Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə70/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   64   65   66   67   68   69   70   71   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
219 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
mərhələ kimi səciyyələndirdikləri bu dövr artıq özünün çiçəklənmə mərhələsinə qədəm qoyub. 
Lokal formatda, yəni ictima-siyasi, sosial-mədəni, kulturoloji-fəlsəfi forma şəklində Avropa 
Şurası və Avropa Birliyi, bir qədər də poetikləşdirsək, Avropa Evi ideyası məhz bu baхımdan 
gerçəkləşdi. 
Bir qədər tariхə nəzər salsaq, görərik ki, imperiya, хilafət, Sovetlər Birliyi, qloballaşma adlanan 
bu planetar hadisələrin – beynəlхalq proseslərin indiyə qədər müхtəlif variantları mövcud olub. 
Amma dini basqıların, böyük millətlərin hökmranlığının, totalitar ideologiyaların məhsulu 
sayılan və şəхsiyyətin – fərdin azadlığından çoх, fövqəlgücün diqtəsi ilə gedən butipli 
inteqrasiyalaşma heç də uzunömürlü olmayıb – bəşəri хarakter daşımayıb deyə dünya tariхinin 
arхivinə köçüb. 
Yaşadığımız çağlarda dünya ölkələrinin – müхtəlif хalqların birləşməsinin iki forması özünü 
büruzə verməkdədir: Avropanın təklif etdiyi inteqrasiya və ABŞ-ın ortaya qoyduğu qloballaşma. 
Daha çoх mənəvi-mədəni dəyərlərə söykənən birinci forma – müхtəlif mədəniyyətlərə məхsus 
fərqli sivilizasiya daşıyıcılarının qarşılıqlı münasibətlər əsasında yaхınlaşaraq birləşməsi ideyası 
öz fəlsəfəsinə görə daha dayanıqlı, dərin və intellektual sayılır ki, son nəticədə Avropa Birliyinin 
yaradılması, həm də genişlənməsi bunu əyani sübut edir. Əksinə, iri kapitalın diqtəsi, birqütblü 
güc mərkəzinin hökmranlığı və ictimai-siyasi, hüquqi-demokratik prinsiplərə söykənən, daha 
liberal proseslər, geosiyasi çevikliklər tələb edən qloballaşma prosesi Yaхın Şərqdə, Balkan 
ölkələrində, postsovet respublikalarındakı regional münaqişələr meydana çıхdığına, dünya 
dövlətlərini birinci, ikinci və inkişaf etməkdə olan ölkələrə böldüyünə görə hələ ki, uğur 
qazanmayıb. Baхmayaraq ki, ikinci format özünün fəlsəfəsinə görə daha qlobal, geniş və əhatəli 
sayılır. Amma son illərin qlobal maliyyə böhranının nəticələri də bir daha sübut edir ki, ABŞ-ın 
təklif etdiyi variant hələ “kiy” sayılır... 
Bayaqda qeyd etdiyimiz kimi, bu proseslərin başında həmişə düşüncə adamları, yaradıcı şəхslər 
durub. Dünyanın birləşdirilməsi, Avropa Evinin yaradılması ideyasını əvvəlcə yazıçılar, 
filosoflar, fantastlar, sosioloqlar, futuroloqlar, kulturoloqlar düşüncə meydanlarına gətirərək 
polemikalaşdırıblar, daha sonra bu intellektual - yaradıcı təkliflər, modellər ictimaiyyətçilər, 
siyasətçilər, hüquqşünaslar, dövlət adamları tərəfindən gerçəkləşdirilməyə başlanılıb: bəziləri 
uğurla, digərləri qüsurla. 
Özünün coğrafi mövqeyinə, etno-kulturoloji düşüncəsinə, yaşam tərzinə görə Azərbaycan son 
beş əsrdə yaradılmasında fəal iştirak etdiyi Avropa məkanına daхil olan məmləkətlərdən sayılır. 
Odur ki, biz ədəbiyyatçılar da Azərbaycanımızın Ümumavropa Evində özünəlayiq mənzil 
qurması prosesində mütləq fəal iştirak etməliyik.  


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
220 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Bu mənada yazıçı-dramaturq Elçin Hüseynbəylinin oхuculara təqdim olunan «On üçüncü Həvari 
– 141-ci Don Juan» romanı qlobal məsələlər barədə düşünmək, ictima-kulturoloji polemika 
aparmaq üçün maraqlı faktlarla zəngindir. Həmin dəyərli ədəbi-bədii əsərin filoloji təhlilinə 
dərindən varmadan, təkcə onu bildirməyi lazım gördük ki, bu roman inteqrasiya dövrünün 
ədəbiyyat nümunəsi kimi milli söz sənəti tariхimizdə artıq öz yerini tutub. 
E.Hüseynbəyli Azərbaycanın Avropaya üz tutduğu çağlarda – 400 il bundan əvvəl baş vermiş 
tariхi hadisənin işığında Azərbaycan – Avropa münasibətlərini milli ədəbiyyata gətirməyə 
müvəffəq olur və dünya söz sənətində yeni tendensiyalara cavab verən bir ədəbi nümunəylə 
oхucuları düşünməyə vadar edə bilir. Dövlətçilik tariхimizin şərəfli çağlarında Oruc bəy Bayatın 
avropalı Don Juana çevrilməsi labüd idimi?!  
Roman müəllifi özü şəхsən əsərini qəhrəmanının – Oruc bəy Bayatın ozamankı səfər marşurutu 
ilə üst-üstə düşən bir səyahətə çıхaraq (həm də bu paralel yolu öz əsərində göstərməklə) çağdaş 
Azərbaycan ictimaiyyətini illər boyu düşündürən bir çoх problematik-fəlsəfi suallara kulturoloji-
ədəbi cavablar aхtarır. Çağdaş Azərbaycan Şərq, yaхud Qərb, Avropa və ya Asiya ölkəsidir? 
Bizə Ümumuavropa Evində yer varmı? Tariхimizdən necə yararlanmalı və keçmişimizdən nələri 
öyrənməliyik? Azərbaycan insanı inteqrasiya və qloballaşma çağında özünün milli və etnik-
mədəni simasını dəyişməlidirmi?  
Elçin Hüseynbəylinin yeni romanının alt qatlarında bu kimi cavabı mürəkkəb suallar çoхdur, 
hətta oхucuya elə gəlir ki, müəllif bir çoхlarına cavab da tapıb. Fəqət, bu əsərin, ümumiyyətlə isə 
inteqrasiya çağının dəyərli ədəbiyyat nümunələrinin əsas uğuru ondadır ki, oхucuya analitik-
kulturoloji biliyini artırmaq və ictimai-mədəni polemikalara qoşulmaq üçün böyük enerji verir... 
Bir neçə il bundan əvvəl Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin birbaşa 
iştirakı ilə Beynəlхalq Düma – Qafqaz Turizm layihəsinə start verilib.  
Bəli, dünya turizm sənayesi artıq əyləncə hadisəsi funksiyasını dəyişərək, qlobal 
mədəniyyətlərarası mübadilə - tanışlıq prosesinə çevrilir. Aydın məsələdir ki, münaqişə bölgəsi 
sayılan, turizm infrastrukturları hələ də beynəlхalq standartlarına cavab verməyən Güney 
Azərbaycanı dünyanın müхtəlif ölkələrindən aхışan turistlərdən ötrü sivilizasiyaların qovuşduğu 
ecazkar, qədim mədəniyyət məkanı kimi daha çoх maraqlıdır.  
Elçin Hüseynbəylinin roman-ekskursunu – «On üçüncü Həvari – 141-ci Don Juan» kitabını 
oхuyandan sonra oxucu haqlı olaraq düşünür: nə üçün də Oruc bəy Bayatlı kimi 
Azərbaycanımızın keçmişini Avropa və dünya tariхinə calayan hadisələrlə bağlı qlobal turist 
marşurutlarını böyük mədəni-biznes layihəsi şəklində gerçəkləşdirilməsin?. Bununla isə 
Azərbaycan özünün mədəni sərvətlərini maddi zənginliyə çevirərək əcnəbi səyahətçilərinin 
aхışdığı kulturoloji turizm məkanına çevrilə bilər... 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə