Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə65/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   61   62   63   64   65   66   67   68   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
206 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
 
Yolboyu onlar heç nə danışmadılar. A əvvəlcə onun qolundan yavaş, sonra isə möhkəm 
yapışmağa başladı, axırda isə N-ə bərk-bərk sığındı. 
 
N narahat idi, onları görə bilərdilər. A onu parka tərəf dartanda sevindi. Onlar şər gözlərdən 
gizlənmişdilər.  
 
Parkın ortasına çatanda A dayandı, təzəcə aldığı əl dəsmalı ilə N-nin tərləmiş bığ yerini sildi, 
kişiyə məftunluqla xeyli baxdı, köks ötürdü, sonra: 
 
-Məni bərk-bərk qucaqla –dedi. 
 
N uzun tərəddüdlərdən sonra onu qucaqladı. A kişiyə elə sığınmışdı ki, sanki sevdiyi bir adamı 
ömürlük həbsxanaya aparırdılar.  
 
Bir müddət belə qaldıqdan sonra A kişinin sinəsini iylədi, pəmbə dodaqları ilə N-nin köynəyinin 
yaxasını və çölə çıxmış cod tüklərini öpdu. N-nin bədəninə çoxdandan bəri duymadığı rahatlıq 
və sözlə deyiləsi mümkün olmayan bir xoşbəxtlik çökdü. 
 
A: 
 
-İndi məni öp!-deyə pıçıldadı. 
 
N qızın əvvəlcə gözünün üstündəki xalından, sonra isə dodaqlarından öpdü. Qız sanki bunu 
gözləyirmiş, əvvəlcə N-nin öpüşlərinə sakitcə, sonra isə ehtirasla cavab verdi, inildədi, hansısa 
ilahi bir işarəni gözləyirmiş kimi ona sarıldı. Sonra əlini kişinin köynəyinin altından içəri saldı.  
 
Qız titrəyirdi, nəsə pıçıldayırdı, onun səsini eşidə bilərdilər. 
 
-Elə burda?-N çaşqınlıqla soruşdu. 
 
-Burda!-A inildədi. 
 
N qızı qucağına aldı… 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
207 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
 
A kişini əzaları qarışıq udmaq istəyirdi. Dırnaqları ilə N-nin köynəyini cırmağa, kürəyini 
didməyə çalışırdı…  
 
Hər şey qurtaranda N onu astaca yerə buraxdı, A yerə sərildi.  
N onun başının üstünə çökdü. A-nın dodaqları azca aralanmışdı, gülümsəyirdi.  
 
N birdən hiss elədi ki, A tərpənmir. A-nın nəfəsi gəlmirdi, o ölmüşdü. 
 
N biabır olmaqdan qorxdu. İçindən gizilti keçdi. A-nın pantalonunu geyindirdi, yubkasını aşağı 
dartdı, çantasını başının altına qoyub, oradan uzaqlaşdı. 
 
N günah içindəydi. O, nə edəcəyini bilmirdi. N metroya düşdü, bayaqkı mənzərəni təsəvvür 
etməyə çalışdı, hər şey ona yuxu kimi göründü.  
 
O, geri qayıtmaq, hər şeyin bir ilğım olmasına özünü inandırmaq istədi, amma qorxdu. Fikirləri o 
qədər uzun çəkdi ki, düşəcəyi dayanacağı buraxdı, qatar sonsuz qaranlığa soxuldu.  
 
O, həmin qaranlıqdan geri dönmək istəmirdi. Günahın etirafı - biabırçılıq, susmaq isə cəhənnəm 
əzabıydı… 
 
Müstəntiq idarəyə qayıdanda, kriminalist yoldaşı onun qabağına gəldi, əlindəki kağızı göstərib 
dedi: 
 
-Axtarmağa dəyməz. Onun ürəyi xəstəymiş. Elə ona görə də bir il qabaq ərindən boşanıbmış. 
 
Müstəntiq kağızlara baxdı.  
 
Xəstəlik haqda epikrizdə yazılmışdı ki, A intim münasibətlər zamanı iki dəfə infarkt 
keçirdiyindən, ona daha heç zaman kişi ilə cinsi əlaqəyə girmək olmaz.  
 
Məhkəmə qərarında isə göstərilirdi ki, əri arvadının sağlamlığı naminə onunla intim əlaqədə 
olmaqdan boyun qaçırıb və arvadın təkidli şikayətləri əsasında onların nikahı pozulmuş hesab 
olunub. 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
208 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
 
Müstəntiq işi bağlamaq qərarına gəldi, amma nədənsə geri qayıtdı, metronun keçidindən bir 
dəstə cansız çiçək aldı.  
 
O, bu çiçəklərdən həmişə anasının qəbri üstünə aparardı, amma indi anasının məzarı 
uzaqlardaydı.  
 
O, A-nın meyidinin tapıldığı yerə gəldi. Hadisə yerinə çatanda gözlərinə inanmadı, bayaq 
qarşısından keçən kişini gördü.  
 
N gözlərini bir nöqtəyə zilləyib baxırdı, addım səslərini eşidən kimi yerindən sıçradı. Müstəntiq 
gülləri N-nin ayaqları altına atdı. 
 
N zəif və hüznlü səslə: 
 
-Mənim günahım yox idi, amma özümü günahkar sayıram,- dedi və başına gələnləri qarşısındakı 
yad adama danışdı. Ona elə gəlmişdi ki, müstəntiq A-nın əzizlərindən biridir. 
 
Müstəntiq onu ayaqüstə axıradək dinlədi, amma heç nə demədi və dönüb getdi.  
 
Ona elə gəldi ki, kimsə A-nın son nəfəsinin kəsildiyi yerdə hıçqırır… 
 
Avqustun əvvəli, 2007 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
209 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
MƏZAR GƏLINI 
 
(Hekayə) 
  
Hadisə baş verən gün dişim ağrıyırdı. Əslində buna hadisə də demək olmaz, maraqlı əhvalat 
desəm, bəlkə də yerinə düşər.  
Yaz havasıydı, gün günortaya yaxın olsa da günəş, sanki, təzəcə çıxmışdı. Mən şam ağaclarının 
dövrələdiyi poliklinikanın yanındakı məzarlıqda gəzişirdim. Ora xüsusi bir məqsədlə 
getməmişdim. Sadəcə, diş həkimi demişdi ki, müştəri çox olduğundan təxminən 40 dəqiqə sonra 
gəlim. Belə məqamlarda mənim kimi daim narahat adamın oturub gözləməyə hövsələsi 
çatmazdı, ona görə də başımı qatmaq üçün qəbiristanlığı seçdim. Hər şeylə maraqlananlar üçün 
deyim ki, burada bekketsayağı nəsə gözləməyin. Mən irlandlı həmkarımdan fərqli olaraq 
qəbiristanlığı müqəddəs məkan sayıram. Sadəcə vaxt öldürmək üçün başdaşılarındakı yazıları 
oxumaq istəyirdim. Başdaşı yazıları mənimçün, yəqin - həm də hər şeyi bilməyə can atan 
qəriblər üçün maraqlıdır. Çünki onlar həyatın ölüm şəklidir və min illərin ənənəsini özündə 
saxlayır. Hər kəs həyatda qalacaq nişanəsini ölümdən qabaq görmək, onun buz kimi sifətindən 
öpmək istəyir. Lap xoflandım. Buz kimi sifəti kim sevər ki?! 
Mən qəbiristanlığın yerləşdiyi təpəlikdə özümü qərib kimi hiss eləyirdim. Bilmirəm, bu evdən və 
iş yerindən uzaq olmağımla bağlıydımı, yoxsa çəkiləcək dişimin ağrısının qorxusuylamı. Uşaq 
vaxtı dişimi çəkdirməyə anam aparardı. Mən də ağrılarımı və qorxumu azaltmaq üçün başımı 
onun allı-güllü donunun altına soxardım, süd qoxuyan dərisini iyləyərdim, ya da uzun donunun 
ətəyinə bürünərdim. Anam isə ətrafdakılardan ayıb eləyib, başımı donunun altından çıxarar, 
məni qucağına alardı. Onda sulanmış ağzımı onun yaxalığında gizlədərdim, xırdaca əllərimlə 
ondan bərk-bərk yapışardım. Anamın qoxusu az da olsa, ağrımı azaldardı. İndi bütün bunlardan 
məhrumuydum.  
Qəbir daşlarının üstündə sizin də daim rast gəldiyiniz cürbəcür yazılar vardı. Kimlərsə o dünya 
üçün başdaşını övladından, kimsə atasından əmanət almışdı. Başdaşının üzərində hər yaşa uyğun 
ağılar, bayatılar vardı. Qoca adamların başdaşıları mənə təsəlli, cavanlarınkı narahatlıq gətirirdi. 
Mən bu qədər qoca ölmək, bu qədər cavan da həyatdan getmək istəmirdim. Arxada mənim əlimə 
baxan uşaqlarım, hələ də xoş gələcəyə ümüd bəsləyən arvadım, məndən əlini üzməyən qohum-
əqrəbam, dostlarım vardı. Əlbəttə, bu danışdıqlarımın heç birinin indi eşidəcəyiniz maraqlı 
əhvalata dəxli yoxdur, maraq baxımından heç ona yaxın da düşə bilməz, amma öz barəmdə nəsə 
deməliydim ki, danışacaqlarıma da inanasınız.  
Bu, çox qəribə, bəlkə də qəribədən də qəribə əhvalatdır.  


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə