Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə104/133
tarix01.06.2018
ölçüsü3,31 Mb.
#46945
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   133

338 

və digər dənli bitkilərdən, Rusiyada buraxılan viskilər isə qarğıdalı 

və çovdardan hazırlanır. 

İstehsalın texnoloji mərhələləri. Viski istehsalının əsas mər-

hələləri - şirənin hazırlanması və qıcqırdılması, yetişmiş braqanın 

destilləsi və yetişdirilməsidir (köhnəlmə). 

Şirənin hazırlanmasına - əzintinin hazırlanması, isti işlənməsi; 

şəkərləşdirmə və bişmiş kütlənin soyudulması daxildir. 

Əzilmiş  dən  140-150

0

C  temperaturda  30-35  dəqiqə  bişirilir. 



Bişmiş kütlənin şəkərləşdirilməsi quru arpa səmənisi ilə aparılır. 

Bişirilməyə verilən kütlənin 12%-i miqdarında səməni sərfi olur. 

Şəkərləşdirmə 

rejimi 


spirt 

istehsalındakına 

oxşardır. 

Şəkərləşdirmə temperaturu 60-62

0

C-dir. Şəkərləşdirmə prosesinə 



nəzarət yod

 

nümunəsinə görə aparılır. Alınan şirənin qatılığı 16-



17  kütlə  %  olur.  Şirəni  üzvi  turşular  və  ətiri  gücləndirən  digər 

maddələrlə  zənginləşdirmək  üçün  ona  quru  maddələrin  miqdarı 

11-13 kütlə %-ə çatanadək soyudulmuş barda əlavə olunur və XII 

maya iqri ilə qıcqırdılır. 

Şirənin  qıcqırdılması  30

0

C  temperaturda  daxilinə  soyuq  su 



buraxılan  ilanvari  boru  ilə  təchiz  olunmuş  hermetik  bağlı 

qıcqırtma aparatlarında aparılır. Qıcqırmanın davametmə müddəti 

72 saatdır. Yetişmiş braqanın tündlüyü 7,5-8,0 h.%-dir.  

Yetişmiş braqa fasiləsiz işləyən aparatlarda destillə olunur. Bu 

halda tündlüyü 65-70 h.% olan xam spirt ayrılır. 

Destillə  edilmiş  su  ilə  50  h.%-ə  qədər  durulaşdırılmış  xam-

spirt  saxlanıb  yetişdirilmək  üçün  daxildən  işlənmiş,  tutumu  200 

dm

3



 olan palıd çəlləklərə doldurulur. Spirtlə doldurulmuş çəlləklər 

temperaturu  18-23

0

C  və  nisbi  rütubəti  75-80%  olan  xüsusi 



binalarda ən azı 4 il saxlanılır. 

Yetişdirilən zaman viski palıd çəlləkdən diffuz edən ekstrakt 

maddələrlə zənginləşir. Oksidləşmə prosesləri nəticəsində turşu və 

aldehidlərin güclü artımı müşahidə olunur. Köhnəlmə zamanı bir 

sıra  mürəkkəb  efirlərin  əmələ  gəlməsi  ilə  nəticələnən  efir 

əmələgəlmə  prosesləri  baş  verir.  Bu  halda  efirlərin  miqdarı 

təqribən 6 dəfə artır. Kimyəvi tərkibin dəyişməsi ilə viskinin ətir 



339 

və dadı yaxşılaşır. 

Doldurulmadan əvvəl yetişdirilmiş viski kupaj olunur. Bunun 

üçün müxtəlif müddətlərdə yetişdirilmiş viskilər əla təmizlənmiş 

spirt-rektifikatın sulu məhlulu ilə qarışdırılır və destillə edilmiş su 

ilə  45  h.%  tündlüyə  çatdırılır.  Viskinin  keyfiyyətini  yüksəltmək 

üçün kupaja şəkər və şərab, şirə və ekstraktlar əlavə olunur.  

Viski  tutumu  0,25;  0,5  və  0,75  dm

3

  olan  butulkalara 



doldurulur. 

Rusiyada tündlüyü 40 h.% olan əla təmizlikdə spirt-rektifikat 

və yumşaldılmış sudan ətirləşdiricilər əlavə olunmaqla «Viski-73» 

adı ilə alkoqollu içki buraxılır. Bu viskiyə spesifik dadı Holland 

mənşəli ətirləşdirici, açıq qəhvəyi rəngi və bir qədər büzüşdürücü 

dadı  isə  ağac  ekstraktı  verir.  Bütün  bu  maddələr  mexaniki 

qarışdırma  zamanı  kupaja  daxil  olur.  Bir  sutka  saxlanıldıqdan 

sonra viski kupajı süzülür və butulkalara doldurulur. 

Belə güman olunur ki, bir çox digər spirtli içkilər kimi viski 

də  ilk  dəfə  monastrlarda  hazırlanmış  və  dərman  kimi  istifadə 

olunmuşdur. «Viski» adı latın monastrlarında olan spirtli içkinin 

«aqua  vital»  adından  götürülmüş,  şotland  və  irlandların  köhnə 

ləhcəsində  «uisque  baugh»  (uskvebak),  müasir  çevrilmədə 

«whisky» şəklində əks olunmuşdur.  

Hazırda qərb ölkələrinin ən geniş yayılmış spirtli içkisidir. Bu 

içkinin  19  markası  dünyanın  ən  populyar  40  spirtli  içkisinin 

siyahısına daxildir. 

Aralarında  çoxlu  fərqlərə  baxmayaraq  klassik  viski  «skotç» 

(scotch) adlandırılan Şotland viskisidir. 

Şotland  viskisi  istifadə  olunan  xammaldan  asılı  olaraq  üç 

qrupa bölünür: səməni (malt), dən (grain), qarışıq (blended). 

Səməni  viskisi  (malt  whisky).  Texnologiyasının  əsas 

xüsusiyyəti  xammal  kimi  yalnız  tüstü  ilə  qurudulmuş  arpa 

səmənisindən  istifadə  olunması  və  yetişmiş  braqanın  fasiləli 

işləyən aparatlarda iki dəfə destillə olunmasıdır. 

Şotland  səməni  viskisinin  təkrar  olunmaz  dadını  texnoloji 

proseslərin  xüsusiyyəti,  arpanın  becərildiyi  yer,  həmçinin  yerli 




340 

mənbəələrdən alınan yüksək keyfiyyətli su təmin edir. 



Dən  viskisi  (Gran  whisky).  Qarğıdalıdan  az  miqdar  arpa 

səmənisi  əlavə  olunmaqla  istehsal  olunur.  Texnoloji  xüsusiyyəti 

qıcqıran  şirənin  fasiləsiz  işləyən  aparatlarda  bir  dəfəyə 

destilləsidir. Nəticədə spirt qarışıqlardan daha yaxşı təmizlənir və 

az ətirli olur. Ona görə də dən viskisi çox vaxt hazır içki kimi deyil, 

yarımfabrikat kimi, qarışıq viskilər istehsalı üçün istifadə olunur. 

Şotlandiyada  dən  viskisi  yeganə  markada  -  «Çays  old 

Kameron Briq» (Choice old kameron Briq) buraxılır. 



Qarışıq viski (Brended whisky). Səməni və dən viskilərinin 

qarışdırılması və sonrakı fasiləsiz destilləsi yolu ilə alınır.  

Dünya  spirtli  içkilər  bazarında  şotland  viskisinin  payı  10%-

dən çox deyildir. 

Yarlıqda «Botfled in Skotland» yazısının, həmçinin «Skotch 

whisky»  markası  viskinin  həqiqətən  Şotlandiyada  istehsal 

olunduğunu  göstərir.  Yarlıqda  «Premium»  və  «Deluxe»  yazıları 

alıcıya dəyərli viski markası təklif olunduğunu göstərir. 



İrlandiya  viskisi.  Şotlandiya  viskisi  istehsalından  fərqi 

ondadır  ki,  xammal  kimi  qızdırılmış  hava  ilə  qurudulan  arpa 

səmənisindən,  həmçinin  də  buğda,  yulaf,  çovdardan  istifadə 

olunmaqla destillə üç dəfəyə aparılır. 

Bütün  bu  amillər  İrlandiya  viskisinin  incə  buketini  və  zərif 

dadını  təmin  edir.  Viski  Şotlandiya  və  İrlandiyanın  ənənəvi 

texnologiyasına  bir  qədər  dəyişiklik  edilməklə,  həmçinin 

Amerika,  Kanada  və  digər  dünya  ölkələrində  də  istehsal  olunur. 

Amerika  viskisi  üçün  əsas  xammal  qarğıdalı,  çovdar  və  az  arpa 

səmənisidir.  

Viski təmiz halda içilir, yaxud kokteyl və tonuslaşdırıcı soyuq 

içkilər hazırlanmasında istifadə olunur. Hazırda viskinin bir neçə 

min markası buraxılır. Onlardan bir çoxu artıq klassikləşmişdir. 

Son  illərdə  Azərbaycanda  viski  istehsalı  istiqamətində  işlər 

aparılmaqdadır (şəkil 3.4). 



Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə