Елементляр кимйасы


Karbonat turşusu və onun duzları



Yüklə 1,33 Mb.
səhifə42/45
tarix31.03.2023
ölçüsü1,33 Mb.
#103903
növüDərslik
1   ...   37   38   39   40   41   42   43   44   45
C fakepathelementler kimyasi (1) yeni 7.11.2020

4.2.2. Karbonat turşusu və onun duzları


Karbonat turşusu – H2CO3 davamsız birləşmə olub, yalnız sulu məhlullarda mövcuddur. Suda həll olan CO2-qazının çox hissəsi molekul şəklində qalır, yalnız az bir hissəsi H2CO3 əmələ gətirir.


Quruluşu. Karbonat turşusunun (H2CO3) molekulunun həqiqi elektron quruluşu müxtəlif quruluş formullarının rezonans hibridi kimi təzahür edir. Karbonat ionunda CO32- karbon atomu sp2 hibridləşmə formasında olub, üç  və bir  rabitə hesabına üçbucaq quruluşuna keçir.
Əvvəllər CO32—ionunun quruluşu lokallaşmış rabitələr vasitəsilə göstərilirdi:

2-

H+  O


C = O
H+ O

Bu formula görə  rabitə lokallaşmış vəziyyətə keçdikdə C-O rabitələri eyni qüvvəli ola bilməz. Lakin təcrübə göstərir ki, bu rabitələrin hamısı eyni qüvvəlidir. Ona görə də karbonat ionu elə üç sxemlə göstərilməlidir ki, C-O rabitələri eyni qüvvəli olsun.


Aşağıdakı üç quruluş rabitələrin eyni qüvvəliliyini saxlayır:


Odur ki, karbonat ionunun quruluşu aşağıdakı ümumiləşmiş sxemlə daha düzgün əks etdirilir:



Alınması. 1) Karbonat turşusu CO2 ilə suyun qarşılıqlı təsirindən alınır. H2CO3 davamsız olduğundan bu reaksiya dönərdir:



2) Karbonatlara qüvvətli turşularla təsir etməklə də karbonat turşusu alınır:


CO2
N a2CO3 + 2HCl  2NaCl + H2CO3
H2O


Fiziki xassələri. Karbonat turşusu çox zəif və davamsızdır. O, ancaq duru məhlullarda mövcuddur. Suda məhlulu zəif turş dadlıdır.

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə