Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə61/133
tarix01.06.2018
ölçüsü3,31 Mb.
#46945
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   133

202 

edilir.  

Son  vaxtlar  Avropada  şox  sadəliyinə  görə  5  ballı  “hedoni 

şkaladan” istifadə edilir (cədvəl 2.10).  

Almaniyada  əsasən  ölkədaxili  müsabiqələrdə  bu  sistemdən 

istifadə olunur. Bu zaman 3 bal alan şəraba – iştirakçı diplomu, 3,5 

bal alana bürünc medal, 4,0 bal alana gümüş medal, 4,5 bal alana 

isə qızıl medal verilir. 

Cədvəl 2.10 

5 ballı hedonu şkala göstəriciləri 

Keyfiyyətin təsviri 

interval 

Bal 

Çox gözəl 



4,50-5,00 

Çox yaxşı 



3,50-4,49 

Yaxşı 



2,50-3,49 

Qənaətbəxş 



1,50-2,49 

Qeyri-qənaətbəxş 



0,5-1,49 

 



10  ballı  qiymətləndirmə.  10  ballı  qiymətləndirmə  şkalası 

mütəxəssislər tərəfindən ən çox tətbiq edilən şkaladır. Lakin, onun 

bir sıra çatışmazlıqları mövcuddur. Bunun əsasını praktik olaraq 2 

baldan  (7,5-9,5)  ibarət  dar  işçi  diapazonu  təşkil  edir.  Bu  şərait 

şərabın  keyfiyyət  müxtəlifliklərini  kifayət  dərəcədə  ayırmağa 

imkan vermir. Misal olaraq aşağı keyfiyyətli şərabların dadını əks 

etdirən 3,6-4,1 bal, yüksək keyfiyyətli şərabların dadını ifadə edən 

4,0-4,5 baldan az fərqləndiyini göstərmək olar. 

Burada maksimum olaraq dad  – 5 bal; buket  -3 bal; tipiklik 

(dad,  ətir  və  qoxunun  qiymətləndirilməsi  əsasında)  –  1  bal; 

şəffaflıq  –  0,5  bal;  və  rəng  -0,5  bal  qiymətləndirilir.  Ən  yüksək 

keyfiyyətli şərabla müqayisədə göstəricilərin pisləşməsindən asılı 

olaraq  balların  müvafiq  azaldılması  aparılır.  Dad  keyfiyyətinin 

azaldığı halda balların salınması tam vahidlərlə aparılır: harmonik 

zərif dad 5 bal, harmonik – 4 bal; şərab tipinə az müvafiq olan dad 

– 3 bal; harmonik olmayan, kənar tamlarsız – 2,5 bal; yüngül kənar 

tamla – 2 bal; açıq-aşkar kənar tam – 1 bal.  

Şərabın  ətrinin  qiymətinin  azaldığı  halda  0,5:1,0;  2,0  bal, 

şəffaflıq və rəng üzrə 0,1-dən 0,4 baladək aşağı salınır. Ən yüksək 



203 

keyfiyyətli şərab 10 bal, yüksək keyfiyyətli – 9; yaxşı – 8; kafi – 7 

bal  qiymətləndirilir.  7  baldan  aşağı  qiymətləndirilən  şərab  satışa 

buraxılmır. 

Şərabların  orqanoleptik  qiymətləndirilməsi  zamanı  ayrı-ayrı 

göstəricilər üzrə ballar aşağıdakı 2.11 saylı cədvəldə göstərildiyi 

kimi verilir: 

10  ballı  şkalada  şərabların  keyfiyyət  göstəriciləri  aşağıdakı 

kimdir:  

Ümumiyyətlə  şərablar  bütövlükdə  aşağıdakı  kimi  qiymət-

ləndirilir: 

10  –  tam  yüksək  keyfiyyətli  markalı  şərab,  dadına  və  digər 

keyfiyyət  göstəricilərinə  görə  etalon  nümunədən  daha  yüksək 

duran; 


9 – zərif, buket və dadı daha yüksək olan, yüksək keyfiyyətli 

saxlanılmış şərab; 

8,5  bal  –  tipinə  uyğun,  yüksək  buketə  malik,  harmonik, 

keyfiyyətli saxlanılmış şərab; 

8  –  yüksək  keyfiyyətli  ordinar  şərab  saxlanılma  hesabına 

yaxşı şəraba çevrilmə xüsusiyyətli; 

7  –  saxlanılmış  zəif  keyfiyyətli  şərab  və  ya  ordinar  yaxşı 

keyfiyyətli şərab; 

6  –  çatışmazlığı  olan  saxlanılmış  şərab  və  ya  ordinar 

qənaətbəxş şərab. 

 

 



204 

Cədvəl 2.11 

Şərabların ayrı-ayrı göstəricilərinin balla qiymətləndirilmə 

qaydası 


Göstəricilər 

Xarakteristikası 

Ballar  

Şəffaflığı 

Kristal təmiz və parlaqdır 

Təmizdir, lakin parlaq deyil 

Bir qədər tutqundur 

Çox tutqundur 

Bulanıqdır  

0,5 


0,4 

0,3 


0,2 

0,1 


Rəngi 

Tipinə və yaşına tam uyğundur 

Tip və yaşından bir qədər fərqlənmələr var 

Rəngindən hiss ediləcək qədər fərqlənmələr var 

Rənginə uyğun gəlmir 

Rəng tam qarışıqdır (çirklidir) 

0,5 

0,4 


0,3 

0,2 


0,1 

Dadı 


Tipinə  və  yaşına  uyğun  olub,  zərif  və 

harmonikdir 

Tipinə uyğun və harmonikdir 

Tipinə bir qədər (az) uyğun və harmonikdir 

Harmonik deyil, lakin kənar tamsız 

Kənar ordinar dada malikdir 

Kənar dada malikdir 

5,0 


4.0 

3,0 


2,5 

2,0 


1,0 

Tipikliyi 

Tipə tam uyğundur 

Tipindən çox cuzi kənarlaşmalar var 

Tipik deyil 

Xaraktersiz və tpikik olmayan 

Oynaq şərablar üçün 

Bokalda  güclü  dayanıqlı  köpük  yananır,  uzun 

müddət intensiv xırda CO

2

 qabarcıqları çıxır 



Az  dayanıqlı  köpüyün  altından  xırda  qaz 

qabarcıqları oynayır 

Böyük qaz qabarcıqlar az miqdarda çıxır 

Böyük qabarcıqları orta miqdarda çıxır 

Qabarcılar qısa müddətdə ani itir 

1,0 


0,8 

0,5 


0,3 

 

 



1,0 

0,8 


0,6 

0,4 


0,2 

Ətri, buketi   Çox zərif, tam yetişmiş, tipin və yaşına uyğun 

Zərifliyi olmayan, lakin tipinə və yaşına uyğun 

Tipinə uyğundur, lakin az yetişmişdir 

Tipinə uyğun deyil 

Kənar iylərə malikdir  

3,0 

2,5 


2,0 

1,5 


1,0 

 

 




205 

Cədvəl 2.12 

Keyfiyyət elementləri üzrə maksimum balların paylanması 

Göstəricilər  

Xarakterizəsi  

Qiymət 


balla 

Əla keyfiyyətli şərab (ümumi qiyməti 8,6-10 bal) 

Şəffaflıq   Eyibsiz, kristal təmiz, şərab qədəhdə parıldayır 

0,5 


Rəng 

Gözəl, təmiz, parlaq, sorta və hazırlanma üsuluna uyğun 

0,5 

Buket 


Təmiz, zərif, parlaq, inkişaf etmiş, sorta, yerinə, yaşına və 

hazırlanma üsuluna tamamilə uyğun 

2,5-3,0 

Dad  


Harmonik, formalaşmış, sorta, yerinə, yaşına və hazırlanma 

üsuluna tamamilə uyğun 

4,2-5,0 

Tipiklik  

Şərab harmonik, hərtərəfli, sorta, yerə və hazırlanma üsuluna 

uyğun 


0,9-1,0 

Yaxşı keyfiyyətli şərab (ümumi qiyməti 7,8-9,1 bal) 

Şəffaflıq   Şərab təmiz, şəffaf, lakin parıltısız 

0,4-0,5 


Rəng 

Təmiz, sorta, hazırlanma üsuluna uyğun 

0,4-0,5 

Buket 


Təmiz, inkişaf etmiş, sorta, yaşına və hazırlanma üsuluna 

uyğun 


2,3-2,7 

Dad  


Təmiz, harmonik, sorta, yaşına və hazırlanma üsuluna uyğun 

4,0-4,5 


Tipiklik   Şərab harmonik, sorta və hazırlanma üsuluna uyğun 

0,8-0,9 


Kafi keyfiyyətli şərab (ümumi qiyməti 7,4-8,8 bal) 

Şəffaflıq   Şəffaf, lakin parıltısız 

0,4-0,5 

Rəng 


Təmiz, az parlaq, lakin sorta, hazırlanma üsuluna uyğun 

0,4-0,5 


Buket 

Kifayət qədər inkişaf etməmiş, lakin təmiz, tipə uyğun 

2,1-2,6 

Dad  


Təmiz, bir qədər sadə, kifayət qədər harmonik olmayan, tipə 

uyğun 


3,8-4,4 

Tipiklik  

Sadəvari şərab, məcmuusunda az qüsurlu, lakin ümumilikdə 

tipə uyğun 

0,7-0,8 

Aşağı keyfiyyətli şərab (ümumi qiyməti 7,0-8,4 bal) 

Şəffaflıq   Lopalı 

0,3-0,4 


Rəng 

Rəng intensivliyi və təmizliyinə görə normaldan kənara 

çıxmalarla 

0,3-0,4 


Buket 

Zəif inkişaf etmiş, sadə şərabin tipinə az uyğundur 

1,8-2,4 

Dad  


Sadə, az harmonik, şərabın tipindən kənara çıxmalar bilinməklə  3,6-4,1 

Tipiklik  

Sadə şərab, kifayət qədər harmonik olmayan, sorta və 

hazırlanma üsuluna az uyğundur 

0,6-0,7 

Qeyri-kafi keyfiyyətli şərab (ümumi qiyməti 6,0-8,0 bal) 

Şəffaflıq   Şərab bulanıqvari yaxud bulanıqdır 

0,1-0,3 


Rəng 

Rəng intensivliyi və təmizliyinə görə xeyli kənara çıxmalarla, 

tipə uyğun deyildir 

0,1-0,3 


Buket 

Zəif inkişaf etmiş, qeyri-təmiz, tipə uyğun olmayan 

1,5-2,1 

Dad  


Qeyri-harmonik, kobud, şərabın tipinə uyğun deyil 

2,9-3,8 


Tipiklik  

Şərab qeyri-harmonikdir, xaraktersiz, sorta və hazırlanma 

üsuluna uyğun deyildir 

0,4-0,6 



Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə