Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 3,93 Mb.
səhifə22/32
tarix02.01.2018
ölçüsü3,93 Mb.
#19157
1   ...   18   19   20   21   22   23   24   25   ...   32
Ş”

YÜZ BEŞİNCİ MƏKTUB

16 Rəbiüs-Sani 1330



Bəhsin yekunlaşdırılması tələbi.

Xahiş olunur ki, bizim bu faydalı bəhsimizi daha da təkmilləşdirərək İmam və Zəhradan (ə) başqalarının dəlil gətirdiklərini nəql edəsiniz. Fəzl və üstünlük sizinlədir. Vəssalam.

S”

YÜZ ALTINCI MƏKTUB

18 Rəbiüs-Sani 1330

1. İbn Abbasın dəlili.

2. Həsən (ə) və Hüseynin (ə) dəlilləri.

3. Səhabədən olan şiə böyüklərinin dəlilləri.

4. Onların Peyğəmbərin (s) vəsiyyətindən dəlil gətirmələrinə işarə.

1. Sizin nəzərinizi İbn Abbasla Ömər arasında olan uzun bir mübahisəyə cəlb edirəm: “Ömər, İbn Abbasa dedi: İbn Abbas, heç bilirsənmi Məhəmməddən (s) sonra qohumlarınız niyə sizi öz haqqınızdan məhrum etdilər? İbn Abbas deyir: Mən onun cavabını vermək istəmirdim, ona görə də dedim: Əgər mən də bilməsəm, Əmirəl-möminin bilər. Ömər dedi: Onlar həm nübüvvətin, həm də xilafətin hər ikisinin sizdən olmasını istəmirdilər və bundan sevinmirdilər. Elə buna görə də Qüreyş xilafəti özünə götürdü və öz işində müvəffəq də oldu. İbn Abbas deyir: Əgər mənə danışmağa icazə versən və mənə qəzəblənməsən, sənin cavabını verərəm. Dedi: De görüm. Dedim: Sizin bu işi dediyiniz kimi, o vaxt müvəffəqiyyət adlandırmaq olardı ki, Allah özü onlara vermiş olaydı və daha bundan sonra onu Qüreyşdən almaq olmazdı. Amma onların nübüvvət və xilafətin hər ikisinin bizdən olmağını istəməməkləri isə bu ayə ilə cavablandırılacaq: ذَلِكَ بِأَنَّهُمْ كَرِهُوا مَا أَنزَلَ اللَّهُ فَأَحْبَطَ أَعْمَالَهُمْ “Onlar Allahın nazil etdiyindən narahat idilər, elə buna görə də Allah onların əməllərini yox etdi.”1 Ömər dedi: Heyhat, ey İbn Abbas, sənin barəndə mənə elə sözlər gəlib çatıb ki, istəmirəm onları özün iqrar edəsən və beləliklə, məqamın mənim yanımda aradan getsin. Dedim: Nə sözlər? Əgər haqq söz demişəmsə, məqamım sənin yanında aradan getməməlidir. Yox, əgər batil sözlərdirsə, onları özümdən uzaqlaşdıraram. Ömər dedi: Mənə xəbər veriblər ki, sən “xilafəti həsəd və zülmlə öz mərkəzindən uzaqlaşdırmışlar” – söyləmisən. Bu doğrudurmu? Dedim: Bu ki, hər bir nadan və ağıllıya aydındır. Əgər həsəd deyirsənsə elə Adəmin özünə də həsəd etdilər və indi bizə – onun balalarına həsəd edirlər. Ömər dedi: Heyhat! Heyhat! And olsun Allaha, siz Bəni-Haşimin qəlbləri elə bir həsədlə doludur ki, bir daha aradan getməyəcəkdir. İbn Abbas deyir ki, mən də dedim: O qəlbləri ki, Allah bütün pisliklərdən silmiş və onları pak qərar vermişdirsə,2 bu cür vəsfləndirmə.”3

Yenə bir gün o ikisinin arasında mübahisə düşdükdə Ömər soruşdu: “Əmin oğlu necədir? İbn Abbas deyir ki, elə bildim məqsədi Abdullah Cəfərdir. Dedim ki, o öz yoldaşları ilə gününü keçirdir. Dedi: Məqsədim o deyil. Məqsədim siz Əhli-beytin böyüyüdür. Dedim: Su quyusu qazır, arx salır və Quran oxumaqla məşğuldur. Dedi: Bütün qurban olmuş dəvələrin qanı sənin boynunda qalsın (günahkarsan), əgər soruşacağım şeyi məndən gizlətsən. De görüm, onun qəlbində yenə də xilafət arzusu vardırmı? Dedim: Bəli. Dedi: Yəni, belə güman edir ki, Peyğəmbər (s) onun xəlifəliyinə aşkar surətdə işarə etmişdir? İbn Abbas deyir: Mən atamdan bu barədə soruşarkən, atam belə demişdi: (Əli) düz deyir (yəni Peyğəmbər (s) aşkar surətdə buyurub ki, Əli (ə) xəlifədir). Ömər dedi: Düzdür ki, Peyğəmbər danışıqda onun (Əli) üçün çox böyük məqama qail idi (onu çox tərifləyirdi). Amma bu söhbətlər heç bir şeyi sabit etmir, Peyğəmbər hərdən istəyirdi ki, ümməti onunla (Əli) və xilafəti ona tapşırmaqla imtahana çəksin. Hətta xəstələndiyi zaman onun adını aşkar surətdə çəkmək də istəyirdi ki, mən qoymadım.”1

Bir dəfə də (üçüncü dəfə) onlar mübahisə etməyə başladılar. Bu zaman Ömər İbn Abbasa dedi: “Sənin dostunu məzlum görürəm. İbn Abbas dedi: Belə isə, ondan zorla alınanı ona qaytar. Bu vaxt Ömər əlini əlimdən çəkib, getdi. Bir saata yaxın hey, özü-özüylə deyinəndən sonra dayandı. Mən ona çatdıqda dedi: İbn Abbas, mənə elə gəlir ki, onun öz haqqına çatmamasının səbəbi qohumlarının onu kiçik bilməsi olmuşdur. Dedim: Amma Allaha and olsun ki, Allah və rəsulu ona əmr etdikdə ki, “bəraət”i (Tövbə surəsinin ilk ayələri) sənin dostundan (Əbu Bəkr) alıb, (məkkəlilərə) oxusun, (onda onu) kiçik saymırdılar. Ömər üzünü məndən çevirib sürətlə uzaqlaşdıqda, mən də geri qayıtdım.”2

Ümmətin alimi, haşimilərin dili və Peyğəmbərin əmisi oğlu olan Abdullah İbn Abbas üçün belə mübahisələr çox qarşıya çıxmışdır ki, iyirmi altıncı məktubda onun Əliyə (ə) düşmən olan bir qrupla mübahisəsini (İbn Abbas o həzrət üçün ondan çox gözəl xüsusiyyət saymışdı) yada sal. O hədisdə deyilirdi ki, Peyğəmbər (s) öz əmisi oğullarına buyurdu: “Sizlərdən hansınız bu dünya və axirətdə mənimlə həmkarlıq etməyə və yoldaş olmağa hazırsınız? Heç kim müsbət cavab vermədikdə o zaman Əli (ə) dedi ki, mən həm bu dünyada, həm də axirətdə səninlə yoldaş olmağa hazıram. O həzrət Əliyə (ə) buyurdu: Sən bu dünyada və axirətdə mənim vəlimsən.” Sonra İbn Abbas deyir: “Peyğəmbər (s) Təbuk döyüşünə getmək üçün Mədinədən çıxdıqda, camaat da o həzrətlə birgə xaric oldular. Əli (ə) ərz elədi: Mən də səninlə birgə hərəkət edimmi? Peyğəmbər (s) buyurdu: Yox. Əlinin (ə) gözləri doldu. Peyğəmbər (s) ona buyurdu: İstəmirsənmi sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimi olsun? Yalnız bu fərqlə ki, məndən sonra bir daha peyğəmbər gəlməyəcəkdir. Mən gedən zaman sən mənim xəlifəm və canişinim olacaqsan.”

İbn Abbas bunu da əlavə edir ki, Peyğəmbər (s) ona buyurdu: “Sən məndən sonra bütün möminlərin vəlisi olacaqsan.” Eləcə də buyurdu: “Mən kimin mövlasıyamsa, həqiqətən, Əli (ə) də onun mövlasıdır.”

2. O zaman Bəni-Haşimdən bir çoxları bu cür dəlillər gətirmişlər. Hətta bir dəfə Həsən ibn Əli (ə) Əbu Bəkri Peyğəmbərin (s) minbərində oturarkən gördükdə, irəli gəlib dedi: “Atamın yerindən qalx, düş aşağı.” Ömər də (xəlifə olduğu vaxt) minbərdə olarkən Hüseyn (ə) onunla bu cür rəftar etmişdi.3

3. Şiə kitablarında səhabə və tabeinlərdən olan haşimilər və onların dostlarının çoxlu dəlil-sübut gətirmələri qeyd olunmuşdur ki, maraqlananlar onlara müraciət edə bilərlər. Amma hələlik Təbərsinin “Ehticac” kitabında bu şəxslərin dilindən nəql olunmuşlar bizim üçün kifayətdir; Xəlifə ibn Səid ibn As Əməvi,4 Salman Farsi, Əbuzər Qəffari, Əmmar Yasir, Miqdad, Büreydə Əsləmi, Əbül-Heysəm ibn Teyhan, Səhl və Osman ibn Hüneyf, Xüzeymə ibn Sabit, Züş-şəhadəteyn, Übeyy ibn Kəb, Əbu Əyyub Ənsari və başqaları bu barədə dəlil-sübutlar gətirmişlər ki, orada mütaliə edə bilərsiniz.

Əhli-beyt və dostlarının xəbərlərini mütaliə edənlər başa düşürlər ki, onlar heç bir fürsəti əldən verməmiş, hər yerdə fürsət əllərinə düşdükdə (ya şiddətli surətdə, ya da yumşaqlıqla) bu həqiqətə işarə edirmişlər; şer, söhbət, yazı ilə ümumiyyətlə, mümkün olan hər hansı bir şəraitdə öz müxaliflərinə dəlil-sübut gətirirdilər.

4. Onlar çox zaman Peyğəmbərin vəsiyyətini təkrar edərək öz dəlillərinin (mühəqqiqlərin xəbəri olduğu kimi) mötəbər olduğunu bildirirdilər. Vəssalam.

Ş”

YÜZ YEDDİNCİ MƏKTUB


19 Rəbiüs-Sani 1330

Vəsiyyəti harda və nə zaman xatırlamışlar?

İmam haqqında olan vəsiyyət harda və nə zaman xatırlanmış və nə vaxt onunla dəlil gətirilmişdir? Mən bir kəsi tanımıram ki, onu xatırlamış olsun. Ümmül-mömininin (Ayişə) sözü də bu hədisi inkar edir (əvvəllərdə dediyim kimi). Vəssalam.

S”

YÜZ SƏKKİZİNCİ MƏKTUB


22 Rəbiüs-Sani 1330

Sübutun vəsiyyət ilə gətirilməsi.

Əvvəla, Əmirəl-mömininin özü “vəsayət” məsələsini minbərdə söyləmişdir ki, biz 104-cü məktubda o həzrətin sözlərini eynilə gətirdik. İkincisi, “yovmüd-dar” hədisini nəql edən hər bir şəxs onu Əliyə (ə) nisbət verərək həzrətdən nəql etmişdir ki, biz onu da 20-ci məktubda gətirdik (çox aşkar surətdə o həzrətin vəsilik və xilafətini bəyan edirdi).

Bunlardan əlavə, behişt cavanlarının ağası olan İmam Həsən Müctəba (ə) Əmirəl-mömininin (ə) şəhadətindən sonra özünün çox dəyərli söhbətində bu həqiqətə işarə edərək buyurmuşdur: “Mən Peyğəmbərin övladı olmaqla yanaşı, onun vəsisinin də övladıyam.”1

İmam Sadiq (ə) buyurmuşdur: “Əli (ə) hələ besətdən (Həzrət Məhəmmədin (s) peyğəmbərliyə yetişməsi) qabaq Peyğəmbərlə birgə idi, risalət nurunu görür, mələyin səsini eşidirdi.”2 İmam bunu da əlavə etmişdi ki, bir gün Peyğəmbər (s) o həzrətə belə buyurmuşdu: “Əgər mən peyğəmbərlərin sonuncusu olmasaydım, sən nübüvvətdə (peyğəmbərlikdə) mənimlə şərik olardın. İndi isə, peyğəmbər olmasan da, peyğəmbərin vəsisi və varisisən.” Bu mətləbi Əhli-beytin hamısı nəql etmişlər. Bu məsələ səhabənin vaxtından bu günədək, həm Əhli-beyt imamlarının, həm də onların dostlarının yanında İslam dininin zəruriyyətlərindən sayılır.

Salman Farsi nəql edir ki, Peyğəmbər (s) həmişə deyərdi: “Əli ibn Əbu Talib mənim vəsim, sirlərimin mərkəzi, vədlərimi yerinə yetirmək və borclarımı ödəmək üçün özümdən sonra qoyub getdiyim ən yaxşı və layiqli bir adamdır.”

Əbu Əyyub Ənsari nəql edir ki, eşitdim bir gün Peyğəmbər (ə.h) Fatiməyə (ə) belə buyurdu: “Məgər bilmirsənmi Allah-taala yer üzündəkilərdən sənin atanı seçərək peyğəmbər etdi və sonra (ikinci dəfə) sənin ərini seçdi və mənə vəhy etdi? Buna görə də mən onu sənin üçün ər, özüm üçün vəsi qərar verdim.”

Büreydə nəql edir ki, Peyğəmbərdən (s) eşitdim ki, buyurdu: “Hər bir peyğəmbərin vəsi və varisi vardır ki, mənim də vəsi və varisim Əli ibn Əbu Talibdir.”3

Cabir ibn Yəzid Cofi İmam Baqirdən (ə) hədis nəql edən zaman deyərdi (Zəhəbinin “Mizanül-Etidal” kitabında Cabirin şərhi-halında gəldiyi kimi): «حَدَّثَنـي وَصِيُّ الْاَوْصياء» “Bu hədisi vəsilərin vəsisi mənə buyurmuşdur.”

Hüreyş Baqirinin qızı Ümmül-Xeyrin “Siffeyn” meydanında kufəliləri Müaviyə ilə döyüşməyə təşviq etmək üçün söylədiyi o təmtəraqlı nitqindən: «هَلُمّوا رَحِمَكُمُ الله اِلَي الْاِمامِ الْعادِلِ الْوَصِيِّ الْوَفِيّ وَ الصِّدّيقِ الْاَكْبَر ...» “Allah sizə rəhmət etsin (sizi bağışlasın), adil imamın, vəfalı vəsinin və “siddiqi-əkbər”in (böyük doğruçu) köməyinə tələsin!”4

Bütün bunlar keçmişdəkilərin öz xütbələrində, hədislərində “vəsayət” barəsində söylədiklərindən bəziləri idi. Səhabənin şərhi-halına diqqət edənlər bilirlər ki, “vəsi” sözünü yalnız Əmirəl-möminin Əli (ə) haqqında – eynilə müəyyən şəxsi çağıran bir ad kimi söyləmişlər. Hətta “Tacül-ərus” (ərəb dilində məşhur lüğət kitabı) kitabının müəllifi onun 392-ci səhifəsində “vəsi” sözü barəsində yazır: “vəsi – qəni vəznində Əlinin (rəziyəllahu ənhu) ləqəbidir.”

Vəsilik məsələsi haqqında gələn şerlərin isə sayı-hesabı yoxdur. Sözümüzü bu şerlərin bəzisi ilə tamam edirəm. Abdullah İbn Abbas ibn Əbdül-Müttəlib deyir:

وصي رسول الله من دونه اهله و فارسه ان قيله هل من منازل

–O, Peyğəmbərin (s) xanədanı (qohumları, ailəsi) içərisində o həzrətin vəsisidir, onun qoşunun pəhləvanı, süvarisidir.

Müğeyrə ibn Haris ibn Əbdül-Müttəlib “Siffeyn”də Müaviyə ilə döyüşə iraqlıları çağıran zaman dediyi şerindən:

هذا وصي رسول الله قائدكم و صهره و كتاب الله قد نشرا

–O, Peyğəmbərin vəsisi, sizin rəhbəriniz və onun kürəkənidir. And olsun Allaha ki, bu xəbər hər yerə yayılmışdır.

Abdullah ibn Əbu Süfyan ibn Haris ibn Əbdül-Müttəlib belə demişdir:

و منال علي ذاك صاحب خيب و صاحب بدر يوم سالت كتائبه

–Əli – xeybər qəhrəmanı bizdəndir; Bədrin qəhrəmanı (bizdəndir) ki, o gün çoxlu qoşun hərəkətdə olarkən.

وصي نبي المصطفي و ابن عمه فمن ذا يدانيه و من ذا يقاربه

–O, Peyğəmbərimiz Mustafanın (s) vəsisi və əmisi oğludur; kim ona tay ola bilər?

Əbu Heysəm ibn “Bədr” döyüşündə olan döyüşçülərdən idi və “Cəməl” döyüşündə bir neçə beyt söyləmişdi:

ان الوصي امامنا و ولينا برح الخفا و باحت الاسرار

–Peyğəmbərin (s) vəsisi bizim imamımız və vəlimizdir; gizli olanlar aşkar oldu; sirlər zahirə çıxdı;

Xüzeymə ibn Sabit Züş-Şəhadətəyn “Bədr” döyüşündə iştirak etmiş və “Cəməl” döyüşündə bu şeri söyləmişdir:

يا وصي النبي قد اجلت الحر ب الاعادي وسارت الا ظعان

–Ey Peyğəmbərin vəsisi, döyüş düşmənləri pərən-pərən salmışdır, dəvələr isə çıxıb getmişlər;

اَعائشُ خلّي عن عليّ و عيبه بـما ليس فيه انما انتِ والده

–Ey Ayişə! Əlidən, onda olmayan eyibləri axtarmaqdan əl çək!

وصي رسول الله من دون اهله و انت علي ما كان من ذاك شاهده

–(O), Peyğəmbərin ailəsi içərisində onun (s) vəsisidir ki, sən (Ayişə) özün bu həqiqətin şahidisən.

Səhabənin ən şücaətlilərindən sayılan və “Siffeyn” döyüşündə qardaşı ilə bərabər şəhadətə yetişən Abdullah ibn Budeyl ibn Vərqa Xüzai “Cəməl” döyüşündə belə demişdir:

يا قوم للخطة العظمي التي حدثت حرْبَ الوصي و ماللحرب من آلي

–Ey camaat, bu Peyğəmbərin vəsisinin mübarizəsinin bəhrəsidir (gərək çox diqqət yetirəsiniz, dediklərinə əməl edəsiniz). Mübarizə və döyüşə heç bir çarə etmək olmaz.

Əmirəl-möminin (ə) “Siffeyn”də belə buyurur:

ما كان يَرضي احمد لو اُخبرا اَن يقرنوا وصيُّه وَ الاَبترا

–Əgər Peyğəmbərə (s) xəbər versələr, əsla razı olmaz ki, vəsisi o iki əbtərlə (Müaviyə və Əmr As) yanaşı otursun.

Cüreyr ibn Abdullah Bəcəli, Şərəhbil ibn Səidə yazdığı və Əlinin (ə) adını çəkdiyi şerində belə deyir:

وصي رسول الله من دون اهله و فارسه الحامي به يضرب المثل

–O, Allah rəsulunun (ailəsi içərisində) vəsisidir, o, qəhrəmandır, pəhləvandır, onun (s) hamisidir ki, bir zərbül-məsələ çevrilmişdir.

Ömər ibn Haris Ənsari, Məhəmməd ibn Hənəfi barəsində yazdığı şerində belə deyir:

سمّي النبيَّ و شبه الوصيّ و رايته لونها العندم

–O (Məhəmməd Hənəfiyyə), Peyğəmbərin adaşı və vəsiyə oxşayandır, onun bayrağının rəngi qırmızıdır.

Əbdür-Rəhman ibn Cüheyl, Osmanın öldürülməsindən sonra camaatın Əli (ə) ilə beyəti zamanı belə demişdi:

لعمري لقد بايعتم ذا حفيظة علي الدين معروفَ العفاف موفّقا

–Canıma and olsun, onlar elə bir adamla beyət etmişlər ki, özü dinin qoruyucusu, iffətli və qalib olmaqda isə məşhurdur.

عليا وصي المصطفي و ابن عمه و اوّل من صلّي اخا الدين و التقي

–Əli (ə) ilə (beyət etmişlər) ki, Peyğəmbərin (s) vəsisi və əmisi oğludur, o həzrətlə namaz qılan birinci şəxsdir, o, din və təqva qardaşıdır.

Əzd tayfasından olan bir nəfər “Cəməl” döyüşündə belə demişdir:

هـذا علي و هو الوصي اخاه يـوم النجوة النبـيّ

–Bu Əlidir, vəsidir. Peyğəmbər (s) onu (ə) özünə qardaş etmişdir.

و قال هذا بعدي الولـيّ وَعـاه واعٍ وَ نَسِيَ الشقيّ

–Buyurmuşdur ki, bu Əli (ə) məndən sonra vəlidir. Bu sözü çoxları yadda saxladı, bədbəxtlər isə unutdular.

“Cəməl” döyüşündə Bəni-Zəbbə qəbiləsindən olan bir cavan meydana gələrək elan etdi ki, mən Ayişənin qoşunundanam:

نحن بنوضبّة اعداءُ عليّ ذاك الذي يعرف قَدِماً بالوصيّ

–Biz – Zəbbə qəbiləsindən olanlar Əlinin düşmənlərindənik; o Əli ki, qədimdən bəri ona “vəsi” deyilərdi.

و فارس الخيل علي عهد النبيّ ما انا عن فضل عليّ بالعمي

–O kəs ki, Peyğəmbər (s) əsrində süvari pəhlivanlardan sayılardı. Mən Əlinin fəzilətlərindən agaham, kor deyiləm.

لكنني انعي ابن عفان التقي

–Amma mən istəyirəm ki, Əffanın oğlunun (Osman) qanının intiqamını alım!

Səid ibn Qeys Həmədani, (Əlinin (ə) qoşununda idi) “Cəməl” günü belə söylədi:

اية حرب اضرمت نيرانها وكسرت يوم الوعي مرانـها

–Ey atəşi şölələnmiş döyüş, çətinliyi, möhkəmliyini itirmiş döyüş;

قل للوصي اقبلت قحطانها فادع بها تكفيكها حمدانـها

–Vəsiyə de ki, Qəhtan qəbiləsi sənə kömək etməyə tələsir və onları çağır (istə) ki, Həmdanlılar səni bu döyüşün narahatlığından qurtaracaqlar.

هم بنوها و هم اخوانها

–Onlar döyüş övladları və qardaşlarıdırlar.

Ziyad ibn Lübeyd Ənsari (İmamın dostlarından) “Cəməl” günü belə demişdir:

كيف تري الانصار في يوم الكلب اِنّا اناس لا نبالي من عطب

–Döyüşün müşkül günündə ənsarları nə cür görürsən? Biz elə bir camaatıq ki, çətinlikdən qorxmuruq.

ولا نبالي في الوصي من غضب و انما الانصار جدلا لعب

–Biz vəsinin yolunda heç bir şeydən çəkinmirik, onu bilməlisiniz ki, ənsarın işi ciddidir, zarafat etmirlər.

هذا عليّ و ابن عبد المطلب ننصره اليوم علي من قد كذب

–Bu Əlidir – Əbdül-Müttəlibin övladı. Bu gün ona yalançıların müqabilində kömək edirik.

من يكسب البغي فبئس ما اكتسب

–Zülm yolunda qədəm götürənlər, pis şey qazanırlar.

Hücr ibn Ədiy Kindi həmin günlərdə belə demişdir:

يا ربنا سلم لنا عليّا سلـم لنا المبـارك لمـضيا

–İlahi, Əlini (ə) bizim üçün qoru! O bərəkətli adamı bizim üçün salamat et!

المؤمن الموحد التقيا لا خطـل الرأي و لا غويا

–O şəxs, elə bir mömin və təqvalıdır ki, nə rəyini dəyişir, nə də ki, yolundan azır.

بل هاديا موفقا مهديا واحفظه ربي و احفظ النبيا

–O, hidayət edən, hidayət olunmuş və qalibdir. İlahi, onu hifz et! Peyğəmbəri də onun vücudunda hifz et!

فيه فقد كان له وليا ثم ارتضاه بعده وصيا

–(Çünki) o, Peyğəmbərin vəlisi, dostu (köməkçisi) idi. İlahi Peyğəmbərdən (s) sonra olan vəsisindən razı ol!

Əmr ibn Uhciyə “Cəməl” günü İmam Həsənin (ə) nitqi barəsində (ki, ibn Zübeyrin nitqindən sonra buyurmuşdu) belə dedi:

حسن الخير يا شبيه ابيه قمت فينا مـقام خـير خطيب

–Ey gözəl Həsən, ey atasına oxşayan, (sən) bizim aramızda ən gözəl xətibsən.

قمت بالخطبة التي صدع اللاهُ بـها عن ابيك اهل العيوب

–Xütbə oxumaq üçün ayağa durdun və Allah onun (sənin xütbənin) vasitəsilə eyibliləri atanın ətrafından pərən-pərən saldı.

لست كابن الزبير لجلج في القو ل و طأطأ عنان فسل مريب

–Sən ibn Zübeyr kimi deyilsən ki, danışdıqda dilin tutulsun, danışa bilməyəsən, sözün cilovu (ixtiyarı) əlindən çıxsın.

و ابي الله ان يقوم بما قام به ابن الوصي و ابن النجيب

–Allah qoymaz ki, o (ibn Zübeyr) vəsinin övladı, ən nəcib şəxsin (Əli (ə)) övladı kimi söz deyə bilsin.

ان شخصا بـين النبي لك الخير و بين الوصي غير مشوب

–Peyğəmbərdən (s) və onun vəsisindən (ə) vücuda gələn bir şəxsin heç bir eybi, nöqsanı olmaz.

Zəcr ibn Qeys Cöfi yenə də “Cəməl” günü demişdir:

اضربكم حتّي تقرّوا لعليّ خير قريش كلها بعد النبيّ

–Qılıncla o qədər sizi vuraram ki, axırı Əlinin(ə) haqq olduğunu iqrar edəsiniz. O ki, Peyğəmbərdən sonra Qüreyşin ən yaxşısıdır.

من زانه الله و سمّاه الوصي

–O elə bir şəxsdir ki, Allah onu zinətləndirmiş və vəsi adlandırmışdır.

Zəcr ibn Qeys Cöfi “Siffeyn” döyüşündə demişdir:

فصلي الاله علي احمد رسول المليك تمام النعم

–İlahi, Əhmədə (s) salam göndər, o peyğəmbərə ki, (onun) vasitəsilə nemətləri tamam etmisən;

رسول المليك و من بعده خليفتنا القائم المدعم

–(Salam göndər) Allahın rəsuluna və ondan sonra haqq üzrə xəlifə olana, vəzifəsinə əməl edənə;

عليا عنيت وصيَّ النبي يجالد عنه غواة الأمم

–Məqsədim Əlidir – Peyğəmbərin vəsisi ki, o, ümmətin azmışlarını ondan (Peyğəmbər (s)) uzaqlaşdırır.

Əşəs ibn Qeys Kindi belə demişdir:

اتانا الرسول، رسول الامام فسر بمقدمه المسلمونا

–İmamın göndərdiyi şəxs gəldi, müsəlmanlar onun gəlişindən xoşhal oldular;

رسول الوصي، رسول النبي له السبق و الفضل في المؤمنينا

اتانا الرسول، رسول الوصي علي المهذب من هاشم

وزير النبي و ذي صهره و خير الـبـريّة و العالـم

–O (Əli), Peyğəmbərin vəziri, kürəkəni və yer üzündə olan məxluqların ən yaxşısıdır.

Nöman ibn İclan Zərqi Ənsari “Siffeyn”də belə dedi:

كيف التفرق و الوصي اِمامنا لا كيف الا حيرة و تخاذلا

–(Peyğəmbərin) vəsisi bizim imamımız olduğu halda, daha təfriqə (ayrılıq) nə üçündür? (Sizlər) heyrətdən (burada sərgərdan dolanmaqdan) və xarlıqdan savayı bir şey axtarmırsınız.

فذروا معاوية الغوي و تابعوا دين الوصي لتحمدوه آجلا

–Azğın Müaviyəni buraxın və vəsinin dininə tabe olun ki, qiyamətdə sizi tərifləsinlər.

Əbdür-Rəhman ibn Zövəb Əsləmi Müaviyəni iraqlı qoşunlarla hədələdiyi şerində deyir:

يقودهم الوصي اليك حتّي يردك عن ضلال و ارتياب

–Vəsi onları sənin (Müaviyə) tərəfinə doğru hərəkət etdirir ki, səni azğınlıqdan, şəkk və şübhədən çəkindirsin.1

Abdullah ibn Əbu Süfyan ibn Haris ibn Əbdül-Müttəlib deyir:

ان ولـيّ الامر بـعد محمـد علي و في كـل المواطن صاحبـه

–Məhəmməddən sonra bütün müsəlmanların vəlisi Əlidir ki, bütün yerlərdə onunla birgə olmuşdur.

وصي رسول الله حقا و صنوه و اول من صلّي و من لانَ جانبه

–O, doğrudan da, Peyğəmbərin vəsisi və mehriban qardaşıdır. Namaz qılan və müsəlman olan ilk şəxsdir.

Xüzeymə ibn Sabit (Züş-şəhadəteyn) belə söyləmişdir:

وصي رسول الله من دون اهله و فارسه مذ كان في سالف الزمن

–O, Peyğəmbərin qohumları içərisində (onun) vəsisidir. O, elə keçmiş zamanlardan bəri onun (s) pəhləvanıdır.

و اول من صلّي الناس كلهم سوي خيـرة النسوان و الله ذو المنن

–O bütün adamların içərisində namaz qılan ilk şəxsdir. Bu sözü Allaha and içərək deyirəm.

Zəfər ibn Hüzeyfə Əsədi deyir:

فحوطوا عليا و انصروه فانه وصي و في الاسلام اول اول

–Əlinin ətrafına yığılaraq ona kömək edin, çünki o vəsidir, İslamda birinci şəxsdir.2

Əbül-Əsvəd Duəli deyir:

احب محمـدا حبا شديدا و عباسا و حمـزة و الوصيا

–Mən Məhəmmədi çox sevirəm, həmçinin Abbası, Həmzəni və vəsini.

Nöman ibn İclan (ənsarlı şair və onların böyüklərindən biri) İbn Asa1 müraciətlə yazdığı qəsidəsində deyir:

وكان هـوانا في عليّ و انه لِاهل لـها من حيث تدري و لا تدري

–Bizim meylimiz Əliyə tərəfdir, onun bu məqama ləyaqəti vardır, bilsən də, bilməsən də.

فذاك بعون الله يدعو الي الـهدي و ينهي عن الفشاء و البغي و النكر

–O, (bütün insanları) Allahın köməyi ilə hidayətə dəvət edir, pis işlərdən, zülmdən çəkindirir.

وصي النبي المصطفي و ابن عمه و قاتل فرسان الضلالة و الكفر

–O, Peyğəmbərin vəsisi, əmisi oğludur, küfr və azğınlıq (ordusunun) pəhləvanlarını öldürəndir.

Fəzl ibn Abbas şerlərində belə deyir:

الا ان خير الناس بعد نبيهم وصي النبي المصطفي عند ذي الذكر

–Agah olun ki, Allahın nəzərində Peyğəmbərdən sonra bəndələrin ən yaxşısı onun (s) vəsisidir.

و اول من صلّي و صنوُ نبيّه و اول من اردي الغواة لدي بدر

–O, namaz qılan ilk şəxsdir, Peyğəmbərin qardaşıdır, “Bədr”də azğınları qovan ilk şəxsdir.2

Həssan ibn Sabit bütün ənsarlıların dilindən Əlini (ə) tərif etdiyi şerdə3 belə deyir:

حفظت رسول الله فينا و عهده اليك و من اولي به منك و من

–Sən Allah rəsulunu bizim aramızda qorumusan, o həzrətin (bütün) sifarişləri və əhdləri sənin üçün olmuşdur, səndən başqa Peyğəmbərə ən yaxın olan kimdir, kim?

الست اخاه في الهدي و وصيه و اعلم منهم بالكتاب و بالسنن

–Məgər sən onun qardaşı və vəsisi deyilsənmi? Quran və sünnəti səndən yaxşı kim bilir?

Şairlərdən bəziləri İmam Həsənə (ə) xitabən belə söyləmişlər:4

يا اجل الانام يابن الوصي انت سبط النبي و ابن علي

–Ey insanların ən yaxşısı, ey vəsinin oğlu, sən Peyğəmbərin nəvəsi və Əlinin oğlusan.

Ümmü-Sənan, Xüseymə ibn Xərşə Məzhəcinin qızı5 Əliyə xitabən söylədiyi və onu mədh etdiyi şerdə deyir:

قد كنت بعد محمد خلفا لنا اوصي اليك بنا فكنت وفيا

–Sən Məhəmməddən sonra bizim üçün onun doğru xələfi və canişini idin, Peyğəmbər (s) bizi sənə sifariş etmiş idi (tapşırmışdı), sən də bu əhdinə çox yaxşı vəfa etdin.

Bu şerlər (məktubumuzun ölçüsünə görə olub), imam Əmirəl-mömininin zamanında deyilmişdir. Amma o həzrətin zamanından sonrakı dövrlərdə deyilmiş şerləri də toplasaydıq, qalın bir kitab olardı. Etiraf etməliyik ki, bu barədə acizik. Bunlardan əlavə, həm yorğunluğa səbəb ola bilər, həm də əsl mövzudan xaric olarıq. Buna görə də gəlin məşhur adamların dediklərinə nəzər salıb, onu indiyə kimi dediklərimizə əsasən, ülgü və nümunə hesab edək.

Kumeyt ibn Zeyd Haşimi öz qəsidəsində (beytlərin hamısı “mim” (m) hərfi ilə tamam olur) belə deyir:

و الوصي الذي آمال التجوبي به عـرش امـة لانـهدام

–Və (elə bir) vəsidir ki, arzuların pənahgahı, ümmətin uçurumdan nicat verənidir.1

كان اهل العفاف و المجد و الخيرِ و نقض لامور و الابـرام

–O, iffət, böyüklük, yaxşılıq əhli idi, o işlərin həll və “fəsl” edənidir.

و الوصي الولـيّ و الفارس المعلـمُ تحت العجاج عير الكهام

–O, Peyğəmbərin vəsisi, vəlisi, əlində bayraq tutan bir pəhləvan idi ki, düşməni toz-torpaq içində əzirdi, heç bir zəiflik və süstlük ona qalib gələ bilməzdi.

و وصي الوصي ذي الخطة الفصل و مردي الخصوم يوم الخصام

–O, Peyğəmbərin düzgün yolda olan vəsisi idi, belə ki, döyüş vaxtı düşmənləri bir-birinə qatardı.

Kəsir ibn Əbdür-Rəhman ibn Əsvəd ibn Amir Xüzai (“Kəsiri-İzzə” ləqəbi ilə məşhur idi) deyir:

وصي النبي المصطفي و ابن عمه و فكاك اعناق و قاضي مغارم

–(O), Peyğəmbərin vəsisi, əmisi oğlu idi, insanları azad edən, borcluların borcunu ödəyən idi.

Əbu Təmmam Tai öz qəsidəsində (bütün beytləri “r” hərfi ilə bitir) belə deyir:2

و من قبله احلفتم لوصيه بداهية دهياء ليس لها قدر

–Əvvəllər onun (Peyğəmbərin) vəsisinə and içirdiniz ki, hər hansı şəraitdə olsa belə, onunla birgə olacaqsınız.

فجئتم بها بِكرا عوانا ولم يكن لها قبلها مثلا عوان و لا بِكر

–(Amma sonra isə) o işləri əncam verdiniz, ona misli görünməmiş zərbələri ardıcıl olaraq vurdunuz.

اخوه اذا عد الفخار و صهره فلا مثله اخ و لا مثله صهر

–(Amma o zamanlar) o həzrətin fəzilətlərini saydıqda onun (Peyğəmbər) qardaşı, kürəkəni idi ki, nə elə bir qardaş, nə də elə bir kürəkən tapmaq olmaz.

و شد به ازراالنبيّ محمد كما شد من موسي بهارونه الازر

–Məhz onun vasitəsilə Peyğəmbərin də dayağı –Musanın arxası Harunla möhkəmləndiyi kimi– bərkidi.

Dibil ibn Əli Xüzai, Seyyidüş-şühədaya qoşduğu mərsiyyəsində belə demişdir:

رأس ابن بنت محمد و وصيه يا للرجال علي قناة يرفع

–Ey camaat, Məhəmmədin (s) qızının və vəsisinin övladının başı nizəyə keçirilmişdir!

Əbu Təyyib Mütənnəbi – Əhli-beyti mədh etməyi tərk etdiyinə görə danlananda–(divanında gəlmişdir) belə deyib:

و تركت مدحي للوصي تعمّـدا اذ كان نـورا مستطيـلا شامـلا

–Mən özüm bilərəkdən onu mədh etməkdən əl çəkdim, çünki o, hər yeri əhatə edən bir nurdur;

و اذا استطال الشيئ قام بنفسه و صفات ضوء الشمس تذهب باطلا

–Bir şey özü (hər yeri tutaraq) öz ayağı üstə durmağa qüdrət taparsa, (daha köməyə ehtiyacı yoxdur) və günəşin nurunu vəsfləndirmək isə boş-boş çərənləməkdir.

Həmçinin Əbül-Qasim Tahir ibn Hüseyn ibn Tahir Ələvi öz mədhində (divanında) belə demişdir:

هو ابن رسول الله و ابن وصيه و شبههما شبهت بعد التجارب

–O (İmam Hüseyn) Peyğəmbərin, vəsisinin oğludur və başqa əlamətləri;...

Bunlardan əlavə çoxlu şerlər də vardır ki, saya-hesaba gəlməzlər. Vəssalam.


Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə