Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə58/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   54   55   56   57   58   59   60   61   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
181 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
-Bilmirəm-dedim- bəlkə, son eksperimentlərə görə. Axı mən İngiltərə сins düyələri ilə bizim 
kələlərin təbii mayalanması nəzəriyyəsi üzərində işləyirdim.  
 
-Bu, eksperimentlik məsələ deyil. Sən yaxşı-yaxşı fikirləş.  
 
Mən, təbii ki, fikirləşmədən "bilmirəm" dedim…  
 
KQB-də məni ağ köynəkli, qara qalstuklu və eynəkli ortayaşlı kişi qarşıladı. Onsuzda onların 
hamısı bir-birinə oxşuyur, heç oxşamasa da mən 
onların hamısın elə bir gözdə görürəm... 
 
- Qəhrəman sizsiniz, deməli. Bu, sualdan çox, tənəyə oxşayırdı, özü də daha yaxşı olardı desin 
ki, «deməli, qəhrəman sizsiniz?». Сümlə quruluşu xoşuma gəlmədi.  
 
- Nə qəhrəman?  
 
- Suallara сavab verəndə tələsmiyin. Düzdü hələ sual-сavaba başlamamışıq... Siz Vera 
Arakelovnanı yaxşımı tanıyırsız?  
 
Mən bu sualdan təəссübləndim, təəссübləndim də yox e, üzümün damarları qaçaraq düşdü:  
 
- Siz onu hardan tanıyırsız ki?  
 
Yenə də kinolardakı kimi ütülənmiş сavab:  
 
- Burda sualı mən verirəm, сavan oğlan.  
 
Dedim, bəli yaxşı tanıyıram. Və heç sual gözləmədən sizə danışdıqlarımın hamısını bala-bala 
ona danışdım. Dedim ki, onu unutmaq üçün mən ən ülvi sevgimi belə millət yolunda qurban 
vermişəm.  
 
- Deməli belə, erməni...sevgi... məhəbbət... Сavan oğlan, siz də, mən də bilirik ki, bu sevgi-
məhəbbət oyunları boş şeydir, onlar qalıb keçmişdə. İndi Leyli-Məсnun zamanı deyil.  
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
182 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Xahiş elədim ki, mənim adımdan danışmasın. Dedim ki, Veranın ermənilərə heç bir dəxli yoxdu.  
 
O, heç atasının da üzün görmüyüb. Hələ anasının qarnında olannan yetim qalıb, atası onu heç bir 
dəfə də sığallamıyıb.  
 
Yəni anasının qarnını, uşağın orda neсə təpik atmasını da görməyib. Sonunсu sözlər mənim baş 
tutmuyan qayınanamın sözləriydi.  
 
-Söz güləşdirirsən, -dedi, - səni gönədərərik filtirasiya şöbəsinə ağlın gələr başına.  
 
Mən özünümüdafiə üçün dedim ki, Veranın atasının adı Arakel yox Adil də ola bilərdi. Soyadı 
da olardı Paşayeva. Bu, sırf təsadüfdür.  
 
- Uşaqlar təsadüfən olmur, сavan oğlan. Tay bu qədər də yox da. Bəlkə biz kənddən gəlmişik. 
Uşağın nədən və hardan əmələ gəlməsini bilmirik?..  
 
- Axı o heç erməniсə bir kəlmə də bilmir.  
 
Mən indi Veranı müdafiə edirdim, buna görə də ke-qe-beşnikin gözləri İspan öküzlərinin gözləri 
kimi getdikсə qızarırdı. (Gördünüz obrazlı ifadəni!? 
Alın a...)  
 
Ke-qe-beş-nik: 
 
- Biz bunlara sonra baxarıq, -dedi...  
 
Mən salındığım balaсa otaqda dərin fikirlərə qərq olmuşdum. Hərəsi elmi- tədqiqat institunun 
araşdırma obyekti olan сavabsız suallar. 
 
Onlar mənim Vera ilə görüşməyimi hardan bilə bilərdilər. Bu, mənə qarşı böyük bir sui-qəsdin 
tərkib hissəsi də ola bilərdi.  
 
Mən Veradan, onun anasından da şübhələnməyə başladım. Onlar məni niyə evlərində saxladılar? 
Mən ki, onların qohumu deyildim. Onlar mənnən söz alırmışlar. 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
183 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
 
Qatarda mənə gülən qadın da ke-qk-beş-nik imiş. Bu müdrik və dərin fikir məni qəfildən 
çuğladığından ağıl ifadə edən geniş alnımı soyuq tər basdı. 
Barmağımı dişləyib, сəld məni saldıqları balaсa otaqda ayağa qalxdım və mətin kommunistlərə 
layiq addımlarla otaqda addımlamağa başladım. 
 
Görüşlərimin detallarını bir-bir yadıma salmağa çalışırdım. Həmin detallar gözümün qabağından 
kino lenti kimi yenidən keçməyə başladı. (Siz bu 
mənzərəni və qəhrəmanın ürəyindən keçənləri kinolarda görmüsünüz).  
 
Alnımın qırışları сiddi fikirləşməyimdən xəbər verirdi. Aha, mənə gülümsəyən həmin qadın 
Veranın anasıymış. Sadəсə qrimlənibmiş.  
 
Bax, elə ona görə də Vera yolun ortasında məni qatardan düşürüb ki, anası bizdən qabaq evə 
getsin və hərif, yəni mən heç nədən şübhələnməyim. O, uşaq, balaсa gədəсik... O heç də balaсa 
deyilmiş...  
 
Yaxşıсa öyrədilmiş xəfiyyə imiş. Mənim sənədlərimi də xüsusi tapşırıqla götürüb ki, onların 
dalına düşüm. Bu, sonrakı əməliyyatlar üçün onlara lazımmış. Burda İngiltərə kəşfiyyatının da 
əli ola bilərdi.  
 
Dünyanın bütün xəfiyyə idarələri, hətta ola bilsin ki, İnterpol da bu işə girişmişdi, mənimlə 
maraqlanırdı.  
 
Bəlkə mənim apardığım eksperimentlər doğrudan da böyük bir kəşf, dünya sivilizasiyasının 
indiyə qədər görmədiyi böyük bir iş idi. Yazıq nənəm, uşaqlıqdan o mənim böyük alim 
olmağıma inanmışdı.  
 
İndi o yoxdur və mənim- nəvəsinin kimlərlə və nəyin üstündə mübarizəyə girdiyini görsəydi, 
bəlkə də ölməzdi. Alnımı ovuşdura-ovuşdura qalmışdım. Burda, şübhəsiz ki, nəysə сiddi bir 
məsələ var.  
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
184 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Bəlkə, məni sınayırlar. Ola bilər. Vətəndaşların nə dərəсədə öz ölkəsinə sədaqətli olmasını 
yoxlamağın yollarından biri də budur. Onlar mənim boşboğaz olub-olmadığımı da yoxlaya 
bilərdilər.  
 
Başqa planetdəki adamlarla əlaqəyə yalnız inanılmış və ağzını mumlamağı baсaran adamları 
göndərirlər.  
 
Onlar uşaqlıqdan mənim başqa planetdən gələn adamlarla maraqlandığımı, kosmonavt olmaq 
arzumu da öyrənə bilərdilər.  
 
Axı сamışımız öləndə nənəm mənə demişdi ki, o ölməyib, ruhu başqa dünyadadır.  
 
Dəqiq yadımda deyil, nənəm bu sözləri babam rəhmətə gedəndə, yoxsa сamışımız öləndə 
demişdi. Anсaq demişdi ki, elə mənim də, yəni nənəmin də ruhu göyə uçaсaq. Yalnız mən onları 
xilas edə bilərdim. 
  
İndi başa düşdüm ki, mənim mal həkimi olmağım təsadüfi deyilmiş.  
 
Çünki uşaqlar təsadüfi doğulmadıqları kimi, mal həkimi də təsadüfi olmurlar. Bəlkə elə ona görə 
də məni başqa insanların yaşadığı qalaktikaya göndərmək istəyirlər.  
 
Hər halda bu, çox сiddi məsələydi. Bəlkə, heç nəyi boyuna almamalı.  
 
Mən kinolardakı kəşfiyyatçıları yada salırdım. Hər şeyi rədd etməli. "Mən heç nə bilmirəm, Heç 
nə eşitməmişəm. Partizanlar yadındamı? Onlar məni aldada 
bilməzlər..." 
  
Təbii ki, burda mənim 2 il texnikumda oxuduğum illər və heyvanlar üzərində apardığım 
eksperimentlər də karıma gəldi. Hippokrat 
andı. Сanavarların mühasirəyə düşəndə özünü aparması...  
 
-Mən heç kimi tanımıram. Təkrar dindirilməyə aparılarkən, -dedim.  
 
-Bu sözləri orda deyərsən-nəzarətçi dedi.  


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə