşımaqla yanaşı, həm də əvəzedilməz təbii resurs hesab 
olunur. Dünya alimlərinin tədqiqatları ilə təsdiq edilimşdir ki, təbii mühitdə ekoloji tarazlığın 
saxlanmasında meşə olduqca böyük əhəmiyyətə malikdir. Mütəxəssislərin fikrincə, meşənin 
mühitqoruyucu funksiyası, yəni flora və faunanın qorunub saxlanması xammal kimi iqtisadi 
əhəmiyyətindən də qat-qat yüksəkdir. Meşənin ətraf təbii mühitə təsiri olduqca müxtəlif olub, qismən 
aşağıdakılardan ibarətdir: • planetdə oksigenin əsas «tədarükçüsü» hesab olunur; • öz tutduğu yerin və 
ətraf ərazilərin su rejiminə bilavasitə təsir göstərir və su balansını nizama salır; • iqlimi mülayimləşdirir 
və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəlməsinə səbəb olur; • quraqlıq və quru küləklərin 
mənfi təsirini azaldır, sovrulan qumların hərəkətini saxlayır; • atmosferin kimyəvi çirkləndiricilərinin 
bir hissəsini udur və dəyişdirir; • torpağı su və külək eroziyasından qoruyur, sel, sürüşmə, sahillərin 
uçması və digər əlverişsiz təbiət proseslərinin qarşısını alır; • normal səhiyyə-gigiyena şəraiti yaradır, 
insanın əhvali-ruhiyyəsinə xeyirli təsir göstərir, böyük rekreasiya əhəmiyyəti daşıyır. Meşəçilərin 
Beynəlxalq konfransının şüarında (çağırışında) (Hindistanda) meşənin pozitiv ekoloji rolu belə səslənir: 
«Meşə – sudur, su – məhsuldur, məhsul - həyatdır». XX əsrin əvvəlində Yer üzərində meşənin sahəsi 
təxminən 5 mlrd. ha təşkil etmişdir. H.F.Reymersin məlumatına əsasən 1990-cı ildə meşənin ümumi 
sahəsi 2435 mln. ha təşkil etmişdir. Onun 105 mln. ha (48,4%) tropik qurşağın, 1233 mln. ha (51,6%) 
isə mülayim qurşağın payına düşür. Meşə bitkiləri fotosintez prosesində karbon qazını parçalayır, ondan 


həyat fəaliyyəti prosesləri üçün lazım olan karbonu alır və atmosferə oksigen ayırır. Beləliklə, ağaclar 
işlənmiş (istifadə edilmiş) havanın həyatverici gücünü bərpa edir. Bu proses ağaclığın 
məhsuldarlığından asılıdır, meşə yaxşı inkişaf edirsə, oksigeni çox ayırır və karbon qazını tez udur. 
Məsələn, 1 ha ən yaxşı meşə sahəsi hər il 4,6-6,5 ton karbon qazı udur və bu zaman 3,5-5,0 ton oksigen 
ayırır. Bu proses meşənin tərkibindən də asılıdır. Əgər 1 ha küknar meşəsinin karbon qazını udma 
qabiliyyətini 100% qəbul etsək, onda yarpaqlı meşə üçün bu göstərici 120%, şam meşəsi üçün 160%, 
cökə meşəsi üçün 250%, palıdlıq üçün 450, süni qovaq meşəsi üçün 700% olar. Planetar miqyasda 
atmosferin oksigen balansını stabilləşdirmədə şimal yarımkürəsinin boreal iynəyarpaqlı (şam, küknar, 
ağşam, qaraşam), tropik və subtropik həmişəyaşıl yarpaqlı meşələri ən böyük rola malikdir. Meşələr Yer 
üzərində ən iri ekosistemlər əmələ gətirir. Burada planetin üzvi maddələrinin böyük hissəsi toplanır, 
sonralar onlar bəşəriyyət tərəfindən şəxsi ehtiyacları ödəmək üçün və insanın təsərrüfat fəaliyyəti 
prosesində biosferin itirilmiş komponentlərinin bərpasında istifadə olunur. Akademik H.Ə.Əliyev 
«Həyəcan təbili» (2002) kitabında meşəni Yer kürəsinin «kəməri» kimi təsəvvür edir və yazır ki, «bu 
yaşıl kəmərsiz bəşəriyyət yoxdur». Meşələr atmosferin kimyəvi, xüsusilə qazşəkilli çirklənməsini 
dəyişdirir, iynəyarpaqlılar daha çox oksidləşmə qabiliyyətinə malikdir. Bununla yanaşı, meşə sənaye 
çirklənməsinin bəzi komponentlərini udma qabiliyyətinə malikdir. Bəzi bitkilər atmosferin 
çirklənməsinin indiqatorları hesab olunur. Fotosintez prosesində bir çox ağac, kol və ot bitkiləri böyük 
aktivliyə malik olan xüsusi kimyəvi birləşmələr ayırır. Alimlər təbii meşələrin havasında 300-dən artıq 
müxtəlif adlı kimyəvi maddələr, müxtəlif ətirli birləşmələr, efir yağları aşkar etmişlər. 1 ha yarpaqlı 
meşə 2 kq, iynəyarpaq meşə isə 5 kq maddə ayırır. Yuxarıda qeyd edildiyi kimi. ağaclar daha güclü 
fitonsid xassələri daşıyır. Odur ki, meşələr insanların əvəzedilməz sağlamlıq mənbəyidir. Müəyyən 
edilmişdir ki, şam, ardıc, qovaq, palıd, cökə, tozağac meşələri xəstəlik törədən virusları, mikrobları 
aloye, sarımsaq, soğan və istiotdan da tez məhv edir. Ona görə də yaşıllıqları havanın «sanitarı», 
fitonsidləri isə havanın «vitamini» adlandırırlar. Fitonsid buraxan 40-a qədər ağac və kol növü aşkar 
edilmişdir. Hər bir bitki fitonsidinin özünəməxsus təsiredici xassəsi vardır. Şam ağacının fitonsidləri 
vərəm xəstəliklərinin sağalmasına kömək edir. Ağ şamın fitonsidi difteriya mikroblarını qırır, qovağın 
və palıdın fitonsidləri isə qanlı ishal çöplərini məhv edir. Ardıc ağacının fitonsidləri difteriya, 
göyöskürək, qarınyatalağı çöplərinə və milçəklərə öldürücü təsir göstərir. Bir hektar ardıc meşəsi 
sutkada 30 kiloqram fitonsidli efir yağı buraxır. Bu orta böyüklükdə olan bir şəhərdə havanın xəstəlik 
törədici mikroblardan təmizlənməsi üçün kifayətdir. Müəyyən edilib ki, şəhər havasının bir kubmetrində 
mikrobların sayı həmin həcmdə meşə havasından 150-200 dəfə çox olur. Ardıc, şam, sidr və palıd 
meşələrində mikrob yox dərəcəsindədir. Ağcaqayın, qovaq, tozağacı, sərv fitonsidləri 20-25, şam, ardıc 
və dəfnə ağacınınkı 15, qoz 18, vələs və saqqız 7-8, palıd və qaraçöhrənin fitonsidləri isə 5-6 dəqiqə 
ərzində bakteriyaları məhv etməyə qadirdir. İynəyarpaqlı ağaclar bütün il boyu, enliyarpaqlı ağaclar isə 
yalnız yarpağı olan dövrdə havaya fitonsid ayırır. Bitkilərin iyulda havaya buraxdığı fitonsidlərin 
miqdarı oktyabra nisbətən 60-70 faiz çox olur. Bitkinin mikroböldürücü təsirinə aid maraqlı bir misalı 
çəkmək yerinə düşərdi: 1535-ci ildə Jak Kartenin Nyufaundlend adasına (Kanada) səfəri zamanı 
ekspedisiyanın 110 üzvündən 100 nəfəri sinqa xəstəliyinə tutulur və onlardan 26 nəfəri dərhal ölür. 
Qalanları isə çox pis vəziyyətə düşürlər. Əlacsız qalan xəstələr allaha dua edib nicat diləyirlər. Nəhayət 
onlar şəfanı şam ağacının iynələrində tapırlar: hindlilərin məsləhətinə əsasən xəstələr şam ağacının 
iynələrinin suyunu içəndən bir neçə gün sonra tamamilə sağalırlar. Bu hadisədən sonra Jak Karte şam 
ağacını «həyat ağacı» adlandırmışlar. Mütəxəssislər təyin etmişlər ki, günün ayrı-ayrı saatlarında da 
bitkilər havaya müxtəlif miqdarda fitonsid ayırır. Belə ki, səhər 8-ə kimi bitkilərin havaya buraxdığı 
fitonsidlərin miqdarı gündüz saatlarına nisbətən 3,5 dəfə az olur. Saat 11-16 radələrində fitonsidlərin 
miqdarı daha da çoxalır və həmin müddət ərzində demək olar ki, dəyişmir. Axşamçağı saat 19-dan sonra 
fitonsidlərin miqdarı gündüzə nisbətən 7 dəfə azdır. Bitkilərin buraxdığı «vitaminlər»in miqdarı iqlim 
amillərindən asılı olaraq da dəyişir. Havanın temperaturu 20-250C-yə qədər yüksəldikdə fitonsidlərin 
sıxlığı 1,8 dəfə çoxalır. Havada nəmlik 15%-ə qədər artdıqda isə fitonsidlərin miqdarı 1,2 dəfə azalır.
Bundan belə nəticəyə gəlmək olar ki, meşəyə, parka yay aylarında günorta saatlarında və günəşli 
günlərdə gəzişməyə çıxmaq sağlamlıq üçün daha çox faydalıdır. Alimlərin fikrincə bitkilərin fitonsid 
xassələrindən yalnız təbii şəraitdə deyil, həm də bütün yaşayış yerlərində istifadə etmək olar. Yaşayış 


binalarında yaşıl bitkilər ətraf mühitin mikroiqlimini saflaşdırır. Otaqlarda becərilən bitkilər havanı 
mikroorqanizmlərdən təmizləyir, oksigenlə zənginləşdirərək sağlamlaşdırır, infeksiyaya qarşı 
orqanizmin möhkəmliyini artırır. Bu istiqamətdə təcrübə aparan tədqiqatçılar bir çox bitki növlərini otaq 
şəraitində becərmək üçün məsləhət görür. Bunlardan beqoniya, novruzgülü, ətirli pelarqoniya, eyxaris, 
qippeastrum, fikus, filodendron, bəzi qıjı növləri, ağacşəkilli aloye, südləyən kandelyarum fitonsid 
təsirinə görə ən fəal bitki növləridir. Bu təcrübələr istehsalat və digər binalarda daxili yaşıllaşdırma 
işlərinə geniş perspektiv açır. Belə bitkilər becərilən otaqlarda qış fəslində də yazın, yayın ətri duyulur. 
Hazırda istehsalat müəssisələrinin örtülü otaqlarında, sexlərdə, zavod və fabriklərin ərazilərində gözəl 
bağlar, güllüklər yaradılır. Bu baxımdan, Bakı məişət kondisionerləri zavodunun işi diqqətəlayiqdir. 
Zavodun ərazisini 12 mindən artıq müxtəlif ağac növü, 18 min ədəd dekorativ kol, 20 min gül, çiçək 
bəzəyir. Yaşıl ağacların sahəsi 20 hektara çatır. Bütün bunlar həm sexləri, həm də zavodun ərazisini 
bəzəyərək əlverişli bioiqlim yaradır, səs-küyü azaldır, hər bir adamda xoş əhvali-ruhiyyə, sevinc, 
gümrahlıq oyadır, əmək məhsuldarlığının yüksəlməsinə kömək edir. Məhz buna görə də 1980-ci ildə 
Tolyattidə keçirilən sənaye müəssisələrinin yaşıllaşdırılması üzrə təcrübə mübadiləsinə həsr olunmuş 
ümumxalq müşavirəsində respublikamızı Bakı məişət kondisionerləri zavodu təmsil etmişdir. Həkimlər 
ürək-damar xəstəliklərinə palıd və digər meşələrin faydalı təsirini çoxdan müşahidə etmişlər. Palıd 
meşələri təsir göstərdikləri şəraitdə xəstələrin müalicəsində ümumi dərman preparatları daha effektli 
nəticə vermişdir. Ağır xəstələr üçün isə otaqlarda xüsusi «meşə komfortu» yaradılır. Bu məqsəd üçün 
«Aerofit» cihazı köməyə gəlir. Bitkilərin hissələri bu cihazda qarışdırılır, ondan alınan fitonsidlər otağa 
dolur. Hipertoniya xəstəliyinin bütün mərhələlərində palıd yarpaqlarından istifadə etmək olar. İstehsalat 
müəssisələrinin otaqlarında da mikrobları məhv etmək üçün «Aerofit» cihazını işlətdikdə yaxşı nəticə 
alınır. Gigiyena və profilaktika məqsədilə iynəyarpaqlı ağacların iynələrindən istifadə etdikdə daha 
effektli olur. Müəyyən edilmişdir ki, bitkilərin yalnız uçucu xassəli maddələri deyil, onların gövdəsinin, 
meyvə və giləmeyvələrinin şirələri də güclü antimikrob, yəni fitonsid xassələrinə malikdir. Odur ki, 
bitki şirələri də qiymətli sağlamlıq mənbəyi sayılır. Son zamanlar aydın olmuşdur ki, tünd rəngli meyvə 
və giləmeyvələrin şirələri daha çox antimikrob xassəsi daşıyır. Bu istiqamətdə aparılan təcrübələr 
göstərmişdir ki, qırmızı və qara üzüm sortları ağ üzümə nisbətən qırmızı çuğundur isə ağ çuğundura 
nisbətən mikrobları daha tez məhv edir. Bu cəhətdən qaragilə və qara qarağat giləmeyvələrinin şirəsi 
daha üstün yer tutur. Yeyinti sənayesində ərzaqları uzun müddət xarab olmaqdan qorumaq üçün də 
fitonsidlərdən istifadə olunur. «Fitonsidli» kağızlara bükülmüş alma, armud, limon, mandarin və s. 
meyvələr 1,5-2,5 dəfə az xəstəliyə tutulur. Məşhur torpaqşünas V.V.Dokuçayev apardığı tədqiqatlarının 
nəticələrindən belə qənaətə gəlir ki, meşə rütubətin etibarlı toplayıcısı, qoruyucusu və ədalətli 
paylayıcısıdır (bölüşdürücüsüdür). Yağış suları əvvəlcə ağacların budaqlarına düşür, sonra onlardan 
yavaş-yavaş meşə döşənəyinin səthinə axır, oradan da tədricən torpağa keçir və onun dərin qatları ilə 
çaylara daxil olur. Bu zaman meşədə səthi axım əmələ gəlmir. Hətta güclü leysanlar zamanı meşəyə 
düşən yağışın ancaq 10-15%-i səthi axım yarada bilər. Açıq çəməndə isə yağışın yarıdan çoxu səthlə 
axıb gedir. Dağlarda və dərə-təpəli relyef şəraitində su axımının nizama salınmasında meşə xüsusilə 
böyük rol oynayır. Qoruyucu meşə zolaqları axını, hidroloji rejimi nizamlayır, mikroiqlimi 
yaxşılaşdırır, bitişik əraziləri ziyanlı quru küləklərdən, quraqlıqdan və tozlu tufanlardan mühafizə edir.
H.Ə.Əliyev «Həyəcan təbili» kitabında yazır: «Meşə, su, var-dövlət, bolluq deməkdir. Ərazisinin 
2530%-i meşə ilə örtülü olan bir ölkədə heç vaxt quraqlıq təhlükəsi yaranmaz, tarlalardan daim sabit və 
yüksək məhsul götürülür. Elə buna görə də respublikamızda meşələrin sahəsini genişləndirməyə böyük 
ehtiyac var» (səh. 25). Meşə planetin biosferində və onun atmosferinin tərkibində gedən təbii proseslərin 
nizamlanmasında sabitləşdirici funksiyanı yerinə yetirir. Hərtərəfli əhəmiyyətinə baxmayaraq bütün 
dünyada meşələr məhv edilərək kənd təsərrüfatı bitkiləri və otlaq sahələrinə çevrilir, geniş ərazilərdə 
yanğınlara məruz qalır. Hazırda planetimizdə qlobal miqyasda meşəsizləşdirmə baş verir (cədvəl 19.1). 
Meşələrin məhv edilməsi lokal, regional və qlobal səviyyələrdə iqlimin dəyişməsinə, bitki örtüyünün və 
heyvanat aləminin bioloji müxtəlifliyinə neqativ təsir göstərir. Meşəsizləşdirmə karbon qazının udulma 
kanallarının itməsinə, enerji, su, qlobal bioloji tsiklin biogen elementlərinin dövranının dəyişməsinə 
səbəb olur, atmosferin kimyəvi tərkibinə təsir göstərir. Meşəsizləşdirmə biosferin davamlığını aşağı 
salır, daşqınların, sellərin, su eroziyasının, tozlu tufanların, quraqlıq və quru küləklərin dağıdıcı gücünü 


artırır, səhralaşma prosesini tezləşdirir. Meşənin, ekosferin sabitləşməsində ümumdünya rolu onun 
qorunmasına qlobal yanaşmağı tələb edir. Meşəni dayanıqlı vəziyyətdə saxlamaq və yaxşılaşdırmaq 
məqsədilə bu sahədə beynəlxalq əməkdaşlığın əsas prinsiplərini və mexanizmini təyin edən Beynəlxalq 
konvensiya hazırlayıb qəbul etmək lazımdır.

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə