Elifba Design full cdr



Yüklə 37,5 Mb.
Pdf görüntüsü
səhifə8/12
tarix12.10.2018
ölçüsü37,5 Mb.
#73380
1   ...   4   5   6   7   8   9   10   11   12

126
Payız gәlәndә havalar soyuyur, Günәşin istiliyi azalır, tez-tez yağışlar
yağır. Ağaclar yarpaqlarını tökür, küçәlәr xәzәlә bürünür. 
Uşaqlar isti paltarlarını geyinir vә mәktәbә yollanırlar.
Payız ayları bunlardır: 
sentyabr,
oktyabr,
noyabr.
PAYIZ
Göydәn sәpәlәnir qucaq-qucaq nur,
Günәş mәhәbbәtlә isidir yeri.
Payız günlәrindә elә gün olur,
Sanırsan ki, bahar qayıdıb geri.              
Göy dә dumanlardan naxışlar atır,
Amma ki, dağlara düşәn qar sәnә 
Sakit pıçıldayır: – Qarşıda qışdır!


127
Dәftәrinә köçür
Payız fәsli gәlәndә durnalar, qaranquşlar isti
ölkәlәrә uçur. Ağacların yarpaqları saralır,
güllәr, çiçәklәr solur, göyün üzü tutulur, tez-
tez yağışlar yağır. 
Sentyabr
Sentyabr, sәn
Nә xoşqәdәmsәn!
Sәhәr uşaqlar,
Güldәstә bağlar,
Gәlib hәvәsә,
Yollanar dәrsә!
Oktyabr
Bizim ellәrdә
Kim çıxsa düzә,
Gәlәr üz-üzә
Dümağ pambıqla.
Noyabr
Noyabr isә
Gәlәr sәssizcә.
Sәma bozarar, 
Qışa az qalar.
1. Payızın rәngini tәyin et.
2. Nә üçün payıza «qızıl payız» deyirlәr?
3. Bütün ili yaşıl qalan ağacları necә adlandırırlar?
4. Sentyabrın, oktyabrın vә noyabrın әlamәtlәri hansılardır?
Payızda günlәr tәdricәn qısalır, havanın temperaturu aşağı en mәyә
başlayır, tez-tez yağışlar yağır.  Payız fәsli şimalda sentyabrın 1-dә daxil
olur, noyabrın 30-da bitir. Cәnubda isә martın 1-dә daxil olur, mayın 31-
dә bitir.
YADINDA SAXLA


128
Tapmacanı dәftәrinә köçür
Yağış yağanda 
Çimәr, yuyunar,
Yazda geyinәr,
Qışda soyunar.
1. Süsәni nә heyrәtlәndirdi?
2. Süsәn payızın gәldiyini nәdәn bildi? 
3.Payızın gәlişini tәsvir et.
4. «xәzәl» sözünün mәnasını izah et vә cümlәdә işlәt.
YARPAQ NİYƏ SARALIR? 
Süsəni heyrət alır:
Yarpaq niyə saralır?
Niyə ağacdan bir-bir
Yarpaq yerə dağılır?
Hər tərəf xəzəl olur,
Amma nə gözəl olur!
Sarı xəzəlli bağa,
Diqqətlə baxa-baxa
Gəzir hər yanı Süsən.
Görür, saralıb çəmən,
Solub quruyur otlar,
Birdən sıx-sıx buludlar
qaralır... Şimşək çaxır!
Güclü yağışlar yağır...
Evə doğru qaçır qız,
Deyir: – Gəlib yağışlı payız!


129
Qış ilin әn soyuq fәslidir.
Qışda havalar soyuyur. Ağaclar,
evlәr, dağlar, meşәlәr, düzәnlәr
ağappaq qar örtüyünә bürünür,
çaylar donur. Evlәrdә sobaları
yan dırırlar. Uşaqlar hәyәtә çıxıb
qartopu oynayır, xizәk sürürlәr,
qar  topalayır, qar adamı düzәl -
dirlәr.
QIŞ


130
Dәftәrinә köçür
Qış ilin әn soyuq fәslidir. Qışda havalar
soyuyur. Ağaclar, evlәr, dağlar, meşәlәr,
düzәnlәr ağappaq qar örtüyünә bürünür,
çaylar donur.
Dekabr 
Dekabr ilin
Sonudur, bilin!
Verin әl-әlә,
Deyin sevinclә:
– Gәl, Şaxta baba!
Gülsün el, oba!
Yanvar
Donur sular,
Gedir yuxuya.
Dәrәlәr, dağlar
Bürünür ağ örpәyә
Çılpaq qalmış budaqlar.
Fevral
Fevralda yenә,
Hey dönә-dönә
Gәlir qar-boran.
Hәr tәrәf, hәr yan
Qara bürünür,
Dümağ görünür.
1. Şeirdә qarın yağması necә tәsvir edilir?
2. Qışın birinci ayı hansıdır?
3. Qışın әn qısa ayı hansıdır?
5. İlin birinci ayı hansıdır?
6. Şeirlәrdә tәsvir edilәn qışın әlamәtlәrini dәftәrinә köçür.
Azәrbaycanda xalq tәqviminә görә qış 3 hissәyә bölünür: 
böyük çillә
,
kiçik çillә
vә 
boz ay

Böyük çillә
– 40 gün, 
kiçik çillә
– 20 gün çәkir.
Onlardan sonra Novruzadәk qalan 30 gün «
boz ay
» adlanır. Dekabrın 21-
dәn yanvarın 30-dәk 
böyük çillә
, yanvarın 31-dәn fevralın 19-dәk 
kiçik
çillә
, fevralın 20-dәn martın 20-dәk 
boz ay
davam edir.
YADINDA SAXLA
Qış ayları bunlardır: 
dekabr,
yanvar, 
fevral.


131
Qış sәhәri idi. Uşaqlar
mәktәbә hazırlaşırdılar. Ana
çaydana su doldurmaq istәdi,
amma sәhәngi tapmadı. Qızı
Zәrif dәn  soruşdu:
– Qızım, bәs sәhәng ha ra -
dadır?
Zәrif:
– Axşam doldurmuşam, ey -
van dadı. Bu dәqiqә gәtirәrәm,
– deyib eyvana çıxdı.
Az sonra eyvandan Zәrifin
sәsi eşidildi. O, anasını çağı -
rırdı.
Anası eyvana çıxdı. Zәrif
әlindә sәhәngin qulpu, donub-
qalmışdı. O doluxsunaraq:
– Mәn heç nә elәmәdim.
Sәhәngi әlimә almaq istәdim,
o isә iki yerә bölündü, qulpu
әlimdә qaldı.
Sınmış sәhәngin içindә onun şәffaf quruluşunu almış buz görünürdü. Bu
mәnzәrәni pәncәrәdәn seyr edәn Anar dәrhal bacısının kömәyinә gәldi:
– Ana, Zәrifin günahı yoxdu! Mәn sәhәngin sınmağının sәbәbini bilirәm.
Müәllim bunu bizә kimya dәrsindә göstәrib. Su donub buz olanda hәcmi
genişlәnir vә bu zaman qabı partladır. Zәrif hәlә 1-ci sinfә gedir, kimya dәrsi
keçmir. O bilmir ki, şaxtalı havalarda suyla dolu saxsı, yaxud şüşә qabları
açıq havada saxlamaq olmaz.
SINIQ SƏHƏNG 
1. Sәhәng nәdir?
2. «hәcm» sözünü necә anlayırsan?
3. Niyә şaxtalı havalarda içi maye dolu saxsı, şüşә qabı çöldә qoymaq olmaz?
4. Zәrif bunu niyә bilmirdi?
5. «maye» vә «seyr etmәk» ifadәlәrinin mәnasını izah et.
6. Qış mövzusuna dair mәtn qur vә dәftәrinә köçür.


Yüklə 37,5 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə