Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 3,93 Mb.
səhifə29/32
tarix02.01.2018
ölçüsü3,93 Mb.
#19157
1   ...   24   25   26   27   28   29   30   31   32
5 Bu, “Kənzül-Ümmal”ın 6-cı cildinin 156-cı səhifəsində verilən 2539-cu hədisdir.

6 Hakim “Müstədrək”in 3-cü cildinin 129-cu səhifəsində onu vermiş, çoxlu “sünən” yazanlar onu nəql etmiş və düzgün bilmişlər.

7 Deyləmi İbn Abbasdan onu nəql etmişdir ki, “Kənzül-Ümmal”ın 6-cı cildinin 157-ci səhifəsindəki 2631-ci hədisdir.

8 34-cü məktubda onun izahında yazdığımıza bax və orada haqqında zikr etdiyimiz hədislərə diqqət et.

1 “Kənzül-Ümmal”ın 6-cı cildinin 157-ci səhifəsinin həmin 2632-ci hədisidir.

2 Təbərani onu “Əl-övsət”də, Xətib “Əl-müttəfəq vəl-müftərəq”də nəql etmişdir. Necə ki, “Kənzül-Ümmal”ın 6-cı cildinin 159-cu səhifəsinin əvvəlində verilmişdir ki, 34-cü məktubda göstərdik və tədqiqatçılara faydalı olan məsələləri xatırlatdıq.

3 Təbərani “Əl-Kəbir”də və İbn Əsakir Əbil-Həmradan “məruf” şəkildə nəql etmişdir. “Kənzül-Ümmal”ın 6-cı cildinin 157-ci səhifəsində də verildiyi kimi.

4 İbn Əbil-Hədid bu xəbəri hər ikisindən nəql etmişdir ki, “Nəhcül-bəlağənin şərhi”, 2-ci cildinin 449-cu səhifəsindəki xəbərlərdən 4-cü xəbərdir. İmam Razi “mübahilə” ayəsinin mənasında özünün “Təfsiri-Kəbir”inin 2-ci cildinin 228-ci səhifəsində onu vermiş, onu müvafiq və müxalif nöqteyi-nəzərindən müsəlləm (düzgün) hədis hesab etmişdir. Bu hədisi İbn Bittə İbn Abbasdan nəql etmişdir. Necə ki, Qahirə sakini Əhməd ibn Siddiq Həsəni Məğribinin «فتح الملك العلي في صحة حديث باب مدينة العلم عليّ» kitabının 34-cü səhifəsində verilmişdir. “Əli bütün peyğəmbərlərin sirlərini özündə cəmləyəndir” – fikrini etiraf edənlərdən olan ariflər şeyxi Mühyiddin Ərəbidən nəql edibdir. Necə ki, arif Şərani “Əl-yəvaqit vəl-Cəvahir” kitabının 32-ci bəhsinin 172-ci səhifəsində ondan nəql etmişdir.

5 Hakim “Müstədrək”in 3-cü cildinin 122-ci səhifəsində onu vermişdir.

6 Təbərani və İbn Mərdəveyh onu İbn Abbasdan, və Deyləmi Ayişədən nəql etmişdir və bu “müstəfiz” (düzgün) hədislərdəndir.

7 Əbu Nəim və İbn Əsakir Əbu Yəladan “mərfu” şəklində nəql etmiş və İbn Nəccar da İbn Abbasdan mərfu şəkildə vermişdir. İbn Həcərin “Səvaiq”inin 9-cu babının 2-ci fəslində, 74-cü səhifənin axırında və onun sonunda vermişdir.

8 Bu hədisləri Hakim “Müstədrək”in 3-cü cildinin 140 və 147-ci səhifəsində vermiş, onları düzgün bilmiş və Zəhəbi “Təlxis”də Buxari və Müslimin şərtinə əsasən, onun doğruluğunu etiraf etmişdir.

1 Hakim “Müstədrək”in 3-cü cildinin 122-ci səhifəsində onu vermiş və demişdir: Bu hədis “Şeyxeyn”in (Buxari və Müslim) şərtinə əsasən düzdür.” Amma o ikisi bunu nəql etməmişlər. Zəhəbi də Şeyxeynin şərtinə əsasən, onu düzgün bilmiş, bunu “Təlxis”də hədisin nəqlindən sonra demişdir. İmam Əhməd Hənbəl bu hədisi Əbu Səid Xidridən “Müsnəd”in 3-cü cildinin 33 və 82-ci səhifələrində nəql etmiş, Beyhəqi “Şöəbül-İman”da, Səd ibn Mənsur özünün “Sünən”ində, Əbu Nəim Hilyədə və Əbu Yəla “Sünən”də onu vermiş ki, “Kənzül-Ümmal”ın 6-cı cildinin 155-ci səhifəsindəki həmin 2585-ci hədisidir.

2 Hakim 139-cu səhifədə onu iki təriqlə nəql etmiş və həmçinin sonrakı hədis “Müstədrək”in 3-cü cildində gəlmişdir.

3 İbn Əsakir nəql etdiyi kimi, o hədis “Kənzül-Ümmal”ın 6-cı cildinin 155-ci səhifəsindədir.

4 “Kənzül-Ümmal”ın 6-cı cildinin 155-ci səhifəsində olduğu kimi Deyləmi onu vermişdir.

5 “Kənzül-Ümmal”ın 6-cı cildinin 155-ci səhifəsində olduğu kimi, Təbərani onu “Kəbir” kitabında vermişdir.

6 O, İbn Əbu Əxzərdir. İbn Səkən onu yad etmiş və bu hədisi ondan (Haris ibn Həsirə təriqiylə) Cabir Cöfidən, o da İmam Baqirdən (ə), o da atası Zeynəlabidindən (ə), o da Əxzərdən, o da Peyğəmbərdən (s) nəql etmişdir. İbn Səkən demişdir: “O, səhabələr arasında məşhur deyildir. Hədisin sənədləri şubhəlidir.” Bunların hamısını Əsqəlani “Əl-İsabə” kitabında Əxzərin şərhi-halında zikr etmişdir. Darü-Qütni bu hədisi “Əl-İfrad”da vermiş və demişdir: “Bu hədisi yalnız Cabir Cöfi zikr etmiş və o, rafizidir.”

7 Əbu Nəim bu hədisi Məazdan və ondan sonrakı hədisi Əbu Səiddən “Hilyətül-Övliya”da vermişdir. Hər iki hədis “Kənzül-Ümmal”ın 6-cı cildinin 156-cı səhifəsində mövcuddur.

1 Hakim “Müstədrək”in 107-ci səhifəsində onu vermiş və Zəhəbi “Təlxis”də onu təqib etməmişdir.

2 İbn Əsakir və başqa “sünən” sahibləri onu vermişdir.

3 İbn Əsakirin verdiyi hədisdir.

4 Təbərani, İbn Hatəm və “sünən” yazan başqa bir qrup onu vermişlər. İbn Həcər onu nəql etmiş və əvvəlki üç hədisi də “Səvaiq”in 9-cu babının 3-cü fəslinin 76-cı səhifəsində nəql etmişdir.

5 Xəbər əhli və “sünən” yazanlar onu İbn Əyyaşdan nəql etmişlər və bunu “Səvaiq”də (əvvəldə işarə etdiyimiz yerdə) görə bilərsiniz.

6 Sələfi “Ət-tüyuriyyat” kitabında və İbn Həcər “Səvaiq”də, əvvəl göstərdiyimiz yerdə onu nəql etmişdir.

7 Bu nəzərlər müxtəlif şəkildə onlardan çatmış və İbn Həcər “Səvaiq”in 2-ci fəslinin 9-cu babının 72-ci səhifəsinin əvvəlində onu nəql etmişdir.

1 -20, 26, 36 və 40-cı məktublarda onu zikr etdik.

2 Hakim “Müstədrək”in 3-cü cildinin 124-cü səhifəsində və Zəhəbi “Təlxis”in həmin səhifəsində (düzgünlüyünü açıqlayaraq) göstərmişlər. O, “müstəfiz” (doğru) hədislərdəndir və hamı bilir ki, Əli Quranladır, Quran da Əliylə, 8-ci məktuba baxdıqda, İmamın yaxınlarının və onun nəslinin haqqını başa düşərsən.

3 Xətib, Bəradan və Deyləmi, İbn Abbasdan onu nəql etmişlər və İbn Həcər “Səvaiq”in 75-ci səhifəsində onu vermiş, “Səvaiq”in 2-ci fəslinin 9-cu babında 40-cı hədisin 35-ci hədisinə bax.

4 “Kənzül-Ümmal”ın 6-cı cildinin 405-ci səhifəsindəki 6133-cü hədisdir və sənin üçün bircə bu kifayətdir ki, o (Əli (ə)), Allahın rəsulunun özü kimidir. Fəxri Razinin “Mübahilə” ayəsinin təfsirində (“Məfatihül-Qeyb” təfsiri, 2-ci cild, səh. 488) göstərdiyi kimi. Bizim “Əl-Kəlimətül-Qərra” kitabında bu ayənin bəhsində verdiyimiz mətləbləri nəzərdən qaçırma.

1 Sünnilərin tanınmış şəxsiyyətlərindən bir qrupu onun düzgünlüyünü təsdiq etmişlər. Hətta, İbn Həcər “Səvaiq” kitabının 1-ci babının 5-ci fəslinin 25-ci səhifəsində Təbərani və başqalarından nəql etdiyi şübhələrdən 11-ci şübhədə onun doğruluğunu etiraf etmişdir.

2 Özünün rehlət (vəfat) xəbərini verdi ki, Allahın əhdini təbliğ etmək vaxtı çatmışdır, özündən sonra xəlifə təyin etməlidir və onu təxirə sala bilməz. Çünki ola bilər ki, ümmətin ehtiyacı olan bu işin bünövrəsini möhkəmləndirmədən əvvəl bu dəvət yerinə yetirilə (o həzrət vəfat edə).

3 Qardaşının xəlifəliyə elanı ilə irəli keçmək istəyənlərə, həsəd aparanlara, kinlilərə və nifaq əhlinə ağır olduğunu bilərək, Peyğəmbər (s) istədi onu bu şəkildə (bir-başa elan etmədən) təbliğ etsin ki, onların qəlblərini yavaş-yavaş yumşaltsın, onların pis sözləri və bəd əməllərini azaltsın. Bu şəkildə onlara dedi: “Mən məsulam”. Halbuki bildirdi özü yalnız məmurdur, onlardan sorğu-sual olunacaq. Bunu Vahidi “Əsbabun-Nüzul” kitabında vermiş və demişdir: Bu ayə – يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ Qədir-xum günü və Əli ibn Əbu Talib haqqında nazil olmuşdur.

4 Ola bilsin, o həzrətin “Siz də məsulsunuz və dindiriləcəksiniz”-dən məqsədi Deyləmi və başqalarının nəql etdikləri mətləbə işarədir. Belə ki, “Səvaiq” və başqa kitablarda vardır ki, İbn Səid deyir: “Peyğəmbər (s) buyurdu ki, bu ayənin وَقِفُوهُمْ إِنَّهُم مَّسْئُولُونَ (Onları məhşər günü dayandırın ki, dindirilməlidirlər) – təfsiri budur: Onları dayandıran ki, Əlinin vilayəti haqqında dindiriləcəklər.” İmam Vahidi də demişdir: “Onlar Əlinin vilayəti və Əhli-beyt haqqında dindiriləcəklər. Buna görə Peyğəmbərin (انكم مسؤلون) “siz məsulsunuz”-dan məqsədi vilayət və o həzrətin vəsiyyəti ilə müxalif olanların təhdidi olmuşdur.”

5 Bu xütbə haqqında fikirləş. Hər kəs dərindən düşünsə anlayar ki, məqsəd şiənin dediyi kimi, Əlinin vilayətinin üsuli-dindən olmasını çatdırmaqdır. Çünki o həzrət soruşmuşdu: Məgər siz şəhadət vermirsinizmi ki, Allahdan başqa bir məbud yoxdur və Məhəmməd (s) onun qulu və rəsuludur? Sonra sözünə davam edərək istəmişdir ki, qiyamət və ölülərin dirilməsinə mötəqid olduqlarını etiraf etsinlər və nəhayət, vilayət məsələsini qarşıya qoymaqla elan etmişdir ki, bu da eynilə yuxarıda iqrar etdiklərinizlə bir səviyyədədir. Bu isə nitq üslubu və deyiliş tərzindən tanış olanlar üçün çox aydın məsələdir.

6 Məqsəd budur ki, Allah mənim barəmdə ölçü götürməyə məndən daha layiqdir, mən möminlər barədə ölçü götürməyə onların özlərindən daha layiqəm və mən möminlərə qarşı necəyəmsə, Əli (ə) də onlara o cürdür.

1 Bu Təbərani, İbn Cərir, Hakim vəTirmizinin Zeyd ibn Ərqəmdən nəql etdikləri hədisin ləfzinin eynidir. İbn Həcər və başqaları da Təbəranidən gördüyünüz kimi onu nəql etmişlər və onu Müslim düzgün bilmişdir. “Səvaiq”in 25-ci səhifəsinə baxın.

2 3-cü cild, səh. 109.

3 3-cü cild, səh. 533.

4 “Müsnəd”, 4-cü cild, səh. 372.

5 “Xəsaisül-Ələviyyə”nin 21-ci səhifəsində «مَنْ كُنْتُ ولـيّه فَهَذا وَلِـيُّه»-dən söhbət etdiyi yerdə.

1 Əbu Tüfeylin sualından belə anlaşılır ki, o, bu ümmətin işindən təəccüblənib ki, “qədir” hadisəsi ola-ola, Əlini (ə) necə kənar ediblər? Guya, o, bu rəvayətə şübhə edir. Çünki Zeyddən eşidəndə soruşur ki, görəsən özü eşidibdir, ya yox. Zeyd o qədər adamların olmasına baxmayaraq cavab verir ki, hətta orada bir nəfər belə yox idi ki, gözləri ilə onu görməsin və qulaqları ilə eşitməsin. Bu vaxt Əbu Tüfeyl başa düşür ki, xilafət məsələsi şair Kümeytin dediyi kimidir:

«و يوم الدوح دوح غدير خم ابانَ له الخلافة لو اُطيعا ولم أر مثل ذاك اليوم يوما»

“O gün Qədir-xumun ağacları xilafəti aşkar bəyan etdi, heyf ki, itaət olunmadı və mən o günkü gün kimi gün görməmişdim.”

«ولم أر مثله حق اُضيعا و لكن الرجال تبايعوها فلم أر مثلها خطرا مبيعـا»

“Elə haqq görmədim ki, belə aşkar zay olsun. Amma onlar onu müamilə etdilər (alıb-satdılar). Mən heç vaxt belə bir qiymətli müamilə (mal) görməmişdim.”


2 2-ci cild, səh. 325.

3 “Müsnəd”, 4-cü cild, səh. 281.

4 “Xəsaisül-Ələviyyə”nin 4-cü səhifəsində “Allah dərgahında Əlinin məqamı” bölməsində və səh. 25-də “Onu sevməyə rəğbətləndirmək və onunla düşmənçilikdən çəkindirmək” babında onu nəql etmişdir.

5 Nisainin “Xəsais”in 25-ci səhifəsində verdiyi kimi.

6 Məhəmməd Məhmud Rafeinin “Haşimiyyat”ın şərhinin müqəddiməsində səh. 8-də verdiyi kimi, Vəlid ibn Üqbə ibn Əbu Muitin cavabında deyilmiş şerlərdəndir.

1 Maidə, ayə 67. Şiələrin fikrincə, bu ayə sorğu-sualsız Əlinin vilayəti haqqında, Qədir-xum günü nazil olmuş və bu haqda bizim xəbərimiz Əhli-beyt imamları tərəfindən deyilmişdir. Amma, imam Vahidinin “Əsbabün-nüzil” kitabının 150-ci səhifəsində “Maidə” surəsinin bu ayəsinin təfsirində qeyri-itrət təriqiylə iki mötəbər təriqdən verdikləri sizə kifayət edər. O, Ətiyyə və Əbu Səid Xidridən nəql edir ki, bu ayə Qədir-xumda Əli ibn Əbu Talib haqqında nazil olub.

Mən deyirəm: Bu xəbəri Hafiz Əbu Nəim özünün “Nüzulul-Quran” kitabında bu ayənin təfsirində iki sənədlə nəql etmişdir ki, biri Əbu Səiddən, digəri Əbu Rafedəndir. İmam İbrahim ibn Məhəmməd Həməveyni Şafei “Əl-Fəraid” kitabında da onu çoxlu təriqlərlə Əbu Hüreyrədən nəql etmişdir. İmam Əbu İshaq Sələbi ayənin mənasında özünün “Kəbir” təfsirindən iki mötəbər sənədlə onu vermişdir. Bunları şahid gətirməkdən məqsəd odur ki, bu ayənin nüzulundan əvvəl namaz qılınırdı, zəkat, oruc, həcc vacib idi, halal-haram bəyan olmuşdu, şəriətin nizam və ehkamları müəyyənləşdirilmişdi.

Beləliklə, vilayət əhdindən başqa hansı məsələ qalmışdı ki, Allah tərəfindən belə təkidə səbəb olmuş və onun elan olunması israrı bir növ təhdid şəkli almışdı? Peyğəmbər xilafətdən başqa hansı işin təbliğində fitnədən qorxmuşdur ki, Allah tərəfindən xalqın əziyyətindən qorunmasına ehtiyacı var idi?


1 Maidə, ayə 3. Əhli-beyt tərəfindən dediklərimiz haqqında düzgün xəbərlər təvatür şəkildə çatmış və burada şübhə yoxdur. Baxmayaraq ki, Buxari bu ayənin Ərəfə günü nazil olduğunu nəql etmiş, amma –«اهل البيت ادري بـما في البيت»– ev əhli (Əhli-beyt) evdə olanları başqalarından daha yaxşı bilir.

2 Əhməd Zeyni Dəhlan özünün “Əs-siyrətün-Nəbəviyyə” kitabının “həccətül-vida” babında yazır: “Peyğəmbər (s) Mədinədən 90000 və ya 124000 nəfərlə xaric oldu.” Bu saydan çox da deyilmişdir. Bu, onunla Mədinədən xaric olanların sayıdır. Amma onunla həcc edənlərin sayı bundan da çoxdur. Buradan aydın olur ki, onunla olanların sayı 100000-dən çox imiş və hamı “qədir” hadisəsinin şahidi olublar.

3 Bu, 15-ci hədisdir ki, 48-ci məktubda verdik və kitabın özündə və haşiyəsində ondan söz açdıq. Yaxşı olar ki, bəhs edənlər ondan xəbərdar olsunlar.

1 İmam Əli (ə) buyurdu: “Nə üçün Rəsuli-Əkrəmin əshabələri ilə birgə ayağa durmadın ki, gördüklərinə şəhadət verəsən? Dedi: Ey Əmirəl-möminin, mənim ömrümün çoxu gedib, yaddan çıxarmışam. Əli (ə) buyurdu: Əgər yalan deyirsənsə, Allah səni bərəsə (ekzema: çil-çil olma) mübtəla etsin, belə ki, hətta əmmamənlə də onu örtə bilməyəsən. Hələ yerindən qalxmamışdı ki, üzünü ləkələr tutdu. Ondan sonra deyirdi: “Allahın saleh bəndəsinin nifrininə mübtəla oldum.”

Mən deyirəm: Bu imam Əlinin məşhur mənaqibindəndir ki, İbn Qüteybə Dinəvəri onu zikr etmiş, “Maarif” kitabının 194-cü səhifəsində Ənəsi xəstəliyə mübtəla olmuşların sırasında vermiş və bu mətləbi İmam ibn Hənbəl “Müsnəd”in 1-ci cildinin 119-cu səhifəsinin axırında vermişdir. Orada demiş: “O həzrətin nifrininə giriftar olmuş üç nəfərdən başqa hamı ayağa durdu.”



1 İbn Əsir “Kamil” kitabının 352-ci il hadisələrində deyir: “Bu il Zilhəccənin 18-də Müizzüd-Dövlə əmr verdi ki, Bağdad şəhərini bəzəsinlər. Baş məclisdə atəş yandırılsın, şadlıq edilsin. Bayram gecəsi bazar açıq olmalıdır. Bu işləri Qədir-xum bayramının şən keçməsi xatirinə gördü. Bu gün şeypur da səslənirdi. Görməli gün idi.” Bu “Kamil”in 8-ci cildinin 181-ci səhifəsinin eyni ibarətləridir.

2 Şair Kümeyt ibn Zeyd demişdir:

«و يوم الدوح دوح غدير خم ابان له الولاية لوْ اُطيعا...» O gün Qədir-xum ağaclarının yanında onun vilayəti aşkar oldu, heyif ki, itaət olunmadı.

«و يوم الغدير استوضح الحقَّ اهله بفيحاء ما فيها حجاب و لا ستر» “Qədir” günü həqiqət əhli həqiqəti aydın başa düşdülər, onu pərdəsiz, hicabsız anladılar.

«اقام رسول الله يدعوهم بها لِيقرّبـهم عُرْف و يَنْـآهم نكر» Allahın rəsulu (s) onu ayağa qaldırdı və xalqı yaxşılığa və pislikdən çəkinməyə dəvət etdi.

«يـمدّ بضبعيه وَ يعلّم انّه وليّ وَ موْلاكم فهل لكم خبر» Əlindən tutub yuxarı qaldırdı və elan etdi ki, o sizin vəliniz və hakiminizdir: Bildinizmi?

«يروح و يغدو بالبيان لمشعـر يروح بهم غمر و يغدو بهم غمر» Səhər-axşam həmişə camaata və dəstələrə öz bəyanı ilə bu həqiqəti söyləyərdi.

«فكان له جهر باثبات حقه وكان لهم في برهم حقه جهر» O, həqiqətin isbatında inadkar ikən, onlar isə bu həqiqətin inkarında ondan da inadkar.

«اثم جعلتم حظه حد مرهف من البيض يوما حظ صاحبه القبر» Sonra isə onu tamam nakam və bəhrəsiz qoydunuz...



1 “Qayətül-Məram”ın müəllifi 16-cı babın sonunda, səh. 89-da təsrih etmiş ki, İbn Cərir “qədir” hədisini 95 mənbədən xüsusi kitabda nəql etmiş və o kitabı “Əl-Vilayə” adlandırmışdır. İbn Üqdə onu 105 mənbədən ayrıca kitabda vermişdir. İmam Əhməd ibn Məhəmməd ibn Siddiq Məğribi təsrih etmişdir ki, Zəhəbi və İbn Üqdə hər biri bu hədis üçün ayrıca bir kitab yazmışlar. Onun kitabının«فتح الملك العلي بصحة باب مدينة العلم علي» xütbəsinə baxın.

2 İbn Həcər “Səvaiq” kitabının 1-ci babının 5-ci fəslində onu təsrih etmişdir.

3 Mən deyirəm: O, İbn Abbasdan da “Müsnəd”in 1-ci cildinin 131-ci səhifəsində və 4-cü cildinin 281-ci səhifəsində Bəradan nəql etmişdir.

4 Onun 5-ci cildinin 419-cu səhifəsinə bax.

1 Sələbi onu Əllamə Şəblənci Misri kimi tanınmış sünnilərdən bir neçəsindən “Nurül-Əbsar” kitabında Əlinin şərhi-halında nəql etmişdir.

2 “Sireyi-Hələbi”, 3-cü cild, səh. 214.

1 “Hədid”, ayə 15.

2 “Məhəmməd”, ayə 11.

3 “Nisa”, ayə 33.

4 “Məryəm”, ayə 5.

5 “Duxan”, ayə 41.

1 “Təkvir”, 19-22.

2 36-cı məktubda verildiyi kimi. Oradakı izahı əldən vermə.

3 “Əl-haqqə”, 40-43

1 Xüsusilə, ona işarə olunan əqli və nəqli qərinələr olmaqla.

2 5-ci cildin 122-ci səhifəsinin əvvəli.

1 İbn Həcərin “Səvaiq”də beşinci fəslin axırında, birinci babındakı nəqlinə əsasən Darü-Qütni nəql etmişdir. 26-cı səhifəsinə müraciət et. Başqa hədis yazanlar da öz sənədləri və təriqləriylə onu vermişlər. Əhməd də Ömərdən belə sözü Bəra ibn Azibin “Müsnəd”in 4-cü cildinin 281-ci səhifəsindəki hədisinə əsasən vermişdir. Bu məna kitabın 54-cü məktubunda da getmişdir.

2 Darü-Qütni “Səvaiq”in 36-cı səhifəsindəki nəqlə əsasən, onu nəql etmişdir.

3 İbn Həcərin “Səvaiqi-Mühriqə”nin 11-ci fəslinin axırlarında verdiklərinə müvafiq olaraq Darü-Qütni də onu nəql etmişdir.

1 Bu ədədi ona görə seçdik ki, çünki Əmirəl-möminin Əli ibn Əbu Talib, Abdullah ibn Əbbas, Abdullah ibn Məsud, Abdullah ibn Ömər, Əbu Səid Xidri, Əbu Dərda, Əbu Hüreyrə, Ənəs ibn Malik, Məaz ibn Cəbəl çoxlu və müxtəlif təriqlərlə belə nəql etmişlər: Peyğəmbər (s) buyurub: “Kim dinimdən 40 hədis əzbərləyib onu qorusa, Allah qiyamətdə o kəsi fəqih və alimlərin zümrəsində məhşərə gətirəcək.” Başqa bir rəvayətdə deyilir ki, “Allah onu alim və fəqih kimi dirildəcək.” Əbu Dərdanın rəvayətində deyilir: “Mən qiyamətdə onun müdafiəçisi və (lehinə) şahid olacağam.” İbn Məsudun rəvayətində “...ona deyiləcək behişt qapılarının hansından istəyirsən, daxil ol.” İbn Ömərin rəvayətində belədir: “...alimlərin sırasına yazılar və şəhidlərlə birgə dirilər.” Qırx hədisin və başqalarının əzbərlənməsi haqqında məktublarımızda da bir sıra hədislər qeyd etmişdik. Peyğəmbərin (s) bu sözü bizə kifayətdir: “Allah mənim sözümü olduğu kimi eşidib, onu əzəbərləyib və başqalarına çatdırana yardım edər.”

1 Bu hədis və bundan əvvəl verdiklərimizin hamısı “İkmalüd-Din”də 24-cü babın 149-164-cü səhifələrində verilib.

1 İbn Əbil-Hədidin “Nəhcül-bəlağənin şərhi”nin 3-cü cildinin 15-ci səhifəsinə baxın. Əhli-beyt və onların şiələrinə o zaman edilmiş zülmlərin bəzilərini (orada) tapacaqsan. İmam Baqirin (ə) orada sözü var ki, bəhs edənlər üçün faydalıdır.

1 Bu və sonrakı iki hədisi 48-ci məktubda verdik ki, orada 9, 10, 11-ci hədislərdir. Orada verdiyimiz izahatı unutmayın.

2 32-ci məktubda onu verdik.

3 68-ci məktuba baxın.

4 Bunlar Əlinin (ə) dilindən çıxan eyni sözlərdir. Hakim onu “Müstədrək”in 3-cü cildinin 126-cı səhifəsində Buxari və Müslimin şərtinə əsasən, düzgün sənədlə vermiş və Zəhəbi “Təlxis”də onun doğruluğunu etiraf etmişdir.

5 Bu hədis qəti və “müstəfiz”dir. Ziya Müqəddəsi “Əl-muxtarə” kitabında və İbn Cərir “Təhzibül-Asar”da onu vermişlər ki, “Kənzül-Ümmal”ın 6-cı cildinin 408-ci səhifəsindəki 6155-ci hədisdir. Nisai “Xəsaisül-Ələviyyə”nin 18-ci səhifəsində, İbn Əbil-Hədid “Nəhcül-Bəlağənin şərhi”ndə 3-cü cildin 255-ci səhifəsində “Qasiə” xütbəsinin şərhində onu “Tarixi-Təbəri”dən nəql etmişdir. Əhməd Hənbəlinin “Müsnəd”inin 1-ci cildinin 159-cu səhifəsinə baxsanız, hədisin mənası ilə nəqlini orada tapacaqsan.

6 İbn Əbu Şeybə 3-cü cildin 125-ci səhifəsində də onu nəql etmiş və həmin hədis “Kənzül-Ümmal”ın 6-cı cildinin 400-cü səhifəsindəki 6084-cü hədisdir.


1 Zəhəbi onu “Mizanül-Etidal” kitabında Şərikin tərcümeyi-halında verib və təkzib etmişdir. Elə güman etmiş ki, Şərik bir rəvayəti unutmuş və Məhəmməd ibn Həmid Razinin dediyini etibarlı saymamışdır. Amma cavab budur ki, imam Əhməd ibn Hənbəl, imam Əbül-Qasim Bəğəvi, imam İbn Cərir Təbəri, və “cərh-tədil” edənlərin imamı İbn Məin və bu təbəqədən olan başqaları Məhəmməd ibn Həmidə etibar etmiş və ondan hədis söyləmişlər. Buna görə o, onların ustadı və inandıqları şəxslərdəndir. Necə ki, “Mizanül-Etidal”da Məhəmməd ibn Həmidin tərcümeyi-halında buna etiraf etmişdir. Bu adam nə rafizi, nə də şiəlikdə müttəhimdir. Əksinə, Zəhəbinin sələflərindəndir. Belə ki, bu hədisdə ona töhmət yeri yoxdur.

2 Bu hədis “Kənzül-Ümmal”ın 6-cı cildinin 154-cü səhifəsinin axırındakı 2570-ci hədis olub, sənəd və sözlərilə birgədir. “Müntəxəbi-Kənz”də gəlmişdir ki, “Müsnədi-Əhməd”in 5-ci cildinin 32-ci səhifəsinin haşiyəsinə baxa bilərsiniz.

3 “Nəhcül-bəlağənin şərhi”nin 2-ci cildinin 450-ci səhifəsində verildiyi kimi, onu 48-ci məktubda verdik.

4 Bu hədis “Kənzül-Ümmal”ın 6-cı cildinin 153-cü səhifəsindəki 2541-ci hədisin sözləri və həmin sənədi ilədir. Onu “Müntəxəb”də də vermişdir. Əhmədin “Müsnəd”inin 5-ci cildinin 31-ci səhifəsinin haşiyəsində “müntəxəb”ə baxa bilərsiniz.

1 İbn Əbu Hatəm Ənəsdən nəql etmişdir: “Əbu Bəkr və Ömər Fatiməyə elçiliyə getdilər. O həzrət sükut etdi və cavab vermədi. Onlar Əlinin yanına getdilər ki, onu bu vəziyyətdən xəbərdar etsinlər. Dedilər: Elə bilirik ki, əgər sən Fatiməyə elçi getsən, qəbul edəcəkdir.” Bir qrup etibarlı adamlar, o cümlədən İbn Həcər “Səvaiq”in 11-ci babının əvvəlində, eləcə də İbn Əbu Hatəm bu hədisi nəql etmişlər. Orada bu hədisi Əhməddən, o da Ənəsdən nəql etmişdir. Əbu Davud Sistani onu İbn Həcərin “Səvaiq”də 11-ci babındakı ayələrdən 12-ci ayənin izahındakı kimi nəql etmiş: “Əbu Bəkr Fatiməyə elçi getdi. Peyğəmbər ondan üz çevirdi. Ömər də elçi getdi və ona da razılıq vermədi. Gəlib Əlini onun elçiliyinə vadar etdilər və ona çatdırdılar ki, Peyğəmbərin bu haqda razılığı var.” Əlidən (ə) də buna oxşarı nəql olmuşdur: “Əbu Bəkr və Ömər Fatiməyə elçi getdilər və Peyğəmbər (s) etiraz etdi. Ömər dedi: Ey Əli, onunla evlənməyə sən layiqsən.” Bu hədisi İbn Cərir xəbər vermiş və Dolabi “Əz-zürriyyətüt-Tahirə” kitabında onu düzgün bilmişdir. Bu hədis “Kənzül-Ümmal”ın 6-cı cildinin 392-ci səhifəsindəki 6007-ci hədisdir.

Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə