Elifba Design full cdr



Yüklə 37,5 Mb.
Pdf görüntüsü
səhifə11/12
tarix12.10.2018
ölçüsü37,5 Mb.
#73380
1   ...   4   5   6   7   8   9   10   11   12

143
KİM İSLANDI YAĞIŞDA
1. Qız nәnәsinә necә kömәk etdi?
2. Cücәlәr qızdan nә gözlәyirdilәr?
3. Yağışda islanan kim oldu?
4. Hamıya kömәk etmәk istәyәn bu qızı necә qiymәtlәndirirsәn?
5. Şeiri öyrәn, son dörd misrasını dәftәrinә köçür.
Bircә anda göylәri 
Tutdu qara buludlar.
Yağış yağdı, nә yağdı,
Çimdi çiçәklәr, otlar.
Dedim: «Qaçım, gizlәnim,»
Gördüm mәlәyir quzu.
Boylanır hәr tәrәfә,
Kömәk dilәyir quzu.
Onu tövlәyә saldım.
Evә qaçmaq istәrkәn 
Eyvandan boylanaraq,
Nәnәm qışqırdı birdәn:
– Paltarlar islanıbdır,
Kömәk elә sәn mәnә!
Dedim: «İndi yığaram,
Heç darıxma, ay nәnә!
Yığdım paltarları da,
Dedim: «Tez qaçım gәrәk».
Gördüm körpә cücәlәr
Mәndәn istәyir kömәk.
Necә dә islanıblar
Sığınıb bir-birinә.
«Kiş-kiş, kiş-kiş» – edәrәk
Onları saldım hinә...
Göylәri dәstә-dәstә
Tutdu qara buludlar.
Yağış yağdı, nә yağdı,
Çimdi çiçәklәr, otlar.
Dağların sinәsindәn 
Gör necә sellәr axdı...
Quzu mәnә tövlәdәn,
Cücәlәr hindәn baxdı.
Nәnәm «sağ ol» söylәdi,
Elә bildi, yoruldum.
Paltarlar islanmadı,
İslanan tәk mәn oldum.


144
Qocaya hörmət – Allaha hörmətdir.
Məhəmməd peyğəmbər
Biri var idi, biri yox idi, bir baba var idi. Baba o qәdәr qoca idi ki, gözlәri
görmür, qulaqları eşitmir, dizlәri sözünә baxmırdı. Masa arxasında oturub
xörәk yeyәndә qaşığı әlindә saxlaya bilmir, şorbanı gah üstünә dağıdır, gah
ağzından töküb süfrәni bulaşdırırdı. Günlәrin bir günü oğlu vә gәlini babanın
BABA VƏ NƏVƏ 


145
Dәftәrinә köçür
Ərlә arvad bir-birinin üzünә baxdılar,
sәhvlәrini anlayib başlarını aşağı saldılar.
Babanı masanın başına dәvәt etdilәr vә o
gündәn xörәyi bir yerdә yedilәr.
әlindәn tәngә gәlib, onu evin bir küncündә әylәşdirdilәr, xörәyini saxsı qaba
töküb әlinә verdilәr.
Amma baba xörәk yeyәndә әli yenә әsdi, boşqabı saxlaya bilmәdi, qab
yerә düşüb sındı. 
Gәlin bәrk qәzәblәndi. Qoca isә dinmәdi, başını aşağı salıb dәrindәn ah
çәkdi. 
Babaya yemәyi indi dә taxta boşqabda vermәyә başladılar.  
Bir gün babanın beşyaşlı nәvәsi taxtadan nә isә düzәldirdi.
Anası soruşdu:
– Neylәyirsәn, oğlum?
Uşaq cavab verdi:
– Boşqab düzәldirәm.
– Boşqab nәyinә gәrәkdi, a bala? Mәgәr boşqabımız yoxdu?
– Var, amma taxta boşqabımız bircә dәnәdi. O da babanındı. Atamla sәn
qocalanda, sizә xörәyi bu qabda verәcәyәm. 
Әrlә arvad bir-birinin üzünә baxdılar, sәhvlәrini anlayib başlarını aşağı
saldılar. Babanı masanın başına dәvәt etdilәr vә o gündәn xörәyi bir yerdә
yedilәr. 
1. Babanın çox qoca olduğu hekayәnin hansı cümlәlәrindәn bilinir?
2. «tәngә gәlmәk» ifadәsini әvәz edәn sözü tap. 
3. Gәlininin vә oğlunun babaya münasibәti necә idi?
4. Nәvәnin sözlәri ata-anasına necә tәsir etdi?
5. Bu hekayәdәn nә anladın?


146
Dәftәrinә köçür
Mәn nәnәmi çox sevirәm. Ona ev işlәrindә kö -
mәk edirәm. Nәnәm mәnә dadlı xörәklәr bişirir,
axşamlar sehrli nağıllar danışır. Mәn hәr axşam
nәnәmlә nağıllar alәminә sәyahәtә çıxıram.
1. Niyә nәvә özünü nәnәsinin «dәrman bala»sı adlandırır?
2. Sәn necә, nәnәnә kömәk edirsәnmi?
3. Öz sevgini nәnәnә necә bildirirsәn?
4. Şeiri әzbәrlә vә nәnәnә söylә.
Nənə gözünü nəvəyə dikər, tacir dəvəyə.
Böyüksüz yerdə xeyir-bərəkət olmaz.
Atalar sözü
Nәnәnin dәrman balası
Nәnә bir az kefsizlәdi,
Soyuq dәyib, yoxsa nәdi?
Hәkim bilsә, tez gәlәcәk.
Amma hәkim nә gәrәkdi?
Alnına әl qoysam әgәr,
Nәnәnin ağrısı kәsәr.
Mәni hәr görәndә nәnәm,
Unudar dәrd-qәmini.
Qayğısına qalasıyam,
Onun «dәrman bala»sıyam.  
NƏNƏ


147
Dәftәrinә köçür
Mәn dә böyüyәndә müәllim olacağam.
Uşaqlarda elmә, biliyә, kitaba sevgi vә maraq
oyadacağam. 
Sözlük
cәmiyyәt – bizi әhatә edәn
insanlar
Bütün peşәlәr şәrәflidir. Müәllim peşәsi peşәlәrin әn şәrәflisidir. Müәllim
bizә yazmağı, oxumağı, hәyatı anlamağı oyrәdir. Bu biliklәr hәyatımız boyu
bizә dayaq olur, cәmiyyәtdә layiqli yer tutmağımıza kömәk edir.
Azәrbaycanda müәllimә xüsusi hörmәtlә yanaşırlar. Әmәli, biliyi ilә
seçilәn  hörmәtli adamlara «müәllim» deyә müraciәt edirlәr.
Müәllimdәn öyrәndik
Oxumağı, yazmağı,
Qәlbimizin sәsinә
Hәr an qulaq asmağı.
O, yeni hәyat verir
Hәr kәlmәyә, hәr sözә.
Yerin, göyün sirrini
Odur öyrәdәn bizә.
Hamımıza sevdirir
Ana yurdu o insan.
Qәlbimizdә hәmişә 
Yanan nurdu o insan!
MÜƏLLİM
1. Nәyә görә müәllimә xüsusi hörmәtlә
yanaşırlar?
2. Müәllim bizә nә öyrәdir?
3. «cәmiyyәt» sözünün mәnasını izah et.
4. «lәyaqәtlә», «başıuca», «qürurla» söz -
lәrinә uyğun cümlәlәr qur. 
5. Şeiri öyrәn.
Àçÿðáàéúàí äèëè


Yüklə 37,5 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə