Елементляр кимйасы



Yüklə 1,33 Mb.
səhifə39/45
tarix31.03.2023
ölçüsü1,33 Mb.
#103903
növüDərslik
1   ...   35   36   37   38   39   40   41   42   ...   45
C fakepathelementler kimyasi (1) yeni 7.11.2020

Fiziki xassələri. Karbon monooksid (CO)-rəngsiz, iysiz, havadan bir qədər yüngül suda pis həll olan, qaynama temperaturu çox aşağı olan (-191,50C), çox zəhərli qazdır. Tərkibində 0,1% CO olan hava öldürücü xassəyə malikdir. Onunla tənəffüs etdikdə, CO oksigen kimi qandakı hemoqlobinlə, oksigenə nisbətən daha möhkəm birləşərək al-qırmızı rəngli karboksihemoqlobin əmələ gətirir və qanın oksigeni orqanizmin toxumalarının hüceyrələrinə çatdırılması çətinləşir, yəni oksigen aclığı baş verir. Bu zaman başağrısı, huşunu itirmə və nəhayət ölümlə nəticələnə bilər. Bu zaman təmiz hava ilə tənəffüs etdikdə CO tədricən qandan ayrılır. Odur ki, CO ilə zəhərləndikdə, ilk növbədə təmiz havaya çıxmaq lazımdır.
Kimyəvi xassələri. Karbon monooksid (CO) duzəmələgətir­məyən oksid olduğundan adi şəraitdə nə turşularla, nə də qələvilərlə reaksiyaya girmir. Kimyəvi xassələrinə görə əsasən reduksiyaedici xassə göstərir.

  1. Oksigendə və havada göyümtül alovla yanır və bu zaman çoxlu isti­lik ayrılır:





  1. CO – güclü reduksiyaedici olduğundan metal oksidlərind­ən metalı reduksiya edir. Onun bu xassələrindən sənayedə metalların alınmasında istifadə olunur:













  1. Katalizator kimi, aktiv kömür iştirakı ilə CO özünə xlor birləşdirərək, COCl2 – fosgen əmələ gətirir:




Fosgen 80C-də qaynayan, 1180C-də əriyən qonur rəngli çox zəhərli qazdır. Fosgen zəif hidrolizə uğrayır:








  1. Qızdırdıqda CO kükürdlə reaksiyaya daxil olaraq, karbonun sulfooksidini əmələ gətirir.




COS- rəngsiz qazdır.



  1. Karbon monooksid hidrogenlə qarşılıqlı təsirdə olur və şəraitdən asılı olaraq, bir sıra praktiki əhəmiyyətli maddələr əmələ gətirir:

a) 4000C-də və 300atm. təzyiqdə CO hidrogenlə ZnO və CuO katalizatorlarının iştirakı ilə reaksiyaya daxil olaraq metil spirti (CH3OH) əmələ gətirir:


(metil spirti)
b) 2000C-də Fe, Co, Ni katalizatorlarının iştirakı ilə metan əmələ gəlir:

v) 4000C-də həmin katalizatorların iştrakı ilə isə 6-10 karbonlu doymuş karbohidrogenlər alınır:



q) 200MPa təzyiqdə 2500C-də isə etilenqlikol alınır:




(etilen qlikol)

OH OH




  1. Karbon monooksid bir çox metallarla uçucu karbonillər əmələ gətirir:







Metal karbonillərdə Me-CO kovalent rabitəsi donor-akseptor mexanizmi ilə əmələ gəlir. Elektron sıxlığı karbon atomundan metal atomuna doğru yerini dəyişir. Metal atomunda (-) yükün artması rabitənin əmələ gəlməsində metalın d-elektronlarının iştirak etməsi hesabına kompensasiya olunur. Ona görə də metalın oksidləşmə dərəcəsi sıfır (0) olur.



  1. Yüksək temperatur və təzyiqdə karbon monooksid qələvilərlə və doymuş biratomlu spirtlərlə qarşılıqlı təsirdə olur:

(natrium formiat)


(sirkə turşusu)
metil spirti



  1. Karbon – monooksid ammonyakla qarşılıqlı təsirdə olaraq, sianid turşusu əmələ gətirir:



sianid turşusu)


Tətbiqi. Karbon-monooksid metal oksidlərindən metalların alınmasında, metil spirtinin, qarışqa turşusunun, fosgenin sintezində və yanacaq kimi istifadə olunur.

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə