ƏLĠ VƏLĠyev bġr cüt ulduz ( hekayəLƏR )



Yüklə 293,35 Kb.

səhifə5/10
tarix30.12.2017
ölçüsü293,35 Kb.
1   2   3   4   5   6   7   8   9   10

17 

 

xatırlaya  bilmәdi.  Stoldan  aralanıb  şüşәbәnddә  gәzindi,  yadına  düşmәdi. 



Yenә  dә  һissәlәri  götürüb  baxdı.  Nә  qәdәr  d üşündü,  axtardığını  tapa 

bilmәdi.  Nәһayәt,  Sәlim  bәrk  acıqlandı.  Quraşdırdıqlarını  da  sökdü. 

Hissәlәri  sәliqәsiz  һalda  bir  yerә  toplayıb,  sağ  әlinin  arxası yla  gücü  

gәldikcә itәlәdi. Hissәlәr müxtәlif sәmtlәrә töküldü, һәtta dәmir һissәlәrdәn 

bәzilәri әyildi. Ağac һissәlәrin bir parası  çatladı, çoxunun da rәn gi getdi. 

Sәlim  döşәmәyә  sәpәlәnmiş  һissәlәri  yığışdırmadan,  taxtın  üstünә  sәrilib 

ağlamağa başladı. 

Gәzmәkdәn  qayıdan  atası yla  anası  onun  a ğladığına  tәәccüb  elәyi b 

sәbәbini soruşanda, Sәlim һıçqıra -һıçqıra atasına dedi: 

 



Yönnü  dә  tәyyarәdir.  Ancaq  böyü klәrin  sözünә  baxır,  uşaqları 

һirslәndirir. 

Atası Sәlimin gözlәrini silә-silә danışırdı: 

 



Oyuncaq  almaq  şәrt  deyil.  Şәrt  onu  saxlamaqda,  ona  qayğı  ilә 

yanaşmaqdadır. O yuncaqlarını yığmaq üçün yer tapmırıq. Ancaq bircәsi saz 

deyil. O ki qaldı tә yyarәnin sökülüb-qurulmasına,  mәn işlә yәndә sәn  yaxşı 

fikir  vermirdin.  Mәn  qәsdәn  һeç  nә  demirdim.  Bilird im  ki,  özün  söküb 

quraşdıranda çaşacaqsan. 

Atası  danışdıqca  Sәlim  һissәlәri  bir  yerә  qoplayıb  stolun  üstünә  yığır, 

xaһiş elәyirdi ki,  yenidәn quraşdırsın.  

Oğlunun xaһişinә  görә ata tәyyarәni quraşdırır, Sәlim diqqәtlә baxırdı.  

Tәyyarә һazır olanda Sәlim doluxsunmuş һalda atasına dedi:  

 



Söz  verirәm  ki,  daһa  o yuncaqlarımı  әzib  sındırma yacağam. 

Dediklәrinizә qulaq asıb, sözünüzә baxacağam. 

Atası gülә-gülә dedi: 

— Dediyinә әmәl elәsәn sәnә  yaxşı maşın alacağam. 

O gündәn Sәlim oyuncaqlarıyla sәliqәli rәftar elәyir, ata-anasının sözünә 

qulaq asırdı. 




18 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

HƏFTƏ 

(hekayә) 

Çiçәk  ikinci  sinifdә  oxuyurdu.  Yoldaşları  da,  müәllimlәri  dә  onun 

xatirini çox istәyirdilәr. Sәbәbi o idi ki, dәrslәrindә zirәk  sinifdә intizamlı, 

şer söylәmәkdә dilavәr 

İstiraһәt  günlәrinin birindә Çiçәk anasına qoşulub dayısıgilә  getmişdi. 

Bu kәnd, qızın xoşuna gәldi. Evlәrin һamısı ikimәrtәbә idi. Dәmir taxtapuşlu 

binalar  uzaqdan  görünürdü.  Hәyәtlәrdәki  meyvә  ağaclarına  baxdıqca  qız 

sevinirdi.  Dayısının  Göyçәk  adlı  qızı  bir  yaş  ondan  böyü k  idi.  Üst-başı 

tәmiz, saçlarını darayıb һörmüş, uclarına ağ lent bağlamış  Göyçәk Çiçәyin 

әlindәn  tutub  hәyәtlәrini  gәzdirir,  «Dostluq»  bulağının  qırağına  aparır, 

mәktәblәri,  müәllimlәri,  yoldaşları  barәdә  söһbәt  edirdi.  Danışıq  vaxtı 

Göyçәk soruşdu:  

 



Ayda neçә dәfә kinoya gedirsәn? 

Çiçәk bir az fikirlәşib cavab verdi: 

 

Hәftәnin üçüncü, beşinci günlәri.  



 


19 

 

Çiçәyin  cavabı  Göyçәyi  razı  salmadı.  Günlәrin  adı  ola-ola  nә  üçün 



nömrәlәndiyi һaqda sual vermәyib, başqa şey xәbәr aldı: 

 



Dәrsdәn sonra nә iş görürsәn? 

Çiçәk bülbül kimi ötdü: 

 

Hәftәnin  birinci  günü  tәmiz  әski  ilә  çarpayıların,  stol  vә 



kürsülәrin,  şkafların  ozunu  alıram.  Hәftәnin  ikinci  günü  paltar  yumaqda 

anama  kömәk  edirәm.  Hәftәnin  üçüncü  günü  yoldaşlarımla  birlikdә 

«yemlikli»  dәrәyә  gedib  gәzirәm.  Hәftәnin  dördüncü  günü  quşçuluq 

fermasında  cücәlәrә  baxıram.  Hәftәnin  beşinci  günü  balkonumuzdakı 

güllәri  sulayıram.  Dibçәklәrә  tökülmüş  yarpaqları  götürüb  başqa  yerә 

qoyuram.  Hәftәnin  altıncı  günü  atam  müһaribәdә  i gidlik  göstәrmiş 

kәndlilәrimizin  qәһrәmanlıqlarından  danışı r.  İstiraһәt  günü  bir  saat  gec 

dururam.  Anam  mәni  qәsdәn  durquzmur.  Çünki  һәr  sәһәr  saat  7 -dә  durub 

dәrsә gedirәm. 

Çiçәyin  һazırcavablığından,  diribaşlığından  Göyçәk  razı  qalsa  da  qıza 

һәm  yazığı  gәldi,  һәm  dә  acığı  tutdu.  Ona  görә  yazığı  gәldi  ki,  mәktәbdә 

oxuduqlarını  әzbәrlәmәklә  kifa yәtlәnmişdir.  Onunçun  acığı  tutdu  ki, 

ata-anasından, qardaş -bacısından, qonşularından һәftәnin günlәrini soruşub 

öyrәnmәmişdir.  İlin  aylarını,  ayın  һәftәlәrini,  һәftәlәrin  günlәrini  Çiçәyә 

öyrәtmәyi lazım bilib, ondan soruşdu: 

 



Çiçәk, bir ildә neçә ay var? 

 



On iki.  

 



Ayların adını bilirsәnmi?  

 



Әlbәttә, bilirәm. 

 



İlin dördüncü ayı һansıdır? 

 



İlin dördüncü ayı aprel. 

 



Altıncı ayı? 

 



İyun. 

 



Sәkkizinci ayı? 

 



Avqust.  


20 

 



 

On birinci ayı? 

 

Noyabr. 



Göyçәk dәrindәn nәfәs alıb izaһ etdi:  

 



Ayların  adları  olan  kimi  günlәrin  dә  adı  vardır.  —  Sonra  ara  veri b 

soruşdu: —Hәftәnin günlәrini saya bilәrsәnmi? 

Çiçәk başını aşağı әyib cavab vermәdi. Onun sifәti qızardı. Ağlı kәsәndәn 

bәri  ilk  dәfә  idi  ki,  sualı  cavabsız  qoyurdu.  Dayısı  qızı  Çiçәyi  xәcalәtdәn 

qurtardı. 

 



Bir һәftәdә yeddi gün vardır... 

Çiçәk  dayısı  qızının  dediklәrinә  diqqәtlә  qulaq  asıb,  һәftәnin  günlәrini 

könül dәftәrinә  yazırdı. Göyçәk deyirdi: 

 



İstiraһәt gününün adına bazar deyirlәr. 

Çiçәk gözlәrini Göyçәyin ağzından çәkmirdi, dayısı qızı isә danışırdı. 

 

Hәftәnin birinci gününә bazar ertәsi, ikin ci gününә tәk, üçüncü gününә 



çәrşәnbә,  dördüncü  gününә  cümә  axşamı,  beşinci  gününә  cümә,  altıncı 

gününә şәnbә deyirlәr. 

Göyçәk  һәftәnin  günlәrini  iki  dәfә  tәkrar  elә yәndәn  sonra  Çiçәyә  üz 

tutdu: 


 

İndi һәftәnin günlәrini adları ilә saya bilәrsәnmi? 



Çiçәk yenә bülbül kimi ötdü. 

Göyçәk başqa sual vermәk istә yirdi ki, anası çağırdı. Qızlar birlikdә evә 

qayıtdılar. Çiçәk özlüyündә һәm utanır, һәm dә sevinirdi. Utanma ğına sәbәb 

o  idi  ki,  bu  vaxta  qәdәr  günlәrin  adlarını  bilmirdi.  Sevinci  һәdsiz  idi  ona 

görә ki, kәndә qayıdan kimi bildiklәrini  yoldaşlarına da öyrәdәcәkdi. 

Kәndlәrinә qayıdan Çiçәk yolda anasına dedi: 

 

Sәn  demә  һәftәnin  günlәrinin  adı  varmış.  Göyçәk  günlәrin  adlarını 



mәnә öyrәtdi. 

Ana qızına tәәccüblә baxıb dedi: 

 

Gülmәli söz danışırsan, adsız da  gün olar? 






Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə