Ekologiya imtahan Suallar


Biosenozun xarakteristikası



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə19/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   15   16   17   18   19   20   21   22   ...   60
Ekologiya

Biosenozun xarakteristikası
Biotop daxilində yayılmış, bütün canlılar - müxtəlif növlər və hər bir növü təşkil edən fərdlərin təbii 
qrupları biosenozları əmələ gətirir. Biosenoz – quru və su hövzəsinin müəyyən, nisbətən eyni (oxşar) 
sahəsini tutan (orada yaşayan), bir-birilə və abiotik amillərlə müəyyən əlaqəsi ilə səciyyələnən bitki
heyvan və mikroorqanizmlərin məcmusudur. Bioloji dövranda iştirakına görə biosenozda əsas üç 
orqanizmlər qrupu ayırırlar: 1) Avtotrof orqanizmlər (produsentlər) – qeyri üzvi maddədən üzvi maddə 
əmələ gətirir. 2) Heterotrof orqanizmlər (konsumentlər) hazır üzvi maddələrlə qidalanan orqanizmlərdir. 
Bura insan və heyvanlar, həmçinin bəzi bitkilər (göbələklər, bir çox parazit və saprofit örtülü toumlular) 
və mikroorqanizmlər aid edilir. 3) redusentlər, orqanizmin parçalanmış qalıqları ilə qidalanan saprofitlər 
aiddir. Bu orqanizmlər öz həyat fəaliyyəti prosesində ölü kütlənin və qismən biokütlənin mürəkkəb üzvi 
maddələrini sadə birləşmələrə (So2 , N2 , O2 , N3 , və s.) çevirir. (minerallaşdırır) Beləliklə, biosenoz 
və biotop bir-birinə təsir göstərən iki ayrılmaz element olub ekosistem adlanan bu və ya digər dərəcədə 
dayanıqlı sistem əmələ gətirir. ekosistem=biotop+biosenoz Bəzi tədqiqatçılara görə ekosistem 
istənilən uzunluqda və ölçüdə (böyüklükdə) ola bilər. Bu baxımdan ayrılır; - mikroekosistemlər, məs. 
meşədəki tək çürümüş kötük, ağac üzərindəki şibyə yastığı; - mezoekosistemlər, məs. meşə, çəmən, 
səhra; - makroekosistemlər, məs. okean. Ekosistem biosferin elementar funksional vahididir. Onun 
strukturuna adətən üç planda baxılır: 1) komponent (populyasiya və ya növ) tərkibi və müxtəlif növ 
populyasiyalarının, həyati formaların (biomorf) və başqa struktur elementlərin nisbəti; 2) ayrı-ayrı 
elementlərin ərazidə yayılması; 3) Bütün əlaqələrin, ilk növbədə qida zənciri və tsikllərin, trofik, forik 
və digər əlaqələrin məcmusu. Bəzi tədqiqatçılar (Y.Odum 1975) ekosistemə və biogeosenoza eyni 
kateqoriya kimi baxır. Digərlərinə (məs. V.N. Sukaçev 1942) görə onlar arasında oxşarlıq vardır, lakin 
identik (eyni) deyildir. V.N. Sukaçeva ( 1940, 1942) görə biogeosenoz yer səthinin oxşar canlı (bitki 
örtüyü, heyvanat aləmi, mikroorqanizmlər) komponentlərinin və təbii şərait, geoloji quruluş və s. 
onların qarşılıqlı əlaqələrinin vahid təbii kompleksidir. Deməli, biogeosenozun bağlılıq faktorları - 
substraktın təbiəti, relyef tipi və torpaq sayılır, yəni biogeosenoz Sukaçeva görə xoroloji (fiziki-coğrafi) 
xarakter daşıyır. Ekosistemə, əsasən ərazicə deyil, trofik mövqeyindən baxılır. Beləliklə, biogeosenoz 
və ekosistemin nisbətini belə təsəvvür etmək olar: biogeosenoz fitosenozun sərhədi daxilində 
ekosistemdir. Daha dürüstü, ekosistem və biogeosenoz kateqoriyaları bitki qruplaşması səviyyəsində 
bir-birinə uyğun gəlir, ondan yuxarı və aşağı səviyyələrdə isə onlar prinsipcə ayrılırlar. Ekosistemlərin 
əksəriyyəti uzun təkamül gedişində (inkişafında) təşəkkül tapmışlar və növlərin ətraf mühütə 
uyğunlaşması nəticəsidir. Ekosistemlər özünü nizamlama və müəyyən hədd çərçivəsində ətraf şəraitin 
dəyişməsinin və populyasiyanın sıxlığının kəsgin tərəddüdünün qarşısını almaq qabiliyyətinə malikdir. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə