Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə67/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   64   65   66   67   68   69   70   71   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
212 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Kişi söhbətinə davam elədi: 
-Həmin gün otu tayaya vurandan sonra o, vedrədə su gətirdi, əl-üzümü yumaq üçün su tökdü, 
çiyninə atdığı dəsmalı mənə uzatdı. Balaca bacım həmin vaxt evdə yoxuydu, bəlkə də bu bir 
oyun idi, deyə bilmərəm. Amma 13-14 yaşlı bu qız elə gözəlləşmişdi ki, sanki, boynumda 
gəzdlirdiyim dünənki uşaq deyildi. Onda cəzbedici nəsə vardı. Maqnit kimi məni dartırdı, əlimə 
tökdüyü su, sanki qanıma qarışırdı, içimə hopurdu.  
O, doqquzuncu sinifdə oxuyanda Qarabağ müharibəsi başladı və mən könüllü cəbhəyə gedəsi 
oldum, amma ondan əvvəl nişanlandıq.  
Arabir ona məktub yazırdım, ondan da cavablar alırdım. Biz bir-birimizi ölənə kimi 
sevəcəyimizə söz vermişdik. Mən onu sevdiyimi evlərinin yanındakı yarğanın başında gəzərkən 
demişdim. O, isə dünyagörmüş qadınlar kimi susmuşdu, mənə şübhəli və qıyğacı bir nəzər 
salmış, çəkələyini sürütləyə-sürütləyə evlərinə tərəf qaçmışdı. 
Müharibə qəsəbəmizdən elə də uzaq deyildi, adamlar gecələri səksəkə içində keçirirdilər. 
Qorxularını yaddan çıxarmaq üçün gecəni uydurma əhvalatlara qulaq asa-asa başa vururdular.  
İmkan düşəndə komandirdən icazə alıb evə gəlirdim. İki il bir aydan sonra sağ ayağımdan 
yarlandım və geri qayıdası oldum. Toyumuzu ləngitmədim. O özü belə istədi… 
Kişi dayandı, gəlinin üzünü dəsmalı ilə sildi, sonra barmaqlarını onun dodaqlarında, 
yanaqnlarında gəzdirdi. 
-Toy günü səhər…-O sözünün arxasını gətirmədi. 
-Yəqin qəzaya düşüb?-soruşdum. 
Bir müddət pauza verəndən sonra: 
-Hə, qəzaydı,-dedi, susdu və bu dəfə başını qaldırıb qızarmış gözləriylə üzümə baxdı. -Özü də 
elə bir qəza ki…Mən özünü kişi sayan heç kəsə bunu arzu eləmirəm…O, toy günü, zaqsdan 
çıxandan sonra mənim dostuma qoşulub qaçdı, təzəcə şəkil çəkdirmişdik… 
Bir anlıq pauza verəndən sonra heç nə olmayıbmış kimi: 
- Mən onu öldürdüm,-dedi. Sonra mənim təəccübümü görüb:-O mənada yox, mən onu mənən 
öldürdüm. Qəbrin altı boşdur, çünki mən onu bura qədər sevirdim,- dedi və birdən, 
gözləmədiyim halda ürəkdən qəhqəhə çəkib güldü və qəbrin altının boş olduğuna məni 
inandırmaq üçün başdaşını döyəclədi. Mən elə başa düşdüm ki, həmin adam ruhi xəstədir. 
-Bura isə mənim yerimdir,-o mən tərəfə baxmadan, boş yerə işarəylə dedi,- axı ölənə kimi, hətta 
o biri dünyada da bir yerdə olacağımıza söz vermişdik. Mən sözümün üstündə durmaq 
istəyirəm… 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
213 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Hava dəyişmişdi, yağış iyi gəlirdi. Dişimin ağrısı tamam kəsmişdi. Deyəsən, dişim də ağrıyana 
kimi mənim olmuşdu, indi mən nə onu, nə də ağrısını xatırlamaq istəyirdim. Dişim mənimçün 
ölmüşdü… 
 
26-27 oktyabr 2007 
 
http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?id=934 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
214 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Haqqında məqalələr 
 
Aydın Xan (Əbilov),  
Xəzər Universitəsinin müəllimi, 
yazıçı-kulturoloq, 
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri 
 
 
Multimədəniyyət: ədəbiyyatımızda dünyaya inteqrasiya və 
mədəniyyətlıərarası dialoq 
 
Qlobal kulturoloji tələbat 
 
 
XXI əsr Azərbaycan ədəbiyyatındakı cagdas mürəkkəb proseslərini dəyərləndirərkən, uğurlu və 
problemli tərəflərini qiymətləndirərkən, dünya ədəbi-bədii söz sənətinin cagımızdakı 
tələblərindən ortaya cıxan estetik-filoloji, bir qədər də fəlsəfi-sosioloji standartlarından - 
kulturoloji qəliblərdən yararlanmaq mütləq lazım gəlir: yoхsa qloballaşan, inteqrasiyaya məruz 
qalan planetar düşüncənin səviyyəsindən, kulturoloji-mədəni hadisələrin inkisafından geri 
qalacaq, milli ədəbiyyatımızın gedişatını, istiqamətini yanlış səmtə yönəldəcəyik. Bu mənada 
çağdaş ədəbiyyat hadisələrinin arasında elə nümunələri seçib qiymətləndirmək lazımdır ki, o, 
yalnız milli estetik-bədii düşüncə məhsulu olaraq dəyər kəsb etməsin, əksinə, həm də dünya 
mədəniyyətinə, günümüzün bədii söz sənətinə yeniliklər qatsın, keyfiyyət və kəmiyyət 
dəyişikliklərinə aparıb çıxartsın, qlobal kulturoloji tələbata çevrilsin. 
Son illər yaranan ədəbiyyat nümunələrinə, bir-birindən maraqlı əsərlərə diqqət ayıran 
araşdırıcılar, sozsuz, sıravi qələm adamlarını deyil, peşəkar yazarların yaradıcılıgına daha sox 
diqqət ayırırlar ki, bu hal da anlaşılandır. Biz qapalı - rusdilli mədəni mühitdən qurtulub, dunya 
miqyaslı kulturoloji meydana qədəm qoyanda, elə ədəbi-bədii nümunələrlə, sənət hadisələri ilə 
cıxış etməliyik ki, elə ilk addımımızdan mədəniyyətimizi, ədəbiyyatımızı, humanitar-yaradıcı 
düşüncəmizi tanıtmaq əvəzinə, “qara siyahı”ya düşüb, özümüzü “yandırmayaq”...  
 Bu baxımdan cağdaş Azərbaycan ədəbi-bədii düşüncəsində özünəməхsus yeri ilə seçilən, hər 
yeni əsəri ilə peşəkar filoloqlardan tutmuş, adi oхuculara qədər ölkə ictimaiyyətinin müхtəlif 
təbəqələrini yaradıcılıq uğurlarıyla maraqlandırmagı bacaran, tənqidcilər, mədəniyyət yazarları, 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə