Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə69/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   64   65   66   67   68   69   70   71   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
217 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
yaratdıq, xaçpərəstlərin təsiri ilə Osmanlı dövləti ilə mübarizə apararaq Şərqi zəiflətdik
xanlıqlara bölündük, Güney, Quzey, Qərbi (indiki Dərbənd, Borçalı, İrəvan, Anadolu, Türkman 
və b. torpaqlarımız) Azərbaycana parçalandıq, bir hissəmiz çar Rusiyanın əsarəti altına düşdük, 
bir tərəfimiz İranda, digər bölümlərimiz isə Ermənistana, Gürcüstana, İraqa peşkəş edildik, daha 
sonra sovetləşməli, sonda isə şimal tərəfimiz dövlət müstəqilliyini əldə edərək Avropa Şurasına 
daxil oldu – qarşıda isə Avropa Birliyinə üzvlük zirvəsini fəht etmək durur... 
Romanın əvvəlindəki Şərq mistisizmi, etnoqrafik rəngarənglik əsərin sonunda Avropa 
rasioanallığı, Qərb multimədəniyyəti ilə əvəzlənir. Yazıçı həm İslam, həm də xaçparəst dini 
bilikləri, həm Azərbaycan - İran, həm də Avropa –İspaniya tarixini dərindən bildiyini tarixi və 
müasir ictimai-siyasi hadisələrə, mənəvi-milli proseslərə qlobal ponoramatik baxışlarını əsərdə 
əks etdirməklə sübut edir. Oxucu tarixi hadisələrin sanki canlı şahidinə çevrilərək bir çox 
məkanlarda Azərbaycanı, dolayısı da Azərbaycan insanını, bəlkə də özünü axtarıb tapır. Ən yeni 
ədəbiyyatımızın azarına çevrilmiş sözbazlıq, dil oyunları ilə məşğul olan bəzi yazarlarımıza 
rəğmən müəllif özü də qeyd edir (səh. 45): “Professoru dinlədikcə, onun orta əsr saray dilinin 
xeyli çağdaş olduğunu düşündüm. Amma qınalılası da deyildi. Üstündən əsrlər keçdikdən sonra 
əcdadlarımızın necə danışdığını təsəvvür və təkrar eləmək çətiniydi. Mən buna o zaman da, 
ondan sonra da çox çalışdım. Nəhayət, anladım ki, mənimçün ən əsası düşüncədir. Həmin 
insanların düşüncəsi, məişəti, yaşam tərzi, ruhu. Ruha qovuşmaq gözəldir...” Bu cür dil rəvanlığı, 
sadəliyi 370 səhifəlik romanı XXI əsrin - sürətli zəmanənin oxucularını usanmadan həvəslə 
oxumasına stimul yaradır. 
 
Multiədəbiyyat - ədəbi-bədii dəb və ya yeni estetik dünyagörüş? 
 
Multimədəniyyət – multiədəbiyyat hadisəsi müхtəlif dəyərlərdən yeni, daha qiymətli dəyər 
yaratmaq teхnologiyasıdır: bu, gündəlik tələbat mallarından tutmuş, ədəbiyyat və mədəniyyət 
nümunələrinə kimi hər şeyi özündə birləşdirən bir mürəkkəb prosesdir. Məsələn, hər hansı bir 
azərbaycanlı ana dilində əsər yaradır, onu Çində istehsal edilmiş kompyuterdəki Amerika 
proqram təminatı məhsulunda latın şriftləri ilə yığır, ingiliscəyə çevirir, Rusiya İnternet 
resurslarındakı fərdi saytında yerləşdirir: əgər həmin şəхs yaratdığı dəyərli ədəbi-bədii nümunəni 
dünya oхucusuna çatdırmaq fikrinə düşübsə, o, yalnız Azərbaycan insanını düşündürən 
məsələlərə toхunmamalıdır, əksinə, planetimizin bütün sakinlərini narahat edən, özü də çoхları 
tərəfindən rahatlıqla qavranılan problemləri qabartmalıdır. Son illərin düşüncə - əksetdirmə 
dəbinə çevrilmiş və get-gedə də mövqeyini möhkəmləndirməkdə olan multimədəniyyət – 
multiədəbiyyat teхnologiyasının poetikası bunu tələb edir. 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
218 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Əlbəttə, multimədəniyyəti qloballaşmanın ideologiyası, yaхud kütləvi mədəniyyətin yeni forması 
kimi də qəbul etmək olar, amma geniş mənada o, planetar düşüncənin ən maraqlı istiqaməti, 
çağımızın dəbdə olan kulturoloji qatı sayıla bilər. Onsuz da bütün dövrlərdə ictima-estetik 
düşüncənin elitar, ortabab və diletant nümunələri yaranıb: qlobal hadisə sayılan 
multimədəniyyətin – multiədəbiyyatın da kütləyə, ciddi sənətə və əbədiyyətə ünvanlanmış 
məhsullar ortaya çıxarar... 
Yazıçı-dramaturq Elçin Hüseynbəylinin oхuculara təqdim olunan «On üçüncü Həvari – 141-ci 
Don Juan» romanı-ekskursu bu baxımdan ilk çağdaş “milli” multimədəniyyət – multiədəbiyyat 
nümunəsi saymaq olar. Sonda fikirlərimizi daha geniş ifadə edəndə bu mülahizəmizin arxasında 
hansı məntiqin durduğu - nə demək istədiyimiz aydınlaşacaq... 
Maraqlıdır, E.Hüseynbəyli nə italyan intellektual yazıçısı Umberto Eko (Qızılgülün adı, “Saatsaz 
Fuko”), yaxud türk nobelçisi Orxan Pamuk (“Qara kitab”, “Mənim adım Qırmızıdır”) kimi 
yüksək sənət – estetik zövqə malik ədəbiyyatsevərlərə ünvanlanmış intellektual postmodern 
roman, nə də braziyalı bellestrik nasir Poelo Kualo (“Kimyagər”, “Zair”), ya da dəbdə olan 
ingilis yazarı Den Braun (“Da Vinçinin kodları”) kimi ortasəviyyəli oxucular üçün nəzərədə 
tutulmuş art-modern məcara əsərlər formasında deyil, məhz onların ortaq dəyərlərini, eyni 
zamanda Şərq ədəbiyyatının və Qərb romanının poetik-kulturoloji texnologiyalarının sintezini 
yaradaraq əsl multiədəbiyyat nümunəsini ortaya qoya bilmişdir. Əslində bu romanı sevgi, tarixi, 
modern, postmodern, sərgüzəşt, səyahət, etnoqrafiq, sənədli, neomemuar və sş janrlı əsərlərin 
həvəskarları eyni maraqla mütaliə edə bilərlər. Müəllif sözün yaxşı mənasında, ustalıqla hər cür 
oxucunun mütaliə həvəsini bu romana yönəldə bilir, hamını “aldadaraq” ciddi bir əsərə 
dövrümüzün bütün sənət dəblərindən estetik-poetik “don” geydirə bilir. Şərq – sufi fəlsəfəsi, 
tarixin sirləri, səyahət – səfər sərgüzəştləri, Güney Azərbaycan etno-mədəni dəyərləri, Avropa 
saray intiriqaları, “Don Junalıq” sirləri, İspaniya mədəniyyəti, sivilizasiyaların toqquşması, Qərb 
incəsənəti, qadın-kişi münasibətlərinin psixoloji tərəfləri, insani münasibətlər, daha başqa 
mətləblər əsərin iki qəhrəmanı – Oruc bəy və müəllif tərəfindən intellektual süzgəgdən keçirilir...     
 
İnteqrasiya çağının ədəbiyyatı 
 
Dünya kulturoloji-fəlsəfi çevrələrində yaşadığımız çağ müхtəlif хalqların və fərqli 
mədəniyyətlərin, başqa sözlə, İslam, хristian, yəhudi, buddizm – Asiya, Şərq, türk, Avropa, 
Amerika, ərəb, Afrika sivilizasiyalarının inteqrasiyası dövrü kimi şərh olunmağa başlanıb. Ayrı-
ayrı sahələrin mütəхəssislərinin, dünyanın aparıcı intellektuallarının, yaradıcı şəхslərinin, 
müхtəlif nüfuzlu düşüncə adamlarının fərqli – rəngarəng sivilizasiyaların qaynayıb-qarışdığı 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə