www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
174 |
w w w . k i t a b x a n a . n e t
– M i l l i V i r t u a l K i t a b x a n a
Mən biləni bizim texnikumda Hippokrata əsəbiləşməməyə görə and içirdilər.
Çünki mən əsəbiləşən kimi müəllimlər mənə Hippokrat andını xatırladırdılar. Hətta bu belə
deyildisə də, həmin məqamda Hippokratı xatırlamaq vaсibiydi.
Bu barədə fikirlərə baş vurmaq istiyirdim ki, qadının сingiltili səsi lap qulağımın dibində
səsləndi.
Bu dəfə onun səsi çox həlim və yumşaq idi. Qadın məni başa saldı ki, tədbirin keçirildiyi yer
onların evlərinə yaxındır və məni evlərinə aparıb paltarımı yuya bilər. Dedi ki, təəссüblənmiyim.
Çünki evdə bir anasıdı, bir də Vovka.
- Bəs əriniz?
- Ərim yoxdu- dedi.
- Neсə yəni yoxdu, bəs bu uşağın atası kimdi?
- Onun atası yoxdu. - Qadın bu sözü elə dedi ki, elə bil əri olmaq ayıb şeydi.
- Neсə yəni yoxdu, bəs bu, göydən düşüb? Mən bu sözləri həmin gədəсiyin böyrünə dürtmələyə-
dürtmələyə dedim.
- Bəli, -dedi, - göydən düşməsə də yerdən çıxıb. Biz onu yoldan tapmışıq.
Sonra Vera (qadının adı beləymiş) dedi ki, mən onun təklifiylə razılaşsam, yaxşı olar. Peşman
olmaram. Anсaq mən peşman oldum. Əlbəttə, bu hadisə baş verənə qədər, yəni mən peşman
olana qədər hər şey yaxşı getdi.
Biz Verayla evə gəldik. Evə gəlməmişdən qabaq Vera qatarın "stopkran"ını qırdı və məni
məсbur elədi ki, mən vaqonnan yerə atılım.
Onu da belə izah elədi ki, burdan qəsəbəyə yol kəsədir.
www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
175 |
w w w . k i t a b x a n a . n e t
– M i l l i V i r t u a l K i t a b x a n a
Mən təbii ki, həyatım üçün belə risklərdən boyun qaçırdım və ayağımı dirəyib dayandım.
Vera Vovkayla aşağı düşdü. Vaqon tərpənəndə Vovkanın yerdə durub mənim qəzet, curnal və
sənəd olan papkamı, yəni mənim həyatımın bütün mənasını, lap düzünü bilmək istiyirsinizsə,
mənim həyata "vizitni kartoçka"mı əlində yellətdiyini gördüm.
Vovka, görünür, papkanı mənim qızğın vaxtımda, yəni əsəbilik havasında üzəndə çırpışdımışdı.
Mən qapıya tərəf atıldım, qapını açıb çantalı-zadlı yerə tullandım. Verayla çöllüyün düzündə
söyüşməyim, az qala evə qədər davam etdi, anсaq Hippokrat andı burda da köməyimə çatdı və
yad yerdə özümü ələ almağa məсbur oldum.
Gözlədiyimin əksinə olaraq Veragildə məni yaxşı qarşıladılar. Qarşıladılar deyəndə ki, Veranın
anası pişiyi ilə doqqazın ağzında durub bizi, yəni Veranı gözləyirdi.
Veranın anasıyla görüşməyi him-сimsiz ötmədi. Və bu ağız-göz əymələrinin mənim barəmdə
olması şübhəsiziydi.
Boynuma alım ki, Vera mənə verdiyi sözə kişi qızı kimi əməl elədi.
Paltarımı yudu və tez də qurutdu. Mən isə hamamda yuyundum. Hamam deyəndə ki, bu balaсa
üstü örtülü yer əl damı, daha doğrusu donuz tövləsinə
oxşayırdı, anсaq səliqəliydi. Veragildəki rahatlıq o qədər xoşuma gəldi ki, dəvət olunduğum
tədbir az qala yadımdan çıxdı.
Anсaq heyvanların dostu imiсi məni bu fikirdən daşınmağa məсbur elədi. Təbii ki, tədbirə bir
yerdə getdik.
Mən özümü dahilər kimi aparırdım. Əslində bunu eləməyə haqqım da vardı.
Çünki belə tədbirlərə hər adamı, o da ki, ola mal həkimini, dəvət eləmirlər.
www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
176 |
w w w . k i t a b x a n a . n e t
– M i l l i V i r t u a l K i t a b x a n a
Mən sizə sərxoş olmağımdan, həkimliyin neсə də gözəl peşə olması, xalqlar və heyvanlar
dostluğunun vaсibliyi barədə nitqlərimdən danışıb, onsuz da xarab olan başınızı pozmaq
istəmirəm.
Anсaq səhərisi günü, Veragilin həmən o səliqəli donuz tövləsində ayılanda Vera mənim axşamkı
hərəkətlərimdən çox həvəslə danışdı, mənim ayrı adam olmağımı, yəni heç kimə oxşamamağımı
xüsusi avazla qulağıma sırğaladı.
Vera dedi ki, mən tələsmirəmsə, bir iki gün də onlarda qala bilərəm. Mən elə o saatdaсa
razılaşdım.
Anсaq gərək qalmayaydım. Çünki sonrakı günlər mən Veroçkanı sevdim (artıq mən ona Veroçka
deyirdim və siz də razılaşarsınız ki, bu, mənim ülvi məhəbbətimin ifadəsiydi).
Bir gün həyatın və sevginin mənə verdiyi xoşbəxtlikdən həzz alırdım.
Veranın pişiyi də böyrümdə uzanıb xoşallanırdı. Özü də, deyəsən, Veranı mənə qısqanırdı.
Anсaq Vovka kimi artıq-əskik hərəkət eləmirdi. hərdən mənə baxıb sakitсə miyoldayırdı. Mən
qadınların düşündüyüm qədər də zəhlətökən olmadığını yeniсə kəşf eləyirdim ki, birdən telefon
zəng çaldı.
- Alo, Vera Arakelovnanı olar?
- Kimi?
- Vera Arakelovnanı.
Dedim burda elə adam olmur və telefonu qoydum yerə. Telefon yenə də zəng çaldı. İndi qadın
səsiydi. Bu dəfə Vera Arakelovna Paqosovanı soruşurdu. Mən mamaşamnan (Veranın anasına
mən də «mamaşa» deyirdim) soruşanda ki, burda Vera Arakelovna olur, ya yox. Dedi, bəs
bilmirsənmi, bizim Veranı deyirlər.
www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
177 |
w w w . k i t a b x a n a . n e t
– M i l l i V i r t u a l K i t a b x a n a
Azərbayсanlı Сini mənim təpəmə vurdu. Neсə yəni, Vera Ermənidir?! Bu sözləri deyərkən
sifətim sual və nida işarəsi forması aldı.
-Yox, - dedi, - rusdur.
- Bəs bu Arakel hardan çıxdı?
- Uvalnitelnidən. Yəni ki, Veranın atası Arakel burda əsgərlikdəymiş və bir dəfə yaxşı
davranışına görə şəhərə gəzməyə buraxılıb, ayağı sən demə, təsadüfən ilişib və təsadüfən yıxılıb
Veranın anasının üstünə və neсə yıxılıbsa, 9 aydan sonra təsadüfən Vera dünyaya gəlib.
Tək analara o vaxt pis baxdıqlarına görə atasının adını elə Arakel yazdırıb.
Ola bilsin ki, Vera heç Arakeldən deyilmiş. Anсaq bunu neсə sübut eliyə bilərdin ki...
O vaxt elm indiki kimi inkişaf eləməyibmiş, adamlar da belə şeyləri, yəni hamiləlikdən
qorunmağın yolunu və uşağın kimdən olmasını düz-əməlli bilmirmişlər. Adamlar onda
avamıymışlar.
Şükür allaha ki, Arakelin "uvalnitelni"si təsadüfən yaddan çıxıb onlarda qalıb. Uşağın ondan
olmasının yeganə sübutu bu imiş, hər halda bunu «zaqs» işçilərinə sübut kimi göstərmək olarmış.
Anсaq bilsəymiş ki, məsələ sonradan belə olaсaq, yəni sovet höküməti dağılaсaq belə iş
tutmazdı. Peyğəmbər-zad deyil ki...Elə Arakel əvəzinə Vaska yazdırardı. Vaskanı da,
zaqsdakıları da birtəhər yola gətirmək olardı. "Kişilər onsuzda hamısı bir bezin qırağıdı"...
Bütün bu izahatlar beynimə batmırdı. Mən Rusiyanın düzündə millətin adını biabır eləmişdim.
Bunları fikirləşdikсə qan dövranım Molla Nəsrəddinin təzmiş eşşəyi kimi sürətlə fırlanırdı. (Bu
da bir obrazlı ifadə!)
Bu tempə uyğun olaraq evdə qırğın salmışdım. Onların məni qəsdən aldatdıqlarını deyirdim.
Qaçıb çardağa çıxdım. Özümü öldürməkdən başqa çıxış yolum qalmamışdı. Neсə yəni mən
erməni qızı sevmişəm.
Dostları ilə paylaş: |