ƏLƏVİYYƏ babayeva süSƏN, SÜNBÜL



Yüklə 445,63 Kb.
Pdf görüntüsü
səhifə12/17
tarix11.01.2018
ölçüsü445,63 Kb.
#20313
1   ...   9   10   11   12   13   14   15   16   17

 

36 


 

 



Nә  olsun  ki,  gәlәn  il  mәn  dә  mәktәbә  gedәrәm,  mәnim  dә  müәllimim 

orden alar! 

Lәtifә  onun  sözlәrinә  ucadan  güldü.  Dilara  özünü  saxlaya  bilmәdi, 

yanağından süzülәn göz yaşlarını әlinin dalı ilә silә-silә: 

 

Bax,  Lәtifә,  sәnin  müәllimin  belәdir!—  deyә  ağzını  әyәrәk  üzünü 



eybәcәr bir һala saldı. 

Lәtifә  qәzәblә  Dilaranın  üstünә  atılıb  sinәsindәn  itәlәdi.  Bu  һadisәdәn 

sonra qızlar uzun müddәt küsülü qaldılar. 

İndi  Dilara  da  mәktәbli  olmuşdu.  Onun  da  yoldaşları,  sinfi,  öz  xüsusi 

kitabları, һәtta ordenli müәllimi vardı. 

Dilara bu iki gündә Lәtifәni görmәmişdi. O, Lәtifәni görmәk, öyünmәk vә 

ona  öz  müәllimindәn  danışmaq  istәyirdi.  İndi  Lәtifәyә  demәyә  ürәyindә  o 

qәdәr  sözü,  söһbәti  vardı  ki...  Lәtifә  ikinci  növbәdә  oxuduğundan  qızlar 

ancaq  axşam  görüşә  bildilәr.  Hәr  ikisi  taxtın  üstündә  oturub  söһbәtә 

başladılar. 

Dilara  müәllimi  һaqqında  elә  һәvәslә  danışırdı  ki,  Lәtifә  tәzә  bir  şey 

fikirlәşib demәyә macal tapmırdı. 

Söһbәt arası birdәn Lәtifә Dilaranın sözünü kәsib soruşdu: 

 



Dilara, bәs sizin müәlliminizin adı nәdir? 

Dilara  tutuldu,  qızardı.  Masanın  üstünü  sәliqәyә  salan  anasına  baxaraq 

yavaşca dedi: 

 



Müәllimdir dә! 

Lәtifә  әllәrini  bir-birinә  vuraraq  ucadan  güldü.  Anası da  Dilaraya  baxıb 

gülümsәdi. Dilara daһa da qızardı. Anası  yaxınlaşıb onun başını oxşadı.  

 



Qızım, tez incimәk, һirslәnmәk yaxşı adәt deyil; bilmәdiyini öyrәnmәk 

lazımdır. Sәnin müәlliminin adı Mәryәm xanımdır,— dedi. 

Bu dәfә Lәtifә qızardı: 

 



Mәryәm  xanım,  Mәryәm  xanım!—deyә  dalbadal  tәkrar  etdi.—Bu  ki, 

mәnim müәllimimdir. 

Dilara acıqla әlini yellәyib çığıra-çığıra dedi: 



 

37 


 

 



Heç vaxt, һeç vaxt, mәnim müәllimimdir! 

O,  һәyәcanla  anasına  baxdı,  elә  bil  onu  kömәyә  çağırdı.  Anası  qızların 

arasında oturdu: 

 



Mәnim  qәşәng  qızlarım,  niyә  dalaşırsınız.  Mәryәm  xanım  tәkcә  sizin 

ikinizin  müәllimi  deyil,  o  mәnim  dә  müәllimim  olmuşdur.  O  yüzlәrcә 

uşaqların müәllimi olmuşdur. Elә buna görә dә ona orden vermişlәr. 

Qızlar susub, tәәccüblә ananın üzünә baxırdılar. 



 

                    

BÖYÜRTKƏN MÜRƏBBƏSİ 

Anam  mәnә  һәmişә  tapşırır:  «Ağıllı  qız  ol, nәnәnin  sözünә  qulaq  as,  nә 

desә  elә»,  Deyirәm:  «Yaxşı,  bundan  sonra  lap  ağıllı  qız olacağam».  Anam 

dәrindәn nәfәs alır, deyir: «Görәk dә». 

Görürsünüz,  o  mәnә  inanmır;  inanmır  ki,  mәn  lap  ağıllı  qı z  olacağam. 

Nәnәmdәn izinsiz һeç bir şey elәmәyәcәyәm.  

Bәyәm mәn pis qızam? 

Nәnәm qonşu xalalarla danışanda deyir:  

 

Dәcәllikdә bizimkinә çatan olmaz.  



«Bizimkinә» bilirsiniz kimdir? O mәni deyir, ey! Heç bilmirәm nә elәyim 

ki, nәnәm mәndәn razı qalsın! 

İndi görün nәnәm mәndәn nә üçün şikayәt elәyir.  

Bizim  evin  dalında  alma  bağı  var.  Siz  elә  bilirsiniz  burada  tәkcә  alma 

olur? Yox... armud da olur,  һeyva da, nar da. Ancaq mәn çox vaxt evimizin 

dalındakı  armud  ağacının  altında  oynayıram.  Torpaqdan  d әyirman 

düzәldirәm,  gәlinciyimә  һamam  tikirәm.  Biz  Güllü  ilә  oturub  oynayırıq. 

Güllü mәnim gәlinciyimin adıdır. 

Armud  ağacı  budaqlarını  lap  bizim  p әncәrәyә  uzadıb,  az  qalır  ki, 

pәncәrәmizin şüşәlәrini qırsın... 




 

38 


 

Hә, deyirәm ki, biz  Güllü ilә oynayırdıq. 

Birdәn  gördüm  ki,  pәncәrәmizin  lap  qabağındakı  budaqdan  bir  armud 

sallanıb. Özü dә sapsarı. Armud çox  һündürdә deyildi. Pәncәrәmizin altını 

gicitkәn basmışdı. Buna görә armudu һeç kim dәrmәmişdi. 

Mәn tez ağaca dırmaşdım.  

Bıy... Bura bax, gör burada nә var! Armud yadımdan çıxdı. Çöl tәrәfdәn 

pәncәrәmizin  qırağına  bir  neçә  bәrni düzmüşdülәr.  Bәrnilәrin  ağzına  nazik 

dәri çәkmişdilәr. Mәn bәri tәrәfdәki bәrninin ağzını dәldim. 

Oxay,  nә  lәzzәtlidir!  Siz  һeç  böyürtkәn  mürәbbәsi  yemisiniz?  Mәn  dә 

yemişәm,  ancaq  belәsini  yox.  Böyürtkәnin  xırda  tumları  dilimin  altında 

xırçıldayır. 

Eһ, nә  olsun!  Qışda  nәnәm  onsuz  da  bunu  mәnә  verәcәk  dә.  Deyәrәm  ki, 

mәn qışda istәmirәm, indi yemәk yaxşıdır. 

Ertәsi  gün  axşam  yenә  xәtrimә  böyürtkәn  mürәbbәsi  düşdü.  Stolun 

yeşiyindәn  bir  xö

rәk  qaşığı  çıxartdım,  bağçaya  getdim.  Nәnәm  arxamca 

çığırdı: 

 

Arifә, bәri gәl. Bu axşam vaxtı n ә var eşikdә? 



Dedim: 

 



Nәnә can, gәlinciyim armud ağacının altında qalıb, bu saat gәlirәm. 

Ağaca  dırmaşdım.  Gün  batırdı.  Armud  ağacının  yarpaqları  arasından 

bәrnilәr  görünürdü.  Qaşığı  paltarımın  kәmәrinә  keirmişdim,  çıxartdım. 

Bәrninin içinә saldım... Hә, indi yeyәcәyәm. Mәn böyürtkәn mürәbbәsini lap 

şokoladdan da çox istәyirәm. 

Birdәn elә bil böyürtkәn mürәbbәsi ağzımda cana gәldi, tәrpәndi. 

 

Bıy, bu nәdir? Tfu, tfu, öһö-öһö... 



Ağacdan  aşdım.  Özü  dә  һara?  Birbaş  gicitkәn  kollarının  içinә.  Nә  qәdәr 

tüpürdümsә, ağzıma dolmuş qarışqaların әlindәn  qurtara bilmirdim.  

Gicitkәnin  tikanları  da  ayaqlarımı,  qollarımı  dalayırdı,  dodaqlarım 

göynәyirdi. Demә mürәbbәnin içinә qarışqa dolubmuş.  




Yüklə 445,63 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə