Ekologiya imtahan Suallar


Atmosfer qazları ekoloji faktor kimi



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə9/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   5   6   7   8   9   10   11   12   ...   60
Ekologiya

Atmosfer qazları ekoloji faktor kimi
Atmosfer mühiti az sıxlığa, cüzi dayaqlığa malikdir. Odur ki, orada yaşayan bütün orqanizmlər yer səthi 
ilə bağlıdır. Lakin hava mühiti orqanizmlərə həm fiziki, həm də kimyəvi təsir göstərərək onların tənəffüs 
və fotosintezini təmin edir. Fiziki faktorlara hava kütləsinin hərəkəti və atmosfer təzyiqi aiddir. Hava 
kütləsinin hərəkəti konvektiv təbiətin passiv qarışması və ya atmosferin tsiklon fəaliyyətinin külək 
şəklində ola bilər. Passiv qarışma zamanı spor, tozcuq, toxum, mikroorqanizmlər və xırda heyvanların 
yerləşməsi təmin olunur, bunun üçün xüsusi uyğunlaşma - anemoxorlar olur. Orqanizmin bu kütləsi 
birlikdə aeroplankton adlanır. Külək isə aeroplanktonu xeyli uzaq məsafələrə aparır, bu zaman çirkli 
maddələr də yeni zonalara aparıla bilər. Külək çay axını kimi bitkiyə birbaşa, məsələn, onun 
böyüməsinə (Abşeronda xəzrinin təsiri ilə ağacların bir tərəfə əyilməsi), heyvanların aktivliyinə (məs. 
quşların) mənfi təsir göstərə bilər. Atmosfer təzyiqi orqanizmlərə, xüsusən onurğalılara böyük təsir 
göstərir, bunun sayəsində onlar dəniz səviyyəsindən 6000 m-dən yuxarı ərazilərdə yaşaya bilmirlər.
Biosferin çox hissəsində su buxarlarının kəskin dəyişməsi nəzərə alınmazsa, atmosferin tərkibi 
dəyişməzdir. Müasir atmosferdə karbon qazının (CO2) həcmə görə miqdarı (0,03%) və oksigeninki 
(21%) bir çox ali bitkilər üçün limitləşdirilmiş faktor hesab olunur. Məlum olduğu kimi bir sıra bitkilərdə 
fotosintezin intensivliyini yüksəkltmək üçün CO2-nin konsentrasiyasını qaldırırlar. Lakin Y.Odum 


(1975) Byerkmenin (1966) paxlalılar və s. bitkilər üzərindəki təcrübələrinin nəticələrinə istinad edərək 
yazır ki, havada oksigenin miqdarını 5%-ə qədər azaltmaqla fotosintez prosesini 50% yüksəltmək olar. 
Görünür O2-nin konsentrasiyasını artırdıqda fotosintezin yüksək dərəcədə bərpa olunan aralıq məhsulu 
ilə molekulyar oksigen arasında gedən reaksiya əks istiqamətdə gedir; O2-nin fotosintezə inqibisiya 
(sıxışdırıcı, əzici) təsiri də bununla aydınlaşdırılır. Y.Odum (1975) qeyd edir ki, tropik rayonlarda 
becərilən taxıl bitkiləri, o cümlədən qarğıdalı, həmçinin şəkər qamışında oksigenin fotosintez prosesinə 
belə təsiri qeydə alınmamışdır, ola bilsin ki, bu bitkilər karbon iki oksidi başqa yolla fiksasiya edirlər. 
Müəllif onu da ehtimal edir ki, enliyarpaqlı bitkilər peyda olan və inkişaf edən dövrdə CO2-nin 
atmosferdə konsentrasiyası indikindən yüksək, O2-ninki isə aşağı olmuşdur. Torpaqda və onun 
altındakı süxurlarda, qrunt suyuna kimi (aerasiya zonasında) karbon qazının miqdarı 10% qalxır, 
oksigen isə aeroboredusentlər üçün limitləşdirici faktora çevrilir, bu isə ölmüş üzvi maddələrin 
parçalanmasını yavaşıdır. Qeyd edildiyi kimi, suda oksigenin miqdarı atmosferə nisbətən 20 dəfə azdır 
və burada o, limitləşdirici faktor hesab olunur, onun mənbələri atmosfer havasından diffuziya olunması 
və su bitkilərinin (yosunların) fotosintezi sayılır. Oksigenin həll olmasına temperaturun aşağı olması, 
külək və su dalğaları səbəb olur. Suda CO2-nin limitləşdirici təsiri aydın təzahür olunmur. Lakin məlum 
olduğu kimi onun miqdarının yüksək olması balıq və digər heyvanların ölümünə səbəb olur. CO2 suda 
həll olduqda zəif karbonat turşusu (H2CO3) alınır, ondan isə asan karbonatlar və bikarbonatlar əmələ 
gəlir. Karbonatlar – balıqqulağı və sümük toxumalarının qurulması üçün qida maddələrinin mənbəyi və 
su mühitinin turşuluq (hidrogen) göstəricisini (pH) neytral səviyyədə saxlamaq üçün yaxşı bufer sayılır. 
Bu göstəricinin əhəmiyyəti ondan ibarətdir ki, hidrobiontlar üçün pH üzrə tolerantlıq intervalı olduqca 
dar (məhdud) olub onun optimumdan bir az kənara çıxması orqanizmin məhvinə səbəb olur. Hava 
mühitinin sakinləri havada olan oksigenin miqdarına limitlənməmişdir (20,95%). Buna uyğun onun 
parsial təzyiqi də böyükdür. Dəniz səviyyəsində quru hava şəraitində parsial təzyiq 159,2 mm c.st. (21,2 
kPa) təşkil edir. Praktiki olaraq O2-nin parsial təzyiqi aşağıdır, belə ki, havanın tərkibində həmişə su 
buxarı olur, o tənəffüs orqanlarının səthində effektiv qaz mübadiləsi üçün kifayətdir. Hava mühitində 
qaz mübadiləsinin limitləşdirici faktoru havanın quruluq dərəcəsidir. Yerüstü heyvanlarda qazların 
qanla və ətraf mühitlə bilavasitə mübadilə prosesi prinsipcə su tiplərindən fərqlənmir: oksigen qana 
qabaqcadan nəfəs epiteliyinin səthini örtən nazik su pərdəsinə həll olmuş halda daxil olur. Su 
orqanizmlərindəki kimi qanda və su pərdəsində diffuziya O2 və CO2-nin konsentrasiya qradiyenti üzrə 
gedir. Odur ki, hava mühitində davamlı (sabit) qaz mübadiləsinin mühüm bioloji şəraitinin yaranması 
tənəffus yolları səthinin nəm (rütubətli) vəziyyətdə saxlanmasından ibarətdir. Məhz bu, hava tənəffüs 
orqanlarının təkamülünün prinsipial yollarını müəyyənləşdirir, bu hal onurğalı heyvanlarda və 
həşəratlarda daha aydın təzahür olunur. Hava mühitində qaz mübadiləsinin morfoloji prinsipləri qaz 
mübadiləsi səthi bədənin daxilində yerləşir və bilavasitə ətraf hava ilə təmasda olmur (sərhədlənmir). 
Tənəffüs boşluqlarında çoxlu miqdarda selikli hüceyrələrin olması yüksək nəmişliyin (rütubətliyin) 
saxlanmasını təmin edir. Tənəffüs orqanlarını ətraf mühitlə əlaqələndirən yollar da selikli epiteli ilə 
təchiz olunmuşdur və bu, həmin orqanlara daxil olan havanın nəmlənməsinə səbəb olur. Onurğalılarda 
bu sistem ağciyərlərin döş boşluğunda yerləşib, xarici mühitlə havaötürən yollarla (traxeya, bronxlar) 
bağlıdır. Bu yolların daxili səthi selikli epiteli ilə örtülüdür. Onurğasızlarda hava tənəffüs orqanlarının 
konkret strukturu olduqca müxtəlifdir. Lakin bütün hallarda qaz mübadiləsi səthinin xarici mühitlə və 
qaz mübadiləsi yerinə daxil olan nəmli hava ilə təmasda olmasından ayrılma prinsipinə riayət olunur.
Hipoksiyaya (oksigen çatışmazlığı) uyğunlaşma. Atmosfer havasının qaz tərkibinin yüksək sabitliyi 
sayəsində yersəthi sakinləri oksigenin miqdarı üçün limitləşdirici deyildir. Lakin bəzi spesifik 
şəraitlərdə qaz mübadiləsi oksigenin çatışmazlığı və bu qazın parsial təzyiqinin aşağı olması ilə 
məhdudlaşa bilər. Məsələn, yuva tipli qapalı yuvalarda, ağac koğuşu və s. yerlərdə çoxlu miqdarda CO2-
nin toplanması oksigenin parsional təzyiqinin aşağı düşməsinə və qaz mübadiləsinin çətinləşməsinə 
səbəb olur. İ.A.Şilovun (2001) çöl tədqiqatları göstərdi ki, köstəbəyin yeraltı yollarında CO2-nin 
miqdarı orta hesabla 0,3...3,8% (maksimum 5,5), oksigeninki isə 15-20% arasında dəyişir. Kaliforniya 
sünbülqıranın dərin yuvalarında CO2 və O2-nin miqdarı uyğun olaraq 2,4-2,9 və 17-19%, dovşanların 
yuvalarında isə 6-8 və 13-14% olmuşdur. Analoji vəziyyət ağacların koğuşlarında müşahidə olunur. 
Müşahidələr göstərmişdir ki, ağac koğuşlarında məskən salan sitta quşu, yaşıl ağacdələnin yumurta 


qoyan dövrdə O2-nin miqdarı 20%-dən aşağı, CO2 isə 0,7% olmuşdur. Quş balaları yumurtadan 
çıxdıqdan sonra havanın tərkibi daha çox dəyişikliyə məruz qalmışdır; yuva dövrünün sonunda sitta 
quşunun yuvasında oksigenin miqdarı 17-19%-ə enmiş, CO2-nin konsentrasiyası isə 24%-ə qədər 
qalxmışdır. Qışda qar örtüyü altında da qaz rejimi əlverişsiz olur. 45-80 sm qalınlığında qarın altındakı 
torpaq səthində CO2-nin miqdarı 2,8-4,0% təşkil edir. Oksigenin çatışmazlığı və onun parsional 
təzyiqinin aşağı olan şəraitdə yaşayan heyvanlar müəyyən adaptasiyaya malik olur. Yeraltı 
sığınacaqlarda yaşayan məməlilər təbiətdə belə şəraitlə üzləşməyən heyvanlara nisbətən CO2-nin bir 
qədər izafiliyinə (hiperkapniya) və O2-nin çatışmazlığına dözür. Adaptiv mexanizm ilk növbədə qanın 
tənəffüs xassələrinin yaxşılaşması, qismən isə hemoqlobinin oksigenə yaxınlığının (oxşarlığının) 
artması ilə bağlıdır. Bənzər adaptasiya tipi yeraltı həyat tərzi keçirən suda-quruda yaşayan soxulcanda 
da aşkar edilmişdir. Bununla yanaşı, yuvada yaşayan və yereşənlərin əksəriyyəti metobolizmin bir qədər 
aşağı səviyyədə olması ilə səciyyələnir, bu isə oksigenə tələbatı azaldır. Onlar üçün tənəffüs mərkəzin 
qanda CO2-ni toplamaqda yüksək tolerantlığın olması da xasdır. Belə xassə qış-yay yuxusu dövründə 
daha çox təzahür olunur. Maraqlıdır, kirpilərdə analoji reaksiya qısamüddətli «mühafizəolunmada» 
bədənin sarınması zamanı müşahidə edilir. Qaz mübadiləsi effektivliyinə təsir təbii şəraitdə – yüksək 
dağlıq zonada geniş yayılmışdır – burada ümumi atmosfer təzyiqinin aşağı düşməsi ilə əlaqədar 
oksigenin parsial təzyiqinin də aşağı düşməsi müşahidə olunmuşdur. Məməlilərdə yüksəklik 
adaptasiyası bir neçə tipdə aşkar edilmişdir.

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə