Ekologiya imtahan Suallar


Populyasiyanın dinamikası və say dinamikasının tipləri



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə16/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   12   13   14   15   16   17   18   19   ...   60
Ekologiya

Populyasiyanın dinamikası və say dinamikasının tipləri
Populyasiyanın sayının ümumi dəyişməsi, dinamikası dörd hadisənin hesabına yaranır: doğum, ölüm, 
köçmə, köçürülmə. Doğum Populyasiyada vahid zaman ərzində orqanizmin yeni fərdlərinin həyata 
gəlməsi hadisəsi, yə’ni doğum əmələ gəlir. Yeni fərdlərin əmələ gəlməsi yumurtadan çıxma, toxumla 
cücərmə və bölünmə yolu ilə ola bilər. Zaman vahidi ərzində doğulanların sayı sabit kəmiyyət olmayıb 
populyasiyanın fərdlərinin ölçü və yaşından, həm dəmühit şəraitindən asılı olaraq dəyişir. (Məmmədov, 
Suravegina, 2000). Doğum çox olduqda ərazi vahidinə düşən fərdlərin sayı artaraq sıxlığı yüksəlir. Bu 
zaman ərazi, dişilər və yem üstündə fərdlərarası rəqabət güclənir. Nəticədə fərdlər arasında ölüm halları 
artır. Ölüm – vahid zaman ərzində populyasiyada ölən fərdlərin sayını göstərir. Ölüm də populyasiyada 
bir çox səbəbdən fərdlərin genetik və fizioloji mükəmməlliyindən (yararlığından), əlverişsiz fiziki mühit 
şəraitinin və yırtıcı, parazit, xəstəliklərin təsirindən asılıdır. Hər nəslin həyat tsiklinin müxtəlif 
mərhələlərində bu amillərin təsir gücü müxtəlif olur. Bir generasiya fərdlərinin hamısı bioloji yaş 
həddinə çatması və sonra qısa müddətdə ölməsi ideal hadisə sayılır. buna populyasiyanın minimal ölümü 
müvafiq gəlir. Təbiətdə tez-tez rast gəlinən variant həyatının erkən dövründə fərdlərin yüksək ölümü 
hesab olunur. Yaşlı formalar daha çox qorunmuş və dözümlü olur. İnsanlarda da bütün tarix boyu uşaq 
ölümü yüksək olmuşdur, son vaxtlar səhiyyənin inkişafı ilə əlaqədar uşaq ölümü azalmışdır. Ölümün 
sayı artdıqda populyasiyanın sayı azalır və bu zaman artımı stimullaşdıran mexanizmlər işə düşür. Stress 
azalır, cinsiyyət hormonlarının səviyyəsi artır, doğum yüksəlir. Beləliklə, populyasiyada onun sayını 
optimallaşdıran özünütənzimləmə mexanizmləri mövcuddur. Yerləşmə (yerini dəyişmə), yerdəyişmə 
Populyasiyadan fərdlərin köçməsi və ya onun yerinin gəlmələrlə (yadlarla) dolması növün mühüm 
bioloji xüsusiyyətlərindən biri – onun yerdəyişmə qabiliyyətinə əsaslanır. Hər bir populyasiyada 
fərdlərin bir hissəsi müntəzəm olaraq onu tərk edərək qonşu sahədəki populyasiyanı doldurur və ya 
həmin növ olmayan yeni əraziyə köçür. Bu prosesə populyasiyanın dispersiyası deyilir. Yerdəyişmədə 
yeni biotoplar zəbt olunur, növün ümumi arealı genişlənir və yaşamaq uğrunda mübarizədə 
müvəffəqiyyət qazanılır. Müxtəlif heyvan və həşəratların yerdəyişməsi həyat tsiklinin müəyyən 
dövründə keçir. Bitkilər toxum və sporlar vasitəsilə yayılır (yer dəyişir). Yerdəyişmə dispersiyası 


populyasiyalar arasında əlaqə vasitəsini görür. Populyasiyanın sıxlığı artdıqda bu proses güclənir. 
Yerdəyişən fərdlərin həmin növ olmayan yeni əraziyə daxil olaraq oranı zəbt etməsi və yeni 
populyasiyalar əmələ gətirməsi invaziya adlanır. Say dinamikasının tipləri Canlı orqanizmlərin 
müxtəlif qrupları üzrə aparılan tədqiqatların nəticələri göstərir ki, təbii populyasiyaların sayı daimi 
qalmır. Onların dəyişməsi konkret faktorların müsbət və ya mənfi təsirlərindən asılıdır, bütün növlərdə 
praktiki olaraq sayın qalxma və enmə prosesi qanunauyğun əvəz olunaraq dalğavari, dövri (tsikllik) 
xarakter alır və çox vaxt geniş əraziləri tutur. Populyasiyanın sayının qanunauyğun dəyişməsi xarakteri 
bütövlükdə növün bioloji xüsusiyyətlərindən, fiziologiyasından və təbii ekosistemdəki yerindən asılıdır. 
Hələ 1940-cı illərin əvvəlində S.A.Seversov (1941) məməlilər və quşların bir çox növlərinin sayının 
çoxillik gedişini təhlil edərək onun dinamikasının bir neçə tipini müəyyən etmişdir. O, məməlilərin növ 
xüsusiyyətlərinə görə (ömrünün uzunluğu, cinsi yetişkənlik müddətinə, il ərzində doğumun sayı və hər 
doğumda balaların sayı, yırtıcılarla orta məhvedilmə dərəcəsi) 7 dinamika tipini təyin etmişdir. 
N.P.Naumov (1967) S.A.Seversovun sxemini ümumiləşdirərək üç fundamental dinamika tipində əks 
etdirir (şəkil 3.3.). Stabil tip – populyasiyanın kiçik amplitudu və sayının dəyişməsi dövrünün uzunluğu 
ilə səciyyələnir. Belə dinamika tipi uzun ömürlü, gec yetişkənliyə başlayan, az nəsilvermə qabiliyyətinə 
malik olan iri heyvanlara xasdır. Bu təbii ölümün aşağı normasına və əlverişsiz faktorların təsirinə 
adaptasiya olma mexanizminin effektivliyinə uyğun gəlir. Bura dırnaqlı məməlilər (say dəyişkənliyi 
dövrü 10-20 il), kitəbənzərlər, hominidlər, iri qartallar, bəzi sürünənlər aiddir. Labil dinamika tipi – 
populyasiyanın sayının qanunauyğun, 5-11 il və çox dövrlərlə dəyişməsi və böyük amplituda ilə 
fərqlənir. Artımın dövriliyi ilə əlaqədar sayın bolluğunun mövsümi dəyişməsi səciyyəvidir. Belə 
dinamika tipi üçün müxtəlif, lakin bir qayda olaraq iri olmayan, bir qədər qısa ömürlü (10-15 il) və ona 
uyğun olaraq daha erkən cinsi yetişkənliyi və stabil tipə nisbətən yüksək nəsilvermə qabiliyyəti 
xarakterikdir. Orta ölüm norması da yüksəkdir. Bu dinamika tipinə məməlilərdən iri gəmiricilər, 
dovşankimilər, bəzi yırtıcılar daxildir: bir çox quş, balıq. uzun inkişaf tsiklli həşəratlar və s. heyvanlarda 
da belə ümumi dinamika tipi xarakterikdir. Efemer tipli dinamika. Dərin depressiyalı, kəskin qeyri-
sabit saylı olub, «kütləvi artma» partlayışı ilə seçilir və hərdən populyasiyanın sayı yüz dəfələrlə çoxalır. 
Minimum və maksimum arası artım pillələri olduqca tez (bəzən bir mövsüm ərzində); sayın azalması 
(enməsi) da olduqca tez baş verir, belə halda o, «populyasiyanın iflası» adlanır. Dinamika dövriliyinin 
(tsikl) ümumi uzunluğu adətən 4-5 il sürür, bu dövr ərzində populyasiyanın say «zirvəsi» çox vaxt bir 
ildən artıq olmur; bəzi heyvanlarda (məs. xırda gəmiricilər) bu kiçik tsikllərdə uzunmüddətli (10-11 il) 
«böyük dalğalar» öz partlayışı ilə geniş əraziləri əhatə edir. Fərdlərin bolluğunun mövsümi dəyişkənliyi 
kəskin təzahür olunur. Efemer tipli dinamika qısaömürlü (3 ildən artıq olmayan) fərdi adaptasiyanın 
qeyri-mükəmməl mexanizminə və ona uyğun yüksək ölüm normasına malik olan növlər üçün xasdır, bu 
iri olmayan heyvanlar yüksək nəsilverməsi (törəmə) ilə seçilirlər. Belə dinamika tipi xırda gəmiricilər 
və qısa inkişaf dövrlü həşəratların bir çox növləri üçün səciyyəvidir. S.A.Seversov tərəfindən işlənib 
hazırlanmış sxem say dinamikası tipinin ayrı-ayrı növ və qrupların bioloji xüsusiyyətləri ilə əlaqəsini 
yaxşı göstərir və sayın dəyişməsi növün, mühitin abiotik və biotik faktorlarla qarşılıqlı təsirinin bütün 
formalarının inteqral effektini əks etdirdiyini aydın nümayiş etdirir. Dinamikanın müxtəlif tipləri faktiki 
olaraq müxtəlif həyati strategiyaları əks etdirir. Bu fikir R.Mak-Artur və E.Uilsonun (K.Mac. Authur, 
E.Wilson, 1967) ekoloji strategiyasının konsepsiyasının əsasını təşkil edir və müasir ekologiyada geniş 
vüsət almışdır. Bu konsepsiyanın mahiyyəti ondan ibarətdir ki, növün müvəffəqiyyətlə yaşaması və 
təzələnməsi ya orqanizmələrin adaptasiya olunmasının və rəqabət qabiliyyətinin təkmilləşməsi 
(yaxşılaşması) yolu ilə, yaxud da fərdlərin yüksək ölümünü və kritik vəziyyətdə sayını tezliklə bərpa 
olunmasını müvazinətləşdirən intensiv çoxalma yolu ilə mümkündür. Birinci yol «K-strategiya» adlanır; 
bu tipin nümayəndələri uzunömürlü çox vaxt iri formalardır; onların sayı xarici faktorlarla limitlənir. K-
strategiya «keyfiyyətinə görə seçmə» - adaptasiya və möhkəmliyin (sabitliyin) yüksəlməsini ifadə edir, 
r-strategiya isə «miqdara görə seçmə» - böyük itkinin yüksək reproduksiya potensialı ilə kompensasiya 
(bərpa olunması) olunmasıdır. Bu strategiya tipi yüksək ölüm norması və yüksək törəyib artan xırda 
heyvanlar üçün daha xarakterikdir. r- strategiyasına daxil olan növlər qeyri-stabil şəraiti olan əraziləri 
tez mənimsəyir və reproduksiyaya yüksək səviyyədə enerji sərf edir. Tamamilə analoji həyati strategiya 
bitkilərə xasdır. Hələ 1938-ci ildə L.Q.Ramenski üç strategiya tipi ayırır: Violent (lat. düc. zor) tipi – 


yüksək həyatiliyə malik, ərazini tez mənimsəmək qabiliyyətli, rəqabətə dözümlü növlər; patiyent (lat. 
dözümlülük) tipi – əlverişsiz təsirlərə dözümlü və onunda əlaqədar digər növlər üçün əlçatmaz (çətin) 
olan yerləri mənimsəmək qabiliyyəti olan növlər: və eksplerent (lat. doldurmaq) tipi – tez çoxalma 
qabiliyyətinə malik, aktiv yayılaraq pozulmuş assosiasiyalar olan yerləri mənimsəyən növlər 
(Ramenski, 1938, Mirkin, 1985). Bu konsepsiya sonralar ingilis botaniki D.Qraym (Y.Çrime, 1979)
tərəfindən inkişaf etdirilərək onu «r» və «K» strategiyasının mövqeyi ilə yaxınlaşdırdı. D.Qraym 
aşağıdakı strategiyaları ayırır: konkurent optimal şəraitli yerlərdə yüksək sıxlığa çatmaq 
(L.Q.Ramenskinin violent tipinin analoqu); strestolerant (patiyentə oxşar) tip – nisbətən az əlverişli 
yerləri tutan əlverişsiz faktorlara qarşı dözümlü, lakin az məhsuldar növlər və ruderal tip – yüksək 
reproduktiv potensialı və tez böyüməsi ilə fərqlənən növlər; pozulmuş ilkin bitki örtüyü olan sahələri 
tutur; xassələrinə görə eksplerenti xatırladır.

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə