Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 3,93 Mb.
səhifə27/32
tarix02.01.2018
ölçüsü3,93 Mb.
#19157
1   ...   24   25   26   27   28   29   30   31   32


2 “Bəqərə”, 274; “Tövbə”, 111-112. “Əsbabun-Nuzul” yazanlar, hədisçilər və təfsirçilər İbn Abbasdan nəql etmişlər ki, الَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُم بِاللَّيْلِ وَالنَّهَارِ سِرًّا وَعَلاَنِيَةً فَلَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ – ayəsi (“Bəqərə”, 274) Əli ibn Əbu Talib haqqında nazil olmuşdur. Bu o vaxt idi ki, Əlinin dörd dirhəmi var idi. Onlardan birini axşam, o birisini gündüz, üçüncüsünü gizli və dördüncüsünü aşkar bağışladı. Bu vaxt yuxarıdakı ayə nazil oldu. Vahidi “Əsbabun-Nuzul” kitabında İbn Abbasdan, yenə Mücahiddən və sonra Kəlbidən əlavələrlə onu nəql etmişdir.

3 “Zumər”, 33. “Sidq” gətirmiş kəsdən məqsəd Allahın rəsulu (s), onu təsdiq edən kəsdən məqsəd Əmirəl-möminindir (ə). Bu aydın məsələ imam Baqir, imam Sadiq, imam Kazim, imam Rza, İbn Abbas, Məhəmməd Hənəfi, Abdullah ibn Həsən, Zeyd ibn Əli ibn Hüseyn və imam Sadiqin övladı Əli ibn Cəfərin sözüdür. Əmirəl-möminin (ə) özü həmişə bu ayəni dəlil gətirərdi. İbn Məğazili özünün “Mənaqib” kitabında Mücahiddən nəql etmişdir ki, «الّذي جاءَ بالصِّدق» – ayəsindən məqsəd Məhəmməd (s) və «الّذي صَدّق به» – ayəsindən məqsəd isə Əlidir. Bu rəvayəti ibn Mərdəveyh və Əbu Nəim və başqaları nəql etmişlər.

4 “Tur”, 21. Hakim “Müstədrək”in 2-ci cildinin 468-ci səh.-də “Tur” surəsinin الحقنا بهم ذريتهم – ayəsi haqqında nəql etmişdir ki, Allah möminin qohum və övladlarını əməldə özündən aşağı olmasına baxmayaraq özü ilə yüksəyə aparar. Sonra yuxarıdakı ayəni dəlil gətirmişdir.

1 “Ənfal”, 41.

2 “Həşr”, 7.

3 “Əhzab”, 33.

4 “Saffat”, 130. Sonuncu ayəni İbn Həcər “Səvaiq”in 11-ci babında yazmış və demişdir ki, ondan məqsəd Ali-Məhəmmədə salamdır. İbn Həcər yazır: Kəlbi də belə demiş və əlavə etmişdir ki, Fəxri Razi demişdir: “Əhli-beyt beş şeydə Peyğəmbərlə bir cərgədədir: 1) salamda: “السلام عليك ايها النبي”; “سَلَامٌ عَلَى إِلْ يَاسِينَ”. 2) namazın təşəhhüdündə salavatda. 3) paklıqda: “طه” – yəni, “ey tahir, pak!”; “وَيُطَهِّرَكُمْ تَطْهِيرًا”. 4) məhəbbətdə: “فَاتَّبِعُونِي يُحْبِبْكُمُ الله”; “قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى”. 5) onlara sədəqə verilməyin haramlığında.

5 “Əhzab”, 56. Buxari “Səhih”in 3-cü cildinin “Təfsirul-Quran” kitabının “إِنَّ اللَّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ” babında, “Əhzab” surəsinin təfsirində və Müslüm “Səhih”in 1-ci cildində “əs-sələvat” kitabının “Peyğəmbərə salavat” babında bu sözü nəql etmiş və başqa hədisçilər onu Kəb ibn Ücrədən nəql etmişlər.

6 Həmin babda onlar haqqında zikr olunmuş ayələrdən 2-ci ayədir ki, 87-ci səhifəyə müraciət edin.

7 Sələbi özünün “Təfsiri-Kəbir”ində bu ayənin təfsiri barədə Peyğəmbərdən (s) belə nəql etmişdir: “Tuba behiştdə mənim evimdə yerləşən ağacdır və onun şaxələri behişt əhlinin üstünə sərilir. Bir nəfər ondan soruşdu: “Ey Allahın rəsulu, bu haqda səndən soruşduq, buyurdun ki, bu ağac Əlinin evindədir və şaxələri behişt əhli üzərinə sərilmişdir. Peyğəmbər (s) buyurdu: Məgər mənim evimlə Əlinin evi bir deyilmi?”

8 ثُمَّ أَوْرَثْنَا الْكِتَابَ الَّذِينَ اصْطَفَيْنَا مِنْ عِبَادِنَا فَمِنْهُمْ ظَالِمٌ لِّنَفْسِهِ وَمِنْهُم مُّقْتَصِدٌ وَمِنْهُمْ سَابِقٌ بِالْخَيْرَاتِ بِإِذْنِ اللَّهِ ذَلِكَ هُوَ الْفَضْلُ الْكَبِيرُ

“Fatir”, 32. Mərhum Küleyni mötəbər sənədlə Salimdən belə nəql edir: “İmam Baqirdən “Fatir”in 32-ci ayəsi haqqında soruşdum. Buyurdu: “və kimisi də Allahın izni ilə yaxşı işlərdə (başqalarını ötüb) irəli keçər”-dən məqsəd imam, “kimisi mötədil olar” – sözündən məqsəd imamın haqqını tanıyan və “kimisi özünə zülm edər”-dən məqsəd o kəsdir ki, imamı tanımasın. Bu məzmunda imam Sadiq, imam Baqir və imam Rzadandan (ə) da nəql etmişlər. Bu rəvayəti Səduq və başqa şiə hədisçiləri nəql etmişlər və ibn Mərdəveyh onu Əlidən nəql etmişdir ki, deyib: “وَمِنْهُمْ سَابِقٌ بِالْخَيْرَاتِ” – sözündən məqsəd bizik.” Bu haqda geniş şərh üçün “Tənzilul-Ayat” və “Qayətul-Məram” kitabına müraciət edin.



9 İbn Əsakir, İbn Abbasdan nəql etmiş və “Səvaiq” kitabınının 3-cü fəslinin 9-cu babının 76-cı səhifəsində onu söyləmişdir.

1 Bu məktub zərurət üzündən uzun olmasına baxmayaraq, elm əhli onu oxumaqdan yorulmayacaq, çünki hər bir elmsevərin axtardığı faydalara malikdir. Əgər başqaları onu oxumaqdan yorulsalar, onun bəzi hissələri ilə kifayətlənib17-ci məktuba keçə bilərlər.

2 Rəvayətçilərin adları “ərəb əlifbası” tərtibilə verilmişdir. Belə ki, məsələn, “sad” və “sin” Azərbaycan qrafikasında “s” hərfi kimi yazılmasına baxmayaraq, bir-birindən fərqlənir. Diqqət edin! (mütərcim)

1 Zəhəbi “Mizanul-Etidal”da onun adını İsmail ibn Əban Qənəvi ilə İsmail ibn Əban Əzdi adlarının ortasında yazmışdır. Halbuki, bu səhvdir və şərhi-halında yazdıqları isə onun haqqında heç nəyi ödəmir.

1 Ərəb ifadələrində «اشخص إليه في ساجور» yazılmışdır: “Sacur” ağacdan qayrılan boyunduruqdur ki, itin boynuna keçirərmişlər. Burada məqsəd odur ki, boynuna bənd salıb çəkirmişlər. Bəlkə də, lüğətdən istifadə olunduğu kimi, zəncir nəzərdə tutulub.

1 “Nəml” surəsi, 62-ci ayə.

1 Müasir zamanda beyrutlu Əllamə Əhməd ibn Ömər Məhməsaninin “Müxtəsəri camei bəyanil-elm və fəzlihi” kitabının 196-cı səhifəsində yazıldığı kimi.

1 İbn Qüteybə də “tabein” babında onları yazmış və bu məsələni “Maarif” kitabının 165-ci səhifəsində qeyd etmişdir.

1 Əhməd ibn Ömər Məhməsani Beyrutinin bu kitabının müxtəsərinin 119-cu səhifəsinə müraciət edin.

2 İbn Ədiy deyir: Kufə əhli olan Hüseyn ibn Əli Səkuni, Məhəmməd ibn Həsən Səkuni, Saleh ibn Əsvəd Əməşdən və Ətiyyədən bizə nəql etmişlər: “Cabirdən soruşdum ki, sizin aranızda Əlinin (ə) məqamı necədir? Cabir cavab verdi: O, insanların ən yaxşısıdır.”

Məhəmməd Əhməd Zəhəbi bu hədisi həmin sənədlə “Mizanul-Etidal”da Saleh ibn Əsvədin şərhi-halında nəql etmiş və onun qatı nasibi olmasına baxmayaraq, burada “məqsəd, dövrünün ən yaxşı insanıdır” – qeydindən əlavə heç bir şey deməmişdir.



1 “Mizanul-Etidal”da onun şərhi-halında yazılıb.

2 “Mizanul-Etidal” və “Vəfayətül-Əyan”da onun şərhi-halında yazılıb.

3 Təbəri onu nəql etmiş və Zəhəbi “İbad ibn Yəqub”un şərhi-halında onu zikr gətirmişdir.

1 O, “Əhli-Rəddə” döyüşündə ordunun əmirlərindən biri olmuşdur. Bunu İbn Həcər “Əl-İsabə” kitabının 1-ci cildində Seyhan ibn Suhanın adını çəkdiyi yerdə qeyd etmişdir.

2 səh. 138.

1 “Mizanul-Etidal”da yazılmışdır ki, Şəbidən soruşdular: Nə üçün Əlinin əshabələrini söyürsən, halbuki elmi və biliyi onlardan öyrənmisən? Dedi: Kimdən? Dedilər: Harisdən, Səsəədən. Cavab verdi: Düzdür. Səsəə natiq idi, nitqi ondan, Haris hesabı bilirdi, ondan da hesabı öyrəndim.”

1 Bu məsələni İbn Xəlləkan “Vəfayətül-Əyan”da Tavusun şərhi-halında söyləmişdir.

2 İslamın əvvəllərində şiə müəllifləri və yazıçıları haqqında müxtəsər məlumat və şərhi-haldan ibarətdir.

1 6-cı cild, səh. 137.

2 6-cı cild, səh. 39.

1 “Mizanül-Etidal”da Əbdür-Rəzzaqın şərhi-halında yazıldığı kimi.

2 Həmin.

3 Həmin.

4 İnsaflı adamlar bu fəzilətləri nəql etmiş və “Səhih”lərdə ondan fərəhlə danışmışlarsa da, amma nasibilər və xəvaric ona zidd çıxmış. Onların nəql etdikləri rəvayətlərə də qarşı misal Əhməd ibn Əzhərin rəvayətidir ki, hamı onu qəbul etmiş və mötəbər bilmişdir. O deyir: “Əbdür-Rəzzaq xəlvətdə bizə əzbərdən nəql etdi ki, Müəmmər mənə deyib: O, Zəhəbidən, o da Übeydullahdan, o da İbn Abbasdan eşidib ki, Peyğəmbər (s) Əliyə (ə) baxıb buyurdu: Sən həm bu dünyada, həm də axirətdə ağa və seyyidsən. Sənə kin bəsləyən mənə kin bəsləyib, sənin dostun Allahın dostu, düşmənin Allahın düşmənidir. Vay o adamın halına ki, sənə düşmən olsun!” Bu hədisi Hakim “Müstədrək”in 3-cü cildinin 128-ci səh.-də yazmış və demişdir ki, bu hədis “Şeyxeyn”in (Buxari və Müslim) şərtinə əsasən doğrudur. Yenə Əbdür-Rəzzaq Müəmmərdən, o, İbn Nəcidən, Mücahiddən, o da İbn Abbasdan eşidib ki, Fatimə atasına ərz etdi: “Məni yoxsul adamamı ərə verirsən? Allahın rəsulu buyurdu: Razı deyilsənmi? Halbuki Allah yer əhlinə nəzər saldı və onların arasında iki nəfəri seçdi: bir atanı, bir də ərini.”

Mən deyirəm: Bu hədisi Hakim “Müstədrək”in 3-cü cildinin 129-cu səhifəsində Sərih ibn Yunisin vasitəsilə Əbdül-Həfs, Əməş, Əbu Saleh, o da Əbu Hüreyrədən “məruf” şəkildə nəql etmişdir.



5 Nalayiq əməllər Müaviyə və tüğyan edən sitəmkar firqəsindən savayı başqalarında tapılmaz. Əbdür-Rəzzaq İbn Üyəynədən, o da Əli ibn Zeyd ibn Cəzandan, o da Əbu Nəzrədən, o da Əbu Səiddən mərfu şəkildə rəvayət edir ki, Peyğəmbər (s) buyurub: «اذا رايتم معاوية علي منبري فاقتلوه» “Müaviyəni mənim minbərimdə görən zaman onu öldürün.”

1 “Mizanül-Etidal”da Əbdür-Rəzzaqın şərhi-halında yazıldığı kimi.

2 “Mizanül-Etidal”da şərhi-halında yazıldığı kimi.

3 İmam Sadiq (ə) 148-ci ildə 65 yaşında vəfat etmişdir.

4 Çünki imam Cavad (ə) 220-ci il 25 yaşında şəhid olmuşdur. Əbdür-Rəzzaqın imam Baqirdən (ə) rəvayət nəql etməsi isə səhvdir. Çünki imam Baqir (ə) 114-cü ildə 57 yaşında, Əbdür-Rəzzaqın təvəllüdündən 12 il əvvəl vəfat etmişdir.

1 212-ci səhifə.

1 İbn Qüteybənin “Maarif” kitabının 176-cı səhifəsində yazıldığı kimi.

2 Bu məlumat babası Səd ibn Cənadənin “Əl-İsabə”nin 1-ci cildinin əvvəlində qeyd olunub.

1 12-ci cild, 116-cı səhifəyə müraciət olunsun.


1 Bəziləri səhvən onu Hazim qeyd ediblər.

1 5-ci cild, səh. 381.

1 Ona İbn Firuz, İbn Firuzan və İbn Əli də deyilib.

2 201- 204-cü səh.-də deyilmişdir.

1 “Hücurat surəsi, 11-ci ayə.

1 206-cı səhifə.

1 Adı Əbədə ibn Əbd ibn Abdullah ibn Əbu Yəmurdur.

1 “Şüəra”, 214.

2 səh. 217, müxtəlif sənədlərlə.

3 səh. 22

4 səh. 116

5 Necə ki, İbn Əbil-Hədidin “Nəhcül-bəlağə şərhi”nin (Misir çapı) 3-cü cildinin 263-cü səh.-də gəlmişdir. Amma “Nəqzül-Osmaniyyə” haqq yolunu axtaran hər bir tədqiqatçıya lazım olan misilsiz kitablardandır. Bu mövzu İbn Əbil-Hədidin “Nəhcül-bəlağənin şərhi”nin 3-cü cildində “Qasiə” xütbəsinin sonunda 257-281-ci səh.-də gəlib.

1 Bu babın dördüncü səhifəsinə, yaxud Hələbinin “Sirə”sinin 381-ci səhifəsinə müraciət edin. Və İbn Teymiyyənin məlum inadkarlığının ona vəhy olunmuş “adilanə boşboğazlıq və zorakılığına” etina etmə, çünki ədalətli deyil.

Bu hədisi Misirli ictimaiyyətşünası Məhəmməd Həsəneyn Heykəl “Əs-siyasət” qəzetinin 12 zilqədə, 1350-ci il hicri-qəməri tarixli, 2751-ci nömrəsində nəşr olunmuş beşinci səhifəsinin ikinci sütununda söyləmişdir. Ora müraciət et və bu, müfəssəl şəkildə yazılmışdır. Və (Əs-siyasət) 2785-ci nömrəsinin əlavələrinin 6-cı səhifəsinin dördüncü sütununa müraciət etsən, onun bu hədisi Müslimin “Səhih”ində, Əhmədin “Müsnəd”indən, İbn Həcər Heysəminin “Cəmül-Fəvaid”indən, İbn Qüteybənin “Uyunil-Əxbar”ından, Əhməd ibn Əbdür-rəbənin “İqdül-Fərid”indən, Əmr ibn Bəhr Hacizin “Risalə”sindən, Bəni-Haşimdən və imam Əbu İshaq Sələbinin “Təfsir”indən nəql etmişdir.



Mən deyirəm: Bu hədisi ingilis Corc “Məqalətün fil-İslam” (ərəbcə tərcüməsi) kitabında yazmışdır. Məqaləni Haşim Ərəbi adlanan dinsiz bir protestant ərəbcəyə tərcümə etmişdir. Bu hədisi onun tərcüməsinin altıncı çapının 79-cu səhifəsində tapmaq olar. Bu hədis məşhur olduğu üçün bir sıra avropalılar; fransız, ingilis və alman yazıçıları da onu söyləmişlər. Tomas Karlayl da onu müxtəsər şəkildə “Əl-İbtidal” kitabında yazmışdır.

2 392-ci səhifədə 6008-ci hədisə müraciət et və onu İbn Cərir nəql etmişdir. 396-cı səhifədə 6045-ci hədisə bax. Onu Əhmədin “Müsnəd”indən, Ziya Müqəddəsinin “Əl-Muxtarə”sindən və Təhavi və İbn Cərirdən nəql etmiş və onu doğru hesab etmişlər. 397-ci səhifədə 6056-cı hədisə müraciət etsən, görəcəksən ki, onu İbn İshaq, İbn Cərir, İbn Əbu Hatəm, İbn Mərdəveyh, Əbu Nəim və Beyhəqi “Şöəbul-İman” və “Dəlail”də nəql etmişlər. 401-ci səhifədə 6102-ci hədisə müraciət etməklə aydın olacaqdır ki, İbn Mərdəveyhdən, və 408-ci səhifədə 6155-ci hədisindən məlum olacaqdır ki, Əhmədin “Müsnəd”indən və İbn Cərir və Ziyadan “Əl-Muxtarə”də nəql olunmuşdur. “Kənzül-Ümmal”ı araşdıran şəxs bu hədisi onun başqa yerlərində tapacaqdır. İbn Əbil-Hədidin “Nəhcül-bəlağənin şərhi”nin 3-cü cildinin 255-ci səhifəsinə müraciət etsən və ya bu kitabda “Qasiə” xütbəsinin şərhinin axırlarını oxusan, bu hədisi olduğu kimi tapa biləcəksən.

1 “Kənzül-Ümmal”ın altıncı cildinin 396-cı səhifəsindəki hədislərdən 6045-ci hədisə müraciət etsən tapa bilərsən. İbn Cərir bu hədisi doğru hesab etmişdir. Əgər “Müntəxəbi-Kənz” kitabına müraciət etsən, Əhmədin “Müsnəd”inin 5-ci cildinin 44-cü səhifəsindəki haşiyəsinin əvvəllərində bu hədisin İbn Cərir tərəfindən doğru sayılmasından agah olarsan və Əbu Cəfər İskafi “Nəqzül-Osmaniyyə” kitabında onun doğru olmasına dair qəti şəkildə hökm vermişdir. İbn Əbil-Hədidin “Nəhcül-bəlağənin şərhi”nin (qədim Misir çapı) 3-cü cild, 263-cü səhifəsinə müraciət edin.

2 Buxari və Müslim öz “Səhih”lərində ondan dəlil gətirmiş və hər ikisinin fikrincə o, Şöbədən hədis eşitmişdir. Buxarinin fikrincə, Əbdül-Əziz ibn Əbu Səlmədən və Müslimin fikrincə, üheyr ibn Müaviyədən və Həmmad ibn Səlmədən də hədis eşitmişdir. “Səhihi Buxari”yə əsasən, Məhəmməd ibn Hatəm ibn Bəzi və Müslimə əsasən, Harun ibn Abdullah, Naqid, ibn Əbu Şeybə və Züheyr ondan rəvayət nəql etmişlər.

3 Müslim öz “Səhih”ində ondan dəlil gətirmişdir, belə ki, 16-cı məktubda onun adını çəkəndə xatırladıq.

4 Buxari və Müslim öz “Səhih”lərində ondan dəlillər gətirmişlər. Bu haqda 16-cı məktubda qeyd etdik.

5 Buxari ondan dəlillər gətirmişdir. 16-cı məktuba bax.

6 O, İbad ibn Abdullah ibn Zübeyr ibn Əvam Qürəşi Əsədidir. Buxari və Müslim öz “Səhih”lərində ondan dəlillər gətirmişlər. O, Əbu Bəkrin qızları Əsma və Ayişədən hədis eşitmişdir.

7 Səh. 25

1 Nəcm surəsi, 23-cü ayə.

1 330-cu səhifənin sonunda

2 səh. 6

3 səh. 123

4 “Əhzab” surəsi, 33-cü ayə.

1 “Taha” surəsi, 29-cu ayədən sonra.

2 “Əraf” surəsi, 142-ci ayə.

3 “Taha” surəsi, 29-cu ayədən sonra.

4 “Maidə” surəsi, 67-ci ayə.

1 26-cı məktubda onun doğru olmasını eşitdiniz.

2 “Əs-Səvaiq”, səh. 29

3 “Səhih”in ikinci cild, Əlinin fəzilətləri bab”,səh 324

4 Hakim də “Müstədrək”in 3-cü cildinin 109-cu səhifəsinin əvvəlində onu söyləmiş və demişdir ki, Müslim və Buxarinin hədisin qəbulunda şərtlərinə əsasən, bu rəvayət doğrudur. Zəhəbi onu “Təlxisi-Müstədrək”də xatırlamış və Müslimin şərtlərinə əsasən onu doğru hesab etmişdir.

5 107-ci səhifə, 11-ci bab, 14-cü ayə, 5-ci məqsəd.

6 Əhməd demişdir: Başqaları da bu hədisi nəql etmiş, lakin bəziləri deyiblər ki, Müaviyə ona dedi: “Qalx, Allah ayaqlarını sındırsın.” Və onun adını müsəlmanların maaş dəftərindən sildi..” Səvaiqin 107-ci səh.də Əhməddən başqa bir qrup hədis yazanların “Mənzilət” hədisini sənəd ilə Müaviyədən nəql etdikləri qeyd olunmuşdur.

1 Əlinin (ə) fəzilətlərində.

2 3-cü cild, səh. 58

3 2-ci cild, səh. 323

4 1-ci cild, səh. 28, “Əlinin fəzilətləri.”

5 3-cü cild, 109-cu səhifənin əvvəlində və tədqiqatçıların bildikləri başqa yerlərdə.

6 “Müsnəd”in 1-ci cildinin 331-ci səhifəsinə bax.

7 “Müsnəd”in 6-cı cildində, 369 və 438-ci səhifələrə bax.

8 “Müsnəd”in 3-cü cildinin 32-ci səhifəni oxuyun.

9 Məktubun əvvəlində “Səvaiq”in 107-ci səhifəsindəki ayələrdən 14-cü ayənin məqsədlərindən 5-ci məqsəddə də nəql etdik.

10 İbn Həcər də “Səvaiq”in 9-cu babının ikinci fəslinin 7-ci səhifəsində qırx hədisdən birincisini yazmış və aydınlaşdırmışdır. Süyuti Əlinin şərhi-halında “Tarixül-Xüləfa”da söyləmişdir ki, Təbərani bu hədisi onların hamısından nəql etmiş və Əsma binti-Qeysi də əlavə etmişdir.

11 Süyuti “Tarixül-Xüləfa”da Əlinin şərhi-halının 65-ci səhifəsində bunu aydınlaşdırmışdır.

12 “Kənzül-Ümmal”ın 6-cı cildinin 152-ci səhifəsindəki hədislərindən 2504 hədis də ona dəlalət edir.

1 Ümmü-Süleym, Milhan ibn Ənsarinin qızı və Həram ibn Milhanın bacısı idi. Atası və qardaşı Peyğəmbərin gözü önündə şəhid olmuşdular. O, fəzilətli və ağıllı bir qadın idi. Peyğəmbərdən (s) hədis nəql etmiş və ondan da oğlu Ənəs, İbn Abbas, Zeyd ibn Sabit, Əbu Səlmə ibn Əbdür-Rəhman və başqaları hədis nəql etmişlər. O, İslama ilk qədəm qoyanlardan və dəvət edənlərdən sayılır. O, cahiliyyət vaxtı əri Malik ibn Nəzri sevmiş və Ənəs bu evlənmənin bəhrəsidir. İslam dininə gəldikdə o, qabaqcıllardan olub. O, əri Maliki də Allaha iman və Peyğəmbərin dininə dəvət etsə də, İslamı qəbul etməkdən imtina edərək ondan ayrıldı. Malik hirsli halda Şama getdi, elə orada da kafir kimi öldü. Ümmü-Süleym övladına nəsihət verərək ona on yaşında əmr etdi ki, Peyğəmbərin (s) xadimi olsun. Peyğəmbər (s) də bu əziz anaya ehtiram əlaməti olaraq onu qəbul etdi. Bu qadına ərəbin varlıları elçi göndərdilər. Lakin o, cavab verdi ki, Ənəs həddi-büluğa çatmayıncaya və özü-özünü idarə etməyincəyədək ərə getməyəcəkdir. Ənəs həmişə deyərdi: “Allah anama əvəzini versin ki, mənə yaxşı tərbiyə vermişdir.”

Əbu Təlhə Ənsari bu qadın vasitəsilə müsəlman oldu. Belə ki, ona elçi gedən zaman kafir idi. Ümmü-Süleym evlənməkdən imtina edərək onu İslama dəvət etdi. Əbu Təlhə onun dəvəti ilə İslamı qəbul etdi. Öz mehriyyəsini onun İslamı qəbul etməsini təyin etdi. Allah Əbu Təlhədən Ümmi-Sələməyə bir oğul verdi ki, uşaq ikən xəstələnib öldü. Ümmü-Süleym tapşırdı ki, məndən əvvəl heç kəs uşağın ölüm xəbərini atasına deməsin. Əbu Təlhə gələn kimi oğlunu soruşdu. Ümmü-Süleym dedi: Öz yerində sakitləşmişdir. Kişi fikirləşdi ki, uşaq yuxuya gedib. Şamdan sonra onlar yatdılar. Sübh vaxtı ərinə xəbər verdi ki, oğlu vəfat etmişdir. Əbu Təlhə hadisəni olduğu kimi Peyğəmbərə (s) nəql etdi. Allahın rəsulu buyurdu: “Bu axşamınız mübarək olsun”. Ümmü-Süleym deyir: “Peyğəmbər mənim üçün çoxlu dua etdi.” O, həmin gecə Abdullah ibn Əbu Təlhəyə hamilə oldu. Allah bu övladı bərəkətli etdi. Çünki o, İshaq ibn Abdullah ibn Əbu Təlhənin atasıdır ki, özünün doqquz qardaşı ilə birgə elm əhli olmuşlar.

Ümmü-Süleym Peyğəmbər (s) ilə birlikdə döyüşlərə gedərdi. “Ühüd” döyüşündə ona hücum edən müşriklərin qarnını yırtmaq üçün yanında bir xəncəri də var idi. O, İslam yolunda çoxlu bəla və çətinliklərə dözən qadınlardan idi. Ondan başqa elə bir qadın tanımıram ki, Peyğəmbər onun evinə getsin və ona hədiyyə aparsın. O, Peyğəmbərin (s) pak Əhli-beytinin məqamından agah idi və onların hüququnu bilirdi.


2 Bu hədis (Ümmü-Süleymdən) “Kənzül-Ümmal”da 2554-cü hədisdir ki, 6-cı cildin 154-cü səhifəsində yazılmışdır. “Müntəxəbi-Kənz” kitabında da vardır. Əhmədin “Müsməd”inin 5-ci cildinin 31-ci səhifəsinin haşiyəsinin sonuncu sətrinə müraciət et. Onu eynilə həmin sözlərlə tapacaqsan.

1 İmam Nəsai bu hədisi “Xəsaisül-Ələviyyə”nin 19-cu səhifəsində söyləmişdir.

2 Həsən ibn Bədr və Həkim “Əl-küna”da və Şirazi “Əlqab”da və İbn Nəccar onu nəql etmişlər. Bu həmin 6029-cu hədis və “Kənzül-Ümmal”ın altıncı cildinin 395-ci səhifəsindəki hədislərin 6032-ci hədisidir.

3 İbn Əbdül-Birr “İstiab” kitabında Əlinin şərhi-halında deyir: “Allahın rəsulu (s) mühacirlər arasında qardaşlıq peymanı bağladı və sonra mühacirlər və ənsar arasında qardaşlıq bərqərar etdi. O, hər dəfə Əliyə buyurdu: Sən bu dünyada və axirətdə mənim qardaşımsan.”

Mən deyirəm: Bu hadisənin təfsilatı “sirə” (tarixi xəbərlər) kitablarında yazılmışdır. “İlk qardaşlıq peymanı” üçün “Sirəyi-Hələbi”nin ikinci cildinin 26-cı səhifəsinə və “İkinci qardaşlıq peymanı” haqqında ikinci cildinin 120-ci səhifəsinə müraciət et. Orada hər iki dəfə Əlinin Peyğəmbərin qardaşı olmasını, onun fəzilətlərinin başqalarından üstün olduğunu görəcəksən. Zeyni Dəhlan “Sirə”sində ilk və ikinci qardaşlığın təfsilatı “Sireyi-Hələbi”də olduğu kimidir və aydınlaşdırmışdır ki, ikincisi hicrətdən beş ay sonra olmuşdur.



4 Etimadlı şəxslərin bir qrupu bu hədisi Əhməd və İbn Əsakirdən nəql etmişlər ki, onlardan biri Müttəqi Hindidir. “Kənzül-Ümmal”ın 5-ci cildinin 40-cı səhifəsinin əvvəllərindəki 918-ci hədisə və Əhmədin “Mənaqibi Əli” kitabının 6-cı cildinin 390-cı səhifəsində nəql etdiyi 2972-ci hədisə müraciət et.

5 Bu hədisi bir qrup etimadlı şəxslər onların hamısından nəql etmişlər. Onlardan biri Müttəqi Hindidir ki, onu “Kənzül-Ümmal”ın 5-ci cildinin 41-ci səhifəsinin əvvəlində qeyd etmiş və o, 919-cu hədisdir.

1 “Hicr”, 47.

2 Müttəqi Hindi onu “Kənzül-Ümmal”da və onun “Müntəxəb”ində nəql etmişdir ki, “Müntəxəb”in 5-ci cildinin 31-ci səhifəsinin haşiyəsinin axırında “Müsnədi-Əhməd”ə müraciət etsən, görərsən ki, nəql etdiyimiz hədis olduğu kimi orada yazılmışdır. Həzrətin (s) “Məndən narazımı oldun?” – cümləsi nə qədər də mehribanlıq və incəliklə deyilmişdir. Soruşa bilərsən ki, Əli (ə) nə üçün birinci dəfədə olduğu kimi, ikinci dəfədə də şübhələndi? Axı ona (birinci dəfə) aydın olmuşdu ki, Peyğəmbər onu özünə arxa kimi seçmişdi. Nə üçün birinci dəfəni ikinci dəfə ilə müqayisə etmədi? Cavabı budur ki, ikinci dəfəni birinci dəfə ilə müqayisə etmək olmazdı, çünki birinci dəfə yalnız mühacirlər arasında idi. İkinci dəfə isə (birincinin əksinə olaraq) mühacirlərlə ənsar (Mədinə müsəlmanları) arasında idi. Deməli, ikinci dəfə hər bir mühacirin qardaşı ənsardan ibarət idi və hər bir ənsarın qardaşı mühacirlərdən. Peyğəmbər və naibinin hər ikisinin mühacirlərdən olduğu təqdirdə belə göründü ki, bu iki nəfər bu dəfə qardaş olmayacaqlar. Buna görə Əli başqaları ilə müqayisədə güman etdi ki, qardaşı ənsardan biri olacaq. Peyğəmbər, onunla ənsardan heç birisinin arasında qardaşlıq əqdi kəsmədiyi üçün bu hissləri keçirdi. Lakin, Allah və Onun rəsulu yalnız onun üstünlüyünü sübut etmək istəyirdilər. Buna görə də onunla Peyğəmbər (s) arasındakı qardaşlıq peymanı, o gün mühacirlərlə ənsarlar arasında kəsilən əqdə görə mütləq qardaşının ənsardan olacaq təsəvvürünün əksinə baş verdi.

Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə