ƏLƏVİYYƏ babayeva süSƏN, SÜNBÜL



Yüklə 445,63 Kb.
Pdf görüntüsü
səhifə15/17
tarix11.01.2018
ölçüsü445,63 Kb.
#20313
1   ...   9   10   11   12   13   14   15   16   17

 

45 


 

Ancaq bir azdan Gülaçar gәlinciyini yoldaşı Lalәyә verib һәyәtdәki uşaqlarla 

siçan-pişik  oynamağa  başladı.  Oyunun  şirin  yerindә  nәnәsi  mәtbәx 

pәncәrәsindәn boylanıb çığırdı: 

 

Ay qız, Gülaçar, daһa bәsdir oynadın, evә gәl! 



Gülaçar dedi: 

 



İndi gәlirәm. 

Axşam  düşmüşdüsә  dә,  oyun  qızışmışdı.  Belә  bir  vaxtda  evә  getmәk 

olardımı? 

Bir azdan yenә Gülaçarı çağırdılar: 

 

Gülaçar, sәninlә deyilәm? Eşitmirsәn? Tez evә gәl! 



Bu dәfә Gülaçarın anası çağırırdı. Sәsindәn Gülaçar başa düşdü ki, anası 

acıqlıdır. Ona görә dә tez gәlinciyini Lalәdәn alıb evlәrinә qaçdı.  

Qapını anası açdı. O soruşdu: 

— Bala, niyә sözә baxmırsan? Nәnәn sәni çağırır, niyә gәlmirsәn? 

Gülaçar qaşlarını düyünlәdi. Bir qәdәr dinmәzcә durdu. Sonra gәlinciyini 

göstәrib, dodaqaltı mızıldadı:  

 

Mәn gәlirdim, bax bu qoymadı, dedi, gәl bir az da oynayaq... 



Ertәsi gün  Gülaçarın nәnәsi bazardan  gәlәndә, zәrli kağıza bükülmüş bir 

dondurma  alıb  gәtirdi.  O  dondurmanı  nәlbәkiyә  qoydu.  Gülaçar  sevindi. 

Dondurmanın  böyründәn  bir  qırıq  qopardı.  Ancaq  nәnәsi  nәlbәkini 

soyuducunun üstünә qoyub dedi: 

 

Bunu naһardan sonra yeyәrlәr. Әvvәl çörәyini ye! 



Gülaçar dondurmanın һәvәsinә nәnәsinin çәkdi yi südlü aşı tәrtәmiz  yedi. 

O, boşqabı nәnәsinә göstәrmәk üçün mәtbәxә getdi. Nәnәsi dә boşqabı alıb 

stolun üstünә qoydu. 

Gülaçar soruşdu: 

 

Nәnә can, indi dondurmanı yeyә bilәrәmmi? 



Nәnәsi dedi: 

 



Yeyә bilәrsәn.  


 

46 


 

Gülaçar soyuducunun üstünә boylandı. Ancaq dondurma gözünә dәymәdi. 

Bayaq içәrisindә dondurma olan nәlbәkidә taxta qaşıq dan başqa һeç bir şe y 

yoxdu. Gülaçar nәnәsindәn soruşdu: 

 

Nәnә, bәs dondurma necә oldu? 



 

Görmәdin, soyuducunun üstünә qoydum. 



 

Axı burada yoxdur. 



Nәnәsi yaxın gәldi. Soyuducunun üstündәki boş nәlbәkiyә baxıb, sağ әlini 

sol әlinin üstünә vurdu: 

 

Bıy,  görürsәnmi,  әlbәt  dondurmanı  Qönçә  yeyib  dә.  Gör  bir  necә  pis 



uşaqdır! 

Gülaçar  dodaqlarını  büzüb  dayanmışdı.  N әnәsi  isә,  һey  Qönçәni 

danlayırdı: 

—Sәn nә yaman qızsan, niyә icazәsiz götürüb yeyirsәn! 

Gülaçar özünü saxlaya bilmәdi. İçini çәkә-çәkә dedi: 

 



Yox, Qönçә yemәyib, Qönçә bәyәm adamdır ki,yesin? 

Nәnәsi Gülaçarın bu sözünә gülümsünüb dedi: 

 

Bәs niyә o  mürәkkәbi dağıda bilirdi, konfetl әri icazәsiz  yeyirdi, ancaq 



dondurmaya gәlәndә, deyirsәn ki, yeyә bilmәz? 

Gülaçar  dinmirdi.  O,  әllәrinin  dalı  ilә  gözlәrinin  yaşını  silә-silә  boş 

dondurma nәlbәkisinә baxırdı. 

                       

                     

ÇÖRƏK ƏHVALATI 

Dürdanә  saatlarla  atasının  yazı  masasının  qabağında  durub  baxardı. 

Masanın üstündә nәlәr yoxdu... Xırdaca cücülәri dırnaq böyüklükdә göstәrәn 

әdәsә, içәrisindә rәngli sular olan nazik mixbәrlәr... Qapaqlı qutuların içindә 

dә çürbәcür sünbüllәr... 



 

47 


 

...Dürdanәnin  atası  eyvanda  mәһәccәrlәrә  bağladığı  uzun  yeşiklәrin 

içәrisindә  gül  әvәzinә  sünbül  bәslәrdi.  Burada  cürbәcür  sünbüllәr  olardı: 

açıq-sarı, tünd-sarı, qızılı, uzun qılçıqlı, qısa qılçıqlı,  iri dәnli, sısqa dәnli. 

Ata һey bu dibçәklәrin, yeşiklәrin başına dolanar, kәһrәba kimi sarı dәnlәri 

nәlbәkinin içinә töküb baxardı. 

Dürdanә bir gün dedi: 

 



Bu  nәdir?!  Dibçәkdә  gül  әkәrlәr.  Evimizdә  һara  baxırsan  sünbüldür, 

adamın ürәyi darıxır. 

Nәnә dedi: 

 



Dürdanә,  qızım,  gül  dә  lazımdır.  Ancaq  bu  sünbüllәri  çıxarıb  atmaq 

olmaz.  Atan  elә  sünbüllәr  yetişdirmәk  istәyir  ki,  yağışa,  doluya  davamlı 

olsun, özü dә dәmyә yerdә yetişsin. 

 



Belә sünbüllәr onun nәyinә gәrәkdir? 

 



Necә  nәyinә  gәrәkdir?  Bu  tәkcә  ona  yox,  bütün  ölkәmizә,  xalqımıza 

lazımdır. Taxıl çox olsa, çörәk dә bol olar. 

Dürdanә dedi: 

 



Eһ, çörәyi nә elәyirik?—Onun çörәklә һeç arası  yoxdu. Fikirlәşirdi ki, 

nә olaydı, çörәk һeç olmayaydı. 

Nәnә başını buladı. 

Naһar vaxtı һәr dәfә o, Dürdanәyә deyәrdi: 

 

Ay qız, çörәklә  ye. 



Dürdanә  isә  çorәyi  gaһ  süfrәnin  böyründә  gizlәdәr,  gaһ  da  stolun  altına 

atardı. Nәnә xәbәr tutanda onu danlayardı. 

Dürdanәnin nәnәsi iki һәftә idi ki, kәnddәn qonaq gәlmişdi. 

Bir kәrә o, qızılı toxumlara baxıb oğluna dedi: 

 

Müzәffәr, maşallaһ, taxıl buna deyәrlәr, elә bil zoğal çәrdәyidir. 



Müzәffәr  sünbüllәrin  birini qırıb  ovxaladı.  İri  dәnlәrini  nәlbәkiyә  tökdü. 

Nәnә qabarlı quru barmaqlarını d әnlәrin üstündә gәzdirdi: 

 

Bәxtәvәrlәr,  elә  bil  günün  bütün  işığını  çanlarına  çәkiblәr.—O, 



dәnlәrdәn bir- ikisini ağzına atıb dişinin altında  әzdi. 


 

48 


 

Ata gülümsünürdü. Dürdanә һәlә onu belә kefi saz  görmәmişdi... 

Bir  dәfә  nәnә  numru  bişirmişdi.  Hamı  süfrә  başına  yığışmışdı.  O,  isti 

buğda çörәyini әli ilә doğrayıb һәrәyә bir parça verdi. 

 

İsti çörәyә bıçaq vurmazlar, bütün әtri uçar.—dedi. 



Nәnә çörәyin bürüşdә yerindәn bir tikә dә kәsib nәvәsinә uzatdı. Durdanә 

çörәyi itәlәdi: 

 

Çörәksiz yeyәcәyәm. 



Nәnә mәzәmmәtlә başını buladı: 

 



Hayıf  atanın  zәһmәtindәn,—dedi.—O,  ömrünü-gününü  bu  çörәyin 

yolunda qoyur, amma sәn onu geri itәlәyirsәn... utanım yerinә.  

Dürdanә  gülümsündü.  Ancaq  süfrә  başında  ona  mәһәl  qoyan  olmadı. 

Müzәffәr  dә  başını  aşağı  salıb  çörәyini  yeyirdi.  Nәnә  bәrk  һirslәnmişdi. 

Dürdanә  çarәsiz  qalıb  çörәyi  götürdü.  Bir-iki  tikә  yeyәndәn  sonra  yavaşca 

mizin altına atdı. 

Xallının başı batsın! O, işi korlamasaydı, һәr şey ötüb keçәcәkdi. Birdәn 

Xallı  miyoldaya-miyoldaya  mizin  altında  vurnuxmağa  başladı.  Görünür, 

çörәyin  iyini  almışdı.  Ancaq  isti  olduğundan  yaxın  dura  bilmirdi.  Nәnә 

bir-iki dәfә «piştә» dedi. Amma pişik  yenә  miyoldaya-miyoldaya döşәmәni 

cırmaqlamağa başladı.  

Nәnә stolun altına әyildi. Müzәffәr dedi: 

 

Ay ana, işin olmasın, çörәyini ye, indi özü çıxar. 



Nәnә  stolun  altında  Xallının  ora-bura  itәlәdiyi  isti  çörәyi  üfürüb 

tәmizlәyәndәn sonra ağ süfrәnin üstә qoydu. 

Müzәffәr başını qaldırıb mәzәmmәtlә qızına baxdı. Nәnә dillәndi:  

 



Sәnin  çanınçın,  Müzәffәr,  nә  qәdәr  ki,  mәn  burdayam  ora,—o, 

Dürdanәyә  işarә  etdi.  Nәnәnin  adәti  idi,  kimә  һ irslәnsә  idi,  adını 

demәzdi,—çörәk  yoxdur!  O  ki,  bәrәkәti  yerә  atdı!..—Nәnә  duruxub,  sonra 

acıqla  bir  az  da  ucadan  dedi:—Xallıca  da  yoxsan,  pişik  pişikli yi  ilә  çörәyi 

yerdә qoymaq istәmir... 

Müzәffәr anasını sakit etdi: 




Yüklə 445,63 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə