Елементляр кимйасы



Yüklə 1,33 Mb.
səhifə44/45
tarix31.03.2023
ölçüsü1,33 Mb.
#103903
növüDərslik
1   ...   37   38   39   40   41   42   43   44   45
C fakepathelementler kimyasi (1) yeni 7.11.2020

Alınması. XVIII əsrin sonlarınadək sodanı karbonatlı göl sularının buxarlandırılması ilə alırdılar.
Hazırda sənayedə soda ammonyak və sulfat üsulu ilə alınır:

  1. Sulfat üsulu: Bu üsul 1789-cu ildə Fransa kimyaçısı N.Leblan tərəfindən təklif olunmuş və 1791-ci ildə ilk zavod işə salınmışdır. Leblan üsulunda əvvəlcə NaCl-a qatı sulfat turşusu ilə təsir edilir:




Sonra alınmış Na2SO4 əhənqdaşı və kömürlə birlikdə qarışdırılaraq sobada közərdilir:


Böyük tarixi əhəmiyyəti olan Leblan üsulunun bir sıra çatışmayan cəhətləri olduğundan (yanacaq sərfinin çox olması, istifadəsiz qalan artıq məhsulların alınması və s.) soda hazırda Solve (ammonyak) üsulu ilə alınır.


Bu üsul XIX əsrin 60-cı illərində Belçika mühəndisi E.Solve tərəfindən təklif olunmuşdur.
Sodanın sənayedə ammonyak üsulu ilə alınmasını qısaca olaraq aşağıdakı tənliklərlə göstərmək olar:





Solve üsulu ilə alınan soda nisbətən təmiz olur:


Na2CO3 – 98,5%, NaCl – 0,75%, Na2SO4 – 0,03%.
Soda həmçinin qələvinin CO2 ilə doydurulması və bu vaxt alınan NaHCO3-ün közərdilməsi nəticəsində əmələ gəlir:



  1. NaHCO3-çay sodası adlanır. Qənnadı sənayesində, yanğın söndürülməsində, süni mineral suların hazırlanmasında və s. istifadə olunur.

  2. Kalium-karbonat və ya potaş K2CO3-suda yaxşı həll olan ağ tozdur. Bitkilərin külündə olur. Potaşdan maye sabunun optiki və çətinəriyən şüşələrin, piqmentlərin istehsalında istifadə olunur.

  3. Kalsium karbonat CaCO3 təbiətdə əhəngdaşı, mərmar və təbaşir şəklində rast gəlir. Mərmər və əhəngdaşından tikinti işlərində istifadə olunur. Əhənqdaşından sönməmiş əhəng-CaO və karbon dioksid – CO2 alınır. CaCO3 – dan eyni zamanda turş torpaqların neytrallaşmasında istifadə olunur:





  1. Dolomit – CaCO3MgCO3 – çuğun və şüşə istehsalında istifadə olunur.


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə