Ekologiya imtahan Suallar


Enerji resursları və ondan istifadə



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə39/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   35   36   37   38   39   40   41   42   ...   60
Ekologiya

Enerji resursları və ondan istifadə
İnsanın mövcud olduğu tarix boyu bəşəriyyətin təşəkkül tapması və inkişafı enerjinin əldə edilməsi və 
istifadəsi ilə sıx bağlıdır. İnsanın tələbatı yalnız enerjinin əldə olunması şəraitində ödənilə bilər: enerji 
nə qədər əlverişli və asan əldə edilərsə, insanın həyat keyfiyyəti yüksək və ömrü uzun olar. İlk enerji 
sıçrayışı insanın odu əldə etdiyi, oddan istifadə etdiyi və saxlamağı öyrəndiyi vaxt olmuşdur. Bu zaman 
əsas enerji mənbəyi ağac və digər bitki materialları üzərində insanın özünün əzələ gücündən ibarət 
olmuşdur. Orta əsrlərə yaxın insanlar işçi mal-qarasından, küləyin, suyun, oduncağın, daş kömürün və 
digər təbii mineral yanacaq resurslarından (neft, şist, torf) istifadə etməyi öyrəndi. Bu dövrdə enerjidən 
istifadə ibtidai icmaya nisbətən təxminən 10 dəfə artdı. Sənaye cəmiyyətində olan müasir bəşəriyyət 
ibtidai insanlarla müqayisədə 100 dəfədən də artıq enerji istifadə edərək, dörd dəfə artıq ömür sürür və 
müqayisə edilməz dərəcədə rahat (komfort) şəraitində yaşayır. Müasir dünyada energetika sənayenin 
baza sahələrinin inkişafının əsasını təşkil edərək, ictimai istehsalın tərəqqisini müəyyən edir. Sənaye 
cəhətdən inkişaf etmiş bütün ölkələrdə energetikanın inkişaf tempi digər fəaliyyət sahələrinin tempini 
ötüb keçir. Lakin bununla yanaşı, energetika biosferin bir hissəsi olan ətraf mühitə və insana mənfi təsir 
göstərən mənbələrdən biri sayılır. Energetika ətraf mühitə müxtəlif cür təsir göstərir: - Atmosferə 
oksigendən istifadə etməklə, qaz, rütubətlik, kül buraxmaqla; - Hidrosferə – sudan istifadə etmək, su 
anbarları yaratmaq, çirkab və qızdırılmış sular, maye tullantıları atmaqla; - Litosferə – landşaftı 
dəyişmək, qazıntı yanacağından istifadə etmək, toksin (zəhər) atmaqla; - Biosferə – abiotik faktorları 
dəyişmək və çirkləndiricilərin bilavasitə canlı orqanizmlərə təsir göstərmək, ekosistemlərdə idarəedici 
əlaqələrin fəaliyyətini pozmaqla. Yer üzərində enerji mənbələrini iki böyük qrupa bölürlər: bərpa olunan 
və bərpa olunmayan. Bərpa olunanlara Yerin biosferində fasiləsiz fəaliyyət göstərən bütün enerji növləri 
(günəş, külək enerjisi, okeanın enerjisi və çayların hidroenerjisi) daxildir. Bərpa olunmayan enerji 
mənbələrinə qazıntı yanacaq növləri, nüvə və nüvəistilik enerjisi aid edilir. Bərpa olunmayan mənbələrə 
əsaslanan energetika olduğu mühitin əlavə istiləşməsinə səbəb olur. Bəzən bu istilik növləri əlavə 
olunmuş istilik adlandırılır, belə ki, onların enerjisi planetin Günəşlə qızmasını təmin edən enerjiyə 
əlavə olunur. Bərpa olunan mənbələrin enerjisindən istifadə etdikdə isə planetin əlavə qızmasına səbəb 
olmur. Biosferin orta temperatunun 10C qızması Yerin iqlimində, həmçinin heyvanat və bitki aləmində 
qlobal fəlakətlərlə nəticələnə bilər. Bu haqda müvafiq fəsildə ətraflı məlumat verilir. Enerji istehsalının 
artmasının başlıca faktoru əhalinin sayının çoxalması və həyat keyfiyyətinin tərəqqisi olub adambaşına 
istifadə olunan enerjinin miqdarı ilə sıx bağlıdır. Hazırda Yer əhalisinin hər bir sakininə gündə 2 kVt-a 
yaxın enerji düşür. Halbuki, insanın həyat keyfiyyət norması 10 kVt saat gücü ilə səciyyələnir. Buna isə 
bəzi inkişaf etmiş ölkələr nail olmuşlar. Sənayesi inkişaf etmiş ölkələrdə əhalinin adambaşına istifadə 
etdiyi elektrik enerjisi inkişaf etməkdə olan ölkələrlə müqayisədə 14 dəfə artıqdır. Qeyd etmək lazımdır 
ki, hətta sənayesi inkişaf etmiş ölkələrdə də elektrik enerjisindən istifadə olunması kəskin fərqlənir. 
Məsələn, Norveçdə əhalinin adambaşına ildə 25 min kVt saat elektrik enerjisi sərf olunur. Bu rəqəm 
İsveçdə 16 min, Fransada 6 min, İtaliyada 3 min, Banqladeşdə isə cəmi 46 kVt saat təşkil edir. Bundan 
belə nəticəyə gəlmək olar ki, elektrik enerjisinə olan tələbat gələcəkdə həm sənayecə inkişaf etmiş 
ölkələr, həm də inkişaf etməkdə olan ölkələr üçün artacaqdır. Son 200 ildə energidən qlobal istifadə 30 
dəfə artmışdır və 1994-cü ildə 13.07 Qtu.t/il təşkil etmişdir (şərti yanacaq tonu enerji ölçüsü olub 7 mld. 
kal və ya 29.3 mld. Coula bərabərdir, bu təxminən 1 ton yüksək keyfiyyətli daş kömürün yanmasından 
ayrılan istiliyin miqdarına uyğun gəlir, 1Qt=1 mld ton). Son dövrlərə qədər energetikada olan 
nailiyyətlər insanda heç bir təşviş doğurmurdu, hətta əksinə, bu bəşəriyyətin sivilyaziyasının yüksək 
inkişaf səviyyəsini səciyyələndirirdi. Təxminən 70-ci illərin sonlarında planetar iqlim sisteminə böyük 


antropogen təzyiq haqqında ciddi məlumatlar meydana gəldi. Energetikanın böyük hissəsi (80%-ə 
qədər) üzvi qazıntı yanacaqlarının (neft, kömür, qaz, torf), həmçinin bir qədər az həcmdə oduncağın 
yandırılması zamanı alınan enerjidən istifadə edilməsi ilə bağlıdır. Məlum olduğu kimi bu, atmosferə 
çoxlu miqdarda karbon qazının atılmasına səbəb olur, bu isə Yer səthindən əks olunan günəş şüalarını 
saxlamaq qabiliyyətinə malikdir. Hazırkı dövrdə ilkin enerji mənbələrinin kommersiya (ticarət) və qeyri 
kommersiya mənbələrinə ayrılması üzrə adi təsnifat, ekoloji baxımdan az maraq doğurmur.
Kommersiya enerji mənbələrinə bərk (daş kömür, torf, yanar şistlər, bitumlu qumlar), maye (neft və qaz 
konsendatı), qazşəkilli (təbii qaz) yanacaq növləri və ilkin elektrik (nüvə, hidroelektrik, istilik, külək, 
geotermal, günəş, qabarma və dalğa stansiyalarında əldə olunan elektrik enerjisi). Qeyri kommersiya 
mənbələrinə yerdə qalan enerji mənbələri (odun, kənd təsərrüfatı, sənaye və sülb məişət tullantıları, işçi 
mal-qaranın və insanın özünün əzələ gücü) aiddir. Dünya energetikası kommersiya enerji mənbələrinə 
əsaslanaraq, ümumi istifadə olunan enerjinin 30%-nə qədərini təşkil edir. Bəzi məlumatlara görə XX 
əsrin 90-cı illərinin ortalarında kommersiya enerjisinin dünya üzrə istifadəsinin əhalinin adambaşına 
təxminən 2,2 tu.t (nəfər/il) təşkil etmişdir. Lakin dünyada bir sıra ölkələr qrupunda (Afrikanın mərkəzi 
hissəsi, Cənubi-şərqi Asiya, qismən mərkəzi və Cənubi Amerika) əksər əhali öz yaşayışını demək olar 
ki, yalnız qeyri kommersiya enerji mənbələri hesabına saxlayır. 1950-ci ildən 1975-ci il daxil olmaqla 
ilkin kommersiya enerji mənbələri strukturunda daş kömürün tutduğu pay 58%_dən 28%-ə kimi aşağı 
düşdü. 1973-cü ilin sonunda dünyada enerji krizisi zamanı daş kömürdən istifadəyə maraq artır (30%-ə 
qədər), XX əsrin sonunda isə daş kömürün istifadəsi kommersiya enerjisinin müasir dünya istifadəsinin 
28-30% səviyyəsində sabitləşərək 3,36 Qtu.ton təşkil etmişdir. Enerjidən istifadə səviyyəsinə görə 
dünyanın bütün ölkələri bir neçə qrupa bölünə bilər: - İnkişaf etmiş sənaye ölkələri enerjidən optimal 
səviyyədə istifadə edilməsi (2-14 t.y.t/nəfər·il) və illik əhali artımının aşağı olması ilə səciyyələnir. Bu 
qrupun tərkibinə ABŞ, Kanada, Yaponiya, Avropanın əksər ölkələri (hətta Estoniya, Çexiya, Slovakiya, 
Sloveniya), həmçinin Yeni Zenlandiya, Avstraliya və b. aiddir. Fərqləndirici xüsusiyyəti əhalinin 
adambaşına istifadə etdiyi enerjinin stabilləşməsi hesab olunur. Keçid qrup – burada demoqrafik 
stabilləşməyə praktiki olaraq nail olunsa da, enerji ilə tam təmin olunmağa hələ başlanmayıb. Bu qrupun 
tərkibinə Rusiya, Bolqarıstan, Polşa, Portuqaliya, həmçinin Uruqvay, Argentina, Litva, Xorvatiya və b. 
Daxildir. Yeni inkişaf etmiş ölkələr (orta gəlirli ölkələr) enerjidən optimal səviyyədən az istifadə 
etmələri, əhalinin təbii artımı orta qiymət miqdarında olub ildə 1,0% səviyyəsindən çox olmur. Bu 
tərkibə Azərbaycan, Moldava, Monqolustan, Kuba, Malaziya, Kareya, Livan, Meksika, Suriya, 
Özbəkistan, Çili, Ekvador, Koreya, Qazaxıstan və b. aiddir (şəkil 15.6). - Neft ixrac edən az sayda qrup 
ölkələr – enerjini optimal miqdardan artıq istifadə etməsi, əhali artımı optimal səviyyədən yüksək olması 
ilə fərqlənir; bu ölkələri xüsusi keçid kateqoriyasına aid etmək olar, enerji ilə yüksək təmin olunması bu 
ölkələrdə demoqrafik stabilləşmədən əvvəl baş vermişdir. Tərkibə Bəhreyn, Küveyt, Qatar, OAE, 
Bruney, Venesuela, Liviya, Oman, Səudiyyə Ərəbistanı, Trinidad daxildir. nkişaf etməkdə olan ölkələr 
(Ümumdünya Bankının termininə əsasən aşağı gəlirli ölkələr) enerjini optimal səviyyədən xeyli az 
istifadə etmələri və əhali artımının bir qayda olaraq Dünya səviyyəsindən artıq olmaları ilə fərqlənir. 
Bura Dünyanın yerdə qalan ölkələri aiddir. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə