Елементляр кимйасы



Yüklə 1,33 Mb.
səhifə41/45
tarix31.03.2023
ölçüsü1,33 Mb.
#103903
növüDərslik
1   ...   37   38   39   40   41   42   43   44   45
C fakepathelementler kimyasi (1) yeni 7.11.2020

Fiziki xassələri. Karbon qazı CO2 – rəngsiz, iysiz, havadan 1,5 dəfə ağır qazdır. Ona görə də onu bir qabdan digər qaba tökmək olar. Otaq temperaturunda 69 atm. təzyiqdə mayeləşir. Suda yaxşı həll olur. Maye CO2 buxarlandıqda, o dərəcədə çox istilik udulur ki, mayenin bir hissəsi qarabənzər kütləyə – «quru buza» çevrilir. «Quru buz» adlanan CO2 soyuducu vasitə kimi tətbiq olunur.
CO2 yanmır, yanmaya və tənəffüsə kömək etmir. Yanan şam onda sönür, insan və canlılar CO2 –nin artıq qatılığında boğulur.
CO2 –nin atmosferdə miqdarının artması tənəffüsü, ürək-damar və sinir sisteminə zərərli təsir göstərir. Havada CO2–nin miqdarı 3% olduqda insanda tənqənəfəslik müşahidə olunur, 10%-dan çox olduqda, insan huşunu itirir və ölümlə nəticələnir, 20%-dən çox olduqda isə ani iflicə səbəb olur. Kosmik gəmidə CO2 –nin maksimum miqdarı 0,5% -dən çox olmamalıdır. Kosmik gəmilərdə və sualtı qayıqlarda CO2 –ni udmaq üçün qələvilərdən istifadə olunur. Məsələn, amerikan kosmik gəmilərin içərisində LiOH olan patronlardan istifadə olunur:



Kimyəvi xassələri: Karbon (IV) oksid turşu oksidi olduğu üçün turşu oksidlərinin daxil olduqları bütün reaksiyalara daxil olur:

  1. CO2 – suda həll olaraq zəif turşu karbonat turşusu əmələ gətirir, bu zaman məhlulda aşağıdakı tarazlıq yaranır:

H2O + CO2 ⇄ H2CO3 ⇄ H+ + HCO3 ⇄ 2H+ + CO32-


Burada tarazlıq güclü surətdə sola yönəlir.



  1. CO2 əsasi oksidlərlə qarşılıqlı təsirdə olur:







  1. Qələvilərlə qarşılıqlı təsirdə olur. CO2 –nin miqdarından asılı olaraq karbonatlar və ya hidrokarbonatlar alınır:



(CO2 çox olduqda)


(CO2 az olduqda)

  1. Közərmiş kömür üzərindən CO2 keçirdikdə CO əmələ gəlir.



  1. Alışan maqnezium lenti CO2 mühitində yanır:


Sonuncu iki reaksiya CO2 –nin oksidləşdiricilik xassəsini gös­tərir.

  1. Yüksək temperatur və təzyiqdə karbon dioksidin ammonyakla qarşılıqlı təsirindən karbamid alınır.

O
C O2 + 2NH3 ⇄ H2N – C
ONH4
NH2
CO + H2O
NH2
karbamid

Bu üsul 1870-ci ildə Bazarov tərəfindən kəşf edilmişdir. Karbamid (CO(NH2)2) və ya sidik cövhəri azot qübrəsi kimi, həmçinin plastik kütlələrin və dərman maddələrinin alınmasında istifadə olunur.



  1. Bitkilər karbon qazını udur, təbii katalizatorların (fermentlərin) və günəş şüalarının təsirindən su ilə reaksiyaya daxil olaraq, karbohidratlar əmələ gətirir. Bu proses fotosintez adlanır:




qlükoza


Tətbiqi. Karbon qazından sodanın, qazlı içkilərin, karbamidin, yuyucu vasitələrin, dərman preparatlarının alınmasında «quru buz» kimi ərzaq məhsullarının saxlanmasında, suyun qazlaşdırılmasında və yanğının söndürülməsində tətbiq olunur. Yanğınsöndürən cihazlarda CO2, NaHCO3 ilə qatı H2SO4 arasında gedən kimyəvi reaksiya nəticəsində əmələ gəlir.






Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə