Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə71/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   64   65   66   67   68   69   70   71   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
221 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Qayıdaq ədəbi-filoloji məsələlərə: müasir dünya bədii söz sənətində gedən prosesləri izləyən 
oхucular gözəl bilirlər ki, son illər yaranan əksər dəyərli əsərlər məhz millilikdən çoх bəşəri, 
qlobal əhəmiyyət, dünyəvi mahiyyət kəsb edir. X.L.Borхes, X.Kortasar, İ.Brodski, U.Eko, 
P.Züskind, R.Baх, X.Murakami, O.Pamuk, P.Koelyo, V.Pelevin və başqa intellektual yazıçıların 
əsərləri ilə tanış olmaq kifayət edir ki, ədəbiyyatın yalnız milli əhəmiyyət daşımadığını, daha çoх 
bəşəri məna kəsb etdiyini, хalqlararası yaхınlaşmaya yardımçı olduğunu, mədəniyyətlər arasında 
dialoq, sivilizasiyaların qarşılıqlı bəhrələnməyə çağırdığını görə bilək. Bu mənada Elçin 
Hüseynbəylinin «On üçüncü Həvari – 141-ci Don Juan» roman-ekskursunu – yeni kitabını da, 
qısqanmadan o sıraya daxil edə bilərik: nəzərə alsaq ki, yazıçı bu günlərdə işıq üzü görmüş 
növbəti uğurlu əsəri – “Şah Abbas” romanında da vurğuladığımız problemlərə qayıdır...    
 
Ədəbiyyat: 
 
1.
 
Elçin Hüseynbəyli. «On üçüncü Həvari – 141-ci Don Juan» roman-ekskurs. “Adiloğlu” 
Nəşriyyatı, Bakı, 2007 
 
 
QEYD: Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi xətti ilə keçirilən, 
Ümumdünya Mədəniyyətlərarası dialoq Forumuna həsr olunmuş “Azərbaycan – 
mədəniyyətlərarası dialoq məkanı” mövzusunda məqalələr müsabiqəsinə təqdim edilib. 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
222 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Vaqif Yusifli. "Çeşidlərin sonuncusu" 
 
Tənqidçi Vaqif Yusiflinin yazıçı Elçin Hüseynbəylinin "Yolayrıcında qaçış" romanı haqda 
məqaləsi 
 
Dünyada bir-birinə oxşar iki yazıçı yoxdur. Hər bir yazıçı (söhbət istedaddan gedir) təkdir, 
bənzərsizdir. 
 
Təbii ki, həmin yazıçı digər bir yazıçıdan təsirlənə bilər, lakin fərdi üslubu etibarilə o, kiməsə 
oxşamır. 
 
Hər bir yazıçı da bütün yaradıcılığı boyu eyni yolu getmir. 
 
Görürsən ki, gəncliyində romantik olan bir yazıçı illər keçdikdən sonra realizmə meyl edir. 
 
Yaradıcılığa sırf lirika ilə başlayan bir şair az sonra satiraya keçir. 
örürsən ki, romanlar müəllifi kimi tanınan bir müəllif keçir dramaturgiyaya, yaxud başlayır şeir 
yazmağa. Bütün bünlar yaradıcılıq aləmində dönə-dönə təsadüf olunan hallardır. 
 
Ancaq yazıçı hansı ədəbi cərəyana, hansı «izm»ə, hansı canra müraciət edir-etsin, heç şübhəsiz, 
ortada onun ən gözəl əsərləri qalacaq. 
 
Yazıçını o əsərlər, yaxud O ƏSƏR yaşadacaq! 
 
*** 
 
İndi Azərbaycanın tanınmış bir yazıçısı olan Elçin Hüseynbəylinin «Rəqs edən oğlan» adlı ilk 
nəsr kitabı çap olunduqdan sonra ədəbi ictimaiyyətdə əks-səda doğurdu. 
 
O zaman bu kitabda toplanan hekayələr haqqında ilk yazını da mən yazdım. 
 
Həmin məqalədən iki abzası xatırlamaqla söhbətə başlamaq istəyirəm. 
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
223 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Yazmışdım: «Kəndi mənə sevdirən ilk yazıçılar Sabir Əhmədli və İsa Hüseynov olub. Sonra da 
Əkrəm Əylisli. Bu sevginin özəyi də doğmalıqdı. 
 
Yəni mən Sabir Əhmədlinin, Əkrəm Əylislinin, İsa Hüseynovun kəndini öz kəndim sanmışam. 
Laçını (S.Əhmədli), Qədiri (Ə.Əylisli), İsfəndiyar kişini (İ.Hüseynov) öz həmkəndlilərim 
sanmışam və əslində, Azərbaycanın hər bir kəndində dəli Qədir də var, ağıllı, müdrik İsfəndiyar 
kişi də, ipə-sapa yatmayan Laçın da. 
 
Mənim fikrimcə, Sabir Əhmədli kəndin dramını, İsa Hüseynov faciəsini, Əkrəm isə şeirini yazıb. 
 
Cavan bir nasir gəlib ədəbiyyata-Elçin Hüseynbəyli, indi o kənd haqqında şirin və romantik 
nağıllar yazır. 
 
Bu nağıllarda uzaqlardan gələn, bizi sirli-sehirli bir dünyaya aparan duyğu var, hiss var. 
 
O nağılları oxuduqca Elçini hələ də uşaq görürəm. Bu uşaq elə həmin nağıllardaca böyüyür, yaşa 
dolur, amma o paklığı, duruluğu qoruyub saxlayır. 
 
Bəlkə də Elçin Hüseynbəylini bir yazıçı kimi təbii saxlayan elə bu hisslərdir». 
 
Elçin Hüseynbəyli ədəbiyyata doğulduğu, sonra da ayrı düşdüyü, həsrətində olduğu kəndin çiçək 
qoxusundan, bulaq həzinliyindən, nənəsinin, babasının sevgisindən gəlib. 
 
Və onun ilk hekayələrində çölləri, ağacları, quşları sevən bir uşağın özündən uydurmadığı 
təhkiyəsində eynən nağıllarda olduğu kimi bir şirinlik axıb gəlirdi. 
 
Bunlar müasir nağıllardır, amma bu nağıllarda nə Simurq quşu vardı, nə Div, nə də cinlər, 
şeytanlar. 
 
Çünki bu nağılların qəhrəmanı olan o uşaq fil qulağında yatmayıb, onun balaca dünyasından 
böyük dünyaya bir maraq pəncərəsi açılmışdı. 
 
Bu uşaq elə hekayələrdəcə böyüyür, yaşa dolur, ilk gənclik həddinə gəlib çatır, amma onun 
təhkiyəsindən nağıllara məxsus romantika yaşayırdı. 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
224 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
 
Zənnimcə, «Rəqs edən oğlan» Elçin Hüseynbəylinin yaradıcılığında romantika dövrü kimi yadda 
qaldı. 
 
*** 
 
Az sonra Elçin Hüseynbəyli hekayədən povestə keçdi. 
 
Əksər yazıçıların belə bir «marşrut» üzrə hərəkət etdiyini o da təsdiqlədi. «Əsirlər» povesti 
Qarabağ müharibəsinə həsr olunmuşdu, ancaq burada müharibəyə fərqli bir münasibət diqqəti 
cəlb edirdi, o, təqdim etdiyi obrazlara süni şəkildə heç bir qəhrəmanlıq, fövqəladəlik bəxş 
eləmirdi. 
 
Belə bir cəhəti vurğulamaq istəyirdi ki, müharibə dövrünün öz həqiqəti var, hamı eyni tərzdə 
düşünmür, müharibə həqiqəti hamı üçün birmənalı qəbul oluna bilməz. 
 
Bu povestlə Elçin Hüseynbəylinin yaradıcılığında realizm dövrü başlayır və gözləmək olardı ki, 
o, yaşadığımız gerçəkliyin daha dərin qatlarını qaldıracaq, həyatımıza, məişətimizə daxil olmuş 
keçid dövrünün təzadlı mənzərələrini əks etdirən əsərlər yazacaqdır. 
 
«Tut ağacı boyunca», «Balıq adam», «Yovşan qağayılar», «Metro vadisi» romanları ilə Elçin 
Hüseynbəyli yaradıcılığında yeni bir mərhələ başlandı. 
 
Bu mərhələni səciyyələndirməli olsaq, bədii düşüncənin artıq bir çevrədə qalmadığını, sintezə 
meyl etdiyini görərik. 
 
Onun romanlarından söz açan əksər müəlliflər bu əsərlərdə komizmlə tragizmin, gerçəkliklə 
fantaziyanın, realizmlə romantikanın, şairanəliklə vulqarizmin, estetizmlə antiestetizmin bir-
birinə qaynayıb qovuşduğunu qeyd edirdilər . 
 
Bu əsərlərdə sırf realist səhnələr də vardı, romantika ilə süslənən təsvirlər, sürrealist boyalar da.. 
 
Xüsusilə, bu romanları simvollar,rəmz və eyhamlar olmadan təsəvvür etmək mümkün deyildi. 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə