Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə62/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   58   59   60   61   62   63   64   65   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
196 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
oğurlamışdım- indi həmin vərdiş kara gələrdimi? - sifətinin hamarlığı -Madonna kimi 
(Rafaellonun Madonnası)-, kipriklərinin uzunluğu, badamı gözləri, şabalıdı saçları - bütün bunlar 
ürəyimdə yaratdığım obrazın komponentləriydi və mən ona vuruldum.  
 
Sevgi kimi sirli bir prosesin başlanğıcına qədəm qoydum -deyilənə görə sevgi sirli olur, ona görə 
də cəlbedicidir.  
 
Sonra o, dəsmalını çıxarıb, əlbəttə yalandan, yəni dəb xatirinə, bəlkə də utancaqlıqdan tərləmiş 
dodaqlarını silmək üçün əllərini yuxarı apardı. 
 
Mən onun ağ, zərif, göyərçin əllərini -Anjelika Vorumunku kimi - aydınca gördüm.  
 
Dəsmalı naxışlıydı və bu naxışlar fabrik naxışları deyildi, səliqə ilə tikilsə də, bəzən kənara çıxan 
xətlərdən həmin naxışları özünün toxuduğu hiss olunurdu, deməli, o, çox da məşğul deyildi, yəni 
onun sevgilisinin olmamasına dəlalət edirdi, dəsmal ağ, təzəcə alınmış parçadan tikilmişdi, çünki 
o dəsmalı çıxaran kimi təzə alınmış parçanın iyi burnuma dəydi.  
 
Təzə paltar iyi mənimçün ən gözəl ətirdən də əzizdir. Bu qoxu mənə uşaqlığımı xatırladır.  
 
Çünki evin sonbeşik qardaşı olduğumdan, mənə çox nadir hallarda paltar alardılar.  
 
Bu, sovet sisteminin öyrətdiyi qənaətcillikdən yox, kasıbçılıqdan irəli gəlirdi və mənə nə vaxtsa 
xırda bir paltar da alsaydılar, mən onun sevincini həmin təravətli iy yaddan çıxana qədər 
duyurdum, əzizləyirdim. 
 
Deməli, burda da bizim zövqlərimiz üst-üstə düşə bilərdi. Bəlkə o da evin  
 
sonbeşiydir. Həmin naxışların kənara çıxması, əsəbiliyin də əlaməti ola bilərdi.  
 
Lakin ehtiraslı məmələri olan qadınların əsəbiləşməsi çox nadir hallarda olur. 
 
Onların fikri-zikri döşlərinin sığallanması barədə romantik düşüncələrdən ibarətdir.  
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
197 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Çünki kişiləri özünə cəlb edən həmən sirli, ancaq əl çatası obyekt onların gözlərinin düz 
qabağında olur, onları məşğul edir və deməli, əsəbiləşməkdənsə, kişiləri yandırıb yaxan 
döşlərindən ləzzət almaq daha sərfəlidir və deməli, dəsmaldakı naxışların kənara çıxması 
əsəbiliyin yox, naşılığın, lap uzağı xoş xəyalların əlmətiydi. 
 
Özü də imkanlı ailədəndir.  
 
Təzə dəsmal hökmən onun imkanlı ailədən olmasından xəbər verir.  
 
Şübhəsiz, dəsmala və onun naxışlarına həm pul, həm də vaxt sərf olunub. Evləri də var, yəqin... 
 
Mən onun dəsmal tutan göyrəçin əllərinə fikir verdim. Onun əllərini sıxmağa, yəqin indiyə kimi 
heç kim ürək eləməyib. Çünki onun zərif əlləri ayı pəncəsinə oxşayan kobud, qaba və tüklü kişi 
əlləri arasında xırçıldaya bilər. 
 
Yəqin, onu heç qucaqlamaq da olmaz.  
 
Qadınlar tüklü kişi bədənini o dəqiqə xoşlamırlar, əksinə bəlkə də qorxurlar və qorxduqlarından 
kişiləri sevməyə başlayırlar, bəlkə də qorxulu obyketi sevməklə onu neytrallaşdırmaq olar və 
qadınlar onun ləzzətini sonradan və nə yaxşı ki, qocalıqlarından xeyli əvvəl başa düşürlər. 
 
O, həmən göyərçin qanadlı əlləri ilə uzun, şabalıdı saçını -Kim Besincerinki kimi - geri daradı.  
 
Bu dəfə saçının yeli "Klimate" ətirinin ətrini ətrafa yaydı və mən onun başının üstündə durub düz 
ona baxdığımdan ətirin ilk dalğası mənim iri, kobud, bir az da əyri, qaz burnuna oxşayan 
burnumun pərlərinə vurdu.  
 
Burnumun pərləri yekə olduğundan ətir iyi dərhal beynimin həssas qəbuledicisinə dəydi və mən 
xumarlandım. 
 
Sonra mənim öyrənmə obyektim sumkasını açıb, dəftərini çıxartdı... Tələbədir. Yazdıqlarından 
başım çıxmasa da, latın qrafikasının düzümündən dərman adlarına oxşadı.  
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
198 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Həkim olacaq. Oxumaq bilməyən, yəni nəslində hırınan-zırı qanmayan, ancaq boylu-buxunlu, 
yaraşıqlı - burnum sifətimə cəngavər görkəmi verir - bir cavanın həkim, həm də ki, gözəl həyat 
yoldaşına sahib olması - evlənmək sahiblik kimi bir şeydi - fəxrli, qürur duyulası bir işdir.  
 
Ancaq bu elə-belə, yəni asan başa gələn bir iş deyil.  
 
Ona sahib olmaq üçün mübarizə aparmalısan. Bir dostumun dediyi kimi, qadın bir qaladır və onu 
almaq gərəkdir. Mən bunu bir dəfə demişəm, hələ istəsəm bir beş dəfə də deyərəm.  
 
Çünki bu qala çox sirli bir obyektdir və onunla müqayisə olunan obyekt adamı özündən 
çıxaracaq qədər cəlbedicidir.  
 
Qalanın zəifi, güclüsü də olur. Onun yollarını öyrənməli, həmlə ediləcək zəif yerlərini 
bilməlisən, bunun üçünsə vaxt lazımdır. Vaxt isə gözləmir və mən öz ürəyimdə onunçün 
əzbərlədiyim gözəl, şirin sözləri təkrarladım.  
 
İlanı yuvasından çıxarmaq gücündə olan yağlı dilimi ağzımda marçıldatdım... 
 
Biz indi metrodan çıxacağıq. Mən ona yaxınlaşmalıyam və illərlə ürəyimdə gəzdirdiyim, hər gün 
təkrar etdiyim sözləri ona deməliyəm: 
 
"Salam, məni tanımadınızmı?"  
 
O isə :"Mən sizi niyə tanımalıyam ki?"-söhbətə körpü salan sual.  
 
"Maraqlı sualdır, doğurdan da niyə? Yəqin ona görə ki, mən uzun illərdir sizi gəzirəm, sizin 
haqqınızda fikirləşirəm və istər-istəməz mənim impulslarım, sizə göndərdiyim enerci dalğaları 
bizi doğmalaşdırır."  
 
"Maraqlıdır" o deyir.  
 
"Əlbəttə-mən deyirəm- bəlkə də çox maraqlıdır".  
 
"Siz həmişəmi özünüzdən belə razısınız?".  


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə