ƏLİMƏrdanbəy topçubaşOV



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə29/33
tarix23.08.2018
ölçüsü0,67 Mb.
#64005
1   ...   25   26   27   28   29   30   31   32   33

 

43

Biz lazım gəldiyi təqdirdə, həmişə və hər yerdə belə möhkəm, qətiyyətli, vətənpərvər siyasətin həyata 



keçirilməsini arzulayırıq. Və inanırıq ki, hökumətimiz həmişə belə bir siyasətin tərəfdarı olacaq və indi də məhz 

bu cür siyasi xəttin tərəfdarıdır. Çünki keçmiş Rusiyaya, xüsusən də Könüllü Orduya münasibət məsələlərində 

orta mövqe ola bilməz və olmamalıdır. Əgər qarşımıza məhz Dağıstanın, hətta ondan da Şimala doğru ərazilərin 

təmizlənməsi məsələsini qoymuşuqsa, heç bir cəlbedici təklif, vəd və yarımçıq xarakterli danışıqlar bizə kömək 

etməyəcəkdir. 

Əlbəttə, hökumətimizin yuxarıda misal gətirdiyim tipli qətiyyətli addımlarının  şahidi olanda biz 

sevinirik, mənfi xarakterli məlumatlar alanda isə ürəyimiz ağrıyır. Təbiidir ki, burada xaricdəki 

nümayəndəliklərimizlə bağlı belə  məlumatlarla rastlaşırıq. Bu mənada artıq Sizə keçmiş  Sənaye və Ticarət 

Nazirinin verdiyi vəsiqələrə  məsuliyyətsiz münasibəti barəsində yazmışdım. Xarici İşlər Naziri Cəfərov 

məlumatında qeydlərimin nəzərə alındığını bildirir. Mən öz borcumu. yerinə yetirmişəm. həmin borc isə 

məndən bütün qüvvəmlə hökumətimin nüfuzunu qorumağı  tələb edir. Şübhə yoxdur ki, Nümayəndə heyəti 

üzvlərindən hər biri hökumətə heç bir dəxli olmayan adamın özünü Azərbaycan Respublikasının təmsilçisi kimi 

qələmə verməsini, hətta müvafiq Certificats göstərməsini eşidəndə çox pərt vəziyyətə düşməlidir. Romada belə 

bir hadisə olub. Bu ölkənin hökuməti Azərbaycanla daha yaxın münasibətlər yaratmaq arzusunda olduğundan 

bizim Nümayəndə heyətinə (söhbət ticarət sahəsində əməkdaşlıq yaratmaq üçün Romaya gəlmiş heyətdən gedir 

- tərç.) son dərəcə diqqətlə yanaşıb, Nümayəndə heyətinin üzvü isə bunun müqabilində müxtəlif Certificats 

paylamağa, hətta Azərbaycan dəmiryolları ilə pulsuz gediş hüququ verən sənədlər verməyə başlayıb. O biri 

tərəfdən, guya hökumətin işləri üçün göndərilən,  əslində isə  şəxsi məsələləri üçün gələn ayrı-ayrı 

kommersantlara dövlət sənədlərinin verilməsi, təəssüf ki, hələ də davam edir. Belə rollarda Azərbaycanla heç 

bir  əlaqəsi olmayan şəxslər görünəndə isə insan özünü təhqir olunmuş sayır.  Əgər kiməsə varlanmaq imkanı 

verilirsə, heç olmazsa, bu imkanı ölkənin əsl sakinlərinə verin... Lakin bütövlükdə bu məsələlərə xüsusi diqqətlə 

yanaşmaq lazımdır. Çünki bu hökumətin nüfuzu ilə sıx bağlıdır. Həmin nüfuzu isə, nəyin bahasına olursa olsun, 

qorumaq lazımdır. Göndərilən adamların seçilməsi xüsusi diqqətlilik tələb edir. Kommersiya ilə  məşğul olan 

şəxslər bizə hər yerdə-burada da, Romada da, başqa yerlərdə də lazımdır. Onları bu işə təşviq etmək lazımdır. 

Lakin kommersiya fəaliyyəti onlara heç bir halda təmsilçilik hüququ verməməlidir. Hətta kommersiya xarakterli 

təmsilçilik hüququndan da söhbət gedə bilməz. Bir sözlə, bütün bu işlərə son dərəcə diqqətlə yanaşmaq 

lazımdır. Yeri gəlmişkən, iki nəfər gənç bakılını  Məmməd Həsən Dadaşovu və  Nəcəf Qulu Qasımovu Sizin 

diqqətinizə  təqdim etmək istərdim. Onlar Londonda olublar, dünən bura qayıdıblar və tezliklə Bakıya yola 

düşəcəklər. Özlərinin dediklərinə görə, kommersiya xarakterli çoxlu məlumata malikdirlər. Əgər mümkün olsa, 

bu məlumatlardan istifadə etmək lazımdır. Bir kommersant kimi mən həmin  şəxslərlə ilk dəfə burada tanış 

olmuşam. Pis təəssürat yaratmırlar. Lakin onlar barəsində Bakıda müvafiq məlumatlar toplamaq mümkündür. 

Bu misalları gətirməkdən məqsədim ölkəmizdəki işlərin vəziyyəti ilə Nümayəndə heyətindən gözlənilən 

nəticələrin bir-biri ilə  sıx  əlaqəli olduğunu bir daha nəzərinizə çatdırmaqdır. Heç bir şübhə olmamalıdır ki, 

Azərbaycanın həyatındakı bütün müsbət yeniliklər, bütün mədəni təşəbbüslər, bütün qanuni sərəncamlar, 

dövlətçiliyin bütün təzahürləri, ölkənin mənafeyinə xidmət edən hər cür şəxsi təşəbbüslərin meydana çıxması - 

bütün bunlar burada bizim üçün müsbət hallardır və onlar bizə Azərbaycanın müstəqilliyini daha cəsarətlə 

müdafiə etmək haqqını verir. 

Doğrudur, bizi hələ dövlət kimi tanımırlar. Lakin getdiyimiz hər yerdə və hamıya artıq il yarımdan bəri 

bir dövlət kimi faktiki mövcud olduğumuzu bildirir, öz Parlamenti, hökuməti, inzibatçılığı, məhkəməsi, 

məktəbləri, ordusu olan Azərbaycanın müstəqil yaşadığını göstəririk. Bu Azərbaycan bolşeviklərlə amansız 

mübarizəyə tab gətirib. Deməli, azərbaycanlılar həyat qabiliyyətinə malikdirlər və özlərinin müstəqil dövlətini 

qura bilərlər. Gücümüz çatdığı  qədər, hətta güçümüz çatmasa belə, bu vəziyyəti qoruyub saxlamaq, bu 

özünütəsdiqi mühafizə etmək lazımdır. Biz istərdik ki, hamı, bütün xalqımız indi özümüzün müstəqil ictimai-

siyasi və iqtisadi həyata qabil olduğumuzu sübut etmək üçün imtahan verdiyimizi yaxşı başa düşsün. 

İnanıram ki, buna güçümüz çatacaq. Çünki xalqımız doğrudan da, qabiliyyətlidir, ölkəmiz isə  təbii 

sərvətlərlə  zəngindir. Lakin bizdə indiyə  qədər  əxlaqi başlanğıca  əsaslanan siyasi məktəb olmadığından geniş 

xalq kütlələrinin öz gənc dövlətinin müəssisələrindən, qurumlarından nümunə götürməsi və yaşadığımız indiki 

sınaq anının bütün ciddiyyətini dərk etməsi çox zəruridir. Paytaxt və rəhbər xadimlər-bax, Azərbaycana bütün 

varlığı ilə xidmət etməyin nümunəsini geniş xalq kütlələrinə onlar göstərməlidirlər. Ümumi borc xalqı səfərbər 

etmək və onu müstəqil mövcudluq ideyası ətrafında sıx birləşdirməkdir. Çünki biz artıq şüurlarda geriyə dönüş 

üçün yer olmadığına və ola da bilməyəcəyinə  əminik. Qarşımızda yalnız bir yol var - bu da Azərbaycanın 

müstəqilliyinə aparan yoldur! 

Bu yolu təhlükəsiz  şəkildə keçmək üçün ilk növbədə ölkənin daxili vəziyyətini sahmana salmaq və 

möhkəmləndirmək zəruridir. Ölkənin özündə, onun inzibati qurumlarında və  məhkəmələrində qayda-qanun 

yaratmaq və ümumən qanunçuluğa hörmət zəruridir. Ümumi mənafelərə qayğı  və onlara sevgi hissi ilə 

yanaşmaq zəruridir. Dövlət mənafelərini qorumaq yolunda xalqın mütəşəkkilliyi və birliyi zəruridir. 

Azərbaycan yalnız öz daxili həyatını bu şəkildə nizamlayacağı təqdirdə dövlət ola bilər. Həm də elə bir 

dövlət ola bilər ki, artıq heç kəsin onu tanımasına möhtac qalmaz. Çünki daxilən güclü, sabit Azərbaycan artıq 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə