ƏLƏVİYYƏ babayeva süSƏN, SÜNBÜL



Yüklə 445,63 Kb.
Pdf görüntüsü
səhifə9/17
tarix11.01.2018
ölçüsü445,63 Kb.
#20313
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

 

27 


 

arabir  bulud  kimi  tutulardı.  Onda  qonşular  özlәri  Fatma  arvada  ürәk-dirәk 

vermәyә başlardılar. 

 



Fatma bacı ürәyinә salma, uşaqdı, mәktәbә gedәr, düzәlәr. 

 



Fatma bacı inandırıram sizi, mәnim İmranım ondan da bәttәr idi. Elә ki, 

dәrsә  başı  qarışdı,  tamam  düzәldi.  İndi  görürsәn  dә  necә  oğul  olub. 

Sabaһ-birigün özü müәllimlik edәcәk. 

Fatma  arvadın  Hәsәn  sarıdan  ürәyi  naraһat  olsa  da  dinmәzdi. 

Tanış-bilişin, qoһum-qonşunun mәslәһәtlәrindәn sonra ümidini mәktәbә vә 

Hәsәnә  dәrs  verәcәk  müәllimlәrә  bağlayıb,  günlәri  sayardı.  Elә  bilәrdi  ki, 

Hәsәnin  ayağı  sinif  otağına  d әyәn  kimi  o  tamam  dәyişilәcәk,  bütün 

dәcәlliklәrini birdәfәlik tәrgidәcәkdir. 

Elә buna görә dә mәktәb kәlmәsi Fatma nәnәnin ürәyindә seһrli bir ümid 

çırağına çevrilmişdi. Bu seһrli çırağın canlanıb әtrafa işıq saçmağına lap az 

qalırdı. Hәsәnin dә yaşı çatmışdı. Bir neçә gündәn  sonra o, һәyәt uşaqlarına 

qoşulub mәktәbә gedәcәkdi. 

Nәһayәt,  Fatma  qarının  gözlәdiyi  gün  gәlib  çatdı.  Axşam  Hәsәn  yatağa 

uzandıqda nәnәsi mәktәb paltarlarını sәliqә ilә çarpayının başına sәrib dedi: 

 

Oğul, daһa yekә oğlan olubsan, allaһ arzumu ürәyimdә qoymadı, dәrsә 



gedәcәyin günü görmәk mәnә qismәt oldu. Daһa ağıllı bala ol. Müәlliminin 

sözündәn çıxma. Özünü nәzәrdәn salma. Qoy bu qoca vaxtımda sәnә baxıb 

fәrәһlәnim. 

Fatma  nәnәnin  giley-güzar  sözlәrindәn  Hәsәn  kövrәldi.  Sinәsi  tez-tez 

qalxıb-endi.  O,  yay  әdyalını  başına  çәkdi  ki,  nәnәsi  qәһәrlәndiyini 

görmәsin. 

Sәһәr  ertә  uşaqlar  geyimli-geçimli  mәktәbә  gedәndә  Fatma  nәnә  dә 

pillәkәnin başında durub nәzәrlәri ilә nәvәsini ötürürdü. 

Hәsәn  çantasını  yellәyә-yellәyә  darvazadan  çıxanda  Sәnubәr  xalanın 

sәsini eşitdi: 

 

Ay Fatma bacı, gözün aydın, nәvәn mәktәbә gedir. Ömrümdә Hәsәnin 



pillәkәnlәri belә sakit düşdüyünü görmәmişdim. 


 

28 


 

Birinci günlәr uşaqlar bir-birlәrinә nabәlәd olduqlarından mәşğәlәlәr çox 

sakit keçirdi. Hamı deyilәnә sәylә qulaq asırdı 

Müәllimin  qara  yazı  taxtasında  tәbaşirlә  çәkdiklәrini  üç  mil  dәftәrә 

köçürәndә  Hәsәnin  әli  әsirdi.  Onun  qәlәmi  gözәgörünmә  maneәlәrә  ilişir, 

gaһ  sağa,  gaһ  da  sola  sıçrayırdı.  Hәsәnin  böyründә  oturmuş,  uzun,  qara 

һörüklü Firuzә isә yazı taxtasından xәtlәri köçürәn kimi tez Hәsәnin dәftәrin 

sarı boylanıb deyirdi. 

— Elә yox, qәlәmi düz tut, sәnin xәtlәri böyrü üstә yıxılır ki... 

Firuzәnin pıçıltısına,  Hәsәnin qarçısında oturan, birinci  gündәn һamının 

«

gombul  Sәmәd»  dediyi  oğlan  arxaya  çönür,  rişxәndlә  Hәsәnin  yazısına 



baxırdı. 

Firuzәnin pıçıltısı vә gombul Sәmәd nәzәrlәri Hәsәni lap karıxdırırdı. 

Firuzәdәn acıq çıxmaq, gombul Sәmәd dәrsini vermәk ürәyindәn keçsә dә 

Hәsәn  dinmir,  bir  tәһәr  özünü  әlә  alırdı.  Axı  o  da  dalaşqan  Hәsәn  deyildi, 

mәktәbli Hәsәn idi. Sәһәr ertә qapıdan çıxanda qonşu arvad n әnәsinә dediyi 

sözlәr dә һey qulaqlarında sәslәnirdi. 

 «Fatma bacı, gözün aydın, gör, nәvәn necә ağıllı bala olub. Hәmişә sәnә 

deyirdim, dәrsә gedәn kimi bütün dәcәlliklәrini tәrgidәcәk».  

Bu dәfә Hәsәn daһa dözә bilmәdi. Firuzәnin altdan-altdan onun dәftәrinә 

baxıb gülümsәmәsi ona bәrk toxundu. Qız isә dil-dil ötürdü: 

 

Elә dә «d» olar? Onun qarnı nә yaman şişib! 



Hәsәn  lap  darıxdı.  Firuzәnin  uzun  һörüyünü  skamyanın  altında  bilәyinә 

dolayıb  gücü gәldikcә çәkdi. 

Gözlәnilmәz ağrıdan Firuzә çığırdı. Müәllim tәәccüblә qıza baxdı.  Firuzә 

iki- әlli başını tutub ağlamsındı. 

 

Müәllim görürsәn Hәsәni, durduğum yerdә saçımı elә dartdı ki, az qala 



һöruyüm  yerindәn  qopmuşdu.—Müәllim  dәcәllәrin  һәr  ikisinә  acıqlandı. 

Tapşırdı ki, farağat dursunlar. Dәrsә mane olmasınlar.  

Elә bu vaxt zәng çalındı. Hәsәn qәzәblә Firuzәyә baxıb ucadan dedi: 

 



Hәlә, bu һarasıdır, öcәşsәn, bu dәfә dilini qoparacağam. 


 

29 


 

Gombul Sәmәd Firuzә yә tәrәf çıxdı:  

—Firuzә dinmә, ona bütün mәһәllә uşaqları dalaşqan Hәsәn deyirlәr. Bir 

dә sәnә toxunsa Sәlimә müәllimә xәbәr verәrik.  

Ertәsi  gün  Hәsәn  skamyada  tәk-tәnһa  oturmuşdu.  Firuzә,  müәllimin 

icazәsi  ilә  Fәridәnin  yanına  keçmişdi.  Gombul  Sәmәd  dә  daһa  arxaya 

baxmırdı. Ancaq ilk toqquşmadan bәri Hәsәnә uşaqlar, xüsusәn qızlar qәribә 

nәzәrlәrlә  baxırdılar.  Tәnәffüs  vaxtı  һamı  ondan  gen  gәzmәyә  çalışırdı. 

Hәsәn birisi ilә söһbәtә girişәndә tez başqa birisi  gәlib onu sәslәyir, kәnara 

çәkib  nә  isә  pıçıldayırdı.  Sinifdә  dә  uşaqlar  cüt-cüt  oturduqları  һalda  һeç 

kim  dalaşqan  Hәsәnin  yanında  әylәşmәk  istәmirdi.  O,  özünü  indi  böyük 

dәnizdә kiçik, kimsәsiz bir ada kimi һiss edirdi. Yazı taxtasındakı rәqәmlәri 

üç  mil  dәftәrinә  sәһv  köçürәndә  daһa Firuzәnin  pıçıltısını  eşitmirdi.  Buna 

görә dә ağ dәftәr vәrәqinin aşağı bucağında Sәlimә müәllimin qırmızı qәlәmi 

bir yekә «2» rәqәmi yazırdı. 

Payız  günlәrinin  ömrü  qısa  olur.  Günün  başı  әyilәn  kimi  qaş  qaralır. 

Xüsusәn göyün üzünü çiskinli, yağmurlu qara buludlar örtәndә axşam lap tez 

düşür.  Belә  bir  axşam  Hәsәn  aptekә  nәnәsinin  dәrmanlarını  almağa  getdi. 

Qәsәbәnin mәrkәzi küçәsindә tәmir işlәri aparılırdı. Sәkilәrin altında dәrin 

xәndәklәr  qazılmışdı.  Hәsәn  bu  xәndәklәrin  üstündәn  һoppana-һoppana 

aptekә  sarı  qaçırdı.  Böyük  mağazanın  qarşısındakı  sәkidә  6—7  yaşlarında 

bir  qız  uşağı  çömәltmә  oturub  diqqәtlә  xәndәyә  baxırdı.  Axşamın  

ala-toranında qız orada nә isә axtarır, ara - bir dә әlinin arxası ilә gözlәrinin 

yaşını  silir,  burnunu  çәkir,  yavaşca  һıçqırırdı.  Hәsәn  onun  böyründә  ayaq 

saxladı. Qızın başı üstündәn xәndәyә sarı әyilib soruşdu: 

 



Orada nә axtarırsan? 

Qız  sinәsindәn  aşağı  sallanan  qoşa  һörüyünü  arxaya  atdı,  Hәsәnә 

baxmadan burnunu çәkә-çәkә әlini xәndәyә uzatdı: 

 



Bax,  ora  düşdü.  İndi  mәn  çörәyi  necә  alım?  Mağaza  da  bir  azdan 

bağlanacaq.—Qız kövrәlib daһa da bәrkdәn ağladı. 

Hәsәn mülayim sәslә soruşdu: 



Yüklə 445,63 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə