202
edilir.
Son vaxtlar Avropada şox sadəliyinə görə 5 ballı “hedoni
şkaladan” istifadə edilir (cədvəl 2.10).
Almaniyada əsasən ölkədaxili müsabiqələrdə bu sistemdən
istifadə olunur. Bu zaman 3 bal alan şəraba – iştirakçı diplomu, 3,5
bal alana bürünc medal, 4,0 bal alana gümüş medal, 4,5 bal alana
isə qızıl medal verilir.
Cədvəl 2.10
5 ballı hedonu şkala göstəriciləri
Keyfiyyətin təsviri
interval
Bal
Çox gözəl
4,50-5,00
5
Çox yaxşı
3,50-4,49
4
Yaxşı
2,50-3,49
3
Qənaətbəxş
1,50-2,49
2
Qeyri-qənaətbəxş
0,5-1,49
1
10 ballı qiymətləndirmə. 10 ballı qiymətləndirmə şkalası
mütəxəssislər tərəfindən ən çox tətbiq edilən şkaladır. Lakin, onun
bir sıra çatışmazlıqları mövcuddur. Bunun əsasını praktik olaraq 2
baldan (7,5-9,5) ibarət dar işçi diapazonu təşkil edir. Bu şərait
şərabın keyfiyyət müxtəlifliklərini kifayət dərəcədə ayırmağa
imkan vermir. Misal olaraq aşağı keyfiyyətli şərabların dadını əks
etdirən 3,6-4,1 bal, yüksək keyfiyyətli şərabların dadını ifadə edən
4,0-4,5 baldan az fərqləndiyini göstərmək olar.
Burada maksimum olaraq dad – 5 bal; buket -3 bal; tipiklik
(dad, ətir və qoxunun qiymətləndirilməsi əsasında) – 1 bal;
şəffaflıq – 0,5 bal; və rəng -0,5 bal qiymətləndirilir. Ən yüksək
keyfiyyətli şərabla müqayisədə göstəricilərin pisləşməsindən asılı
olaraq balların müvafiq azaldılması aparılır. Dad keyfiyyətinin
azaldığı halda balların salınması tam vahidlərlə aparılır: harmonik
zərif dad 5 bal, harmonik – 4 bal; şərab tipinə az müvafiq olan dad
– 3 bal; harmonik olmayan, kənar tamlarsız – 2,5 bal; yüngül kənar
tamla – 2 bal; açıq-aşkar kənar tam – 1 bal.
Şərabın ətrinin qiymətinin azaldığı halda 0,5:1,0; 2,0 bal,
şəffaflıq və rəng üzrə 0,1-dən 0,4 baladək aşağı salınır. Ən yüksək
203
keyfiyyətli şərab 10 bal, yüksək keyfiyyətli – 9; yaxşı – 8; kafi – 7
bal qiymətləndirilir. 7 baldan aşağı qiymətləndirilən şərab satışa
buraxılmır.
Şərabların orqanoleptik qiymətləndirilməsi zamanı ayrı-ayrı
göstəricilər üzrə ballar aşağıdakı 2.11 saylı cədvəldə göstərildiyi
kimi verilir:
10 ballı şkalada şərabların keyfiyyət göstəriciləri aşağıdakı
kimdir:
Ümumiyyətlə şərablar bütövlükdə aşağıdakı kimi qiymət-
ləndirilir:
10 – tam yüksək keyfiyyətli markalı şərab, dadına və digər
keyfiyyət göstəricilərinə görə etalon nümunədən daha yüksək
duran;
9 – zərif, buket və dadı daha yüksək olan, yüksək keyfiyyətli
saxlanılmış şərab;
8,5 bal – tipinə uyğun, yüksək buketə malik, harmonik,
keyfiyyətli saxlanılmış şərab;
8 – yüksək keyfiyyətli ordinar şərab saxlanılma hesabına
yaxşı şəraba çevrilmə xüsusiyyətli;
7 – saxlanılmış zəif keyfiyyətli şərab və ya ordinar yaxşı
keyfiyyətli şərab;
6 – çatışmazlığı olan saxlanılmış şərab və ya ordinar
qənaətbəxş şərab.
204
Cədvəl 2.11
Şərabların ayrı-ayrı göstəricilərinin balla qiymətləndirilmə
qaydası
Göstəricilər
Xarakteristikası
Ballar
Şəffaflığı
Kristal təmiz və parlaqdır
Təmizdir, lakin parlaq deyil
Bir qədər tutqundur
Çox tutqundur
Bulanıqdır
0,5
0,4
0,3
0,2
0,1
Rəngi
Tipinə və yaşına tam uyğundur
Tip və yaşından bir qədər fərqlənmələr var
Rəngindən hiss ediləcək qədər fərqlənmələr var
Rənginə uyğun gəlmir
Rəng tam qarışıqdır (çirklidir)
0,5
0,4
0,3
0,2
0,1
Dadı
Tipinə və yaşına uyğun olub, zərif və
harmonikdir
Tipinə uyğun və harmonikdir
Tipinə bir qədər (az) uyğun və harmonikdir
Harmonik deyil, lakin kənar tamsız
Kənar ordinar dada malikdir
Kənar dada malikdir
5,0
4.0
3,0
2,5
2,0
1,0
Tipikliyi
Tipə tam uyğundur
Tipindən çox cuzi kənarlaşmalar var
Tipik deyil
Xaraktersiz və tpikik olmayan
Oynaq şərablar üçün
Bokalda güclü dayanıqlı köpük yananır, uzun
müddət intensiv xırda CO
2
qabarcıqları çıxır
Az dayanıqlı köpüyün altından xırda qaz
qabarcıqları oynayır
Böyük qaz qabarcıqlar az miqdarda çıxır
Böyük qabarcıqları orta miqdarda çıxır
Qabarcılar qısa müddətdə ani itir
1,0
0,8
0,5
0,3
1,0
0,8
0,6
0,4
0,2
Ətri, buketi Çox zərif, tam yetişmiş, tipin və yaşına uyğun
Zərifliyi olmayan, lakin tipinə və yaşına uyğun
Tipinə uyğundur, lakin az yetişmişdir
Tipinə uyğun deyil
Kənar iylərə malikdir
3,0
2,5
2,0
1,5
1,0
205
Cədvəl 2.12
Keyfiyyət elementləri üzrə maksimum balların paylanması
Göstəricilər
Xarakterizəsi
Qiymət
balla
Əla keyfiyyətli şərab (ümumi qiyməti 8,6-10 bal)
Şəffaflıq Eyibsiz, kristal təmiz, şərab qədəhdə parıldayır
0,5
Rəng
Gözəl, təmiz, parlaq, sorta və hazırlanma üsuluna uyğun
0,5
Buket
Təmiz, zərif, parlaq, inkişaf etmiş, sorta, yerinə, yaşına və
hazırlanma üsuluna tamamilə uyğun
2,5-3,0
Dad
Harmonik, formalaşmış, sorta, yerinə, yaşına və hazırlanma
üsuluna tamamilə uyğun
4,2-5,0
Tipiklik
Şərab harmonik, hərtərəfli, sorta, yerə və hazırlanma üsuluna
uyğun
0,9-1,0
Yaxşı keyfiyyətli şərab (ümumi qiyməti 7,8-9,1 bal)
Şəffaflıq Şərab təmiz, şəffaf, lakin parıltısız
0,4-0,5
Rəng
Təmiz, sorta, hazırlanma üsuluna uyğun
0,4-0,5
Buket
Təmiz, inkişaf etmiş, sorta, yaşına və hazırlanma üsuluna
uyğun
2,3-2,7
Dad
Təmiz, harmonik, sorta, yaşına və hazırlanma üsuluna uyğun
4,0-4,5
Tipiklik Şərab harmonik, sorta və hazırlanma üsuluna uyğun
0,8-0,9
Kafi keyfiyyətli şərab (ümumi qiyməti 7,4-8,8 bal)
Şəffaflıq Şəffaf, lakin parıltısız
0,4-0,5
Rəng
Təmiz, az parlaq, lakin sorta, hazırlanma üsuluna uyğun
0,4-0,5
Buket
Kifayət qədər inkişaf etməmiş, lakin təmiz, tipə uyğun
2,1-2,6
Dad
Təmiz, bir qədər sadə, kifayət qədər harmonik olmayan, tipə
uyğun
3,8-4,4
Tipiklik
Sadəvari şərab, məcmuusunda az qüsurlu, lakin ümumilikdə
tipə uyğun
0,7-0,8
Aşağı keyfiyyətli şərab (ümumi qiyməti 7,0-8,4 bal)
Şəffaflıq Lopalı
0,3-0,4
Rəng
Rəng intensivliyi və təmizliyinə görə normaldan kənara
çıxmalarla
0,3-0,4
Buket
Zəif inkişaf etmiş, sadə şərabin tipinə az uyğundur
1,8-2,4
Dad
Sadə, az harmonik, şərabın tipindən kənara çıxmalar bilinməklə 3,6-4,1
Tipiklik
Sadə şərab, kifayət qədər harmonik olmayan, sorta və
hazırlanma üsuluna az uyğundur
0,6-0,7
Qeyri-kafi keyfiyyətli şərab (ümumi qiyməti 6,0-8,0 bal)
Şəffaflıq Şərab bulanıqvari yaxud bulanıqdır
0,1-0,3
Rəng
Rəng intensivliyi və təmizliyinə görə xeyli kənara çıxmalarla,
tipə uyğun deyildir
0,1-0,3
Buket
Zəif inkişaf etmiş, qeyri-təmiz, tipə uyğun olmayan
1,5-2,1
Dad
Qeyri-harmonik, kobud, şərabın tipinə uyğun deyil
2,9-3,8
Tipiklik
Şərab qeyri-harmonikdir, xaraktersiz, sorta və hazırlanma
üsuluna uyğun deyildir
0,4-0,6
Dostları ilə paylaş: |