Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 3,93 Mb.
səhifə30/32
tarix02.01.2018
ölçüsü3,93 Mb.
#19157
1   ...   24   25   26   27   28   29   30   31   32

2 Bu hədis “Kənzül-Ümmal”ın 6-cı cildinin 391-ci səhifəsindəki 2992-ci hədisdir (söz və sənədiylə birgə) ki, Əlinin fəzilətlərində vermiş və sənədinin düzgünlüyünü bəyan etmişdir.

3 Bu hədis “Kənzül-Ümmal”ın 6-cı cildinin 153-cü səhifəsinin 2543-cü hədisdir ki, Hakimdən və o da İbn Abbas və Əbu Hüreyrənin dilindən, həmçinin Təbəranidən və Xətibdən isə yalnız İbn Abbasın dilindən nəql etmişdir. Amma “Müntəxəbi-Kənz”də yalnız Xətibdən İbn Abbasa istinadən “Müttəfəq”də nəql etmişdir. “Müntəxəb”in haşiyəsində çap olunmuş “Müsnədi-Əhməd”ə, 5-ci cildin 39-cu səhifəsinin 1-ci sətrinə baxın. Əllamə İbn Əbil-Hədid “Nəhcül-Bəlağənin şərhi”nin 2-ci cildinin 451-ci səhifəsində onu Əhmədin “Müsnəd”indən nəql etmişdir.

1 Buxari bu hədisi “Səhih”in 2-ci cildinin 83-cü səhifəsində “vəsaya” kitabında (yeni çaplarda 4-cü cildin 3-cü səhifəsi) və “Səhih”in 3-cü cildinin 64-cü səhifəsində “mərəzün-Nəbi və vəfatuhu” babında vermiş və Müslim “Səhih”in 2-ci cildinin 14-cü səhifəsində “vəsiyyət” kitabında nəql etmişdir («ترك الوصية لمن ليس له شيئ» yeni çaplarında 3-cü cildin 1257-ci səhifəsində bu məsələni oxuya bilərsiniz).

2 Fikir verin ki, Buxari və Müslim Peyğəmbərin Əliyə vəsiyyətini özləri də bilmədən həmin hədisdə nəql etmişlər. Çünki Ayişənin yanında “Peyğəmbər (s) Əlini (ə) özünə vəsi seçmişdir” – deyənlər İslam ümmətindən xaric olmayıb, ya səhabədən, ya da tabeindən olmuşlar (yəni bu sözü deyənlər onu lağlağa üçün deməyiblər və bu söz elə-belə dillərə düşməmişdi) ki, Ümmül-mömininin narahatlığına və o dövrdəki şəxsi siyasətinin əleyhinə olan sözü danışmağa cürət etmişlər. Çünki bu sözü eşidəndən sonra o, bərk narahat olubmuş. Bunu narahatçılığından sonra əsassız cavabından başa düşmək olar. İmam Sindi “Sünəni-Nisai”nin Əl-Əzhərin “Misir çapı”nın 6-cı cildinin 241-ci səhifəsinin haşiyəsində gələn bu hədisin şərhində deyir: “Gizli qalmasın, bu söz heç də o demək deyildir ki, Peyğəmbərin ölümündən əvvəl onun vəsiyyət etməyinin qarşısını alsın və o demək deyildir ki, bəli, o Həzrət qəfildən ölmüşdür! Belə ki, bu fikir hətta təsəvvür oluna bilməz. Axı necə ola bilər, halbuki əcəlinin çatdığını xəstəliyindən əvvəl xəbər vermişdi. Bəli, Həzrətin xəstələnməyi sonra baş verib...” Bu deyiləni orada oxu və görərsən ki, necə dolğun yazılmışdır.

3 Buxari “Səhih”in “mərəzuhu və vəfatuhu” və sonrakı babında bunları qeyd etmişdir.

4 “Vəsiyyət” kitabına, ya onun 2-ci cildinin 14-cü səhifəsinə bax.

5 Hər iki “Səhih”in “vəsaya” kitabına bax.

1 66-cı məktuba bax, bilərsən ki, elm və hikməti ona irs qoymuşdur.

1 İbn Səd “Təbəqat”da 2-ci cildin 2-ci fəslinin 61-ci səhifəsində Əlidən (ə) nəql edir: “Peyğəmbər (s) vəsiyyət etdi ki, məndən başqası ona qüsl verməsin.” Əbu Şeyx və İbn Nəccar “Kənzül-Ümmal”ın 4-cü cildinin 54-cü səhifəsində olduğu kimi Əlidən (ə) nəql etmişlər: “Peyğəmbər mənə vəsiyyət etdi ki, mən öləndə mənə yeddi qab su ilə qüsl ver.” İbn Səd “Təbəqat”ın 2-ci cildinin 2-ci cildinin 63-cü səhifəsində “Peyğəmbərin qüslü” zikrində Əbdül-Vahid ibn Əbu Əvanədən nəql etmiş ki, Peyğəmbər vəfatı zamanı buyurdu: “Ey Əli, dünyadan gedəndə mənə qüsl ver.” Əli deyir: “Mən qüsl verərkən, hər üzvü ki, əlimə alırdım, özü istədiyim tərəfə çevrilirdi.” Hakim “Müstədrək”in 3-cü cildinin 59-cu səhifəsində və Zəhəbi onun “Təlxis”ində Əlidən nəql etmiş və onun sənədini düzgün bildirmişdir: “Mən Peyğəmbərə qüsl verdim. Amma ölüdən görünən halları onda görmədim. O, həm sağlığında, həm ölümündə pakizə idi.” Bu hədisi Səd ibn Mənsur özünün “Sünən”ində, Mərvəzi “Cənaiz”də, Əbu Davud “Mərasil”də, İbn Muni və İbn Əbu Şeybə “Sünən”də vermişlər. Bu hədis “Kənzül-Ümmal”ın 4-cü cildinin 54-cü səhifəsindəki həmin 1094-cü hədisdir. Beyhəqi “Sünən”də Abdullah ibn Harisdən nəql edir: “Əli Peyğəmbərə əynində köynək olduğu halda qüsl verdi.” Bu, “Kənzül-Ümmal”ın 4-cü cildinin 55-ci səhifəsindəki həmin 1104-cü hədisdir. Və İbn Abbasdan nəql etmiş: “Əlinin başqalarında olmayan dörd xisləti vardır: O, birinci adam idi ki, Peyğəmbərlə namaz qıldı. Hər yanda Rəsulullahın bayraqdarı idi. O, dözümlülük göstərən və hamı qaçsa da Peyğəmbərlə birgə dayanan idi. Və Rəsulullaha (s) qüsl verib onu qəbirə qoyan odur.” Bu hədisi İbn Əbdül-Birr “İstiab”da, Əlinin şərhi-halında, Hakim “Müstədrək”in 3-cü cildinin 111-ci səhifəsində nəql etmişdir. Əbu Səid Xidridən xəbər gəlib çatmışdır ki, Peyğəmbər (s) buyurdu: “Ey Əli, sən mənə qüsl verəcək, borcumu əda edəcək və məni qəbirə qoyacaqsan.” Deyləmi onu nəql etmiş və “Kənzül-Ümmal”ın 6-cı cildinin 155-ci səhifəsindəki 2583-cü hədisdir. Ömərdən nəql olunan hədisə əsasən, Peyğəmbər (s) Əliyə buyurdu: “Sən mənim qüsl verənim və dəfn edənimsən.” Bu hədis “Kənzül-Ümmal”ın 6-cı cildinin 393-cü səhifəsində və “Müsnəd”in 5-ci cildinin 45-ci səhifəsinin haşiyəsində verilmişdir. Əlidən nəql edilmiş bir hədisdə deyilir: “Rəsulullahdan (s) eşitdim ki, buyururdu: Allah tərəfindən mənə Əli ilə bağlı beş şey inayət olmuşdur ki, məndən əvvəl heç bir peyğəmbərə verilməmişdir: Birinci odur ki, o mənim borcumu əda edəcək, məni qəbirə qoyacaqdır...” Hədis “Kənzül-Ümmal”ın 6-cı cildinin 403-cü səhifəsinin əvvəlindədir.

Peyğəmbərin (s) cənazəsini taxtanın üzərinə qoyub ona namaz qılmaq istəyənlərə Əli (ə) buyurdu: “Heç kəs namazda imam olmasın. Çünki Rəsulullah həyatda da, öləndə də sizə imamdır.” Adamlar dəstə-dəstə gəlir və imamsız namaz qılır və sonda təkbir deyirdilər. Əli isə Rəsulullahın kənarında dayanıb deyirdi: «السلام عليك ايها النبيّ و رحمة الله و بركاته». “Ey böyük Allah, şahidlik edirik ki, o, sənin nazil etdiklərini ümmətinə çatdırdı, sənin yolunda cihad etdi və Allah onun dinini əziz və qüdrətli etdi. Ey böyük Allah, bizi o kəslərdən et ki, ona göndərdiklərinə tabe olaq. Ondan sonra bizi sabitqədəm və onunla bizi (axirətdə) birgə et.” Hamı deyirdi: “Amin, amin!” Axır, kişilərin hamısı ona namaz qıldı, sonra növbə qadınlara çatdı, sonra isə uşaqlara.



Dediklərimizin hamısını İbn Səd “Təbəqat”da Peyğəmbərin (s) qüslü haqqında danışdığı yerdə eyni sözlərlə vermişdir. O gün Peyğəmbərə (s) namaz qılmaq üçün birinci gələn Bəni-Haşim, sonra mühacirlər, sonra ənsar, sonra başqa adamlar oldu və ona birinci namaz qılan Əli və Abbas idi ki, bir sırada durub, beş təkbir dedilər.

2 Bütün bunlar haqqında olan hədis və xəbərlər pak Əhli-beyt tərəfindən mütəvatir şəkildə gəlib çatmışdır və sənə Təbəraninin “Əl-kəbir”də İbn Ömərdən və Əbu Yəlanın “Müsnəd”də Əlidən verdikləri bəsdir. Birinci nəqlə əsasən, hədisin sözləri belədir ki, Rəsulullah (s) buyurdu: “Ey Əli, sən mənim qardaşım və vəzirimsən. Borcumu əda edirsən, vədəmə sözsüz əməl edirsən, əhdimə vəfadarsan.” Bu hədisi “Kənzül-Ümmal”ın 6-cı cildinin 155-ci səhifəsində İbn Ömərdən nəql etmiş və 6-cı cildin 404- cü səhifəsində də Əlidən vermiş və orada Buseyridən nəql etmiş ki, onu danışanlar etibarlıdırlar. İbn Mərdəveyh və Deyləmi “Kənzül-Ümmal”ın 6-cı cildinin 155-ci səhifəsində verdiyi kimi, Salman Farsidən nəql etmişlər ki, Rəsulullah (s) buyurdu: “Əli ibn Əbu Talib vədələrimi sözsüz yerinə yetirir və borcumu əda edir.” Bəzzar “Kənzül-Ümmal”ın 6-cı cildinin 153-cü səhifəsindəki kimi, Ənəsdən onu nəql etmişdir. Əhməd ibn Hənbəl “Müsnəd”in 4-cü cildinin 164-cü səhifəsində Həbəş ibn Cənadədən nəql etmiş ki, eşitdim Rəsulullah (s) buyurdu: “Mənim borcumu özümdən və Əlidən başqası əda edə bilməz.” Mərdəveyh “Kənzül-Ümmal”ın 6-cı cildinin 401-ci səhifəsində verdiyi kimi, Əlidən belə nəql etmiş: وَأَنذِرْ عَشِيرَتَكَ الْأَقْرَبِينَ – ayəsi nazil olanda Rəsulullah (s) buyurdu: “Əli borcumu əda və vədələrimi sözsüz yerinə yetirəcəkdir.” Və Səddən nəql etmiş ki, Rəsulullah (s) “Cöhfə” günündə Əlinin əlindən tutub, xütbə oxudu. Allaha həmd və səna edib buyurdu: “Ey insanlar, mən sizin vəlinizəmmi?” Dedilər: “Bəli, ey Rəsulullah (s).” Sonra Əlinin əlini qaldırıb dedi: «هذا وليّي وَ يُؤَدّي عَنّـي دَيْنـي» “Bu mənim vəlimdir və mənim borcumu əda edəcək.” Bu hədisi 54-cü məktubun axırında nəzərdən keçirdiniz və Əbdür-Rəzzaq və “Came” Müəmmərdən, o da Qətadədən vermişdir ki, Əli (ə) Peyğəmbərdən (s) sonra borclarını ödədi ki, hamısı Peyğəmbərin vədləri idi. Mühasibəyə əsasən, 500 min dirhəmə çatırdı. Əbdür-Rəzzaqa deyildi: “Peyğəmbər bu vəsiyyəti ona etmişdir?” Dedi: “Şübhəm yoxdur ki, Peyğəmbər onu Əliyə vəsiyyət etmişdi və elə olmasaydı, qoymazdılar ki, Əli onun borcunu əda etsin.” “Kənzül-Ümmal”ın 4-cü cildinin 60-cı səhifəsində onu vermişdir ki, 1170-ci hədisdir.

3 Çoxlu və aydın nüsuslara əsasən Peyğəmbər (s) Əliyə vəsiyyət etdi ki, ümmətinin ixtilaflarını onlara bəyan etsin. 48-ci məktubun 11 və 12-ci hədisi, bu ikisindən başqa əvvəldə nəql etdiklərimiz və xatırlatdıqlarımız kafidir.

4 Bu mətləbi 36, 40, 54 və 56-cı məktublarda işıqlandırdıq.

5 Peyğəmbərlə vəsi arasında qardaşlıq ardıcıl deyilmişdir. Onun isbatı üçün 32 və 34-cü məktublara baxmaq kifayətdir.

6 Onun övladlarının atası olması həqiqəti, vicdanla desək, məlum məsələdir. Əliyə buyurdu: “Sən mənim qardaşım və övladlarımın atasısan və mənim sünnəm uğrunda mübarizə aparacaqsan.” Bu hədisi Əbu Yəlanın “Müsnəd”ində və “Kənzül-Ümmal”ın 6-cı cildinin 404-cü səhifəsində gəlmişdir. Buseyrinin təsrihinə əsasən onu nəql edənlər etibarlıdırlar. Əhməd də “Mənaqib”də onu İbn Həcərin “Səvaiqül-Mühriqə”sinin 75-ci səhifəsində 9-cu babın 2-ci fəslinin axırında verdiyi kimi zikr etmişdir. Rəsulullah (s) buyurub: “Allah hər bir peyğəmbərin nəslini onun “sülb”ündə qoymuşdur və mənim nəslimi Əlinin.” Bu hədisi Təbərani “Əl-kəbir”də Cabirdən və Xətib tarixində İbn Abbasdan nəql etmişlər ki, “Kənzül-Ümmal”ın 6-cı cildinin 152-ci səhifəsindəki həmin 2510-cu hədisdir. Peyğəmbər (s) buyurdu: “Qadınların övladları onların ərinə mənsub edilir, Fatimənin övladlarından başqa, onların ataları isə mənəm.” Bu hədisi Təbərani “Zəhran”dan nəql etmiş ki, İbn Həcərin “Səvaiq”inin 11-ci babının 2-ci fəslinin 112-ci səhifəsindəki 22-ci hədisdir. Təbərani onu İbn Ömərdən nəql etmişdir, necə ki, “Səvaiq”in göstərilən səhifəsində mövcuddur. Hakim bu hədisə oxşarını “Müstədrək”in 3-cü cildinin 164-cü səhifəsində Cabirdən nəql etmiş və sonra demişdir: “Bu hədisin sənədləri doğrudur.” Amma Buxari və Müslim onu nəql etməmişlər. Hakimin “Müstədrək” və Zəhəbinin “Təlxis”də verdikləri Buxarinin və Müslimin şərtinə əsasən, düzgün hesab etdikləri hədisdə deyilir: Peyğəmbər (s) buyurmuşdur: “Amma sən ey Əli, qardaşım və övladlarımın atasısan, məndənsən və mənə mənsubsan.” Bundan əlavə başqa sərih “nüsus”lar da gəlib çatmışdır.

7 Hədis və nüsuslar içərisində vəzirlik haqqında gəlib çatmış bu hədis sənə kifayət edər: «انت مني بمنـزلتي هارون من موسي» Necə ki, 26-cı və başqa məktublarda onu işıqlandırdıq. Həmçinin “İnzar” və “Yovmüd-Dar” hədisində buyurulur: «اَيّكُم يُوازرني علي امْري هذا؟ فقال عليّ اَنا يا رسولَ الله أكُون وزيرُك عليه...» 20-ci məktubda onu verdik və Allah Buseyriyə rəhmət etsin ki, özünün “Həmzəli” şerində deyir:

«و وزير بن عمه في المعالي و من الاهل تسعد الوزراء» “O yüksək məqamlarda əmisi oğlu vəziridir və bu sülalədən vəzirlər ucalır.”

«لم يَزِده كشْفُ الغِطاء يَقينا بلْ هُوَ الشّمس ما عليه غطاءُ» “Pərdənin çəkilməsi onun yəqinliyini artırmamış. Yox, o özü pərdəsiz günəşdir.”


8 İslam ümməti həmfikirdirlər ki, Allahın kitabında elə ayə vardır Əlidən başqa kimsə ona əməl etməmiş və ondan sonra da qiyamətə qədər heç kəs ona əməl etməyəcəkdir. O “Mücadilə” surəsinin “nəcva” (ayə 12-13) ayəsidir. Onda dost və düşmən müttəfiqdirlər. Bu barədə dəqiq rəvayətlər və nüsuslar gəlib çatmışdır ki, Buxari və Müslimin şərtinə əsasən doğrudurlar. Bu hədislərdən ümmətin az-çox xəbəri var. Xəbərdarlıq üçün kifayətdir ki, Hakimin “Müstədrək”inin 2-ci cildinin 482-ci səhifəsində və Zəhəbinin “Təlxis”ində həmin səhifəyə baxılsın.

Bu ayənin təfsirinin daha aydın olması üçün Sələbi, Təbəri, Süyuti, Zəməxşəri, Razi və başqalarının təfsirinə baxın və 74-cü məktubda Ümmü-Sələmə və Abdullah ibn Ömərin o Həzrətin vəfatı zamanı və “Taif” günü Peyğəmbər (s) ilə Əlinin (ə) sirli söhbəti haqqında hədislərlə xəbərdar olacaqsınız. Orada görəcəksiniz ki, Rəsulullah (s) o gün buyurdu: “Əlini Mən sirdaş seçməmişəm, əksinə Allah onu seçibdir.” Həmçinin onların xüsusi danışıqlarında Ayişəyə aid bəzi məsələlərdən də xəbərdar olacaqsınız (diqqət edin).



9 Əli onun vəlisi olduğu haqda İbn Abbasın Peyğəmbər (s) barədə hədisi kifayətdir ki, 26-cı məktubda keçdi. Orada verilmişdir ki, Peyğəmbər Əliyə (ə) buyurdu: «اَنْتَ وليّي في الدّنيا و الآخرة» “Sən dünya və axirətdə mənim vəlimsən.” Demək olar, bu məsələ İslamın zərurətlərindəndir. Hədislərin dərin təhqiqi və toplanmasına ehtiyac yoxdur.

10 68-ci məktubda bu barədə verilən “vəsayət” nüsusu kifayətdir.

11 48-ci məktubun 9-cu hədisinə və verilmiş izahata baxın.

12 48-ci məktubun 10-cu hədisinə baxın.

13 48-ci məktubun 14-cü hədisinə baxın.

14 8-ci məktuba baxın.

15 48-ci məktubun 16-cı hədisinə və başqalarına əsasən.

16 48-ci məktubun 17-ci hədisinə və başqalarına əsasən.

17 İmam Əhməd “Müsnəd”in 2-ci cildinin 442-ci səhifəsində Əbu Hüreyrədən nəql etmişdir ki, Rəsulullah (s) Əli, Fatimə, Həsən və Hüseynə (ə) baxıb buyurdu: «اَنَا حَرْبٌ لِمَن حَارَبكُمْ وَسِلْمٌ لِمَنْ سالَمَكُم» Həmçinin, doğru hədisə əsasən, Həzrət (s) bir gün onlara paltarla zinət bağışladı və buyurdu: «انا حرْبٌ لمن حاربَـهم وسِلْم لمن سالَمَهم وَ عَدوٌّ لمن عاداهم» Bu hədisi İbn Həcər “Səvaiq” kitabının 11-ci babının 1-ci fəslində onların fəzilətləri haqqındakı ayələrin birinci ayəsindən sonra nəql etmişdir. Peyğəmbərin (s) bu «حَرْبُ عَلِيّ حَرْبي وَسِلْمُهُ سِلْمي» “Əli ilə müharibə, mənimlə müharibə, onunla sülh mənimlə sülh” – sözü “müstəfiz” şəkildə nəql olunmuşdur.

18 48-ci məktubun 20-ci hədisinə müraciət edin. Əlavə olaraq «اللهمّ والِ مَن والاه عادِ مَن عاداه» – cümləsi mütəvatirdir. Bu qədər kifayətdir və şükür Allaha, 36-cı məktubda Büreydənin hədisində bildiniz ki, Rəsulullah buyurdu: «مَن اَبغضَ عليّا فقد اَبغضَني وَ من فارَقَ عليّا فقد فارقَني» və mütəvatir şəkildə gəlib çatmışdır: «لا يحبُّه الاّ مؤمن و لا يُبغضه الاّ منا فِق». Allaha and olsun, bu Peyğəmbərin (s) vəsiyyəti, əhd-peymanıdır.

1 48-ci məktubun 19, 20, 21-ci və s. hədislərə əsasən.

2 Həmin məktubun 23-cü hədisinə əsasən və «اللهم وال من والاه و عاد من عاداه» – mütəvatir cümləsi sənə kifayətdir. Bu qədər bəsdir və şükür Allaha, 36-cı məktubda Büreydənin hədisində bildin ki, Rəsulullah (s) buyurdu: «من ابغض عليّا فقد ابغضني و من فارق عليّا فقد فارقني». Yenə mütəvatir şəkildə gəlib çatmışdır: «لا يحبه الا مومن و لا يبغضه الا منافق » Allaha and olsun ki, bu Peyğəmbərin vəsiyyəti, əhd və peymanıdır.

3 Əmr ibn Şaşın hədisini nəzərdən keçirsəniz kifayətdir və orada deyilir: «من آذا عليا فقد آذاني». Əhməd “Müsnəd”in 3-cü cildinin 483-cü səhifəsində, Hakim “Müstədrək”in 3-cü cildinin 123-cü səhifəsində, Zəhəbi “Təlxis”in həmin səhifəsində onun düzgünlüyünə etiraf, Buxari öz tarixində, İbn Səd “Təbəqat”da, ibn Əbu Şeybə özünün “Müsnəd”ində, Təbərani “Əl-kəbir”də onu nəql etmişlər. Bu hədis “Kənzül-Ümmal”ın 6-cı cildinin 400-cü səhifəsində mövcuddur.

4 48-ci məktubun 18-ci hədisinə və s. əsasən.

5 48-ci məktubun 18-ci hədisinə əsasən.

6 Həmin məktubun birinci hədisinə və s. əsasən.

7 48-ci məktubun 2, 3, 4 və 5-ci hədislərinə bax.

8 Həmin məktubun 6-cı hədisinə bax.

9 Həmin məktubun 7-ci hədisinə və s. əsasən.

1 Bu barədə 8-ci məktubdakı “Səqəleyn” haqqında düzgün rəvayətlərdən verilən xəbər kifayətdir ki, həqiqəti ayıqlara aydınlaşdırır və 50-ci məktubda gəldiyi kimi: «انّ عليّا مع القرآن و القرآنُ مع عليّ لا يفترقان»

2 Onu 26, 28, 30, 32 və 34-cü məktublar işıqlandırır.

3 48-ci məktubun 13-cü hədisinə əsasən.

4 50-ci məktubda verdiyimiz hədisə əsasən, ora və izahına baxın.

5 “Mübahilə” ayəsi və İbn Ovfanın 50-ci məktubda verilən hədisinə əsasən.

6 68-ci məktubdakı rəvayətlər kimi.

1 48-ci məktubun 15-ci hədisinə və ona aid izahatlara müraciət edin.

2 Ağlın hökmünə əsasən, Peyğəmbər (s) ola bilməz ki, vəsiyyətə əmr edə, bu məsələni ümmətindən ciddi tələb edə, amma özü (ümmətin onun vəsiyyətinə hədsiz ehtiyacı olan çətin halda) onu başlı-başına buraxa. Çünki o Həzrət elə şeyi irs qoyurdu ki, qəyyuma bərk ehtiyacı var idi, elə “yetimlər” qoyub gedirdi və elə çətin vəziyyətdə başçıya möhtac idilər ki, heç kəs onunla müqayisə edilə bilməzdi. Nəuzubillah, o özünün qiymətli irsinə – şəriət və Allahın ehkamına qayğısızlıqmı göstərmək, istəyirdi, yer əhlini yetim və başsız, qaranlıqda başlı-başınamı buraxmaq istəyirdi və onların, rəhbər və pişvasız həyatlarına davam etmələrinəmi razı idi?!

Vicdan hökm edir ki, Peyğəmbər Əlini vəsi seçmişdir. Çünki o Həzrət Əliyə göstəriş vermişdi ki, ona qüsl versin, hünutlasın, kəfənləsin, borclarını qaytarsın müsəlmanların ixtilaflarını ondan sonra bəyan etsin, hamıya çatdırsın ki, özündən sonra Əli onların vəlisidir... və bu məktubda işarə olunanlar.



1 Bu və bundan sonrakı hədis düzgün və “müstəfiz” rəvayətlərdəndir. “İstiab”da Xədiceyi-Kübranın şərhi-halına müraciət edin. Orada zikr etdiyim sözləri eynilə görəcəksən. Buxari və Müslim də bu hədisi bu ikisinə oxşar sözlərlə nəql etmişlər.

2 Necə ki, Buxari (غيرة النساء و وجدهن) babında “nikah” kitabının axırında, “Səhih”in 3-cü cildinin 175-ci səhifəsində vermişdir.

3 Onlardan bir hissəsini biz öz kitabımız “Kəlimətül-qərra”da, ikinci mətləbdə vermişik. Bilmək istəyənlər ora baxsın.

1 Tirmizi onu Ümmül-möminin Səfiyyənin qulamı Kənanədən nəql etmiş, İbn Əbdül-Birr Səfiyyənin şərhi-halında “İstiab”da, İbn Həcər “Əl-isabə”də onun şərhi-halında və Şeyx Rəşid Rza “Əl-minar”ın 12-ci cildinin 589-cu səhifəsinin sonunda və başqa xəbər və hədis nəql edənlər də onu zikr etmişlər.

1 “Sihah”ın hökmlərinə, Buxarinin “Səhih”ində “cihad və sirə” kitabının “ما جاء في بيوت ازواج النبي” babına, ikinci cüz, 125-ci səhifəsinə bax. Təfsilatı ilə tapacaqsan.

2 “Cəməli-Əsğər” müharibəsinin fitnəsi Əmirəl-möminin (ə) Bəsrəyə daxil olmamışdan əvvəl 36-cı ilin rəbiüs-sani ayının axırına beş gün qalmış üz vermişdir. Ümmül-möminin Təlhə və Zübeyr ilə Bəsrəyə həmlə etdilər. İmamın valisi o vaxt Osman ibn Hüneyf Ənsari idi. Bu həmlədə Əli şiələrindən 40 nəfər məsciddə, 70 nəfər başqa yerdə öldürüldülər. Səhabə füzəlalarından olan Osman ibn Hüneyfi əsir aldılar. İstədilər ki, onu öldürsünlər, amma qardaşı Səhl və “ənsar”ın qan almağa qalxmalarından qorxdular. Lakin, bığını, saqqalını, qaşlarını və başının tükünü yoldular və özünü də döyüb həbs etdilər. Sonra onu Bəsrədən xaric etdilər. Həkim ibn Cəbələ öz qəbiləsindən (Əbdi Qeys) bir qrupla onlarla mübarizəyə qalxdı. Həkim qəbiləsinin başçısı, açıq fikirli, qeyrətli və ağıllı bir şəxs idi. “Rəbiə” qəbiləsindən də bir qrup onlara qoşuldu və hamısı müharibənin qızğın çağında şəhid oldular. Həkimlə bərabər oğlu Əşrəf və qardaşı Rəl də şəhid oldular və Ayişə Bəsrəni aldı. Sonra Əli (ə) Bəsrəyə çatdı. Ayişə və qoşunu onun önündə sıraya düzüldülər və “Cəməli-Əkbər” müharibəsi başlandı. Bu iki hadisənin təfsilatı İbn Cərir, İbn Əsirin tarixində və digər tarixlərdə, “sirə və xəbər” kitablarında mövcuddur.

3 Əbül-Fərəc İsfahani özünün “Məqatilüt-Talibin” kitabının sonunda Əlinin şərhi-halında verdiyi kimi, digər etibarlı xəbər və tarix yazanlar onu qeyd etmişlər.

4 Buxari “Səhih”in 3-cü cildinin 62-ci səhifəsində “mərəzün-Nəbi və vəfatuhu” babında verdiyi kimi.

1 Bu xüsusi cümləni, yəni İbn Abbasın “Ayişənin Əlidən xoşu gəlmirdi və istəməzdi ki, ondan yaxşılıqla danışılsın” – cümləsini Buxari həzf etmiş və onun əvvəlini vermişdir ki, adəti üzrə belə hallar onda vardır. Amma sünnilərdən çoxu düzgün sənədlərilə onu vermişlər. O cümlədən İbn Səd “Təbəqat”ın 2-ci cildinin 2-ci hissəsinin 29-cu səhifəsində Əhməd ibn Həccacdan, o da Abdullah ibn Mübarəkdən, o da Yunisdən və Müəmmər onu Zöhridən, o da Abdullah ibn Ütbə ibn Məsud İbn Abbasdan nəql etmişlər. Sənədin ravilərinin hamısı höccət və qəbuldurlar.

2 “Bəqərə”, 180-ci ayə.

3 Buxarinin “vəsiyyətlər” kitabının əvvəlində “Səhih”in 2-ci cildinin 83-cü səhifəsində verdiyi və Müslimin “Səhih”inin 2-ci cildinin 10-cu səhifəsində “vəsiyyət” kitabında yazdığı kimi.

1 Müəmmər Qütadədən nəql edir: “Əli Peyğəmbərin vəfatından sonra onun malı və borclarını hesabladı ki, cəmi beş yüz min dirhəmə çatdı. “Kənzül-Ümmal”ın 4-cü cildinin 60-cı səhifəsinə baxın, 1170-ci hədisdir.

2 Buxarinin onu “Səhih”in 3-cü cildinin 37-ci səhifəsində «غزوة خيبر» babının axırında və Müslimin “Səhih”in 2-ci cildinin 72-ci səhifəsində “cihad” kitabının «قول النبي لانورّث، ما تركناه فهُوَ صدقة» babında yad etdiyi kimi.

3 Məhəmməd ibn İsmayıl Buxari “Səhih”in 2-ci cild, “cihad və siyər” bölməsinin “cəvaizül-vəfd” babında118-ci səhifədə həmin sözlərlə, Müslim “Səhih”də və Əhməd ibn Hənbəl “Müsnəd”də İbn Abbasdan və başqa “səhih” və “məsanid” yazanlar onu nəql etmişlər.

1 “Səhih”in 2-ci cild, “cihad və siyər” bölməsinin 118-ci səhifəsində “cəvaizül-vəfd” babına baxın.

1 Kəlam elmində əqli nəzəriyyə.

1 İbn Əbil-Hədidin “Nəhcül-bəlağənin şərhi”nin 2-ci cildinin 77-ci səhifəsi və həmçinin, 457-ci, 497-ci səhifələrinə baxın. Orada onun Osman, Əli və Fatimə ilə rəftarı aydın göstərilir ki, hissə qapılma halları aydın cilvələnir.

2 Bu müsibətin təfsilatını bilmək istəyən Hakimin “Müstədrək”inin 4-cü cildinin 39-cu səhifəsində Mariyanın şərhi-halına, ya onun (Zəhəbinin yazdığı) “Təlxis”inə baxın.

3 Buxari “Səhih”in 3-cü cildinin 136-cı səhifəsində “Təhrim” surəsinin təfsirində verdiyi kimi. Ora bax və təəccüblən. Orada Ömərdən nəql olunmuş neçə hədis taparsan ki, deyir: “Rəsulullahın (s) əleyhinə olan o iki qadın Ayişə və Həfsə idilər. Orada geniş bir hədis var və başqa hədislər də hamısı bu qəbildəndir. (“Məğafir” bir yapışqan növüdür ki, ağacdan süzülür və xoşagəlməz iyi var.)

Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə