Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə66/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   62   63   64   65   66   67   68   69   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
210 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Deməli, mən qəbirlərin arası ilə gəzə-gəzə, bədbin və nikbin sifətləri görə- 
görə gəlib bir məzarın önündə dayandım, daha doğrusu, sanki başdaşında təsvir olunmuş adamın 
özü, bissimillah, dəmir barmaqlıqların arasından əlini uzadıb, ətəyimdən tutdu və mən dayandım. 
Bu, bir gəlinin şəkliydi. Bilmirəm niyə gözəl qadınlar həmişə mənə ilişir!? Gəlinin yaraşıqlı 
çöhrəsi, yanağında qara xalı vardı, az seziləcək dərəcədə gülümsəyirdi. O qədər sakit dayanmışdı 
ki, sanki mələyiydi. Başında fatası, əynində indi dəbdən düşmüş ağ uzun gəlinlik donu vardı, 
əlində çiçək dəstəsi tutmuşdu. Çiçəklər bənövşəyi, ağ və sarı güllərdən ibarət idi. Sanki onu 
dağdan yenicə yığmışdılar. Çiçəyi dərən isə elə mən özüm idim. Yenə də şıltaqlığım tutmuşdu və 
kəndimizin dağlarında-dərələrində dolaşıb, çiçək yığırdım, dombalan, yer alması, boz kəkliyin 
yumurtasını axtarırdım. Məndən fərqli olaraq, gəlinin sifətindən məsumluq və günahsızlıq 
yağırdı.  
Mən ona xeyli baxdım, baxa-baxa da dişimin ağrısını unutdum, həkimə qayıtmaq fikrindən də 
daşındım. Deyəsən, gəlini sevdim də, hər halda onu arzuladım, yuxularımı yadıma saldım. Gərək 
ki, mən onu nə zamansa yuxularımda görmüşdüm. O gəlin dağların o biri üzündəki nağıl 
şəhərində yaşayırdı. Bəlkə möcüzə axtaran Alisaydı, ya göyçək Fatmaydı, bəlkə də onların 
bacısıydı. Ən qəribəsi oydu ki, onun şəklinin altında heç nə yazılmamışdı. Nə adı bilinirdi, nə də 
doğum və ölüm tarixi. 
Bu düşüncələrim bir müddət çəkdi. Mən gah gəlinin sir-sifətinə, gah onun yaxalığına, daha 
dorusu sinəsini dombaldan döşlərinə, gah da ayağındakı ağ səndələ baxırdım. Birdən qulağımın 
dibində hənirti hiss elədim, üşəndim, cəld qanrılıb arxaya baxdım. Yaşlı bir kişi arxamda 
dayanıb şəklə baxırdı, ağzından siqaret iyi gəlirdi: ucuz və filtrsiz siqaret qoxusu. Mən çəkməyi 
çoxdan tərgitmişəm, amma onun qoxusunu yadımda saxlamışam. Bu doğrudan da pis qoxuydu. 
Bəlkə o, dişlərini də yumurdu, ya elə protez gəzdirirdi. Dişləri protezli kişilərin (lap elə 
qadınların da) ağzından pis qoxu gəlir. İnciməsəydilər, deyərdim ki, siqaret çəkməsinlər.  
Saçları çallaşmış, sifəti bürüşmüş həmin kişi elə də qoca deyildi; onu ya içkiyə həddən artıq 
meylli olması, ya da özünü doğrultmayan ümüdləri qocaltmışdı. Son fikir xoşuma gəlir. Mən onu 
hansısa bir kinodan eşitmişəm. O, mənimlə yanaşı bir müddət dayanıb gəlinə baxdı, daha 
doğrusu, çöhrəsi batıq və xallı gəlinin mübarək simasını seyr elədi, axırda heç nə demədən 
məzarı dövrələyən hasarın qıfılını açıb içəri keçdi. Gəlin məzarının yanında təxminən bir adam 
boyu yer də vardı.  
O, əlindəki dolçanı həmin yerə qoydu, tələsmədən məzarın ətrafındakı ot-alağı yolub atmağa 
başladı, qanqal onun barmağını yaralasa da əhəmiyyət vermədi. Qanı eləcə üstünə sürtdü. 
Deyəsən, o, ağrı da hiss eləmirdi. Görünür, ümüdləri ölmüş adamın hissləri də onu tərk edir: 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
211 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
dinməz-söyləməz, sahibini belə incitmədən. Hisslərin də sahibi olur axı, ya elə əksinə: hisslər 
adamın sahibidir, zamanı gələndə aradan çıxır. Ay səni!  
Kişi başdaşının böyürlərində özünə yer eləmiş daş güldanlara da əl gəzdirdi, qurumuş çiçəkləri 
götürüb kənara atdı, qoynundan bir cüt qərənfil çıxarıb, hərəsini güldanın birinə qoydu, su tökdü. 
Mən nədənsə oradan aralanmaq istəmirdim, bəlkə də ağlıma gəlmirdi, ya da elə hansısa qüvvə 
məni saxlayırdı. Bu qüvvə gəlinin görünməz əlləri də ola bilərdi. Ah, kişini qucaqlayan qadın 
əlləri!.. 
Kişi cibindən dəsmal çıxarıb, şəklin üstünü təmkinlə sildi, üzünə su vurdu. Sonra mən tərəfə 
baxmadan, sanki öz-özünə pıçıldayırmış kimi: 
-Çox cavan idi,-dedi, dili topuq vurdu, kəkələdi. 
-Allah rəhmət eləsin!-Mən ona təsəlli üçün: - yəqin, qızınızdır?- deyə soruşdum.  
Kişi: 
-O mənim nişanlım idi,-deyə yenə də kəkələyə-kəkələyə, məyusluqla cavab verdi. 
Biz bir müddət susduq. Gəlinin həyatdan nakam getməsi onu daha da gözəlləşdirirdi, ürəyimi 
ağrıdırdı. Onun sifətində qəmlə sevinc əkiziydi. Sanki məharətli rəssam şıltaq bir adamın 
müxtəlif ovqatını bir sifətdə birləşdirmişdi. Bədbinlər həyatda ölüm, nikbinlər ikinci həyat 
axtarırlar. 
Sirli bir üçlük yaranmışdı: gəlin-kişi və mən. O da, sanki, bunu duydu, bəlkə də danışmağa 
ehtiyac hiss eləyirdi və belə bir əhvalat söyləməyə başladı: 
-Biz qonşuyduq. O, mənim kiçik bacımla yaşıdıydı. Mən ondan yeddi yaş böyük idim, az qala 
qucağımda böyümüşdü. Onu sevmək heç ağlıma da gəlməzdi, amma həyatı nə bilmək olar. 
Adama əvvəlcə dərd, sonra sevinc verir. Eşq dərdlə başlayır.  
-Eşq qədim insanın kədəridir,-deyə onun fikrilərinə şərik çıxdım. Amma o, mənim bu müdrik 
sözlərimə məhəl qoymadı.  
-Mən ona vurulduğumu ilk dəfə ot tayasının başına çıxanda hiss elədim. Əsgərlikdən təzəcə 
qayıtmışdım, iyunun əvvəlləriydi. Otu təzəcə həyətə gətirmişdim və indi onu tayaya vururdum
dostum otu yaba ilə götürüb, yuxarı qaldırırdı, mən də onu alıb, yerbəyer edirdim. Qız isə yerdə 
dayanıb mənə əl eləyirdi. Qız, sanki məni hansısa uzaq səfərə yola salırdı. Bu, çox mərhəm 
hissdi, onu sözlə demək olmaz…  
Söhbətin bu yerində hardansa bir sərçə uçub gəldi, gəlinin baş daşına qondu. Mənə elə gəldi ki, 
bu, gəlinin ruhudur. Bəs göyərçinlər necə oldu? Nakam gözəllərin ruhu göyərçinlərdə olur axı. 
Yəqin elə o da belə düşündü və quşa ötəri bir nəzər saldı, heç nə demədi. Sərçə fındıq başını o 
tərəf-bu tərəfə döndərdi, buğda boyda bəbəkləri göz yuvacığında çalxalandı, sonra rəfiqələrini
dostlarını çağıra-çağıra uçub getdi.  


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə