Ekologiya imtahan Suallar


Populyasiyada məkan strukturu



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə15/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   11   12   13   14   15   16   17   18   ...   60
Ekologiya

Populyasiyada məkan strukturu
Populyasiyanın ərazi (məkan) strukturu fərdlərin və onların qruplaşmalarının landşaftın müəyyən 
elementlərinə və bir-birinə nisbətən yerləşmə xarakterini göstərir və növə uyğun ərazidən istifadə tipini 
əks etdirir. Ərazidə fərdlərin qanunauyğun yayılması (paylanması) mühüm bioloji əhəmiyyət kəsb edir 
və əslində populyasiyanın normal fəaliyyətinin bütün formalarının əsası sayılır. Məkanca strukturlaşma 
hər şeydən əvvəl mühit resurslarından (qida, qoruyucu, mikroiqlim və s.) daha effektiv istifadə etməyi 
müəyyənləşdirir, populyasiya daxilində fərdlərin rəqabətlik münasibəti səviyyəsini aşağı salır. Bunun 
əsasında növün biokütləsinin və bioloji aktivliyinin yüksək səviyyədə qalmasına imkan yaranır. Bu, 
həmin populyasiyanın biosenozun digər növləri ilə qarşılıqlı əlaqəsində mövqeyini möhkəmlədir və 
onun sabit mövcudluğu ehtimalını artırır. Ərazi strukturlaşmanın bioloji rolunun digər aspekti fərdlər 
arasında populyasiyadaxili kontaktı (əlaqəni) lazımi səviyyədə sabit saxlamağın əsası sayılır. 
Populyasiyanın həm növ (çoxalma, yayılma və s.), həm biosenotik funksiyasının (dövranda iştirakı, 
bioloji məhsulu yaratmaq, digər növlərin populyasiyalarına təsir) yerinə yetirilməsi yalnız ayrı-ayrı 
fərdlər və onların qruplaşmalarının arasındakı sabit qanunauyğun qarşılıqlı təsirlər əsasında 
mümkündür. Strukturlaşmış sistemdə belə qarşılıqlı təsirin saxlanması ərazidə populyasiya 
elementlərinin nizamsız, təsadüfi yayılmasına nisbətən daha etibarlı təmin olunmuşdur. Ərazi yayılması 
tipləri Populyasiyada fərdlərin ərazidə (məkanda) yayılmasının aşağıdakı prinsipial tipləri ayrılır: 
bərabər (müntəzəm), diffuz (təsadüfi) və qrupla (mozaik). Bərabər paylanma (yayılma) tipində hər bir 
fərd bütün qonşu fərdlərdən bərabər məsafədə yayılır. Nəzəri baxımdan belə yayılma tipində minimal 
rəqabətlik dərəcəsində resursdan tam istifadə edilməsinə uyğun gəlir. Lakin təbiətdə fərdlərin bərabər 
paylanmasına çox nadir halda rast gəlmək mümkündür. Belə yayılma xarakteri yaxın bəzi eyninövlü 
bitki qruplarına (kolluğuna) xasdır, burada bəzi oturaq onurğasızların sıx populyasiyalarına rast gəlinir. 
Bərabər yayılma tipinin praktiki olaraq mümkünsüzlüyü hər şeydən əvvəl yaşama mühitinin müxtəlifliyi 
olub fərdlərin bərabər paylanmasını pozur. Fərdlərin diffuz tipli yayılmasına təbiətdə tez-tez rast gəlinir, 
burada fərdlər ərazidə qeyri-bərabər, təsadüfi yayılmışdır. Belə halda fərdlər arasındakı məsafə eyni 
deyildir, bu əsasən mühitin eynicinsli olmamasından irəli gəlir. Belə yayılma tipi bitkilər və bir sıra 
heyvan taksonları arasında geniş yayılmışdır. Diffuz yayılma tipində təbiətdə populyasiysnın üzvləri 
bir-birindən nisbətən asılı olmayab onun üçün eynicinsli mühitdə yaşayır. Buna un böcəyi Tribolium 
confusumun unda yerləşməsi, kiçik çay suyunda birgünlük böcəyin sürfələri, çəməndə qaraqurd 
hörümçəyinin yuvaları misal ola bilər. Mozaik yayılma tipində yaranmış fərd qrupları arasında böyük 
boş ərazilər qalır. Bioloji cəhətdən belə yayılma tipi ya mühitin kəskin müxtəlifcinsli olması, yaxud da 
fərdləri bir-birinə aktiv yaxınlaşdırma əsasında baş verən aydın ifadə olunan sosial strukturla bağlıdır. 
Fərdlərin aktiv yaxınlaşması xüsusilə ali heyvanlara (polimorf koloniya yaradan bir çox onurğalılar, 
həşəratlar) xasdır. Senopopulyasiyada bitkilər çox vaxt olduqca qeyri-bərabər yayılaraq bu və ya digər 
dərəcədə bir-birindən ayrılan qruplar (mikrosenopopulyasiya, subpopulyasiya) əmələ gətirir. Bu qruplar 


bir-birindən fərdlərin sayı, sıxlığı, yaş strukturu, böyüklüyü ilə seçilir. Bitkilərdən fərqli olaraq 
heyvanlarda, onların hərəkətdə olması nəticəsində ərazi əlaqələrini nizama (qaydaya) salma üsulları çox 
müxtəlifdir. Hətta oturaq formalarda ərazidə səmərəli yerləşmək üçün bir sıra uyğunlaşmalar vardır. Ali 
heyvanlarda populyasiyadaxili yayılma instinkt sistemlə nizama salınır. Onlara xüsusi ərazi davranışı – 
populyasiyanın digər üzvlərinin yerini reaksiya göstərmək olar. Populyasiyada ərazi üzrə ayrı-ayrı 
fərdlərin və ya qrupların yerləşməsini saxlamaq instinkti quşlar, məməlilər, sürünənlər, bir sıra balıqlar, 
az dərəcədə amfibiyalarda mövcuddur. Ərazidən istifadə tipinə görə bütün hərəkət edən heyvanlar iki 
əsas qrupa bölünürlər: oturaq və köçəri. Bu iki variant arasında bir sıra aralıq variantlar da vardır. Oturaq 
tərzdə həyat sürən növlər üçün bir qayda olaraq ərazidən intensiv istifadə tipi xasdır, bu zaman ayrıayrı 
fərdlər və ya onların qruplaşmaları (əsasən ailəvi) uzun müddət nisbi məhdud ərazidə resursları istismar 
edir. Köçəri tərzdə yaşayan növlər üçün isə ərazidən istifadənin ekstensiv tipi səciyyəvidir, bu zaman 
yem resursları adətən fərdlər qrupu (çox miqdarda) tərəfindən istifadə olunur, geniş ərazi daxilində daim 
yerini dəyişir. Oturaq heyvanlar Oturaq tip ərazi bölüşdürülməsi ərazinin resurslarından populyasiya 
səviyyəsində nisbətən səmərəli istifadəyə səbəb olur: ərazidə ayrı-ayrı fərdlər nisbətən bərabər paylanır: 
hər bir məskunlaşma sahəsi həyat üçün hər bir şərait ilə təmin olunmuşdur. Bunun nəticəsində yem, 
sığınacaq və digər resurslar uğrunda rəqabət minimuma enmiş, hər fərdin yaşamaq və təzələnməyə şansı 
vardır, populyasiya isə bütövlükdə inkişaf və ərazi zəbt etməyə geniş perspektiv qazanır. Məhdud 
əraziyə bağlılıq fərdlərə bir sıra bioloji üstünlük qazandırır, bu baxımdan, heyvanların öz əraziləri ilə 
mənimsənilmə dərəcəsi ilə tanışlığı da böyük əhəmiyyət kəsb edir. Məskunlaşma sahəsi daxilində 
heyvanlar tanış oriyentir (səmt) sistemində sərbəst yerini dəyişir, yem axtarmaq üçün az vaxt sərf edir. 
Bir çox növlər sahədə sığınacağa, yem sahəsinə, yem ehtiyatı və s. yerə gedən əlaqələndirici cığırlar 
salır. Heyvanların gündəlik aktiv hərəkətləri sanki avtomatik surətdə həyata keçirilir: rezident – fərd 
qısa yolla yem, istirahət, yırtıcıdan və ya pis havadan gizlənmək yerinə əlavə vaxt və enerji sərf etmədən 
catır. Lakin oturaq həyat keçirdikdə populyasiyanın sıxlığı hədsiz çox olduqda resurslar gücdən düşür. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə