Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə61/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   57   58   59   60   61   62   63   64   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
192 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Əsası isə babamın ruhu olsuydu, sovet hökümətinnən qorxmazdı və buralara gəlib çıxardı, 
nənəmin yuxusuna girərdi. «Ruhu tutmaq olar kı...» Ancaq babam gedənnən cəmi ikicə dəfə 
nənəmin yuxusuna girmişdi.  
O da ki, ilk günlər... 
 
Deməli, babamı kommunizmə çəpəki baxdığına görə damlamışdılar. Nənəm bunu bizə ən azı 
ildə bir dəfə, (qar yağanda isə mütləq) danışardı.  
 
Çünki yazıq kişini səhərin alaqaranlığında, alaçalpov qar yağan günü aparmışdılar, daha 
doğrusu, kişini aparan günün axşamı qar yağmışdı və babam düz-əməlli paltar da götürə 
bilməmişdi.  
 
Nənəm hərdən fikirləşirdi ki, gərək kişi o dağ-dərədən özün atıb-qaçıydı və «heş kop-o-lu ona 
çata bilməzdi.» Sonradan silisçi kəndə gələndə babamın şəhərdə olduğunu xəbər vermişdi.  
 
Nənəm rayon mərkəzindəki qardaşı oğluna qoşulub, eşalonda Bakıya gəlmişdi, tösmərək bir 
adamın -kəndçimiz Baxşalıya oxşuyan bir kişinin, «elə bil bir almanı iki bölmüsən»- qəbuluna 
düşüb, babamın kommunizmə çəpəki baxmağının (Nənəm «çəpəki» deyəndə səsin yavaşıdırdı), 
deməli, çəpəki baxmağının səbəbini, kəndçi dilində onu başa salıb, o başa düşmüyəndə isə 
qardaşı oğlu- «maşallah elə səlist danışırmış ki»,- köməyinə çatıb- «allah yerdə qalanlarına 
kömək olsun»- və babamı güllələmiyiblər, eləcə 15 il iş veriblər.  
 
Nənəm babamı işə salmış qəzeti birinci dəfə elə onda görüb... 
 
Deməli, babamı aparanın səhərisi günü nənəm- «üzüm ə-ğınızın altına» həmin vaxt mənim 
dədəmə boyluymuş, özü də ürəyi qanqal istiyirmiş və babam səhəri günü arana enib ona qanqal 
gətirməliymiş, qanqal olmasa da-«qışın ortasında qanqal nə gəzirdi»-ona oxşar bir şey 
gətirməliymiş- «allah rəhmət eləsin nolar zəhmli olanda», kişi ürəyi yumşağıymış- və nənəm elə 
qanqal deyə-deyə dədəmnən azad olub. «Allah Həşimi, yəni babamı, aparanların da nənəsini 
qanqal deyə-deyə öldürsün...»  
 
Babam gedər-gəlməzə gedənnən sonra nənəmə on yerdən elçi düşüblər, ələlxüsus da müharibə 
zamanı, arpa çörəyi belə tapılmıyanda, ancaq nənəm dədəmi töhmət yeri eləməmək üçün ərə 
getmiyib.  


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
193 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
 
Nənəm həmin vaxt tay babamın dərdin çəkmiyib, yaxşı da eliyib, çünki 15 il başa çatannan sonra 
da babam gəlmiyib.  
 
Bayaq dediyim kimi nənəm nağdı zənn eləmişdi ki, babam orda evlənib və qalıb orda. İndi yəqin 
dədəmnən az qala yaşıd oğul-uşağı var.  
 
Və günlərin bir-günü, mən yekə kişi olub, kəndçilərimiz demiş ... şalvar geyənnən sonra 
(nöqtələrin yerin, lütfən, özünüz doldurun) uzaq və ağappaq qarlı Sibir çöllərinnən bizə bir 
məktub gəldi. Məktub Volodya Həşimoğlunnan idi.  
 
Nənəmin goru çatdasın zənni onu aldatmamışdı... 
 
Noyabr 1998 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
194 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
"Oyun" 
 
(Hekayə) 
 
 
Əslində- yenə də "əslində"- guya birinci cümlədə bu sözü işlətməsəm, dünya dağılar - bu bir 
oyundur. 
 
Və bu oyun söz oyunu deyil. Sevgi oyunudur...Bu oyunları bir zamanlar H(X)ulio Kortasar da 
sevirdi. 
 
Metroda adamların, əlbəttə ki, əks-cins adamların üzünə baxıb, onların xasiyyətini öyrənmək, 
öyrənici, sınayıcı nəzərlərlə onlara baxmaq yarım saatlıq yolu "öldürmək" üçün ən yaxşı olmasa 
da, sərfəli variantdır və heç zaman, xüsusən də indi, heyfimiz gəlmədiyi, qədrini bilmədiyimiz 
vaxtın dirigözlü basdırılmasıdır.  
 
Ancaq mən buna heyfslənmirəm. Çünki həmin dövr ərzində yaşamaq, xəyallar aləmində uçmaq, 
gözüntutan bir - bəlkə də çox, o baxır sənin şansına və gözünün görmə qabliyyətinə - xanıma 
baxmaq, onunla tanışlıq üçün quraşdırdığın sözləri təkrarlamaq, alınmayanda isə yenisini 
fikirləşmək gözəl bir adətdi, heç olmasa xəyali bir ləzzətdi.  
 
Bu dodaqları nazik - bəri başdan deyim ki, mənim pəmbə dodaqlardan xoşum gəlir, məsələn 
Sezan Aksu kimi, (mənim sonralar müqayisələrim çox olacaq və bu müqayisələr də 
millilərimizin adın çəkməyəcəm, arada hər halda namus, qeyrət məsələsi var, məhkəmələr də 
indi dəbdədi) - burnu sivri xanıma istədiyim sözləri demək heç cürə mümkün deyil.  
 
Onun nəinki dodaqları nazik, həm də döşləri balacadır -Cudi Foster kimi. Döşləri balaca 
xanımlar acıdil, eqoist və vəfasız olurlar.  
 
Əlbəttə, bu, hamıya aid deyil, hər yerdə olduğu kimi burada da istisnalar mümkündür, illah da o 
xanımlara ki, mənim bu cızma- qaramı oxuyurlar.  
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
195 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Mən hazırladığım, günlərlə əzbərlədiyim və təkrarlamaqdan xüsusi zövq aldığım, indiyə kimi bir 
dəfə də səsləndirmədiyim (baxın ha, səsləndirmədiyim), yəni heç zaman dilimə gətirmədiyim 
sözləri fikirləşməkdən, onları ürəyimdə təkrarlamaqdan zövq alıram.  
 
Sözümün canının ömrünü qəsdən uzadıram, çünki mətləb-zad yoxdur. Bəlkə elə bu söz oyunu 
kimi bir şeydi, heç sevgi oyunu da deyil. Allah bilir... 
 
Bu gözləri ala xanım - Türkan Şoray kimi- baxışlarıyla məni ovsunlamağa girişdi.  
 
Gözlərinin açıqlığı, duruluğu, şairlər demiş səma kimi genişliyi, dərya kimi dərinliyi məni 
ofsunladı, bəlkə elə adamlar, xüsusən də kişilər ilan kimi bir şeydilər, ona görə də gözəllərin 
onları ovsunlaması çox asandır. 
 
Onun iri döşləri - Pamela Anderson kimi (burda öz gözəlçələrimiz də kara gələ bilər) - gözlərimə 
girdi və mən müsəlman kişisinə yaraşmayan xəyallara düşməyə başladım.  
 
İri məmə qadınlar mehriban, səxavətli olurlar. Bütün kişilər kimi mənim də buna ehtiyacım var, 
təbii. Mən mütləq çoxdandan əzbərlədiyim sözləri ona deməyə hazırlaşdım, uğuruma əvvəlcədən 
sevindim.  
 
Ancaq özümdən asılı olmayaraq gözlərim hərlənib lap qarşımda oturan xanıma dikildi. O, 
əvvəlcə burda yoxuydu. Görünür, ədəbsiz xəyallarım həddən artıq çox çəkib... 
 
Bu o idi. Əlbəttə odur. Mənim illərlə gözlədiyim, hər gün xəyalımda canlandırdığım və heç 
zaman haqqında pis fikrə düşə bilmədiyim zərif varlıq indi qarşımda oturmuşdu.  
 
Əvvəlcə məndən və ondan asılı olmayan səbəblərdən bir xeyli ona baxdım, o isə bənovşəyi, yəni 
sürməsi bənövşəyi göz qapaqlarını tənbəl-tənbəl, qar altından çıxan bənövşə çiçəyi kimi açdı, 
mənə baxdı və məni yuxuda görürmüş kimi gözlərini yenidən yumdu, əllərini ağzına aparıb 
əsnəmək istədi, ancaq fikrindən vaz keçdi və əllərini çarpazlayıb, "Levis" yazılmış sumkasının 
üstünə qoydu.  
 
Ətirlərin reklamında göstərilən, yəni rəssam fırçası ilə çəkilmiş, pəmbə dodaqları, dik burnu, 
kəndçimiz Seyfəddinin bağındakı sort narlar kimi ehtiraslı döşləri -mən o narlardan çox 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə