Ekologiya imtahan Suallar


Temperaturun orqanizmə təsiri



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə5/60
tarix17.06.2023
ölçüsü1,47 Mb.
#117738
1   2   3   4   5   6   7   8   9   ...   60
Ekologiya

 Temperaturun orqanizmə təsiri
Temperatur – mühüm limitləşdirici faktorlardan hesab olunur. Temperatur daim təsir göstərən faktor 
sayılır; onun kəmiyyətcə göstəricisi geniş coğrafi, mövsümi və sutkalıq müxtəlifliyi ilə səciyyələnir. 
Belə ki, səhrada qum səthində temperatur 600C-yə qalxa bilir, Şərqi Sibirdə isə havanın minimum 
temperaturu mənfi 700C-yə enir. Ümumiyyətlə, +50-dən -500C temperatur diapazonu biosferdə 
temperatur şəraitin fundamental xarakteristikası hesab olunur, hərçənd bu parametrlərdən sapmalar da 
olur. İqlim zonalarına görə temperatur rejimindəki fərq – Arktika və Antarktikanın sərt və uzun sürən 
qışı və sərin qısa yayı olan qütb səhralarından, yüksək və nisbətən sabit temperatur ilə seçilən ekvator 
vilayətlərinə qədər yaxşı təzahür olunan konkret ərazinin temperatur şəraitinə dənizə olan yaxınlığı, 
relyef və digər faktorlar təsir göstərir. Aşağı en dairəsinin sahil vilayətində və ya rütubətli tropikada 
temperatur rejimi yüksək stabilliyi ilə fərqlənir. Məsələn, Ekvatorda temperaturun illik dəyişmə 
amplitudu cəmi 60C, Konqo çayı hövzəsində orta aylıq kontinental fərqi -1-20C təşkil edir. Halbuki, 
kontinental səhralarda temperaturun sutkalıq fərqi 25-380, mövsümi fərqi isə 600C-dən yuxarı ola bilər. 
Avropa kontinentinin şimali-şərqində aşağı orta illik temperatur fonunda temperaturun mövsümi 
dəyişmə amplitudu 1000-yə qədər təşkil edir. Dağlarda temperaturun şaquli qradiyenti, temperatur 
rejiminin yamacların cəhətindən, parçalanma dərəcəsindən asılılığı yaxşı təzahur olunur. Torpaqda 
temperatur şəraiti daha çox «hamar» (zəif) gedir. Əgər torpağın səthində temperaturun dəyişməsi hava 
temperaturunun dinamikasını əks etdirirsə, dərinliyə getdikcə mövsümi və digər temperatur tərəddüdü 
azalır və temperatur rejimi canlı orqanizmlər üçün stabil əlverişli olur. Qeyd edildiyi kimi istənilən növ 
üçün tolerantlıq hüdudu maksimum və minimum letal (öldürücü, məhvedici) temperatur hesab olunur, 
bu hüduddan kənarda növ istidən və ya soyuqdan ölümcül zədə alır. Bəzi nadir istisnalar nəzərə 
alınmasa, bütün canlılar 0 və 500C temperaturu arasında yaşamağa qadirdir, bu hal hüceyrə 
protoplazmasının xassələri ilə bağlıdır. «Optimal interval»da orqanizmlər özlərini rahat hiss edir, fəal 
çoxalır və populyasiyanın sayı artır. Həyatın temperatur hüdudlarının «aşağı həyat fəaliyyəti» kənar 
sahələrində orqanizmlər özünü sıxılmış hiss edir. Sonrakı soyumada – «dözümlülüyün aşağı sərhədi» 
hüdudunda və ya istilyin «yuxarı dözümlülük sərhədi» hüdudunda orqanizmlər «ölüm zonası»na daxil 
olaraq məhv olur. Bu misalla bioloji davamlılığın ümumi qanunu izah olunur (M.Lammottuya görə). 
Bunu istənilən mühüm limitləşdirici faktora aid etmək olar. «Optimal interval»ın ölçüsü orqanizmin 
dözümlülük (davamlılıq) «ölçüsü»nü, yəni onun faktora qarşı tolerantlıq ölçüsünü və ya «ekoloji 
valentliyi» səciyyələndirir. Heyvanların temperatura görə adaptasiya olunma prosesləri «Poykiloterm» 
və «qomoyoterm» heyvanların təşəkkül tapmasına səbəb olmuşdur. Heyvanların əksəriyyəti 
poykiloterm, yəni onların bədənlərinin temperaturu ətraf mühitin temperaturunun dəyişməsi ilə dəyişilir. 
Bura suda-qurada yaşayanlar, sürünənlər, həşəratlar və s. daxildir. Heyvanların az hissəsi qomoyoterm 


və ya bədənin temperaturu xarici mühitin temperaturundan asılı olmayaraq dəyişmir. Bura məməlilər (o 
cümlədən insan) və quşlar aiddir. Məməlilərin bədəninin temperaturu 36-370, quşlarınkı isə 400C olur.
Sıfır dərəcədən aşağı temperaturda yalnız qomoyoterm heyvanlar aktiv həyat sürə bilir. Poykilotermlər 
sıfır dərəcədən aşağı temperatura dözsə də bu zaman onlar hərəkətini dayandırır. Bitkilərin həyatında 
da temperatur mühüm rol oynayır. Temperatur 100C yüksəldikdə fotosintez prosesinin intensivliyi iki 
dəfə artır, bu +30-350C-yə qədər müşahidə olunur, lakin temperaturun sonrakı yüksəlməsi nəticəsində 
fotosintezin intensivliyi aşağı düşür, +40-450C-də isə bu proses dayanır. Ayrı-ayrı coğrafi zonaların 
bitkiləri temperatura müxtəlif cür tələbat göstərir. Məlum olduğu kimi tropik meşələrin bitkiləri +5, 
+80C temperaturda zədələnir. Uzaq Şərq və Sibir meşələrində bitən qaraşam cinsi isə -700 şaxtalara 
davam gətirir. Bitkiləri istiliyin kənar defisitliyi şəraitinə adaptasiya olunmasına görə üç qrupa bölmək 
olar: 1. Soyuğadavamlı olmayan bitkilər – suyun donma temperaturu şəraitində güclü zədələnir və məhv 
olur. Bura «yağışlı» meşələrin bitkiləri və isti dənizlərin yosunları daxildir. 2. Şaxtaya davamsız bitkilər 
– aşağı temperatura dözür, lakin toxumalarında buz əmələ gəldiyi vaxt məhv olur. İlin soyuq dövrü 
başlandıqda onlarda toxuma şirələrində və sitoplazmada osmotik aktiv maddələrin qatılığı artır, bu isə 
donma nəticəsini -5-70C aşağı salır. Hüceyrələrdə su donma nöqtəsindən aşağıda soyuya bilər, hədsiz 
soyuma vəziyyəti bir neçə saat davam edə bilir. Bura bəzi həmişəyaşıl subtropik bitkilər aiddir. 
Vegetasiya dövründə bitkinin yarpaqlı budaqları şaxtaya davam gətirmir. 3. Buzadavamlı və ya şaxtaya 
davamlı bitkilər qışı soyuq keçən mövsümi iqlimli vilayətlərdə bitir. Güclü şaxtalar zamanı ağac və 
kolların yerüstü orqanları donur, bununla belə həyat fəaliyyətini saxlaya bilir. Yüksək temperatura 
adaptasiya olunma dərəcəsinə görə orqanizmləri aşağıdakı qruplara bölmək olar: 1. İstiyə davamsız 
növlər - +30…+400-də zədələnir: eukariotik yosunlar, su çiçəkli bitkiləri, yerüstü mezofitlər. 2. İstiyə 
dözümlü eukariotlar – güclü insolyasiya olan quru yerlərin (bozqır, səhra, savanna, quru subtropika və 
s.) bitkləri. +50…+600C qızmaya yarım saat dözə bilir. 3. İstiyə dözümlü prokariotlar – termofil 
bakteriyalar və göy-yaşıl yosunların bəzi növləri bura aiddir, onlar isti su mənbələrində +85, +900C-yə 
dözür. Bəzi bitkilər müntəzəm olaraq yanğınların təsirini sınaqdan keçirərək qısa müddət ərzində 
temperatur 1000C-yə çatsa da, məhv olmurlar. Yanğınlar xüsusilə savanna, quru. sərtyarpaq meşələrdə 
və kolluqlarda baş verir. Orada yanğına davam gətirən bitkilər qrupu – pirofitlər bitir. Savannaların 
ağaclarının gövdələrində odadözümlü maddələrlə hopmuş qalın qabıq daxili toxumaları yanğının 
təsirindən etibarlı qoruyur. Pirofitlərin meyvə və toxumları qalın, çox vaxt ağaclaşmış örtüyə malik olur, 
odun (alovun) təsirindən çatlayır. Uzaq Şərq və Sibir meşələrində üstünlük təşkil edən qaraşam (Larix) 
da yanğına dözümlüdür. Bu meşələrdə gövdəsi oda məruz qalmayan ağac tapmaq çətindir. Bitkilərdən 
fərqli olaraq heyvanlar əzələyə malik olub daha çox daxili istilik yaradır. Əzələlər güclü və aktiv olduqca 
heyvanlar daha çox istilik toplayır. Bitkilərdən fərqli olaraq heyvanlar olduqca müxtəlif imkanlarla 
daima və ya müvəqqəti olaraq şəxsi bədənlərində temperaturu nizamlayır. Heyvanların temperatura 
adaptasiya olunması aşağıdakı yollarla baş verir: 1. Kimyəvi termonizamlanma. Ətraf mühitdə 
temperaturun aşağı düşməsinə cavab olaraq istilik məhsulunun aktiv artması; 2. Fiziki termonizamlanma 
– istilikvermə səviyyəsinin dəyişməsi, istiliyi saxlamaq və ya əksinə izafi istiliyi qovmaq 
(kənarlaşdırmaq). Fiziki termonizamlanma heyvanların xüsusi anatomik və morfoloji quruluşları ilə 
yerinə yetirilir: tük və lələk örtükləri, qan damarları sisteminin quruluşu, piy ehtiyanın paylanması, 
buxarlanma ilə istilik buraxma imkanı və s. 3. Orqanizmin davranışı. Yerini dəyişməklə və ya daha 
mürəkkəb davranışı ilə heyvanlar hüdud temperaturdan aktiv surətdə uzaqlaşa bilər. Bir çox heyvanlar 
üçün davranış istilik balansını saxlamaq üçün yeganə və olduqca effektiv üsul sayılır. İstiqanlı 
heyvanlar yüksək kimyəvi termonizamlanmaya qabildir. Onlar yüksək intensiv maddələr mübadiləsi ilə 
fərqlənərək böyük miqdarda istilik hasil edir. Fiziki termonizamlanma ekoloji baxımdan daha sərfəlidir, 
belə ki, soyuğa qarşı adaptasiya əlavə istilik hasil etmək hesabına deyil, heyvanın bədənindəki istiliyi 
saxlamaq hesabına yerinə yetirilir. Məməlilərin xəz örtüyü, quşların lələk və pərğu (yumşaq tük) örtüyü 
bədən ətrafında hava qatının temperaturunu heyvan bədəninin temperaturuna yaxın saxlamağa imkan 
verir, bununla da xarici mühitə istiliyin ayrılmasını zəiflədir. Soyuq iqlim heyvanlarda dərialtı piy 
birləşdirici toxuma qatı bütün bədəndə paylanır, belə ki, piy-yaxşı istilik izolyatoru hesab olunur. İsti 
iqlim heyvanlarında piy ehtiyatlarının belə paylanması izafi istiliyin xaric oluna bilməməsi ilə əlaqədar 
bədənin hədsiz qızması ölümə səbəb olardı. Odur ki, bu heyvanlarda piy ehtiyatı bədənin ayrı-ayrı 


hissəsində yerləşərək ümumi səthdən istiliyin xaric olunmasına mane olmur. Bitkilər aşağı temperatura 
morfoloji cəhətdən uyğunlaşaraq həyati formalar yaradır. Məsələn, epifitlər – ayrı bitkilərin üzərində 
bitərək torpaqda kökləri olmur; fanerofitlər (ağac, kol, lianlar) tumurcuqları qarın səthində qalır və 
pulcuqlu örtüklə mühafizə olunur; kriofitlər – çoxillik ot bitkiləri olub, bərpa tumurcuqları 
kökümsovlarda, kök yumrularında, soğanaqlarda yerləşir və torpağın (geofitlər) altında olur; terofitlər 
– birillik bitkilər, əlverişsiz mövsümün başlanğıcında məhv olur, onların yalnız toxum və sporları ölmür.
İqlim yaşama şəraitinə, xüsusilə temperatura morfoloji adaptasiya heyvanlarda da müşahidə olunur. 
Məsələn, bütün pələnglərdən ən irisi olan amur pələngi -20...-400C temperaturda sərt şimal şəraitində 
yaşayaraq qida maddələri toplama və bədəninin kütləsini artırmaq məcburiyyətində qalır. Belə 
qanunauyğunluğu Berqman irəli sürmüşdür, onun fikrincə istiqanlı heyvan fərdlərinin bədəninin ölçüsü 
onun daha soyuq arealı hissəsində yaşayan populyasiyası üçün səciyyəvidir. Heyvanların həyatında 
fizioloji adaptasiya daha böyük əhəmiyyət daşıyır, onlardan ən sadəsi akklimatizasiya 
(iqliməuyğunlaşma), yəni istiyə və ya soyuğa dözümlülüyə fizioloji uyğunlaşma hesab olunur. Məsələn, 
buxarlanmanı artırmaq yolu ilə çox qızmaya qarşı mübarizə, poykiloterm heyvanlarda bədənini qismən 
susuzlaşdırma və ya donma nöqtəsini aşağı salan xüsusi maddələrin toplanması yolu ilə, qomoyoterm 
heyvanlarda – maddələr mübadiləsinin dəyişməsi hesabına gedir. İki cür iqliməuyğunlaşma ayırd edilir: 
1) orqanizmlərin maddələr mübadiləsinin dəyişməsi ilə gedən uyğunlaşma; 2) növün genetik 
quruluşunun dəyişilməsi ilə gedən uyğunlaşma. İqliməuyğunlaşma populyasiya genefondunun 
zənginliyi ilə müəyyən olunur. İqliməuyğunlaşma mədəni bitkilər və heyvanlar arasında aparıldıqda 
süni iqliməuyğunlaşma, yabanı bitki və vəhşi heyvan növləri arasında (heyvanların miqrasiyası, 
bitkilərin insan, heyvan, külək və s. vasitəsilə təsadüfən başqa sahələrə aparılması) baş verdikdə isə təbii 
iqliməuyğunlaşma hesab olunur. İqliməuyğunlaşmanın öyrənilməsi və inkişafında Ç.Darvinin böyük 
rolu olmuşdur. İqliməuyğunlaşma təlimini İ.V.Miçurin və M.F.İvanov inkişaf etdirmişlər. Bitkilərdə 
iqliməuyğunlaşma həmişə arealın genişlənməsinə səbəb olur. Azərbaycanda Amerika aqavası, palmanın 
bir neçə növü, at şabalıdı, yapon saforası və s. bitkilər iqlimə uyğunlaşdırılmışdır. Azərbaycan faunası 
iqliməuyğunlaşma nəticəsində xeyli dəyişmişdir (bataqlıq qunduzu, yenot, xallı maral və s.). Soyuqdan 
qorunmaq üçün daha radikal mühafizə forması mövcuddur: isti ölkələrə miqrasiya (quşların köçməsi, 
yüksək dağ keçisi qışda aşağı yüksəkliklərə enir və s.), qışlama – qış dövründə yuxuya gedir (marmot, 
dələ, boz ayı, yarasa-bunlar bədənlərinin temperaturunu sıfır dərəcəyə qədər endirərək metabolizmi və 
bununla da qida maddələrindən istifadəni ləngidir). Heyvanların əksəriyyəti isə inkişafını dayandıraraq 
hərəkətsiz olur. Bu hadisə diapauza adlanır və həşəratların müxtəlif inkişaf mərhələsində (yumurta, 
sürfə, barama, hətta kəpənək) baş verir, lakin mülayim enliyin bir çox orqanizmləri (canavar, maral, 
dovşan və s.) bu dövrdə daha aktiv həyat fəaliyyətində olur, bəziləri isə hətta çoxalır (şahzadə pinqvini).
Beləliklə, temperatur mühüm limitləşdirici faktor olub orqanizm və populyasiyalarda adaptasiya 
proseslərinə əhəmiyyətli dərəcədə təsir göstərir. 

Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə