Ekologiya imtahan Suallar



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə8/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   ...   4   5   6   7   8   9   10   11   ...   60
Ekologiya

Su mühitinin xasxassələr 
Su mühitinin əsas xassələri Suyun sıxlığı – bu faktor su orqanizmlərinin yerdəyişmə şəraitini və 
müxtəlif dərinliklərdə dərinlik müəyyən edir. Distilə edilmiş suyun +40C-də sıxlığı 1q/sm3-a bərabərdir. 
Tərkibində suda həll olan duzlar olan təbii suların sıxlığı çox olub 1,35 q/sm3-a çatır. Dərinliyə getdikcə 
hər 10 m-də təzyiq təxminən orta hesabla 1·105 Pa (1 atm) artır. Bəzi növlər müxtəlif dərinliklərdə 
yayılaraq bir neçə atmosferdən 100 atmosferə qədər dözür. Lakin dənizlərin bir çox sakinləri nisbətən 
stenobat olub müəyyən dərinliklərdə yaşamağa uyğunlaşmışlar. Stenobatlıq dayaz və dərinliklərdə 
yaşayan növlərə xasdır. Litoralda həlqəli qurd (Arenicola), bəzi molyusklar (məs. Patella) məskunlaşır. 
Balıqların əksəriyyəti, xərçəkgkimilər, başıayaqlı molyusklar, dəniz ulduzları və b. yalnız dərinliklərdə, 
təzyiqi 4·107 Pa (400-500 atm) olan sahələrdə məskunlaşırlar. Suyun sıxlığı ona söykənməyə imkan 
yaradır, bu hal skeletsiz formalar üçün vacib sayılır. Mühitin dayaqlığı hidrobiontları üzməyə (süzməyə) 
uyğunlaşmağı təmin edir. Asılı vəziyyətdə olan, suda üzən orqanizmləri hidrobiontun xüsusi ekoloji 
qrupunda birləşdirilərək «plankton» adlandırırlar. Su qatının günəş enerjisi olan hissəsində (dünya 
okeanında orta hesabla 200 m dərinliyə qədər) yayılan planktonun bitki hissəsi (evtofik zona) 
fitoplankton adlanır. Fitoplankton su hövzələrində üzvi maddələrin əsas ilk produsenti olub, onun 
hesabına su heterotrof orqanizmləri mövcuddur. Fitoplanktonun biokütləsinin cəmi zooplanktonun 
biokütləsinə nisbətən kiçikdir (uyğun olaraq 1,5 və 21,5 mlrd ton), lakin tez parçalandığından onun 
məhsulu 550 mlrd ton təşkil edir (okeanın bütün heyvanat məhsullarından 10 dəfə artıq). Zooplankton 
plaktonun heyvanat aləmi komponenti olub bura ibtidailər, meduzalar, evufauzidlər, bəzi molyusklar, 
müxtəlif kiçik xərçəngciklər, dib heyvanlarının sürfələri, balıqların kürüsü, sifonoforlar və s. daxildir.
Birhüceyrəli yosunlar (fitoplankton) suda passiv süzür, plankton heyvanların əksəriyyəti kiçik 
məsafələrdə aktiv üzmə qabiliyyətinə malikdir və onlar suyun dibinə çökmür. Plankton orqanizmləri 
axını dəf edə bilmir və onunla uzaq məsafələrə aparılır. Lakin zooplanktonların bir çox növləri su 
qatında 10 və 100 metrlərlə şaquli miqrasiya qabiliyyətinə malikdir. Suyun səth pərdəsinin hava mühiti 
sərhədindəki planktonun xüsusi növmüxtəlifliyinin ekoloji qrupu - neyston adlanır. Oksigen rejimi. 
Oksigenlə doymuş suda onun miqdarı 1 litrdə 10 ml təşkil edir. Bu atmosferdə olan oksigendən 21 dəfə 
azdır. Odur ki, hidrobiontların tənəffüsü çətinləşir. İlk suda yaşayanlar və suyun altında olan bitkilər 
tənəffüs üçün suda həll olmuş oksigeni ya bütün bədənlərinin səthi ilə, yaxud da xüsusi tənəffüs 
orqanları vasitəsilə alır. Oksigenin suda həll olmasına temperatur da təsir göstərir Suda oksigenin 
miqdarına ekoloji faktorlar da təsir göstərir. Belə ki, suyun qarışması (fırtına, dalğa, tez axın, şəlalə və 
s.) səthinin hava ilə təmasda olmasını artıraraq suda oksigenin artmasına səbəb olur. Tam sakit havada 
qapalı axmaz su hövzələrində suda oksigenin həll olması yavaşıyır. Yaşıl bitkilər suda oksigenin 
çoxalmasına səbəb olur, ölü bitki qalıqlarının, lilin toplanması isə üzvi maddələrin parçalanması ilə 
əlaqədar suyu oksigenlə kasatlaşdırır. Bu, xüsusilə yüksək temperaturda daha çox təzahür olunur. Belə 
şəraitdə parçalanma (çürümə) prosesləri tezləşir, oksigenin həll olması isə zəifləyir. Qışda su hövzəsi 
buz ilə örtüldükdə, xüsusilə ona çoxlu miqdarda detrit qarışarsa, suda oksigenin miqdarı kəskin azalır 
və oksigenin çatışmazlığından balıqların kütləvi məhv olması baş verir. Oksigenin çatışmazlığı ilə 
yanaşı, suda orqanizmlərin (xüsusən balıqların) məhv olmasına suda toksik qazların (metan, kükürd 
oksidi, CO2 və b.) konsentrasiyasının yüksəlməsi ilə əlaqədar olaraq su hövzələrinin dibində maddələrin 
parçalanması səbəb olur. Qeyd edildiyi kimi, suya oksigen, yosunların fotosintetik fəaliyyəti hesabına 
və havadan diffuziya olmaqla daxil olur. Odur ki, suyun yuxarı qatları bir qayda olaraq, aşağı qatlara 
nisbətən oksigenlə zəngindir. Heyvan və bakteriyalar çox yayılan su qatlarında oksigendən çox istifadə 
olunduğundan onun kəskin defisitliyi yarana bilər. Məsələn, Dünya okeanında həyatla zəngin olan 50 
m-dən 1000 m-ə qədər dərinlikdə aerasiya kəskin pisləşərək fitoplankton yayılan suyun üst qatlarına 
nisbətən 7-10 dəfə aşağıdır. Su hövzəsinin dibində şərait anaerob vəziyyətinə yaxın ola bilər. Su 
sakinləri arasında suda oksigenin geniş dəyişməsinə, hətta onun olmamasına tab gətirə bilən bir çox 
növlər mövcuddur (evrioksibiontlar), buna şirinsulu oliqoxetlər (Tubifex tubifex), bəzi molyusklar (məs. 


Viviparus viviparus) aiddir. Balıqlar arasında suda oksigenin çox azlığına dözən növlərdən dabanbalığı, 
tinqabalığı, sazanı (çəkibalığını) göstərmək olar. Bununla belə, bəzi növlər stenoksibiontdur, onlar 
oksigenlə kifayət qədər yüksək doymuş sularda yaşaya bilər (məs. alabalıq). Bir çox növlər oksigenin 
çatışmazlığı şəraitində qeyri-aktiv vəziyyət (anosibioz) alır və beləliklə, əlverişsiz dövrü keçirə bilər.
Hidrobiontların tənəffüsü ya bədənin səthi ilə, yaxud da xüsusi orqanlarla (ağciyər, traxey, qəlsəmə) 
həyata keçirilir. Duz rejimi. Su sakinlərinin əksəriyyəti poykilosmotik olub onların bədənində osmos 
təzyiqi ətraf sudakı duzluluq dərəcəsindən asılıdır. Odur ki, hidrobiontların duzluluq balansını saxlamaq 
üçün onlara duzluluq dərəcəsi münasib olmayan yerdən uzaqlaşmaq əsas üsul sayılır. Şirinsulu formalar 
dənizlərdə, dəniz formaları isə şirin sularda yaşaya bilmir. Suyun duzluluq dərəcəsi dəyişməyə məruz 
qaldıqda heyvanlar özlərinə əlverişli mühit axtarırlar. Məsələn, suyun səthi güclü yağışlardan sonra 
duzluluğu azaldığından dəniz kiçik xərçəngləri (Calanus və b.) 100 m-ə qədər dərinliyə enirlər. Suda 
yaşayan onurğalı heyvanlar, iri xərçənglər, həşəratlar və onların sürfələri homoyosmotik növlərə aid 
edilir, onlar suda duzların qatılığından asılı olmayaraq daima bədənlərində osmos təzyiqini saxlayırlar.
Qeyd edildiyi kimi, şirinsulu növlərin bədənlərindəki şirələr ətraf mühitə görə hiportonikdirlər. İzafi 
suyun qarşısının alınması üçün müqavimət göstərilməsə və ya bədəndən artıq su xaric edilməsə onları 
təhlükə gözləyir. İbtidailərdə izafi suyun kənarlaşdırılması ayırma vakuellərin fəaliyyəti ilə, 
çoxhüceyrəlilərdə isə artıq suyun çıxarılması ayırma sistemləri vasitəsilə yerinə yetirilir. Bəzi infuzorlar 
hər 2-2,5 dəqiqədən bir öz bədəndəri çəkisində suyu xaric edir. Ümumiyyətlə, su sakinləri arasında həm 
şirin, həm də duzlu suda aktiv vəziyyətdə yaşayan evriqalın növlər azdır. Onlar əsasən çayların 
estuarilərində, limanlarda və digər azduzlu su hövzələrində məskunlaşır. Su hövzələrinin temperatur 
rejimi quruya nisbətən xeyli sabitdir. Bu, suyun fiziki xassələri ilə, xüsusilə yüksək istilik tutumu ilə 
bağlıdır. Bunun nəticəsində istiliyin alınıb-verilməsi temperaturun kəskin dəyişməsinə səbəb olmur. Su 
hövzələrinin səthindən suyun buxarlanması (buna 2263,8 c/q sərf olunur) alt qatların qızmasının 
qarşısını alır, buzun əmələ gəlməsi isə (buna 333,48 C/q ərimə istiliyi sərf olunur) suyun soyumasının 
qarşısını alır. Okean sularının üst qatlarında temperaturun illik dəyişmə amplitudası 10-150C-dən artıq 
olmur, kontinental su hövzələrində isə bu rəqəm 30-350C-yə çatır. Suyun dərin qatlarının temperaturu 
dəyişmir. Ekvator sularında üst qatlarda suyun temperaturu +26…+270C, qütblərdə isə 00C və aşağı 
təşkil edir. Qurunun isti qaynaqlarında suyun temperaturu 1000C, sualtı qeyzerlərdə isə okean dibinin 
yüksək təzyiqi şəraitində suyun temperaturu +3060C-yə çatır. Beləliklə, suyun temperaturunun sabit 
olması hidrobiontlar arasında stenotermlik qurudakı canlılara nisbətən daha geniş yayılmışdır. Evriterm 
növlərə əsasən kiçik kontinental su hövzələrində, həmçinin sutkalıq və mövsümi temperaturun daha çox 
dəyişdiyi yüksək və orta enliklərin litorallarında rast gəlinir. Su hövzələrinin işıq rejimi. Suda işıq 
havaya nisbətən azdır. Su hövzələrinin səthinə düşən şüaların bir hissəsi hava mühitinə əks olunur. 
Günəşin vəziyyəti aşağı olduqca şüanın əks olunması güclənir, odur ki, sualtı günün uzunluğu quruya 
nisbətən qısa olur. Müxtəlif uzunluqlu dalğalar eyni udulmur: qırmızı dalğalar suyun səthinə yaxın artıq 
yox olur, halbuki göyyaşıl dalğalar daha dərinliyə keçir. Dərinliyə endikcə toranlıq okeanda əvvəlcə 
yaşıl, sonra mavi, göy və göybənövşəyi rəng alır, sonra isə daim zülmət-qaranlıq olur. Buna uyğun 
olaraq okeanda əvvəlcə yaşıl, sonra isə qonur və qırmızı yosunlar bir-birini əvəz edir. Dünya okeanında 
yosunlar işıqlanma zonasında məskunlaşır. Qırmızı yosunlar daha dərinliklərə keçir, çox vaxt onlar 20-
40 m, əgər su çox safdırsa, 100-200 m dərinliklərdə rast gəlinir. Dərinliyə getdikcə heyvanların da 
rəngləri qanunauyğun olaraq dəyişir. Litoral və sublitoral zonalarda heyvanların rəngləri daha parlaq və 
müxtəlif olur. Dərinlik və mağara orqanizmlərinin piqmentləri olmur. Toran-qaranlıq zonada qırmızı 
rəng daha geniş yayılıb bu dərinlikdə göy-bənövşəyi işığa əlavə hesab olunur. Rəngə görə əlavə şüalar 
bədən tərəfindən tam udulur. Bu isə heyvanlara düşmənindən gizlənməyə imkan verir, belə ki, onların 
qırmızı rəngi göy-bənövşəyi şüalarda qara kimi görünür. Qırmızı rəng toran-qaranlıq zonası 
heyvanlarından olan dəniz xanı balığı, mərcan, xərçəngkimilər və b. üçün səciyyəvidir. Su hövzələrinin 
üst qatlarında işığın miqdarı yerin en dairəsindən və fəsillərdən asılı olaraq kəskin dəyişir. Arktikada və 
Antarktikaya yaxın su hövzələrində uzun qütb gecələri fotosintez üçün faydalı olan vaxtı 
məhdudlaşdırır, qışda donan su hövzələrində buz örtüyü işığın keçməsini çətinləşdirir. Okeanın qaranlıq 
dərinliklərində orqanizmin görmə mənbəyi informasiyası kimi canlı orqanizmlər buraxdığı işıqdan 
istifadə edirlər. Canlı orqanizmin işıqlanması biolyuminessensiya adlanır. İşıqverən (işıqsaçan) növlərə 


demək olar ki, su heyvanlarının bütün siniflərində – bəsit birhüceyrələrdən tutmuş balıqlara kimi hətta 
bakteriyalar, ibtidai bitkilər və göbələklərdə rast gəlinir. Biolyuminessensiya yəqin ki, evolyusiyanın 
müxtəlif mərhələlərində baş vermişdir. Biolyuminessensiya heyvanların həyatında əsasən siqnal 
əhəmiyyəti daşıyır. İşıq siqnalları sürüdə istiqamətlənmək (səmtlənmək), digər cinsi cəlb etmək, şikarı 
(ovu) tovlamaq (aldadıb çağırmaq), maskalanmaq və ya yayındırmaq (azdırmaq) məqsədi daşıyır. 
İşıqsaçma yırtıcının gözünü qamaşdırmaq və istiqamətini çaşdırmaq, ondan qorunmaqda da istifadə 
olunur. Məsələn, dərinlikdə yaşayan mürəkkəbböcəyi (dəniz molyusku) düşmənindən xilas olunaraq 
işıqlanan sekret (şirə) buludu buraxır, halbuki işıqlı sularda yaşayan növlər bu məqsədlə qara mayedən 
istifadə edir. Daima toranda və zülmət qaranlıqda yaşayan hidrobiontların görmə səmtləşməsi imkanını 
məhdudlaşdırır. İşıq şüalarının suda tez sönməsi ilə əlaqədar hətta yaxşı inkişaf edən görmə orqanlarının 
köməyi ilə yalnız yaxın məsafədə istiqamətlənmək mümkündür. Səs suda havada olduğundan daha tez 
yayılır. Hidrobiontlarda səslə istiqamətlənmə görməyə nisbətən daha yaxşı inkişaf etmişdir. Bəzi növlər 
hətta çox aşağı tezlikli (infrasəs) səsləri eşidir və fırtınadan əvvəl vaxtında üst qatlardan daha dərin 
qatlara enir (məs. meduzalar). Su hövzələrinin bir çox sakinləri – məməlilər, balıqlar, molyusklar, 
xərçəngkimilər özləri səs verir. Xərçəngkimilər bədənlərinin müxtəlif hissələrini bir-birinə 
sürtməklə;balıqlar üzücü kisələri, udlaq dişləri, çənələri və digər üsullarla səs çıxarırlar. Səs siqnalları 
hər şeydən əvvəl növdaxili qarşılıqlı əlaqə, məsələn, sürüdə istiqamətlənmək, digər cinsin fərdlərini cəlb 
etmək vəzifəsi daşıyır və bu xüsusən bulanlıq sularda və dərində qaranlıq şəraitində yaşayan 
orqanizmlərdə yaxşı inkişaf etmişdir. Bütün su heyvanlarına xas olan ən qədim üsul mühitin kimyəvi 
xassəsini qavramaqdır. Bir çox balıqlar üçün xarakterik olan min kilometrlərlə miqrasiya zamanı əsasən 
iyə görə istiqamət götürür və çox dəqiqliklə kürü qoymaq və ya kökəlmə yerlərini tapırlar. Bəzi 
hidrobiontlarda süzmə (süzülmə) qidalanmaq tipi hesab olunur. Onlar suda həll olunan üzvi mənşəli 
asılı hissəcikləri və bir sıra kiçik orqanizmləri süzdürür və ya çökdürür. Belə qidalanma tipində yem 
axtarmaq üçün böyük enerji sərfi tələb olunmur və bəzi molyusklar, oturaq dərisitikanlılar, polixet, 
plankton xərçəngciklər və b. üçün səciyyəvidir. 1 m2 sahədə yaşayan midilər (dəniz molyusku) manti 
boşluğundan sutka ərzində 150280 m3 su ötürərək asılı hissəcikləri çökdürür. Şirin suda yaşayan 
dafnilər, taygözlər və okeanda ən kütləvi yayılan xərçəngciyin (Calanus finmarchicus) hər bir fərdi gün 
ərzində 1,5 litr suyu süzgəcindən keçirir. Okeanın litoral zonası xüsusilə süzücü orqanizmlərlə zəngin 
olub effektli təmizləyici sistem kimi fəaliyyət göstərir. Yer üzərində daşqınlar, güclü yağışlar, qarın 
əriməsi və b. səbəblərdən əmələ gələn çoxlu müvəqqəti, dərin olmayan su hövzələri mövcuddur. Bu su 
hövzələri qısa müddət mövcud olsalar da, orada çox müxtəlif hidrobiontlar məskunlaşır. Bu quruyan 
hövzələrin sakinlərinin ümumi xüsusiyyəti qısa müddət ərzində çoxlu nəsil vermək və uzun dövr 
susuzluğa dözməkdir. Onlar əlverişsiz şəraitdən (susuz) çıxmaq üçün olduqca müxtəlif üsullardan 
istifadə edərək sonrakı ildə yenidən nəsil verməyə başlayır. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə