Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə63/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   59   60   61   62   63   64   65   66   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
199 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
 
"Əlbəttə"- deyirəm. Sonra : "Bilirsiz tanışlıq üçün adın elə bir mənası yoxdur. Məni necə 
istəyirsiz elə də çağırın, yəni hansı ad xoşunuza gəlirsə ondan istifadə etməkdə azadsınız. 
Məndən olsa, mən sizi "Mila" çağırardım".  
 
"Oh, qəribədir- o deyir- siz mənim adımı hardan bilirsiniz".  
 
"Yuxu, mən sizi hər gecə dalbadal doqquz ulduz sayandan sonra yuxumda görmüşəm.  
 
Siz mənə buta verilmisiniz"-deyirəm. Sonra mən onun əlindən tuturam. 
 
"Yox, yox, siz başqa şey fikirləşməyin" ( yəni mən sizə küçənin ortasında heç nə eləmək fikrində 
deyiləm, yubkanızın altına baxmaq istəmirəm, çünki mənim yuxularımda belə şeylər olmayıb, 
mən yuxuma xəyanət edə bilmərəm), mən sizin haqqınızda ancaq işıqlı şeylər fikirləşmişəm"- 
deyirəm.  
 
O isə sakit, yuxulu gözləriylə dinməzcə mənə baxır...Söhbətimiz mütləq belə davam etməlidir.  
 
Lap kinolardakı kimi...(Ah, gözəl Paris!) 
 
Biz metrodan çıxdıq. Ancaq o, məni gözləmədi və bizim sevgimizdən xəbəri olmayan 
mərdimazar sərnişinlər aramıza girdilər. Ancaq mən onu araldan görürdüm.  
 
O, uzun ceyran boynunu - Culiya Roberts kimi- ürkək-ürkək ətrafa gəzdirdi, sonra göyərçin 
əllərini açıb onu gözləyən oğlana tərəf qaçdı.  
 
Gözlərimə gün düşdüyündən oğlanın üzünü görə bilmirdim, lakin mənim bir baxışdan 
vurulduğum - axı uzun illərdən bəri mən elə onu axtarırdım - gözəlin silueti isə - Sindi Kroufurd 
kimi- gün işığında daha dəqiq -rəssam fırçasının cızdığı cizgilər kimi -görsənirdi.  
 
Nəhayət, onun göyrəçin əlləri həmin oğlanın çiyninə qondu və mən oğlanın sifətin gördüm.  
 
Çox qəribəydi, həmin oğlan mən idim və həmişəki kimi yenə də gülürdüm... 
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
200 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
"Salam, xanım, məni çoxmu axtardınız?..." 
 
Yanvar -2000 
 
 
 
http://www.azadliq.org/content/article/2289260.html 
 
 
 
 
 
 
 
 
 
 
 
 
"Günahın gül üzü" 
 
(Hekayə) 
 
 
Metronun yanındakı parkda cavan qadın meyidi tapılmışdı. Məlumatı parkda gəzişən qoca ər-
arvad gecəyə yaxın polisə telefonla çatdırmışdı. 
 
Əməliyyatçılar hadisə yerinə gələndə meyidin yanında heç kim yoxuydu.  
 
Qoca və qarı dilə-dişə düşmək istəmədiklərinə görə öz evlərinə çəkilib, gördükləri mənzərəni 
müzakirə edirdilər.  
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
201 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Onların polisə zəngi isə yaddan çıxmağa başlayan humanistlik əlamətiydi. İndi hamı bir-birindən 
hürkürdü.  
 
Qoca və qarı eyni fikirdəydilər ki, qadını manyak zorladıqdan sonra boğub öldürüb.  
 
Heç biri «zorlamaq» sözünü dilinə gətirməsə də, bunu eyhamla bir-birilərinə çatdırırdılar.  
 
Qarı deyirdi ki, inişil yazıq Məmmədhəsənin də qızını bu hala salmışdılar. «Kişi düz bir il 
utandığından çölə çıxmadı, axırda bağrı çatlayıb öldü».  
 
Qoca da onun sözünə dayaq dururdu: «Bu binamusluğa hansı ata dözərdi ki…Özü də düşmənini 
tanımayasan…»  
 
Göydəki Ay meyidin üzərində donmuşdu, şəfəqləri yarpaqlarını gün vurmuş ağacların arasından 
süzülürdü və bir neçə saat bundan əvvəl həyata əlvida demiş qızın bədənində qeyri-mütənasib 
zolaqlar yaratmışdı.  
 
Meyidin üzərində zor əlamətləri yoxuydu.  
 
Yubkası yuxarı dartılmışdı, qırmızı dikdaban ayaqqabılarının hərəsi bir tərəfə düşmüşdü, başının 
altına zoğalı rəngli əl çantası qoyulmuşdu. Sarışın saçları, ehtiraslı dodaqları, iri döşləri, ağappaq 
baldırları vardı, üzündə uşaq təbəssümü donmuşdu.  
 
Bunu hadisə yerini müayinə edən cavan müstəntiq hamıdan əvvəl duydu və ürəyində bu nakam 
xanıma qarşı qəribə hisslər baş qaldırdı.  
 
Bu elə hisslər idi ki, həmin məqam onu dilə gətirmək çətiniydi.  
 
O, yalnız bir dəstə güllə bu gözəl xanımın görüşünə tələsdiyini təsəvvürünə gətirə bildi. 
 
Ekspertiza əməliyyatçıların ilkin rəyini təsdiq elədi, amma ciddi bir fərqlə: ölməzdən, yaxud 
öldürülməzdən əvvəl o, kiminləsə cinsi əlaqədə olmuşdu.  
 
Cavan xanımın üstündən və çantasından şəxsiyyəti sübut edəcək heç bir sənəd tapılmadı.  


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
202 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
 
Səhərisi günü televizorla naməlum qadın meyidinin tapılması barədə məlumat verilsə də, ona 
sahib çıxan olmadı və meyid bir neçə gün ölüxanada saxlandıqdan sonra, belə demək mümkünsə, 
nakamlar və sahibsizlər qəbiristanlığında basdırıldı.  
 
Qızın tərtəmiz sifəti, ağappaq baldırları, mütənasib əndamı cavan müstəntiqin gözləri önündən 
getmirdi, ona görə də işi bağlamağa tələsmədi və axtarışa başladı. Nakam xanımın taleyi onu 
rahat buraxmırdı, ona elə gəlirdi ki, burda bir sirr var. 
 
Metro həndəvərində uzun axtarış bir nəticə vermədi, yalnız həyətdəki skamyada oturmuş qara 
çarşablı tənha qarı hadisə yerindən çəkilmiş şəklə baxıb dedi ki, ona oxşar bir qadını iki gün 
əvvəl burdan keçəndə görüb, yanında ortaboylu, yaraşıqlı bir kişi də varmış.  
 
Qızdan qəribə ətir iyi gəldiyinə görə, qarı onun hardasa ətir dükanlarından birində işlədiyini zənn 
eləmişdi.  
 
Qarı ətir iyini ona görə tez almışdı ki, son zamanlar həkim ona tez-tez dərman yazırdı. 
 
- Dərman iyindən zəhləm gedir, - qarı gözlərini qıyıb, altdan yuxarı müstəntiqə baxıb belə 
demişdi və əlavə eləmişdi ki, yaxındakı ətir dükanlarına dəysin, bəlkə ordan nəsə öyrənə bildi.  
 
Müstəntiq ətir dükanlarına yox, yaxınlıqdakı metroya endi, keçiddəki satıcılara bir-bir yanaşıb, 
qızın şəklini göstərdi, onu tanıyıb-tanımadıqlarını soruşdu.  
 
Hamı çiynini çəkdi. Yalnız cavan bir oğlan qızın iki gün əvvəl burdan keçdiyini və ondan əl 
dəsmalı aldığını demişdi. Yanında bir kişi də varmış, amma o, heç nəyə qarışmamışdı. 
 
- Qız çox gözəl idi, mənə elə gəldi ki, yanındakı kişi onun əri deyil. Çünki onların arasında heç 
bir münasibət yox idi, daha doğrusu qadın kişiyə yox, kişi qadına tabe idi, hövsələ ilə dayanıb, 
qadının dəsmal seçməsini gözləyirdi.  
 
Cavan oğlan ora yaxınlaşan alıcını yola saldıqdan sonra, söhbətinə davam elədi. 
 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə