ƏLƏVİYYƏ babayeva süSƏN, SÜNBÜL



Yüklə 445,63 Kb.
Pdf görüntüsü
səhifə7/17
tarix11.01.2018
ölçüsü445,63 Kb.
#20313
1   2   3   4   5   6   7   8   9   10   ...   17

 

21 


 

Gülәr  yәqin  etdi  ki,  «tәzә  il  Moskvadan  gәlmәsә  dә  çox  yaxşı  әmidir. 

Çünki o, evdә belә bir şәnliyә sәbәb olmuşdur». 

Bir  azdan  sonra  qonaqlar  bir-bir,  iki-bir  gәlib  yığışdılar.  Gülәr  һәr  dәfә 

zәng çalınanda cәld dәһlizә yüyürür, fikirlәşirdi ki, yәqin bu dәfә gәlәn tәzә 

ildir. Ancaq һamı onu gözlәsә dә tәzә il gәlmirdi ki, gәlmirdi. Gülәrin yatmaq  

vaxtı  çoxdan  keçmişdi.  O  qorxurdu  ki,  anası  onu  yatırar,  Gülәr  dә  tәzә  ili 

qarşılaya bilmәz. O, arada bir Çinardan gizlin mәtbәxә qaçıb Nailәnin anası 

Şәfiqә xaladan soruşdu: 

 



Şәfiqә xala, bәs biz tәzә ili nә vaxt qarşılayacağıq? 

Şәfiqә  xala  Gülәrin  başını  sığallayıb  qucağına  götürdu.  Divar  saatının 

yanına gәldi. Әqrәblәri göstәrәrәk dedi: 

 



Gülәr can, bax, bu iki әqrәbi görürsәn? Onlar bir-birilә qoşalaşıb on iki 

rәqәmi ustündә görüşәndә tәzә il dә gәlәcәk. 

Gülәr  әtrafa  göz  gәzdirdi.  Yaxşı  ki,  Şәfiqә  xalanın  dediklәrini  Çinar 

eşitmәdi. O, elә һey  gülüb  Gülәrә deyirdi ki, sәn һeç bir şey bilmirsәn, lap 

balaca bәbәsәn! 

Gülәrin gözlәdiyi kimi dә oldu. Bir az sonra Mәryәm içәri girib qonaqların 

yanında Gülәrә dedi: 

 



Qızım, daһa bәsdir! Çinar, sәnin dә elә yatmaq vaxtın çoxdan keçib.  

Sәlimә  xala  yerindәn  qalxıb  uşaqları  yataq  otağına  apardı.  Gülәrlә  Çinar 

ürәklәrindә bundan çox narazı olsalar da qonaqların yanında dinә bilmәdilәr. 

Sәlimә xala  Gülәrin ayaqqabılarını çıxara -çıxara dedi: 

 

Uşaqlar,  kim  tez  yatsa,  bu  gecә  Şaxta  baba  gәlib  onun  balışının  altına 



daһa yaxşı һәdiyyә qoyacaq. 

Onlar  yerlәrindә  xeyli  dinmәz  uzandılar.  Sonra  Gülәr  başını  yastıqdan 

götürüb dedi: 

 



Ay za, oyaqsan?  Gәl yatmayaq, tәzә ili gözlәyәk. 

Çinar yerindә qurcalandı. Ancaq dinmәdi. 




 

22 


 

 

Gülәr dedi: 



 

Çinar, yatmasaq Şaxta baba һәdiyyәmizi aparıb başqa uşaqlara vermәz 



ki? 

Çinar böyüklәrә mәxsus tәmkinlә cavab verdi: 

 

Yox, Sәlimә xala bunu elә-belә, bizi tez  yuxu ya vermәk üçün dedi. 



Gülәr sakit oldu. Gözlәrini qonaq ota ğına açılan qapının arasından d üşәn 

işığa zillәdi. Bir az sonra  yenә dillәndi: 

 

Ceyran müәllimә dedi ki, biz tәzә ili iki  gün sonra, Şaxta baba gәlәndә 



qarşılayacağıq. 

 



Biz  isә  onu  sabaһ  mәktәbimizin  idman  salonunda  qarşıla yacağıq. 

Bilirsәn, bizim nә böyük yolkamız var? 

 

Çinar, nә olar, mәni dә apar da. Mәn dә sәni öz bağçamızın yolkasına 



apararam.  

 



Olmaz,  sәn  balacasan,  sәni  mәktәbin  yolkasına  buraxmazlar.  Nә  vaxt 

bağçanı qurtarıb mәktәbә gedәrsәn, onda sәni dә buraxarlar. 

Gülәr acıqlanıb dalını Çinara çevirdi . Ancaq bu uzun sürmәdi. İki dәqiqә 

sonra o yenә sol böyrü üstә çevrilib soruşdu: 

 

Çinar, sәn һeç tәzә ili görmüsәn? O necә olur? Lap belәcә,—o, şәһadәt 



barmağının ucunu göstәrdi,—Cıqqılıca olur? 

 



Cıqqılı özünsәn, һeç tәzә il dә cıqqılı olar. Bilirsәn, onun neçә yaşı var. 

Müәllimimiz dedi ki, bu gün onun 1957 yaşı qurtarır. 

 

Bu nә qәdәrdir, lap çoxdur? 



 

Lap, lap çox. 



 

Bәs onda niyә ona qoca il demirlәr, tәzә il deyirlәr? 



İndi dә Çinar sol böyrü üstә dönüb arxasını Gülәrә çevirdi. 

 



Mәn yatdım. Daһa danışma,—dedi. Ancaq özlüyündә fikirlәşdi: «Gülәr 

doğru deyir ey, görәsәn ona niyә qoca il deyil, tәzә il deyirlәr». 




 

23 


 

Bir  az  sonra  qonaq  otağında  yeni  ilin  gәlmәsilә  һamı  bir-birini  tәbrik 

edirdi. Qonşu otaqda isә şirin-şirin yatan  Gülәrlә Çinara Şaxta baba öz qış 

nәğmәsini söylәyirdi... 

Gecә yarı Mәryәm uşaqlara dәymәk, onların üstünü basdırmaq üçün yataq 

otağına keçdi. O әyilib  Gülәrin isti yanağından öpәndә Gülәr әllәrinin dalı 

ilә gözlәrini ova-ova soruşdu: 

 



Ana, bәs tәzә il gәlmәdi? O һaradadır? 

Mәryәm gülmәkdәn uğunub getdi. Gülәrin başını sinәsinә qısıb pıçıldadı:  

 

Gәlmişdi,  qızım,  gәlmişdi,—O,  Gülәrin  yatağının  yanındakı  bәzәkli 



torbanı  göstәrәrәk  dedi:—bax,  sәnә  gör  nә  gözәl  һәdiyyәlәr  gәtirib,  indi 

gedib başqa uşaqların һәdiyyәlәrini paylamağa. 

 

Bәs mәnim yanıma qayıtmayacaq? 



 

Qayıdacaq, o һәr il gәlib sәnә belә  gözәl һәdi yyәlәr gәtirәcәk. 



                

                         

NƏNƏ CAN NAĞIL DE! 

Zәrifә һәr axşam yatağa uzanan kimi nәnәsini çağırıb deyәrdi:  

 

Nәnә can, bircә dәnә nağıl danış, sonra yatım.  



Nәnәsi  onun  yatağı  yanındakı  taxtın  üstündә  oturub  Zәrifәnin  dәfәlәrlә 

eşitdiyi  nağıllardan birini söylәmәyә başlardı. 

«Biri var idi, biri yox idi, bir itibuynuz ala keçi var idi. Keçinin üç kiçik 

balası var idi, biri şәngül, biri şüngül, biri mәngül». 

Arabir Zәrifә nağılın şirin yerindә yuxudan xumarlanan gözlәrini aralayıb, 

nәnәsinin çaşbaş saldığı yerl әri düzәldәrdi.  

Bәzәn  nәnәsi  elә  bilәrdi  ki,  Zәrifә  yatmışdır.  Nağılı  yavaşca  kәsib 

yerindәn  qalxmaq  istәrdi.  Bu  vaxt  Zәrifә  cәld  yerindәn  sıçrayıb  yuxulu 

gözlәrini güclә aralayar:  

 



Nәnә, bәs gerisi, bәs gerisi necә oldu? —deyә çığırardı.  


Yüklə 445,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə