ƏLİMƏrdanbəy topçubaşOV



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə30/33
tarix23.08.2018
ölçüsü0,67 Mb.
#64005
1   ...   25   26   27   28   29   30   31   32   33

 

44

öz-özlüyündə, real və inkaredilməz bir fakt kimi tanınmış olacaqdır. Daxildə dövlətçilik baxımdan 



möhkəmləndikdə o, xaricdən gələn hər cür təhdidə layiqli cavab vermək üçün fiziki və  mənəvi qüvvə  əldə 

edəcəkdir. 

Biz  əminik ki, hökumət özünün mövcud qüvvələrini dövlət quruculuğunun bütün sahələrində 

Azərbaycanın daxili vəziyyətinin möhkəmləndirilməsinə  sərf edəcəkdir. Biz hökumətimizdən onun məhz 

ölkənin daxili həyatını nizama salmaq yolunda atdığı  hər yeni addım, verdiyi hər yeni sərəncam barəsində 

xəbərlər almaq arzusu ilə yaşayırıq. hökumət yalnız bu yolla indiki vaxtda xalqın rəğbətini qazanmaq, eyni 

zamanda bizim də müstəqil dövlətçilik  şəraitində yaşamağa qabil olduğumuzu nümayiş etdirmək iqtidarına 

malikdir. 

Yalnız daxildən güçlü Azərbaycanın mövcudluğu  şəraitində Nümayəndə heyətinin buradakı 

fəaliyyətinin səmərə verəcəyinə ümid bəsləmək olar. Nümayəndə heyəti isə öz növbəsində qarşıya qoyulan 

məqsədə çatmaq yolunda hər cür fədakarlığa hazırdır. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

45

 



VII 

№ 11 

29 noyabr - 2 dekabr  

1919-cu il 

 

AZƏRBAYCAN RESPUBLİKASI 



NAZİRLƏR ŞURASININ 

CƏNAB SƏDRİNƏ 

 

Cənab sədr! 



Böyük təəssüf hissi ilə bildirməliyəm ki, kuryer cənab Berlinin noyabrın 10-da nəzərdə tutulan səfəri 

Fransa Xarici İşlər Nazirliyində Nümayəndə heyətinin verdiyi diplomatik pasporta viza açılmamağı nəticəsində 

baş tutmamışdır. Aydın oldu ki, həmin nazirlik hələ tanınmayan dövlətlərin nümayəndələri ilə  əlaqədar yeni 

sərəncam verib. Bu sərəncamın tələblərinə görə Nümayəndə heyətləri əvvəllər olduğu və diplomatik pasportlar 

üçün nəzərdə tutulduğu kimi Xarici İşlər Nazirliyində deyil, adi qaydada, yəni prefekturalar   vasitəsi ilə viza 

almalıdırlar. 

Gələcək üçün əhəmiyyətini nəzərə alaraq, qərara gəldik ki, diplomatik viza alınmasına nail olmaq 

lazımdır. Lakin təəssüf ki, indiyə  qədər bu istiqamətdə atdığımız addımlar heç bir nəticə verməmişdir. Bütün 

Nümayəndə heyətlərinin ümumi iclasının çağırılması da məhz həmin məsələ ilə əlaqədar mümkün olmamışdır. 

Ancaq biz məsələnin öz müsbət həllini tapacağına ümidimizi itirməmişik, ona görə  də heç nəyə baxmadan, 

cənab Berlini göndərmək qərarına gəldik. O, çərşənbə axşamı, dekabrın 1-də buradan yola düşür. 

Onunla birlikdə  həm də on nömrəli məlumatı bütün əlavələr, broşüralar, jurnal və  qəzetlərlə  və s. 

birlikdə göndərirəm. Həmin məlumatda bir çox məsələlər barəsində ətraflı yazdığımdan bu dəfə lakonik olmağa 

çalışacağam və son üç həftə ərzində baş vermiş hadisələrin qısa xronikasını təqdim edəcəyəm. 

 

Bəhs olunan dövrdə siyasi həyatın ən mühüm hadisəsi, heç şübhəsiz, parlament seçkiləri sayılmalıdır. 

Seçkilər formal şəkildə hələ başa çatmamışdır. Boş qalmış 24 deputat yeri üçün təkrar seçkilər keçiriləcəkdir. 

Lakin bütövlükdə bu seçkilər artıq yeni dövr üçün Fransa parlamentinin həqiqi simasını müəyyənləşdirmişdir. 

Sosialist ünsürlərin bütün ciddi-cəhdlərinə və hədə-qorxularına baxmayaraq 1914-1919 - cu illərlə müqayisədə 

fransız xalqı yeni Parlamentə  əvvəlki seçkilərdə olduğundan daha çox sağtəmayüllü deputat göndərmişdir. 

Sonuncu parlamentdə ciddi sosialist mövqeyində (sosialistes unifies, republicaius socialistes, radicaux 

socialistes) dayanan deputatlar 602 mandatdan 398 - ni almışdılar, yəni Parlamentin üçdə iki hissəsi 

sosialistlərlə  təşkil olunmuşdu. Yalnız 205 deputat (onların içərisində: republicains de gauche 77 

(respublikaçılar - 77), proqressistes - 59, (tərəqqipərvərlər - 59), Liberaux 42 (liberallar - 42), conservateurs-27 

(mühafizəkarlar - 27) sağ təmayüllü idi. 

Yeni Parlamentdə bu qüvvələr nisbəti tamamilə  əks xarakter qazanmışdır.  İndiyə  qədər seçilmiş 546 

deputatdan 346 nəfəri sağlar, yalnız 210 nəfəri sosialistlərdir. Başqa sözlə desək, sonuncular artıq 187 deputat 

yeri itirmişlər. Sosialistes unifoes-in sıraları xüsusilə seyrəlmişdir. Onların əvvəlki parlamentdə 104 mandatı var 

idi, indi isə yalnız 56 deputat yeri qazana bilmişlər. Radicaux radicaux socialistes də eyni vəziyyətdədirlər - 

əvvəlki 257 nəfərin yerinə bu dəfə onların yalnız 129 deputatı vardır. Beləliklə, Fransada indi hakimiyyətdə olan 

Klemanso kabinetinin siyasəti qalib gəlmişdir. Bu kabinet isə kiçik xalqların müstəqillik arzularının üzərindən 

xətt çəkərək "vahid və bölünməz Rusiyanın" yenidən dirçəldilməsi ideyasına tərəfdar çıxır. Yeri gəlmişkən, 

bizim məsələyə  rəğbətlə yanaşan deputatlardan bəziləri (deputat De Mopqu da onların sırasındadır) yeni 

parlamentə seçilməmişlər. Digər tərəfdən, hətta sosialistlərin belə üstünlük təşkil etdiyi fransız parlamenti bizə 

əhəmiyyətli kömək göstərə bilərdimi? Bunu demək çətindir. Çünki Fransada bir zamanlar öz kapitallarını rus 

istiqrazlarına və rus müəssisələrinə qoymuş burjua ünsürlərinin təsiri kifayət qədər güclüdür. Lakin buna 

baxmayaraq biz sosialistlərin simasında keçmiş Rusiyanın daxili işlərinə qarışmamaq siyasətinin böyük 

tərəfdarlarına malik idik. Onlar dinləri, dilləri, irqləri ilə ruslardan fərqlənən xalqların keçmiş Rusiyadan 

ayrılması ideyasına rəğbətlə yanaşırdılar. Tezliklə burada prezident seçkiləri keçiriləcək və Fransa 

Respublikasının prezidenti postuna Klemansonun sahib çıxacağı güman edilir. 

Doğrudur, Fransada sosialistlər məğlub oldular, lakin qonşu İtaliyada və Belçikada onlar qələbə çaldılar. 

Bu ölkələrdə seçkilər Fransa ilə eyni vaxtda keçirilirdi və  hər iki ölkənin Parlamentində çoxlu sosialistlər 

deputat yerləri qazanıblar. 

 

 



 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə